Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır

Birinci Türkoloji Qurultayın elmi irsinin dərindən öyrənilməsi və onun tarixi əhəmiyyətinə obyektiv qiymət verilməsi istiqamətində tədqiqatlar yeni mərhələyə qədəm qoyur. Hazırladığım “Birinci Türkoloji Qurultayın dərsləri” kitabı qurultayda səsləndirilən məruzələrin elmi məzmununu, müzakirə olunan məsələləri və qəbul edilən qərarları geniş araşdırır.
Bunu AZƏRTAC-a açıqlamasında XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində nəşrin təqdimat mərasimində akademik Nizami Cəfərov bildirib.
O qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar Azərbaycanda bu tarixi hadisəyə həsr olunan çoxsaylı kitablar işıq üzü görüb. Hər bir tədqiqatçı qurultayın müxtəlif aspektlərini araşdırsa da, təqdim olunan dərs vəsaitində əsas diqqət məhz elmi-türkoloji məsələlərə yönəldilib.
Akademikin sözlərinə görə, dərs vəsaiti tələbələr, Birinci Türkoloji Qurultayı öyrənən tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrdə qurultayda təqdim olunan məruzələrin elmi məzmunu ayrı-ayrı bölmələr üzrə təhlil olunur.
N.Cəfərov vurğulayıb ki, kitabda türk alimləri və ziyalılarının qurultayda hansı məsələləri müzakirə etdikləri, hansı qərarları qəbul etdikləri, bu qərarların nə dərəcədə həyata keçirildiyi və bunun səbəbləri ətraflı təhlil edilir.
Akademik bildirib ki, uzun müddət Birinci Türkoloji Qurultayın elmi irsinə düzgün qiymət verilməsi ilə bağlı müəyyən çətinliklər mövcud olub. Qurultayın 100 illiyi çərçivəsində aparılan tədqiqatlar isə bu məsələlərin daha dərindən öyrənilməsinə imkan yaradır.
N.Cəfərov, həmçinin xatırladıb ki, Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycan alimlərinin bu mövzuya xüsusi diqqət və həssaslıqla yanaşmasını şərtləndirir. Digər türk respublikalarında da qurultaya dair araşdırmalarda Bakıda aparılan elmi tədqiqatlara istinad olunur.
Bu gün, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Bu gün, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bu gün, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Bu gün, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
Bu gün, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
Bu gün, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
Bu gün, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
Bu gün, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
Bu gün, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Bu gün, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Bu gün, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
Bu gün, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
Bu gün, 11:19
Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub
Bu gün, 11:14
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Bu gün, 11:11
İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma
20-10-2026, 12:08
Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir
20-10-2026, 12:06
Molekulyar Biologiya İnstitutu məktəblilər üçün əl işləri müsabiqəsi elan edir
20-10-2026, 12:04
AMEA-da seysmologiya konfransı və qədim cihazların sərgisi təşkil edilib
20-10-2026, 12:02
İsa Həbibbəyli: Seysmoloji tədqiqatların nəticələrinin ictimaiyyətə düzgün çatdırılması vacibdir
20-10-2026, 11:59
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
20-10-2026, 11:58
Bu gün Zəngilan Şəhəri Günüdür
20-10-2026, 11:56
Çempionlar Liqası: “Sabah” Almaniya nəhəngini qəbul edir
20-10-2026, 11:55
Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb
20-10-2026, 11:54
Xəzərin geri çəkilməsi Lənkəran sahillərində yeni təbii landşaft yaradıb
19-10-2026, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
19-10-2026, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar