Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb

Faiz artımı ilə bağlı gözləntilərin güclənməsi fonunda qızıl iyun ayından bəri ən kəskin həftəlik enişini qeydə aldıqdan sonra yeni həftəyə də 1 faizdən çox ucuzlaşma ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, davamlı yüksək inflyasiyanın faiz artımlarının gələn il də davam edə biləcəyi ehtimalını gücləndirməsi və texnologiya səhmlərinin ucuzlaşması qızılın qiymətinə təzyiq göstərir. Bu vəziyyət investorları digər bazarlardakı itkilərini kompensasiya etmək üçün qızıl satmağa sövq edib. Ötən həftə iyun ayından bəri ən böyük həftəlik enişini yaşayan qızılın qiyməti yeni həftənin əvvəlində də 1 faizdən çox azalaraq bir troya unsiyası üçün 3860 dollara düşüb.
ABŞ-də istehlak qiymətlərinin ardıcıl üçüncü ay gözləntiləri üstələməsindən sonra investorlar Federal Ehtiyat Sisteminin (FED) gələn il faiz dərəcələrini artıracağı ilə bağlı proqnozlarını gücləndiriblər. Bundan əlavə, FED-in rəhbərinin inflyasiyanın sürətlənməkdə davam edəcəyi təqdirdə faiz dərəcəsinin 0,5 faiz bəndi artırılmasını dəstəkləyəcəyini bildirməsi ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin yüksəlməsinə səbəb olub. Enerji xərclərinin inflyasiyanı yüksək səviyyədə saxlaması fonunda FED-in bir sıra rəsmiləri də sərt pul siyasətinin tərəfdarı olduqlarını bildirən açıqlamalar veriblər. Bu həftə investorların diqqəti ABŞ Mərkəzi Bankının oktyabr iclasının protokollarına və qurum rəsmilərinin digər çıxışlarına yönələcək.
Bazar ertəsi günü FED-in rəhbərinin ötən ay keçirdiyi mətbuat konfransından sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edərək qiymətləndirmələrini açıqlaması gözlənilir. O, indiyədək faiz siyasətinin gələcək istiqaməti ilə bağlı konkret siqnallar verməkdən çəkinib.
Digər qiymətli metallarda da ucuzlaşma qeydə alınıb. Gümüşün qiyməti 2,4 faiz azalaraq bir troya unsiyası üçün 47,55 dollara düşüb. Platin və palladium da dəyər itirib.
Bu gün, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
Bu gün, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
Bu gün, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu gün, 11:57
Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər
Bu gün, 11:55
Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb
Bu gün, 11:53
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
Bu gün, 11:50
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür
Bu gün, 11:48
Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir
Bu gün, 11:46
Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib
Bu gün, 11:38
Bölgə kitabxanalarının əməkdaşları rəqəmsal yeniliklər və elektron resurslarla tanış edilib
Bu gün, 11:36
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub
Bu gün, 11:33
Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb
13-11-2026, 11:45
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13-11-2026, 11:43
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13-11-2026, 11:42
Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək
13-11-2026, 11:40
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
13-11-2026, 11:37
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
13-11-2026, 11:35
Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
13-11-2026, 11:33
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
13-11-2026, 11:31
Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq
13-11-2026, 11:20
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
13-11-2026, 11:18
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
12-11-2026, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
12-11-2026, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
12-11-2026, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
12-11-2026, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib