COP29: yeni əməkdaşlıq formalarının axtarışında
Elm və təhsil
Oxunub: 396
8 iyn 2024 | 18:34


İyunun 5-də AMEA-nın Yer Elmləri Bölməsində “Azərkosmos” ASC-nin nümayəndələri ilə görüş keçirilib.

AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev qonaqları salamlayaraq ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq tədbirləri çərçivəsində elmi qurumların məhsuldar əməkdaşlığının əhəmiyyətini, yeniləşən AMEA-da həyata keçirilən islahatlar fonunda bölmənin alimlərinin “Azərkosmos”la əməkdaşlığının yeni, daha səmərəli formalarının tapılmasına ehtiyac olduğunu vurğulayıb.

“Azərkosmos” ASC CİS (Coğrafi İnformasiya Sistemi) Mərkəzinin “Təsvirlərin emalı” qrupunun rəhbəri Aqil Əhmədov və mərkəzin məhsul inkişafı üzrə mütəxəssisi Elman Ələsgərov bu qurumun müxtəlif ərazilərə və dövrlərə aid peyk təsvirləri bazası əsasında iqtisadiyyatın müxtəlif sahələrində təklif etdiyi imkanlar və həllər barədə məlumat verib, “Qlobal iqlim dəyişikliklərinin Azərbaycan Respublikasına təsirlərinin kosmik monitorinqi” və “Ölkə üzrə zəlzələnin baş vermə ehtimalının yüksək olduğu riskli ərazilərin müəyyən edilməsi” mövzularında başa çatmış layihələrin nəticlərinin təqdimatını keçiriblər.

Təqdimatdan sonra açıq peyk məlumatlarından istifadə etməklə Yerin qravitasiya və maqnit sahələrinin monitorinqinin təşkili, geoloji qırılmaların və qravitasiya anomaliyalarının peyk və sahə tədqiqatlarının nəticələrinin müqayisəsi, zəlzələlərin tezliyi və amplituda dəyişikliyinin inteqrə olunmuş şəkildə öyrənilməsinin yolları və bu sahədə əməkdaşlıq formaları, habelə Azərbaycanda iqlim dəyişikliklərinin dinamikası, faydalı qazıntı yataqlarının aşkar edilməsində peyk məlumatlarının istifadəsi, palçıq vulkanlarının monitorinqi və püskürməsinin proqnozlaşdırılması və s. məsələlər müzakirə olunub.

Elm və Təhsil Nazirliyi Neft Qaz İnstitutunun baş mütəxəssisi Arif Hüseynov kosmik şəkillərdən və pilotsuz uçuş aparatlarının məlumatlarından istifadə edilməklə Xəzər akvatoriyasının palçıq vulkanlarının öyrənilməsi ilə bağlı tədqiqatın nəticələrini təqdim edib, Geologiya və Geofizika İnstitutunun baş mütəxəssisi Tariyel Hüseynov “Azərkosmos” ilə elmi müəssisələrin əməkdaşlığının inkişafı və əlaqələndirməsi ilə bağlı təkliflərini səsləndirib.

Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi arasında bağlanmış əməkdaşlıq haqqında anlaşma memorandumu ölkə ərazisində seysmik riskin qiymətləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının axtarılması, sürüşmə areallarının qiymətləndirilməsi və risk xəritələrinin hazırlanması, Xəzərin və Xəzəryani ərazilərin geosistem və ekosistemlərinin birgə tədqiqatının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Mənbə: www.science.gov.az saytı
Dünən, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Dünən, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Dünən, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Dünən, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Dünən, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Dünən, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Dünən, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Dünən, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Dünən, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Dünən, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Dünən, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Dünən, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Dünən, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031