Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
Ölkə
Oxunub: 0
17 noy 2026 | 12:59

Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, Misirdəki Azərbaycan diasporunun rəhbəri, Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirov Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də iki ölkə arasında tarixi, mədəni, elmi əlaqələr barədə tələbələrə məlumat verib.

O, Misirdə Azərbaycanın təbliğinin yolları haqqında tövsiyələr verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd olunub ki, tələbələrin istəyi ilə onlar üçün diaspor mərkəzində ərəb dili kursları təşkil olunub. Həmçinin bildirilib ki, tələbələrin yerləşməsinə, sənədlərinin qaydaya salınmasına və təhsillərinə lazım olan köməklik göstərilir.

Azərbaycanlı tələbələr təhsillərini Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təqdim etdiyi təqaüd proqramı çərçivəsində davam etdirirlər.

Qeyd edək ki, hazırda Cəmiyyətin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.
Bu gün, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
Bu gün, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
Bu gün, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
Bu gün, 12:55
Xocalıda yeni tut bağları salınıb
Bu gün, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
Bu gün, 12:50
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
Bu gün, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
Bu gün, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
Bu gün, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
Bu gün, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
Bu gün, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
Bu gün, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
Bu gün, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
Bu gün, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
Bu gün, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
Bu gün, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Bu gün, 10:51
Milli iradənin tarix yazdığı gün
Dünən, 18:56
İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
Dünən, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
Dünən, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
Dünən, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Dünən, 11:57
Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər
Dünən, 11:55
Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb
Dünən, 11:53
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
Dünən, 11:50
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30