DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

Noyabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumta görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Ümumi çəkisi 11,9 kiloqram narkotik vasitə və 631 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 17 tüfəng və 205 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Bu gün, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
Bu gün, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
Bu gün, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
Bu gün, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
Bu gün, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
Bu gün, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
Bu gün, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
Bu gün, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Bu gün, 10:51
Milli iradənin tarix yazdığı gün
Dünən, 18:56
İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
Dünən, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
Dünən, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
Dünən, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Dünən, 11:57
Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər
Dünən, 11:55
Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb
Dünən, 11:53
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
Dünən, 11:50
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür
Dünən, 11:48
Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir
Dünən, 11:46
Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib
Dünən, 11:38
Bölgə kitabxanalarının əməkdaşları rəqəmsal yeniliklər və elektron resurslarla tanış edilib
Dünən, 11:36
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub
Dünən, 11:33
Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb
13-11-2026, 11:45
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13-11-2026, 11:43
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13-11-2026, 11:42
Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək
13-11-2026, 11:40
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır