Bişkekdə simpozium: Azərbaycan arxeoloqlarının son illər əldə etdiyi nailiyyətlər təqdim olunub

Azərbaycan alimləri Bişkekdə Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi, Qırğızıstan-Türkiyə Manas Universiteti və Türk Arxeoloji və Mədəni Miras İnstitutunun təşkilatçılığı ilə keçirilən “Türk dünyası arxeologiyası, araşdırma və arxeometriya simpoziumu”nda iştirak ediblər.
Simpoziumda AMEA Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası şöbəsinin müdiri professor Abbas Seyidov və dosent Leyla Rüstəmova “Xəzər dənizinin səviyyə dəyişmələri üçün süni intellekt bazasında platforma - selinus pilot layihəsi”, İlk Tunc dövrü arxeologiyası şöbəsinin müdiri dosent Səfər Aşurov “Azərbaycanın şimal-şərqində yeni arxeoloji araşdırmalar və onların türk tarixində yeri” adlı məruzələrlə çıxış ediblər.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Həmçinin simpoziumda institutun elmi işçisi Pəri Ağayevanın “Azərbaycan türklərində ənənəvi dəfn adətlərinin müasir təzahürü: arxeoloji və etnoqrafik yanaşma”, dosent Bəhlul İbrahimli, böyük elmi işçilər Lola Hüseynova və Sevinc Hüseynovanın həmmüəllifləri olduqları “Xaraba Gilan abidə kompleksinin 2 saylı türbəsi: Elxanilər dövründə memarlıq, dəfn adətləri və maddi mədəniyyət” mövzularında məruzələri təqdim edilib.
Eyni zamanda, simpoziumda AMEA-nın Naxçıvan Bölməsindən professor Vəli Baxşəliyevin “Naxçıvanda Halaf və Ubeyd mədəniyyətlərinin izləri” mövzusunda məruzəsi canlı, elmi işçi Elmar Baxşəliyevin “Gəmiqaya petroqliflərində Yaxın Şərq motivləri” mövzusunda məruzəsi isə onlayn formatda dinlənilib.
Məruzəçilər Türk dünyasının müxtəlif ölkələrindən Bişkekə toplaşmış elm adamlarına Azərbaycan arxeoloqlarının son illər əldə etdiyi nailiyyətlər barədə geniş məlumat veriblər.
Bu gün, 12:33
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Bu gün, 12:06
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
Bu gün, 12:01
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb
Bu gün, 11:49
Bişkekdə simpozium: Azərbaycan arxeoloqlarının son illər əldə etdiyi nailiyyətlər təqdim olunub
Bu gün, 11:29
Antalyada Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsərinin dünya premyerası olub
Bu gün, 11:27
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Bu gün, 10:53
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
16-10-2026, 13:01
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:42
Azərbaycan əhalisinin sayı açıqlanıb
16-10-2026, 12:08
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
16-10-2026, 12:06
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
16-10-2026, 12:02
Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir
16-10-2026, 12:00
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
16-10-2026, 11:58
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
16-10-2026, 11:38
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
16-10-2026, 11:36
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
15-10-2026, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15-10-2026, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
15-10-2026, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
15-10-2026, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
15-10-2026, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
15-10-2026, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
15-10-2026, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
15-10-2026, 13:13
Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb
15-10-2026, 13:03
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
14-10-2026, 12:42
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
14-10-2026, 12:30
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub