Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib, qəbul olunmuş tarixi Bakı Maliyyə Hədəfi isə qlobal iqlim fəaliyyəti üçün mühüm təməl yaradıb. Ölkəmizin bu istiqamətdəki fəaliyyəti COP29-dan sonra da davam edib. Belə ki, Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyən edən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb. Eyni zamanda, COP Sədrlikləri Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə “1,5C Missiyasına doğru Yol Xəritəsi”, Avstraliya, Braziliya və Türkiyə ilə birlikdə isə “Belem 1,5C Missiyası” həyata keçirilib. Bundan əlavə, Bakıda təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumu və 140-dan çox ölkədən nümayəndələrin qatıldığı BMT-nin İqlim Həftəsi Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal iqlim gündəliyinə sadiqliyini bir daha nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədə keçirilən COP31 sessiyasında çıxışı zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini Teymur Musayev səsləndirib.
Baş nazirin müavini qardaş ölkənin dialoq, konsensus və qərarların icrasına yönəlmiş sədrliyini yüksək qiymətləndirib. Teymur Musayev Azərbaycanın ölkə daxilində atdığı konkret addımlara da diqqət çəkib. Qeyd olunub ki, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfinin icra müddəti 15 il irəli çəkilərək 2035-ci ilə müəyyən edilib. Bu yaxınlarda təqdim olunan Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası isə 2060-cı ilədək xalis sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyir. Hazırda ölkəmiz Paris Sazişinin şəffaflıq prinsiplərinə uyğun olaraq ikinci Şəffaflıq Hesabatını müəyyən edilmiş vaxtdan əvvəl təqdim etməyə hazırlaşır.
Enerji keçidinin Azərbaycanın iqlim siyasətinin əsas istiqaməti olduğunu deyən Teymur Musayev ölkədə bərpaolunan enerji üzrə quraşdırılan istehsal gücünün 2,17 giqavata – ümumi elektrik enerjisi gücünün 21,5 faizə çatdığını bildirib. İmzalanmış sazişlərə əsasən, 2030-cu ilədək əlavə olaraq 6 giqavat Günəş və külək enerjisi gücünün yaradılması nəzərdə tutulur ki, bu da qlobal bərpaolunan enerji hədəflərinin üstələnməsi istiqamətində mühüm irəliləyişdir. Paralel olaraq metan emissiyalarının azaldılması, sənayedə enerji səmərəliliyi, ekoloji təmiz nəqliyyat və tullantıların dayanıqlı idarə olunması üzrə tədbirlər davam etdirilir.
Son dövrlərdə baş verən iqlim fəlakətlərinin insanların həyatına birbaşa təsir göstərdiyini xatırladan Baş nazirin müavini inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına və texnologiyalara çıxışının vacibliyinə toxunub. Vurğulayıb ki, mövcud öhdəliklər yerinə yetirilmədən daha iddialı hədəflərə çağırışların edilməsi çoxtərəfli iqlim prosesinə olan etimadı zəiflədə bilər. Buna görə də əsas prioritet Bakı Maliyyə Hədəfi başda olmaqla qəbul edilmiş qərarların tam həcmdə icrası olmalıdır.
Çıxışının sonunda Teymur Musayev Türkiyənin COP31 Sədrliyinin öhdəliklərdən real nəticələrə keçid üçün mühüm imkan yaratdığını bildirib, Azərbaycanın Bakı və Belem proseslərinin irsinə əsaslanaraq qardaş Türkiyə və bütün tərəflərlə sıx əməkdaşlığa hazır olduğunu bəyan edib.
Bu gün, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
Bu gün, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
Bu gün, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
Bu gün, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Bu gün, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
Bu gün, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
Bu gün, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
Bu gün, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Dünən, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Dünən, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Dünən, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Dünən, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Dünən, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Dünən, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dünən, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Dünən, 10:46
Birjalarda neft bahalaşıb
Dünən, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Dünən, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Dünən, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Dünən, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Dünən, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
9-11-2026, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib