KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN?! "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?! II YAZI
Gündəm / Elm və təhsil
Oxunub: 16
22 sen 2026 | 14:31

Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, şöbə müdiri




Əziz oxucum! Dünənki kimi Könül Bünyadzadənin Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiyası" monoqrafiyası yenə bloklanıb. Yenə fayllara qadağa qoyulub. Hətta vord proqramı tamam donub. Hansı hərfə toxunuram, "dınq-dınq" edib, qəti açılmır. Saytı açmışam, yükləmə səhifəsinə yazıram, . Ancaq vord 2016 versiyasında səhifənin yuxarısında qalın hərflərlə "başqa istifadəçi tərəfindən bloklanlanmışdır" yazılmaqla yalnız "oxunuşa" icazə verilir. Bu baxımdan Könül Bünyadzadənin Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya”(2023) monoqrafiyasında, bu il Şpringer nəşriyyatında çapdan çıxmış 1 cildlik "Sufi Phenomenology" kitabının "vay-vay-vay"-larından əlimdə olan material - fakt, arqumentlərdən istifadə etməklə bəhs edəcəyəm. Sözsüz olaraq maneələr bu yazımın həcmini də xeyli azaldacaq. Olsun! Onsuz da dünən AAK-dan mənə edilmiş - mənim nöqsanım,- möhtərəm qurumun sədr müavinindən mənə gəlmiş son məktubu cavablandırdıım məktubu imzalalamağımla bağlı telefon zəngi ilə bağlı bərk əsəbləşmişəm və yenə 1 saat da yatmamışam. əsəbləşmələr də, yuxusuzluq sindromu da illərlə dincəlmədən gərgin işləməkdən irəli gəlir. Neyləməli, bu da bir alın yazısıdır. Keçid alıram Könül Bünyadzadənin Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya”(2023) monoqrafiyasının məhdud tanışlıq imkanları çərçivəsində diqqəti çəkən son dərəcə ciddi, ağlasızmaz eybəcərliklərinin şərhinə, əslində qiymətləndirməsinə
Başlayıram!
Əvvəla, monoqrafiya terminində ifadə olunan fikir haqqında demək istəyirəm ki, bu elmi əsər düşüncəsini əsaslandırır. Beləcə, monoqrafiya - nağıl, dastan. roman, poema və beləcə,ədəb-estetik sənət nümunələrindən fərqli olaraq sırf elmi mündəci kəsb edən ciddi əsaslarla yradılan alim əsəri deməkdir.
Təbii, ədəbi növlərə aid əsərlər kimi monoqrafiyanın da öz şərtləri, alimdən tələbləri vardır. Bu tələblər ümümdünya elmi düşüncəsini ehtiva etdiyindən hər bir xalqın dilində onun eyni izahı vardır. Beləliklə, monoqrafiya dedikdə, hər hansı bir yeni, aktual elmi mövzunun geniş, dərin elmi tədqiqat əsəri nəzərdə tutulur. Monoqrafiyanın konkret forması olur. 1. Titul vərəqi. Burada bu monoqrafiyanın elmi məsləhətçisi, elmi redaktoru, rəyçiləri, korrektoru, indeks qeydləri, annotasiyası, nəşr ili, nəşriyyatı, tirajı yazılır.
2.Monoqrafiyanın mündəricatı əsasır. Kitabın ya əvvəlində, ya da sonunda yerləşdirilən Mündəricatda tədqiqatın bütün məzmununu əhatə edən Giriş, Fəsillər, yarımfəsillər, bölmələr, Nəticə, Ədəbiyyat siyahisi başlıqları qeyd olunur. Əlbəttə, monoqrafiyada müəllifin istəynə uyğun olaraq Ön Söz, Müəllifdən, xarici dildə Xülasə, Qeydlər üçün kimi hissələr də olur.

Əziz oxucum! Fikrimcə Sizə monoqragfiya haqqında bu izahım yorucu gəldi. Amma mən Sizləri boşuna yormaram ki!.. Yazdımsa deməli, əsasım var. Məsələn, məşhur rus teatr xadimi K. Stanislavski (təxminən)deyib ki, "səhnədən tüfəng asılmışsa, son dəqiqəyə kimi atəş açılmalıdır". Bu məntiqlə mən də Monoqrafiya termininin məna və məzmunu haqqında təsadüfi yazmıram. Həmçinin monoqrafiyanın Giriş və Nəticə hissəsində alim- müəllifin "yeni və aktual", dərin tədqiqat əsərinin işlənmə dərəcəsini, medodoloji əsaslarını, yeniliyini və s., Nəticədə öz tədqiqatı ilə nə kimi elmi nəticələrə gəldiyini yazmalı olduğu dünya elm düşüncəsində bu növ əsər üçün əsas şərtlərdəndir.
İndi buyursun "damboyuca toyu" olan, Könül Bünyadzadəni bu gün-sabah elə məhz bu t u l l a n t ı cəfəngiyyata, elm adına ləkə olan bu "monoqrafiya" ya (qətiyyən oxumadan, heç vərəqləmədən!..) əsaslanmaqla "bəh-bəhlə" akademik "seçəcək" böyüklərimiz bu yazıdan oxuyub bilsinlər ki, onun Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya”(2023) monoqrafiyasının standartlara zidd olaraq nə elmi məsləhətçisi, nə elmi redaktoru, əsasdan da əsas rəyçiləri, nə korrektoru yoxdur.
Təsəvvür edirsiz, Könül Bünyadzadənin Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya”(2023) monoqrafiyasında ən əsas tələblər yerinə yetirilməyib.
Hələ bunlardan başqa, fantastik şəkildə "ucaldılan" Könül Bünyadzadənin "şah əsərində" - 2 cildlik “Sufi fenomenologiya”(2023) monoqrafiyasında Giriş də, Nəticə də, I cilddə ədəbiyyat siyahisi də yoxdur!.. Buradaca, əziz oxucum, Sizə bildirirəm, O, hər hansı bir alimdə bu sıra ilə olan çatışmamazlıqlardan birini, bircəsini tutsaydı baxmazdı kişidir, qadındır, yaşlıdır, cavandır, elə yekəxanalıqla tənqid edər, kitabın çapa təsdiqinə elə mane olardı ki, bunu heç kəs onun qədər ustalıqla bacarmaz! Ancaq buyurun, baxın, qiymət verin, həm professor, həm AMEA-nın müxbir üzvü - Şpringer nəşriyyatını ağız dolusu RƏYÇİLƏRİ olmasına görə tərifləyən bu qadının 2 cldliyi elementar və eyni zamanda mühüm metodik tələblərə cavab vermir.



Könül Bünyadzadə Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya”(2023) monoqrafiyasının I cildində Müəllifdən yazısı verib. Bu normaldır. Ancaq onun Ön söz əvəzi - "SUFİ FENOMENOLOGİYA – fəlsəfə tarixində yeni səhifə, yaxud köhnənin xatırlanması" başlıqlı 21 səhifəlik müəllifsiz, bütün dünyadakı ÖN SÖZ"-lərin məzmunundan fərqli olaraq (birinci cümlədə "əsərin adı",- sözü yazılıb, vəssalam. bu söz qeyri-müəyyəndir!.. ) kitabın adı, onun yeniliyi, əhəmiyyəti, yazar - alim, onun elmdə mövqeyi, çalışma sahəsi, digər əsərləri, onların adları, habelə, müəllifin bu tədqiqat əsəri ilə nə kimi yeniliklərə nail olması və s. haqqında bir kəlmə yazılmamışdır.
Könül Bünyadzadənin "Ön Söz əvəzi"-nin adı məntiqsizliyi, savadsızlığı ani baxışda belə sübut edir. Özünü inkar etməni ifadə edən, bütün kitabdakı məzmunun dil-üslubundan fərqli dil-üslubda yazılmış, qısası redaktə olunduğu hiss olunan Ön söz əvəzini buyurun oxuyun və düşüncə ilə görün: "SUFİ FENOMENOLOGİYA – fəlsəfə tarixində yeni səhifə, yaxud köhnənin xatırlanması"dır.
Məlumdur ki, yeni səhifə söz birləşməsi aydın şəkildə "bu vaxta qədər olmayan" fikrini ifadə edir. köhnə isə bunu balaca uşaqlarda bilir ki, yəni yeni deyil!. Beləliklə, Könül Bünyadzadənin dünya şedevri kimi kitab oxumayanlar kütləsinə təqdim etdiyi bu "əsəri" fəlsəfə tarixində heç də yeni səhifə olmayıb, "köhnənin (mövcud olmuşun) xatırlanmasıdır". Deməli, Könül Bünyadzadə Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya” monoqrafiyası özünün dediyi kimi yeni mövzu deyil!
Bu məqamda qeyd edim ki,Könül Bünyadzadənin kitabının 2-ci səhifəsində USTADLARINA, o cümlədən, "fərddən universallığa keçmək, millətimin hikmətini təqdim etmək cəsarəti verən" Səlahəddin Xəlilova minnətdarlığını bildirib. Əcaba ustad şegidi üçün bir Ön Söz yazmaz?! Mən kiməm ki? Adi, adamsız, kasıb alim! bunlara görə və ümumiyyətlə, mən əsərimə "ustadlarım" yazmıram. Çünki mənə bu icazə verilməyib. Həddim deyil, adllardan istifadə etmək!.. Ancaq ölkəmizin elmi inkişafında böyük xidmətləri olan nüfuzlu alimlər, məsələn,AMEA-nın prezidenti, akademik isa Həbibbəyli, akademiklər nərgiz Axundova, Teymur Kərimli (və habelə, adlı-sanlı professorlar) həm əsərlərimə ÖN Sözlər yazıblar, həm də elmi məsləhətçim, elmi redaktorum, rəyçilərim olublar.
Könül Bünyadzadənin ustadlarından biri Ön Söz niyə yazmayıb?.. Yoxsa boynuna "məsuliyyət" götürməyib?! Ön Söz əvəzi" yazısında Ustadların adı çəkilib ki, belə başa düşülür ki, onu da Könül Bünyadzadə özü yazıb. Hə, hə, Könül Bünyadzadə "Müəllifdən" başlıqlı hissəni də yazıb, Ön Söz əvəzini də. Bu monoqrafiya tələblərinə tamamilə zidd bir "tətbiqdir".
Kitabın elmi redaktorları olsaydı, ciddi, savadlı, təcrübəli elmi redaktorları olsaydı, Könül Bünyadzadəyə başa salardılar ki, belə Ön Söz, yaxud Ön Söz əvəzi olmaz. Eyni zamanda elmi redaktorlar ona Ön Söz əvəzinin başlığının (gülməli) savadsız, məntiqsiz olduğunu, hələ kitabın Girişinin, Nəticə"sinin, ədəbiyyat siyahisinin olmalı olduğunu və s. izah edərdilər.
Könül Bünyadzadə kitabını anasına ithaf edib. Elmi əsərlər üçün o qədər də qəbul edilməsə də, alimlərin bədii əsərləri olmadığı üçün bu səmimiyyəti ifadə etmək normaldır. Ancaq o, kitabın ingilis dili variantında ithafı anası ilə bərabər atasına da edib ki, bu bir az "sonradan atılan daş" misalı təəssüratını doğurur.
Könül Bünyadzadənin əsərinin dili bərbaddır. Ay aman, bu alim adı daşıyan, monoqrafiya tələblərini bilmədiyi kimi heç elmi dil, elmə aid terminlər, sözlər şərtiliyi təsəvvürünə sdə malik deyil. Sübut edirəm: Ey alimlər və elmi dil haqqında biliyi olanlar deyin, "itələmək" sözü nə vaxtdan elmi termin olub?! AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə kitabında dəfələrlə "itələmək" sözünü işlədib. Bu sözün dilimizdə "kənarlaşdırmaq" kimi aydın, dolğun ifadəsi olduğu halda Könül Bünyadzadə nə vurulub bu qeyri-elmi terminə?! Buyurun baxın: 1. "... müasir dünyanın aktual qüvvələri – siyasət, iqtisadiyyat – meydan sulayır, fəlsəfəni arxa plana itələməyə çalışır, onun lazımsızlığını vurğulayırlar".
Nə qədər böyük bir paradoksdur ki, fəlsəfəni bilə-bilə arxa plana itələməklə yanaşı, sahələrinin gücünü artırmaq üçün öz fəlsəfələrini (!) yazmağa iddialanırlar!
2.Nə qədər böyük bir paradoksdur ki, fəlsəfəni bilə-bilə arxa plana itələməklə yanaşı, sahələrinin gücünü artırmaq üçün öz fəlsəfələrini (!) yazmağa iddialanırlar! .
3. Mütləq Həqiqət haqqında nəzəriyyə və kateqoriyalara malik dini-fəlsəfi məktəb olması isə arxa plana itələnib..
4.Əgər Mən, daha dəqiq desək, onun ideyası obyektin daxili vəhdətindən güclü olmasa, çox tezliklə Mən yad cisim kimi kənara itələnəcə
5.Düşüncənin məhdudlaşmasında, istiqamətlənməsində, hətta nüvədəki ideyanın arxa plana itələməsində güclü rolu olan daha bir faktor yaddaşdır.
Beləcə, Könül Bünyadzadə hər 2 cilddə itələmək arxa plana itələmək
sözündən təkrar-təkrar istifadə edib ki, bu söz qətiyyən elmi söz deyil.
Ümumiyyətlə, kitabda belə elmi tədqiqata uyğun olmayan, savadsızlığı ifadə edən sözlər, cümlələr həddən artıq çoxdur və bəziləri lap gülüş doğurur. Məsələn, Xəstəlik, yaxud problem hər hansı hüceyrənin həyəcanlanması və ümumi ahəngdən çıxmasıdır.
Doğurdanmı hər hansı hüceyrə həyəcanlanır və ümumi ahəngdən çıxır? Xəstəlikdə hüceyrənin həyəcanlanmasından və ahəngdən çıxmasından yaranır?!
c2.Necə ki,pozulmuş hüceyrə orqanizmi xəstələndirir, eləcə də, ipə düşmüş düyün həyatı mürəkkəbləşdirir.
İpə düşmüç düyün də həyatı mürəkkəbləşdirər?!
Başqa misal, "Görə bilməyən kor, eşidə bilməyən kar olduğu kimi, şüuru passiv olan da insan deyil". Necə bilirsiz dahiyanə səviyyəsində qələmə verilən
Könül Bünyadzadənin bu "yanaşması" ağıllı fikir olaraq qəbl edilə bilər?!
Növbəti kökündən yanlış düşüncə:"Fəlsəfəni silah adlandırmışdıq. İndi də dəqiqləşdirək ki, o, insanı daxildən, mənən gücləndirən, iradəsini artıran, seçimini dəqiqləşdirən silahdır. Bəlkə də bu səbəbdən belə bir güc mənbəyini neytrallaşdırmaq, hətta digərlərindən asılı vəziyyətə".
Əziz oxucum! Ey düşüncəli insanlar! Silah mahiyyəti etibarı ilə məhv edicidir, dağıdıcıdır. Silah - "o, insanı daxildən, mənən gücləndirən, iradəsini artıran, seçimini dəqiqləşdirə bilər"?! Yaxudda cümləyə, düşüncənin primitivliyinə baxın: "İnsanın bioloji varlığı dəyişmədiyi kimi, mənəvi tələbləri də dəyişmir". Necə yəni "İnsanın bioloji varlığı dəyişmədiyi kimi, mənəvi tələbləri də dəyişmir". Bu ağılsızlıqdır. İnsanın bioloji varlığı hər hansı xəstəliyin başlaması ilə elə, elə dəyişir ki, dünya tibbi bəzisinə heç əlac tapmır. Elə xərçəngi götürək. İnsan orqanizmində müxtəlif formalı şişlər yaranır ki, sözsüz olaraq bioloji varlıq həm quruluşca, həm sağlamlıq baxımından kəskin şəkildə dəyişilir. İnsanın mənəvi tələblərinin dəyişməsi, anban yenilənməsi də sözsüz dialktikdir.
Təəssüf ki, müəllif əsərinə baxışa, kopyalamağa qadağan qoyub. Ona göə də geniş və tutarlı faktlarla onun loru dildə yazıldığını, bir çx müəlliflərin adları yazılsa da istinadlar göstərilmədiyini dəlillərlə göstərə bilmirəm. Yadıma düşmüşkən, istərdim ki, yığcam həcmli annotasiyanı
Könül Bünyadzadənin necə primitiv yazdığına inanasız. Məsələn, o yazır: "Kitab öz mahiyyətini dərk etmək ... istəyən şəxslər üçün nəzərdə tutulub). "Şəxslərin mahiyyəti kimi"- düşüncə var?!
Əziz oxucum, mən dünən Könül Bünyadzadənin Şpringer, deyib göylərə qalxdığı həmin nəşrdən qadağa qoyulana kimi cəmi 14 səhifə kopyalaya bildiyimi qeyd etmişdim. Hazırda həmin 14 səhifəlik mətni tərcümə etməyim də mümkün olmadığı üçün müəllifin 2-3 xüsusi nöqsan və saxtakarlığını diqqətə çatdırmaq istəyirəm.
Bu ilk növbədə Könül Bünyadzadənin titul hissədə Şpringerin "redaktorlar varsa, adları qeyd olunur" şalonunu pozmamasında özünü göstərir. Həmçinin o, titul səhifəsində redaktorlardan Daniela Verducci, iş yerini yazarkən 3 dəfə Co -President, European Division University of Macerata, Macerata, Macerata, Italy- yazıb.
Sonra K. Bünyadzadənin kitabına qoyulan https://publishers.issn.org/resource/ISSN/1528-1752
İSSN SAYTINA AİDDİR KİTABA YOX VƏ O SAYT DİZAYNA GÖRƏ BAĞLIDIR (Website Redesign in Progress: The ISSN International Centre is currently redesigning its website. In the meantime, for all publisher-related procedures (purchasing credits, submitting applications, making modifications and transfers requests, and so on), please continue to use this legacy portal at publishers.issn.org.)..
Islamic Philosophy and Occidental Phenomenology in Dialogy ISBN 978-3-032-15142-1    ISBN 978-3-032-15143-8 (eBook) https://doi.org/10.1007/978-3-032-15143-8
Bu da yoxdur.
Bundan başqa müəllif kitabının redakiya heyətinin üzvləri sırasında məqsədli şəkildə Detlev Quinternin adını yazmamaqla iş yerini də yanlış yazıb. Claus Detlev Quintern hazırda Fuad Sezgin Fordunda deyil, Türkiyə, German universitetində və fenemonologiyaya aid oolmayan fənlərdən dərs deyir. Fuad Sezgin fondunda işləyib. Həmin titulda ford və ya mərkəz hökmən yazılmalıdır. Müəllif Könül Bünyadzadə bunu məqsədlə yazmYIB?! Nəşriyyat niyə görməyib? Hanı, bəs Şpringer belə ciddi nəşriyyatdır, bəs görməyib ilk səhifədəcə görünən bu texniki səhvi?!
Ancaq Könül Bünyadzadənin tərifli - rəyçilərlə olan Şpringeri elə oradaca qeyd verib ki, kitabdakı nöqsanlara cavabdeh deyil.
İngiliscə kitabda müəllif ustadı Səlahəddin Xəlilovun adı qarşısında Azərbaycan Universitetini yazıb. Mən bilən, o, həmin universitetdə işləmir hazırda.
İşləyirsə, "şəgird" bunu aydın şəkildə qeyd etmlidir axı!..
Əziz oxucum, yuxqarıda da qeyd etdiyim kimi KÖNÜL BÜNYADZADƏNİN Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya”(2023) monoqrafiyası və bu il Şpringer nəşriyyatında çapdan çıxmış 1 cildlik "Sufi Phenomenology" kitabı başqa istifadəçilər, o cümlədən, mənim üçün rəsmi şəkildə bloklanmışdır. Ona görə də geniş və dolğun şəkildə "Burda mənəm, bağdadda kor xəlifə" misalına uyğun, "çtana çatıb, çatmayana daş atan" - imtiyazlar hesabına yüksək elmi adları qazanmış AMEA-nın müxbir üzvü, həm də professoru Könül bünyadzadəənin metodik və metedoloji yanlışlarını ürək dolusu ifşa edə bilmirəm.
Ancaq ona sualımı ünvanlayıram: "KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN?!

Əziz oxucum! İndi isə dünənki yazımın son cümləsində - "PS"- dəki vədimi yada salaraq bu ciddi nöqsanlarla meydana çıxarılmış kitabı - Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya”(2023) monoqrafiyasını AMEA Fəlsəfə və Sosiologiya institutu rəhbərliyinin mütləq mənada ona böyük tərəfkeşliklə çapa tövsiyyə etdiyini vurğulamaq istəyirəm.
...Mənim dəqiq yadımdadır. İnstitutun Elmi katibliyi bu kitabın Elmi Şurada çapa tövsiyyə olunmaq məqsədi ilə Elmi Şurada müzakirə olunacağı Elanını göndərmişdi. Kitab əlavə olunmamışdı. Mən irad bildirdim və Könül Bünyadzadə mənim e.ünvanıma kitabın PDF variantını göndərdi. O mənə yazmışdı ki,
PDF göndərirəm ki, mətn sürüşməsin...
Mənim o zaman çox ciddi elmi işlərim vardı. Heç açmadım da.
Məsələ orasındadır ki, institutun EŞ-na təqdim olunana bütün çapa tövsiyyə olunacaq kitablar üçün müvafiq şöbənin Protokoldan çıxarışı, Elmi Redaktorlar, Rəyçilər barədə çıxarışları, üstəlik Rəylər tələb olunur. Bəs Könül Bünyadzadədən bunlar niyə tələb olunmayıb?! O buna necə nail olub?! Əlbəttə ki, institutun elmi katibi Sevinc Həsənova ilə "dilbir, əlbirliyi" sayəsində. 28 yanvar tarixində Könül Bünyadzadənin xeyrinə səslərin yazılması vəə ona Vəsatətin verilməsi məqsədilə 1 saata yaxın Səssayma komissiyasının yanında olmaq kimi ciddi qanunsuzluğa yol vermiş Sevinc Həsənova bu kitabı da öz marağına uyğun şəkildə çapa təsdiqlədib.
Budur fakt: Könül bünyadzadəənin Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya” monoqrafiyasınının nə elmi məsləhətçisi, nə elmi redaktoru, nə rəyçiləri, nə korrektorru, nə Girişi, nə Nəticəsi, nə I cilddə ədabiyyat siyahisi yoxdur.ön söz əvəzi yazısı müəllif və kitabı deyil, problemi nağılvari şərh edir.
Bəs heç belə "gündə olan" kitaba Dövlət Mükafatı verilməsinə Vəsatət verərlər?!

Belə! Mən bir "bezobraziyanı" da ifşa etdim. Mən canlarını fəda etmiş maarifçilərimizin tədqiqtçısıyam. Onların həqiqət naminə həyatlarının bahasına necə mübarizə apardıqlarını yaxşı bilirəm. Cəsarət, mərdlik fkridir. Şükür edirəm ki, Allah məndən bu ali insan keyfiyyətlərini əsirgəməyib. AMEA Prezidenti İsa Həbibbəyli də mənə bu ilin yayında - Milli Mətbuat günümüz münasibəti iə AMEA-nın Döş nişanını çox haqqına verib... Amma əsas məsələ, maskalı kəslərin islah olunmasıdır.
Yadınızdan çıxmasın.Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev vəsiyyət edib, "Siz istedadlıları irəli çəkin! İstedadsızlar bir yol tapıb, öndə olacaqlar". Baxın, Könül Bünyadzadə necə bacarıqlıdır. Pardon! Baxın görün könül BünyadzadəNİN “Sufi fenomenologiya”(2023) monoqrafiyası necə qüdrətli, dahi ƏSƏRDİR?!..


PS. ŞƏKƏR MƏNİM GÖZLƏRİMİ ONSUZ DA MƏHV EDİB... ÜSTƏLİKDƏ FASİLƏSİZ OXUYUB-YAZMAQ... HƏRF SƏVLƏRİMİ ÜZÜRLÜ SAYIN. DİNCƏLSİN GÖZLƏRİM DÜZƏLDƏCƏYƏM...
Bu gün, 14:31
KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN?! "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?! II YAZI
20-09-2026, 16:23
KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN?! "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?!
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930