Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Ölkə
Oxunub: 3
9 noy 2026 | 11:58

8 Noyabr – Zəfər Günü münasibətilə “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı və tərəfdaşlığı ilə gənclərin və könüllülərin iştirakı ilə silsilə tədbirlər həyata keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, tədbirlərin əsas məqsədi Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətini gənc nəsil arasında təbliğ etmək, milli-mənəvi dəyərləri təşviq etmək, gənclərin Böyük Qayıdış prosesində iştirakını genişləndirmək və xalqımızın qəhrəmanlıq tarixini yaşatmaq olub.

Silsilə tədbirlər çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Böyük Qayıdış: Gənclərin rolu və yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Azərbaycan Texniki Universitetində keçirilən tədbirdə açılış nitqləri ilə Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru Sübhan Namazov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev çıxış ediblər. Çıxışlarda Böyük Qayıdış prosesində gənclərin fəal iştirakının və onların potensialından səmərəli istifadənin əhəmiyyəti vurğulanıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Aysel Hüseynova, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə Sərkərova və Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov iştirak ediblər.

Panel müzakirəsində gənclərin Böyük Qayıdış prosesində iştirak imkanlarının genişləndirilməsi, onların potensialının səfərbər olunması və işğaldan azad edilmiş ərazilərin inkişafında rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin altıncı ildönümünə həsr olunan “Zəfər Günü – Qürur Günümüz” adlı musiqili-bədii proqram keçirilib.

Tədbirdə dövlət qurumlarının, gənclər və könüllü təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Azərbaycan Könüllüləri iştirak ediblər. Proqram çərçivəsində Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və tələbələrinin, “Qoçəli” rəqs qrupunun, “Nağaraçılar” ansamblının təqdimatında vətənpərvərlik ruhunu, milli musiqi ənənələrini və xalqımızın Zəfər sevincini əks etdirən musiqilər və bədii çıxışlar təqdim olunub. Həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərə aparan yolu, xalqımızın birlik və həmrəyliyini, Azərbaycan Ordusunun qəhrəmanlığını əks etdirən videoçarx nümayiş olunub.

Bununla yanaşı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi Nümayəndəliyinin, “Qayıdış Könüllüləri”nin dəstəyi və “AzInTelecom” MMC tərəfindən Ağdam rayonunun Sarıcalı kəndində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ümumilikdə 300 ağac əkilib. Tədbir işğaldan azad edilmiş ərazilərin ekoloji bərpasına və yaşıllıq sahələrinin artırılmasına töhfə vermək məqsədi daşıyıb.

Silsilə tədbirlər çərçivəsində gənclər və tələbə təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də 1000-dən çox gənc Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı və Zəfər abidəsi ziyarət olunub, Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Gənclər, həmçinin Zəfər Muzeyinə ekskursiya edərək Vətən müharibəsinin tarixi, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və tarixi Qələbəmizin əhəmiyyəti ilə yaxından tanış olublar.
Dünən, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
Dünən, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Dünən, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
Dünən, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
Dünən, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Dünən, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Dünən, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
Dünən, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
Dünən, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Dünən, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
Dünən, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Dünən, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Dünən, 11:29
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Dünən, 11:27
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
8-11-2026, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30