Azərbaycan elminə ağır itki üz verib
Elm və təhsil
Oxunub: 37
12 iyn 2024 | 15:16


Uzun illər Kanadanın və ABŞ-ın universitetlərində çalışmış, Azərbaycanın tanınmış biokimyaçı və fizioloq alimi, tibb elmləri doktoru, professor Səbzəli Əbil oğlu Cavadov 2024-cü il iyunun 4-də 64 yaşında vəfat etmişdir.

Səbzəli Cavadov 1960-cı il mayın 20-də Xaçmaz rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhərində Kimya-biologiya təmayüllü respublika liseyini bitirmiş, 1977-1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) Tibbi-biologiya fakültəsində, 1983-1986-cı illərdə SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunun aspiranturasında təhsil almışdır. 1986-cı ildə “Biokimya” və “Kardiologiya” ixtisasları üzrə tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1986-1993-cü illərdə Azərbaycana dönərək Elmi-Tədqiqat Kardiologiya İnstitutunda respublikada ilk Eksperimental kardiologiya laboratoriyasını təşkil etmişdir. 1992-ci ildə Rusiya Kardiologiya Elm-İstehsalat Kompleksi (indiki Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-2003-cü illərdə Azərbaycan Tibb Universitetində Biokimya kafedrasının professoru olmuş və eyni zamanda Hüceyrə patologiyasının biokimyası problem elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir. 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsində çalışmış və Komissiyanın Rəyasət Heyətinin üzvü olmuşdur.

2003-2008-ci illərdə Kanadanın Qərbi Ontario Universitetinin (indiki Qərb Universiteti) Tibb fakültəsinin dəvəti ilə Kanadaya köçərək elmi tədqiqatlarını bu universitetdə davam etdirmiş, 2009-cu ildən ABŞ Puerto Riko Universitetinin Tibb fakültəsinin professoru və Ürək mitoxondrilərinin tədqiqi elmi laboratoriyasının rəhbəri olmuşdur.

Professor S.Cavadov ürək biokimyası və fiziologiyası üzrə xüsusi təlim və təcrübəyə malik beynəlxalq səviyyədə tanınmış alim idi. Onun tədqiqatları əsas etibarilə müxtəlif heyvan, orqan və hüceyrə eksperimental modelləri və sistemlərindən istifadə etməklə, koronar ürək xəstəlikləri zamanı ürək disfunksiyasında, həmçinin beyin-ürək çarpazlığında mitoxondrilərin rolunun aydınlaşdırılmasına yönəlmişdi. Həmçinin alim ürək xəstəliklərinin müalicəsi üçün yeni mitoxondriyaya istiqamətlənmiş terapevtik strategiyaların işlənib hazırlanmasında iştirak etmişdir. Cavadovun tədqiqat işləri Amerika Milli Sağlamlıq İnstitutunun və Amerika Elm Fondunun qrantları hesabına maliyyələşdirilirdi.

S.Cavadov yüksək impakt faktorlu jurnallarda dərc edilmiş 140-dan çox elmi məqalənin, kitab və kitab fəslinin, 3 patentin müəllifi olmuş, 120-dən çox elmi konfransda çıxış etmişdir. Onun H indeksi 50, i10 indeksi 89 idi, elmi əsərlərinə 9000 dəfədən çox istinad edilmişdir. Professor S.Cavadovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 15-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Tanınmış alim ABŞ Stenford Universiteti tərəfindən hazırlanmış reytinq cədvəlinə görə, 2022 və 2023-cü illərdə dünyanın ən çox istinad edilən top 2% alimlərinin siyahısına daxil edilmişdir.

Professor S.Cavadov Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü (2015), Amerika Fizioloqlar Cəmiyyətinin (2009), Amerika Redoks Biologiya və Tibb Cəmiyyətinin (2015), Amerika Milli Sağlamlıq İnstitutunun (2017) və Amerika Kardiologiya Cəmiyyətinin elmi qrant komitələrinin üzvü (2015), İngiltərə (2012), Belçika (2010), Çexiya (2011) və Xorvatiyanın (2010) elm fondlarının üzvü, tibbi və biotibbi tədqiqatlar sahəsində 10-dan çox elmi jurnalın redaksiya heyətinin üzvü, 4 jurnalda qonaq redaktor və 30-dan çox jurnalda rəyçi olmuşdur.

Səbzəli Cavadov vətənpərvərliyi və milli dövlətçiliyə sədaqəti ilə vətənini xaricdə yüksək səviyyədə təmsil edirdi. O, hər il vətənə gələrkən bir sıra ali təhsil ocaqlarında, Azərbaycan Tibb Universitetində, Xəzər Universitetində, AR SN Vəli Axundov adına Tibbi Profilaktika İnstitunda, Bakı Dövlət Universitetində konfranslar, mühazirələr və seminarlarla çıxış etməklə yanaşı, gənc tədqiqatçılara elmi işlərində məsləhətlər və müəyyən problemlərin həll olmasında tövsiyələr verirdi. Hazırda onun Azərbaycanda hazırladığı yüksəkixtisaslı kadrlar həm xarici ölkələrdə və həm də ölkə dailində müxtəlif vəzifələrdə çalışırlar.

Tanınmış alim, qayğıkeş və səmimi insan, professor Səbzəli Cavadovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Mənbə:www.science.gov.az saytı
21-06-2024, 10:34
Ququş haqqında yeni sənədli film təqdim olunub
21-06-2024, 10:27
Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək uzanan tarixi yol
20-06-2024, 09:40
Prezidentin adından saxta müraciətlər: şəbəkə ifşa olundu
20-06-2024, 09:33
Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - Detallar
20-06-2024, 09:28
Ərdoğan Putinlə görüşə hazırlaşır: masada nələr var?
19-06-2024, 15:53
Azərbaycanlı zəvvarların səhhəti necədir? - AÇIQLAMA
19-06-2024, 15:47
Bakıda doğum evinin yaxınlığında baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
19-06-2024, 15:35
O ERMƏNİ VİKİPEDİYASINDA TƏBLİĞ OLUNUR
18-06-2024, 15:11
AZƏRBAYCAN DÖVLƏTİNİ VƏ XALQINI ONİLLƏR BOYU TƏHQİR EDƏN, ERMƏNİNİ BİZİMLƏ MÜQAYİSƏDƏ UCA TUTAN
16-06-2024, 17:58
II HİSSƏ. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
15-06-2024, 21:26
Azərbaycan Xalqının Böyük Oğlu
14-06-2024, 18:59
HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
12-06-2024, 15:16
Azərbaycan elminə ağır itki üz verib
12-06-2024, 11:05
Pediatr Fərəh Vahabova: “Uşaqlara evdə hazırlanmış dondurma yeməyi tövsiyə edirəm”
11-06-2024, 18:40
ANONS! ANONS! ANONS! AYDIN ƏLİ-ZADƏNİN BARƏMDƏ II ŞİKAYƏTi DƏ RƏDD EDİLDİ! AMMA...
8-06-2024, 18:34
COP29: yeni əməkdaşlıq formalarının axtarışında
8-06-2024, 18:03
Filosof Alim Beynəlxalq Konqresdə Məruzə ilə Çıxış Edib
8-06-2024, 17:47
Coğrafiya İnstitutunda COP29-la bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib
8-06-2024, 17:41
Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri mövzusunda beynəlxaq konfrans keçiriləcək
6-06-2024, 11:08
“İctimai sağlamlıq” adlı jurnal işıq üzü görüb
6-06-2024, 10:31
İlk dəfə insanda quş qripi A(H5N2) aşkarlanıb
3-06-2024, 14:27
Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb - Fərman
3-06-2024, 14:23
Milli dövlət ideologiyası məsələsinin Heydərizm, Qandiizm və Kamalizm ideologiyaları kontekstində müqayisəli təhlili
24-05-2024, 11:53
Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq
24-05-2024, 10:36
Jelatinin insan orqanizmi üçün əvəzsiz faydaları məlum olub
22-05-2024, 11:15
Alçanı ac halda və duzla yemək zərərlidir
22-05-2024, 10:51
UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930