Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının Vaşinqtondakı mənzil-qərargahında keçirilən görüşdə Azərbaycanla qurum arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də hazırlanmaqda olan “Dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatının inkişafı və suvarma sistemlərinin təkmilləşdirilməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov kənd təsərrüfatının inkişafının Azərbaycan hökumətinin strateji prioritetlərindən biri olduğunu bildirib. O, Dünya Bankı ilə əvvəlki layihələr çərçivəsində qurulmuş uğurlu əməkdaşlığı xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində birgə fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Nazirin sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi daha az resursdan istifadə etməklə kənd təsərrüfatında məhsuldarlığı artırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək, elmi tədqiqat və təhsil imkanlarını inkişaf etdirməkdir.
Məcnun Məmmədov xüsusilə su ehtiyatlarından səmərəli istifadənin vacibliyinə diqqət çəkib. O bildirib ki, hazırda Azərbaycanda 1,5 milyon hektar suvarılan torpaq sahəsinin 130 min hektarında müasir suvarma sistemləri tətbiq olunur. Yeni proqram çərçivəsində bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur.
Görüşdə fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, torpaqların konsolidasiyası və kənd təsərrüfatında rentabelliyin artırılması məsələləri də müzakirə olunub. Nazir kiçik və orta fermer təsərrüfatlarının maliyyələşdirilməsində mövcud çətinliklərə diqqət çəkərək yeni kredit mexanizmlərinin və dövlət dəstəyi alətlərinin əhəmiyyətini vurğulayıb.
Dünya Bankının vitse-prezidenti Antonella Bassani Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində müəyyənləşdirdiyi prioritetlərin bankın strateji hədəfləri ilə uzlaşdığını bildirib. O, xüsusilə suvarma infrastrukturunun modernləşdirilməsi, fermerlərin bazarlara və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə edib.
Antonella Bassani Dünya Bankının “AgriConnect” təşəbbüsünə də toxunaraq kənd təsərrüfatının iqtisadi artım, yeni iş yerlərinin yaradılması və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin hazırlanmaqda olan layihənin icrasının sürətləndirilməsinin və əldə ediləcək nəticələrin fermerlərə daha qısa müddətdə çatdırılmasının vacibliyini qeyd edib.
Bu gün, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
Bu gün, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
Bu gün, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
Bu gün, 12:55
Xocalıda yeni tut bağları salınıb
Bu gün, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
Bu gün, 12:50
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
Bu gün, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
Bu gün, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
Bu gün, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
Bu gün, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
Bu gün, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
Bu gün, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
Bu gün, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
Bu gün, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
Bu gün, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
Bu gün, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Bu gün, 10:51
Milli iradənin tarix yazdığı gün
Dünən, 18:56
İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
Dünən, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
Dünən, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
Dünən, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Dünən, 11:57
Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər
Dünən, 11:55
Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb
Dünən, 11:53
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
Dünən, 11:50
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür