Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb. Rəsmi məlumatlara görə, həmin gün nümayişlərdə 550 min nəfər iştirak edib. Paris, Marsel, Lion və digər şəhərlərdə baş vermiş iğtişaşlar, yanğınlar və talanlar Emmanuel Makron rejiminin ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması sahəsində üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibətində əksini tapıb.
Qeyd edilib ki, xüsusilə hiddət doğuran məqam azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardır. Məktəb şagirdlərinə qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, rezin gülləatan silahlardan və partlayıcı xüsusi vasitələrdən istifadə olunması, uşaqların fiziki zorakılığa məruz qalması barədə məlumatlar ciddi narahatlıq doğurur. Polis zorakılığı nəticəsində Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi xüsusilə sarsıdıcıdır. Uşaqların həyatının və sağlamlığının qorunması dövlətin birbaşa öhdəliyidir və ictimai asayişin təmin edilməsi zərurəti onlara qarşı qeyri-mütənasib güc tətbiqinə heç bir halda bəraət qazandıra bilməz. Bu zorakılıq aktları müstəqil və şəffaf qaydada araşdırılmalıdır.
Kütləvi etirazlar zamanı azyaşlılar da daxil olmaqla, minlərlə şəxsin həbs edilməsi, dinc nümayişçilərin hərəkət imkanlarının məhdudlaşdırılması və ayrı-ayrı şəhərlərdə toplantıların qadağan edilməsi sərbəst toplaşmaq azadlığına və mütənasiblik prinsipinə riayət olunması baxımından ciddi narahatlıq doğurur. Təkcə 17 oktyabr hadisələri ilə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs edilmişdir. Vətəndaşların dinc etiraz etmək hüququnun təmin olunması Fransa dövlətinin beynəlxalq öhdəliklərindən irəli gəlir və bu hüququn məhdudlaşdırılması qəbuledilməzdir.
Fransanın Dənizaşırı ərazilərində də ictimai təhlükəsizliyin və fundamental hüquqların təmin olunması sahəsində ciddi problemlər mövcuddur. Qvadelupda 17-18 oktyabr gecəsi baş verən iğtişaşlar, yanğınlar və ticarət obyektlərinə hücumlardan sonra bir sıra yerlərdə komendant saatı tətbiq edilib. Yeni Kaledoniyada isə Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyası 2026-cı ilin yanvarında Kanak əhalisinin fundamental hüquqlarının pisləşdiyini, ayrı-seçkiliyin dərinləşdiyini, son illərdə hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiqinə dair çoxsaylı məlumatların mövcudluğunu bildirib. Bu hallar Makron rejimi diktaturasının Dənizaşırı ərazilərdə yaşayan insanların, xüsusilə yerli xalqların nümayəndələrinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi sahəsində üzləşdiyi ciddi problemləri nümayiş etdirir.
Milli Məclis hesab edir ki, Fransada baş verən hadisələr ictimai asayişin təsadüfi pozuntuları ilə məhdudlaşmır, hökumətin dərin siyasi və idarəetmə böhranının, sosial narazılıqlara cavab vermək və vətəndaşların təhlükəsizliyini təmin etmək sahəsində yürütdüyü siyasətin iflasının göstəricisidir. Makron rejimi bir tərəfdən dinc nümayişçiləri, o cümlədən uşaqları polisin qeyri-mütənasib müdaxiləsindən, digər tərəfdən isə vətəndaşları və onların əmlakını iğtişaşlar zamanı zorakılıqdan qoruya bilməyib. Baş verən hadisələrə görə siyasi məsuliyyət məsələsi diqqətdən kənarda qala bilməz. Fransa dövlətinin, Makron rejimi diktaturasının, dünyaya insan hüquqları, demokratiya, dəyərlər mövzusunda mühazirə oxumağa çalışanların dərin siyasi və idarəetmə böhranı keçirdiyi açıq-aşkar sezilir.
Milli Məclis Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnmiş hadisələri hərtərəfli araşdırmağa, günahkarların qanun qarşısında cavab verməsini təmin etməyə, həbs edilənlərin, xüsusilə azyaşlıların hüquqlarını qorumağa və vətəndaşların dinc toplaşmaq azadlığına hörmət etməyə çağırır.
Milli Məclis xüsusilə, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi korrupsiyaya və mənəvi iflasa uğramış təsisatların Fransada tüğyan edən biabırçılıqları görməzdən gəlməsini, insan hüquqları məsələsinə selektiv yanaşmanı və ikili standartları kəskin şəkildə pisləyir;
Fransada baş verən polis zorakılığı hallarının ölkənin milli istintaq və məhkəmə orqanları tərəfindən obyektiv, qərəzsiz və ədalətli şəkildə araşdırılacağı ciddi şübhələr doğurur. Bu baxımdan beynəlxalq təşkilatları, xüsusilə BMT-nin İnsan Hüquqları Şurasını azyaşlılar da daxil olmaqla, dinc nümayişçilərə qarşı güc tətbiqi və insan hüquqlarının pozulması hallarının hərtərəfli araşdırılması məqsədilə müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırır.
Milli Məclis, həmçinin Fransa parlamentini, beynəlxalq parlament təşkilatlarını və insan hüquqları təsisatlarını baş vermiş hadisələrə prinsipial münasibət bildirməyə, müstəqil beynəlxalq təhqiqatın aparılmasına dəstək verməyə və Makron rejimindən insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl olunmasını tələb etməyə çağırır.
Bu gün, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Bu gün, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bu gün, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Bu gün, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
Bu gün, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
Bu gün, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
Bu gün, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
Bu gün, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
Bu gün, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Bu gün, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Bu gün, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
Bu gün, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
Bu gün, 11:19
Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub
Bu gün, 11:14
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Bu gün, 11:11
İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma
20-10-2026, 12:08
Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir
20-10-2026, 12:06
Molekulyar Biologiya İnstitutu məktəblilər üçün əl işləri müsabiqəsi elan edir
20-10-2026, 12:04
AMEA-da seysmologiya konfransı və qədim cihazların sərgisi təşkil edilib
20-10-2026, 12:02
İsa Həbibbəyli: Seysmoloji tədqiqatların nəticələrinin ictimaiyyətə düzgün çatdırılması vacibdir
20-10-2026, 11:59
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
20-10-2026, 11:58
Bu gün Zəngilan Şəhəri Günüdür
20-10-2026, 11:56
Çempionlar Liqası: “Sabah” Almaniya nəhəngini qəbul edir
20-10-2026, 11:55
Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb
20-10-2026, 11:54
Xəzərin geri çəkilməsi Lənkəran sahillərində yeni təbii landşaft yaradıb
19-10-2026, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
19-10-2026, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar