Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
İqtisadiyyat
Oxunub: 1
19 okt 2026 | 12:54

İqtisadiyyatımızın, cəmiyyətimizin, beynəlxalq əlaqələrimizin və digər sahələrdə olan prioritetlərimizin gerçəkləşməsində dövlət sizə investisiya edib, sizdən nəticələri gözləyir və sizə inanır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisinin açılış mərasimində deyib.

O bildirib ki, məktəbdən, bakalavriat və magistratura səviyyələrindən ən yaxşı nəticələrlə məzun olan gənclər bu gün xarici ölkələrin aparıcı universitetlərinin məzunları kimi sərgidə iştirak edirlər. Bu, Prezident İlham Əliyevin ölkə gənclərinə olan inamının ən gözəl sübutudur.

Nazir müavini qeyd edib ki, ölkənin ən dəyərli nemətlərindən biri olan insan kapitalının inkişafı, “qara qızıl”ın “insan qızılı”na çevrilməsi strategiyası çərçivəsində Dövlət Neft Fondunun vəsaitinin gənclərin gələcəyinə yönəldilməsi çox ciddi strateji qərardır.

O vurğulayıb ki, həmin vəsaitin infrastruktur, enerji layihələri və yenidənqurma kimi digər istifadə istiqamətləri də var. Xaricdə təhsil proqramının maliyyələşdirilməsi standart və hamı tərəfindən qəbul edilmiş bir reallıq deyil. Bu, həqiqətən də çətin seçimdir. Lakin Azərbaycan dövləti bu seçimi edib və 2007-ci ildən etibarən məhz Dövlət Proqramı çərçivəsində həyata keçirib. Artıq bunun nəticələri görünür.

Nazir müavininin sözlərinə görə, bəzən məzunların özləri belə fərqinə varmadan taleyüklü məqamlarda iştirak etmələri bütöv bir sahənin, sənayenin və ya dövlət qurumunun fəaliyyət nəticələrini və məhsuldarlığını təkmilləşdirə, onları yeni zirvələrə qaldıra bilər. Dövlət Proqramının əsas ideyası və mənası da bundan ibarətdir.

O qeyd edib ki, proqram iştirakçıları Azərbaycan gəncləri arasından seçilərək ölkənin ən ciddi və əhəmiyyətli sahələrində dəyişikliklər etmək məqsədilə xaricə təhsil almağa göndəriliblər. Bu məsuliyyət hər bir məzunun şüurunda olmalı və daim yadda saxlanılmalıdır.

Nazir müavini çıxışının sonunda hər bir məzuna uğurlar arzulayıb və onların üzərlərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gələcəklərinə əmin olduğunu bildirib.
Bu gün, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
Bu gün, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar
Bu gün, 12:51
AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək
Bu gün, 12:48
Bakıda sumo üzrə dünya çempionatının açılışı olub
Bu gün, 12:33
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Bu gün, 12:06
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
Bu gün, 12:01
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb
Bu gün, 11:49
Bişkekdə simpozium: Azərbaycan arxeoloqlarının son illər əldə etdiyi nailiyyətlər təqdim olunub
Bu gün, 11:29
Antalyada Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsərinin dünya premyerası olub
Bu gün, 11:27
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Bu gün, 10:53
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
16-10-2026, 13:01
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:42
Azərbaycan əhalisinin sayı açıqlanıb
16-10-2026, 12:08
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
16-10-2026, 12:06
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
16-10-2026, 12:02
Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir
16-10-2026, 12:00
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
16-10-2026, 11:58
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
16-10-2026, 11:38
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
16-10-2026, 11:36
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
15-10-2026, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15-10-2026, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
15-10-2026, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
15-10-2026, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
15-10-2026, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
15-10-2026, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
15-10-2026, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031