Antalyada Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsərinin dünya premyerası olub

Türkiyənin Antalya şəhərində görkəmli Azərbaycan bəstəkarı İlyas Mirzəyevin skripka və simfonik orkestr üçün yazdığı 2 nömrəli konsertonun dünya premyerası keçirilib. Konsert yunanıstanlı dirijor Nikos Haliassas rəhbərliyi ilə Antalya Simfonik Orkestrinin ifasında təqdim olunub. Skripka partiyasını isə Olgu Kızılay ifa edib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Sənətdə 50 il” mövzusunda həyata keçirilən yaradıcı layihə çərçivəsində əsərin ölkənin müxtəlif şəhərlərində səsləndirilməsi nəzərdə tutulur. Növbəti təqdimatın oktyabrın 23-də İzmir şəhərində baş tutması gözlənilir. Bu dəfə əsər İzmir Simfonik Orkestrinin ifasında, tanınmış dirijor və professor Lengin Göytəmenin rəhbərliyi ilə səsləndiriləcək.
Konsert proqramında İlyas Mirzayevin 2 nömrəli skripka konsertosu ilə yanaşı, Jorj Bizenin “Karmen” süitasının 1 və 2 nömrəli süitalarından seçilmiş parçalar da yer alıb.
Əsərin əsas mövzusu dünyada insanlar və dövlətlər arasında baş verən müharibələr, anlaşılmazlıqlar və qarşıdurmalardır. Kompozisiyanın ikinci hissəsi bütün çətinliklərə baxmayaraq həyatın davam etməsini, təbiətin yenidən canlanmasını və dirçəlişi simvolizə edir. İnsan itkilərinə baxmayaraq quşların oxuması, çiçəklərin açması və ağacların budaqlanması həyatın öz axarında davam etdiyini xatırladır.
Əsərin sonrakı hissəsində isə müharibə mövzusu yenidən ön plana çıxır. Finalda səslənən zənglər isə dostluğun, insanlığın və qarşılıqlı anlaşmanın qalib gələcəyinə işarə edir. Beləliklə, bəstəkar musiqi vasitəsilə müharibənin ağrılarını ifadə etməklə yanaşı, sülhə və ümidə çağırış edir.
Əsərin ifasının mürəkkəb olduğunu vurğulayan yunanıstanlı dirijor kompozisiyanın aktuallığını və bədii dəyərini qeyd edib.
Bu gün, 12:06
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
Bu gün, 12:01
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb
Bu gün, 11:49
Bişkekdə simpozium: Azərbaycan arxeoloqlarının son illər əldə etdiyi nailiyyətlər təqdim olunub
Bu gün, 11:29
Antalyada Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsərinin dünya premyerası olub
Bu gün, 11:27
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Bu gün, 10:53
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
16-10-2026, 13:01
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:42
Azərbaycan əhalisinin sayı açıqlanıb
16-10-2026, 12:08
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
16-10-2026, 12:06
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
16-10-2026, 12:02
Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir
16-10-2026, 12:00
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
16-10-2026, 11:58
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
16-10-2026, 11:38
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
16-10-2026, 11:36
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
15-10-2026, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15-10-2026, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
15-10-2026, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
15-10-2026, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
15-10-2026, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
15-10-2026, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
15-10-2026, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
15-10-2026, 13:13
Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb
15-10-2026, 13:03
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
14-10-2026, 12:42
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
14-10-2026, 12:30
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
14-10-2026, 12:27
Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib