Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Mədəniyyət
Oxunub: 3
22 okt 2026 | 12:35

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə V.Səmədova adına Sərgi salonunda rəssam Rəfail Əlizadənin fərdi yaradıcılıq sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Rəfail Əlizadənin rəngkarlıq və qrafika əsərləri, eləcə də teatr, kino və televiziya sahələrindəki yaradıcılıq nümunələri təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov rəssamı 80 illik yubiley münasibətilə təbrik edib. O, bildirib ki, Rəfail Əlizadə 40 ildən artıq müddətdə Azərbaycan Televiziyası və Radiosunda quruluşçu və tərtibatçı rəssam kimi fəaliyyət göstərib. “Bu illər ərzində çoxsaylı televiziya tamaşalarına bədii tərtibat verib, orijinal geyim eskizləri hazırlayıb və ölkənin təsviri sənətinin inkişafına töhfələr verib. Rəssamın rəngkarlıq və qrafika əsərləri respublikada və xaricdə təşkil olunan sərgilərdə dəfələrlə nümayiş etdirilib, diplom və mükafatlara layiq görülüb. Onun yaradıcılığında milli və ümumbəşəri sənət ənənələri, yüksək sənətkarlıq və estetik məziyyətlər öz əksini tapıb”,- deyə F.Xəlilov əlavə edib.

Rəfail Əlizadə çıxışında deyib: “Sərgiyə təqdim edilən 80-dək sənət əsərində təbiət mənzərələri, vətənpərvərlik, humanizm və xeyirxahlıq kimi mövzular əks olunub. Onların arasında xüsusilə Qarabağa aid - “Ruhumuz buradadır”, “Ana dağı”, “Qarabağ xalçası”, “Qarabağ atları”, “Şəhid şəhər”, “Zəfər şahidi”, tele tamaşalardan isə “Günahsız Abdulla”, “Mürafiq vəkilləri”, “Ürəkdə baş-başa” rəsm əsərləri yer alır”.

Tədbir sənətsevərlərə rəssamın yaradıcılığı ilə yaxından tanış olmaq, onun sənət dünyasını və müxtəlif istiqamətlərdə ərsəyə gətirdiyi əsərləri görmək imkanı yaradıb.

Qeyd edək ki, Rəfail Əlizadə 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2016-cı ildə rəssamın 70 illik yubileyinə həsr olunmuş fərdi sərgisi də V.Səmədova adına Sərgi salonunda təşkil edilib.
Bu gün, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Bu gün, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bu gün, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Bu gün, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
Bu gün, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
Bu gün, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
Bu gün, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
Bu gün, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
Bu gün, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Bu gün, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Bu gün, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
Bu gün, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
Bu gün, 11:19
Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub
Bu gün, 11:14
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Bu gün, 11:11
İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma
20-10-2026, 12:08
Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir
20-10-2026, 12:06
Molekulyar Biologiya İnstitutu məktəblilər üçün əl işləri müsabiqəsi elan edir
20-10-2026, 12:04
AMEA-da seysmologiya konfransı və qədim cihazların sərgisi təşkil edilib
20-10-2026, 12:02
İsa Həbibbəyli: Seysmoloji tədqiqatların nəticələrinin ictimaiyyətə düzgün çatdırılması vacibdir
20-10-2026, 11:59
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
20-10-2026, 11:58
Bu gün Zəngilan Şəhəri Günüdür
20-10-2026, 11:56
Çempionlar Liqası: “Sabah” Almaniya nəhəngini qəbul edir
20-10-2026, 11:55
Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb
20-10-2026, 11:54
Xəzərin geri çəkilməsi Lənkəran sahillərində yeni təbii landşaft yaradıb
19-10-2026, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
19-10-2026, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031