“Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...
Xatirə QULİYEVA
Fəlsəfə elmləri doktoru
AMEA. Fəlsəfə və Soziologiya İnstitutu
Identiklik, multikulturalizm, Azərbaycançılıq
fəlsəfəsi şöbəsinin müdiri
ASLAN ASLANOV - 100
“Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...
Dostum, o kəsi sev ki, ölsən belə sən,
Səni ölmüş saymasın, yaşatsın əməlini
Aslan Aslanov
XX əsrin ikinci yarısında eyni adlı üç alim bir ali təhsil ocağında çalışırdı. Üç Aslan Aslanov. Bu yazı onlardan biri - filosof-şair akademik Aslan Aslanov haqqındadır.
***
Aslan Aslanov dünyaya Ağstafa rayonunun Koloğır kəndində göz açmışdır. 16 yaşında - Ağstafa dəmiryol məktəbini əla qiymətlərlə bitirən Aslan elə həmin il ADU-nun (indiki BDU) qiyabi şöbəsinə daxil olmuşdu. Ehtiyacdan məzunu olduğu orta məktəbdə müəllim işləyirdi.
Lakin qiyabi təhsildən razı deyildi. Onun həyat, təhsil arzuları böyük idi. dən tələbləri, Odur ki, Aslan Aslanov 1945-1950-ci illərdə ADU-nun tarix fakültəsinin fəlsəfə şöbəsinə hazırlaşıb qəbul olunur. Dərs yüklü illər necə gəlir, necə gedir, bilmir. Universiteti fərqlənmə diplomu ilə bitirir. Müəlimləri fərqlənən bu gəncə etimad göstərilər. Gənc Aslan Aslanov oxuduğu ADU-da saxlanılır. Tarix fakültəsində müəllim kimi fəalyyət göstərir.
Müəllim və tələbələrinin ona hörməti, etimadı Aslan Aslanovu ruhlandırır, universitetdə fəal ictimaiyyətçi kimi seçilir. Müsbət keyfiyyətləri ilə yanaşı biliyini artıqmaq marağı universitet kollektivinin diqqətindən yayınmır və Aslan Aslanovu 1953-cü ildə Moskvaya bir illik aspiranturaya göndərirlər.
Moskva mühitində 1 il onun üçün övrünün adlı-sanlı alimləri ilə tanışlıq, onlardan aldığı biliklər və təbii həyat təcrübəsi Aslan Aslanovu püxtələşdirir. Aslan müəllim Vətənə döndükdən sonra ADU rəhbərliyinə “Etika və Estetika” kafedrasının yaradılması fikrini bildirir. Təşəbbüsü müsbət qarşılanır. ADU-da yaradılan “Etika və Estetika” kafedrasının ilk müdiri də o özü olur.
Sonralar Aslan Aslanov İncəsənət İnstitutuna rektor təyin olunsada yaratdığı kafedradan ayrılmır. İllər keçdikcə Aslan Aslanov həm qurucu, təşkilatçı alim, həm də sadə, dürüst və bilikli, istedadlı insan kimi tanınır, sevilir. Bu keyfiyyətlər isə onu Şəxsiyyət olaraq məşhulşdırır.
ASLAN ASLANOVUN GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN “ŞƏXSİYYƏT” XÜSUSİYYƏTLƏRİ
Aslan Aslanov İstər kafedra müdiri kimi, istərsə də rektor kimi əvəzsiz Şəxsiyyət olub. O, ilk növbədə kollektivin elmi potensialını düzgün müəyyənləşdirib, İstedadlı gənc alimləri qabağa çəkib, onların qayğısına qalıb.
Aslan Aslanov xüsusilə də, rektor vəzifəsində çalışanda - bizim İncəsənət İnstitutunun rektoru olanda bütün kollektivin ona rəğbəti hədsiz idi. Hamı onu mənəvi ata kimi görürdü. O, hamını tanıyırdı. Ciddi görkəmli rektor birdən çox qılıqlı olurdu. Tələbələrlə, elə müəllimlərlə də sadə, səmimi ünsiyyət qururdu. Ədalət hissi!.. Aslan Aslanovun indidən baxanda tərəddüdsüz yazıram ki, ali xüsusiyyəti idi.
Yadıma düşdü. 1982-ci il. 3-cü kursu bitirmişdim. İmtahanlar vaxtı, İnstitutda xəbərlər dolaşmağa başladı ki, yay tətilində Krasnodara tələbə inşaat dəstəsi gedəcək. Əlaçı və inşaat dəstəsində xüsusi fərqlənənlərdən 2 nəfər Fransaya göndəriləcək. İnşaat dəstəsi çoxsaylı Mədəni-maarif fakültəsi şöbələrinin tələbələrindən təşkil olunurdu. Mən Teatr fakültəsinin cəmi 2 tələbənin qəbul olunduğu, oxuduğu teatrşünaslıq şöbəsində oxuyurdum. Bizim fakültədə tələbə az idi və inşaat dəstəsinə bizi düşünməmişdilər. Mən Fransaya getmək həvəsinə yazıldım. Bizim ölçülərimizi götürüb, ümumi geyim tikib verdilər. Qatarla getdik. Ancaq iş yaxşı qurulmamışdı. Əsas İnşaat dəstəsinə komandir düzgün seçilməmişdi və qısa vaxtda dəstənin demək olar ki, yarısı geri döndü. Məni də indi çox tanınmış 1 ictimaiyyətçi tələbə qızın çox nəcib, əsl insan xarakterdə atası onu aparmağa gəldikdə Bakıya gətirdi.
Elə ki, sentyabr gəldi, Komsomol, Həmkrlar təşkilatları, qazet müxbirləri Tələbə İnşaat Dəstəsinin dağılmasını ciddi tənqid etdilər. Mən Sov. İKP-nin üzvü idim. Ona görə ən çox hədəfdə mən idim. Müxtəsəri, bir neçə ay sonra, yeni ilə yaxın, İnstitutun partiya təşkiltının iclası oldu. Məni də çağırdılar. Aslan Aslanov Akt zalının səhnə hissəsində oturmuşdu. Məni səhnəyə çağırdılar və “partkom” “cinayətimi” elan etdi. Demə, məni Sov. İKP sıralarından qovacaqdılar, partbiletimi alacaqdılar. Bu isə bir tələbənin gələcəyinin qaralması deməkdi. Mən həmin illərdə “Krışnaid idim”. Hələ genlərimin əqidəsi “Allahu əkbər-ə” çox illərim qalırdı. Bu təriqətlə maraqlanırdım və əlimə keçən ədəbiyytı oxuyub, hind yoqlarının fiziki çalışmaları ilə məşğul olurdum. Aslan müəllim haqqımda verilən məlumatları üzündəki ciddi, sərtliklə dinlədkcə mən çox qorxurdum. Birdən “təriqətin” məşhur sözləri yadıma düşdü. Bir-bir ürəyimdə deyirdim. Bununla Qorxunu da unutdum, iclası da, partbiletimi də və s. Bu nə qədər çəkdi, bilmirəm, “uçuşdan” Aslan müəllimin səsi saxladı məni, O mənə yox, partkoma yüksək səslə “mənə bax”, dedi. Mən də ona baxdım... Hə, rektor, mənəvi ata məni qorumaq üçün çıxışa başladı. Partkoma sualı bu oldu, tək bu qız qaçıb?! Cavab, yox oldu və çox böyük rəqəm deyildi. Bu zaman rektor partkoman soruşdu ki, bəs o qaçanlarla bağlı nə ölçü götürüləcək? partkom, onlar Sov. İKP üzvü deyillər. Xatirəni biz əlaçı, ictimaiyyətçi (fakültənin Komsomol təşkilatının sədri idim) tələbə kimi partiyaya keçirmişik. O da o birilər kimi çox pis hərəkət edib - dəstəni tərk edib.
Aslan müəllim, partkoma 2-ci sözünü dedi. Yaxşı, onu çıxartsaq, o birilərə heç nə etməsək, biz yaxşı hərəkət edərik? Bunu deyən Aslan Aslanov zala üz tutub təklif istədi. 1 neçə müəllim, onun “mənə tərəf olmasını” hiss edib, inşaat dəstəsindəki yaıtmaz vəziyyətdən danışdılar. Aslan müəllim, onların “basmaqəlib” çıxışlarından yorulub, partkoma öz rektor qərarını bildirdi: Əvvəla, adam həyatda səhv edər. ikincisi, onu Sov. İKP üzvülüyündən çıxaranda o biriləri də Komsomoldan çıxarmalıyıq. Onda Mərkəzi komitə bizi cəzalandırar. Əlaçı, ictimaiyyətçi tələbədir, bu dəfə səhvini bağışlamaq lazıımdır.
Aslan Aslanovun bu qərarı onun ədalət hissini göstərdi. Mən bunu onda, o dəqiələrdə anlamırdım. “Xanumana”, “Nam qanexa” və s. hind təriqətindən gəlmə sirli mənalı sözlərin təsiri kimi başa düşürdüm.
O vaxtın İncəsənət İnstitutu ölkədə bir “nömrəli” demokratik prinsiplərlə işləyən təhsil müəssisə idi. Mən və bütün tələbələr müəllimlərlə çox müstəqil ruhda münasibətdə idik. Biz sərbəst idik. Müəllimlərimizdən qorxmurduq. Müəllimlər bizim “azad düşüncələimizə” hörmətlə yanaşırdılar. Ancaq müəllim və tələbələr srasında nə qədər dostcasına münasibətlər olsa da dərsə davamiyyət və dərsə hazırlıq birmənalı şəkildə tələb olunurdu.
... Azdramada L.Frank adlı alman dramaturqun “Yad adam” əsəri tamaşaya qoyulmuşdu. Kurs rəhbərim, İ.Stalinin Qafqaz üzrə müşaqviri – bizim danosçuların paxıllıqlqa, qərəzlə yuxarıya şikayət etdikləri “qaymaqlarımızı” bazcardıqca repressiyalardan qoruyan İslam İbrahimov mənə tapşırıq vermişdi ki, (alman dilindin özünün rus dilinə təcüməsində) Axundov kitabxanasında Frankın 6 pyesi var, get oxu, dərsdə dsnış”. Gedib tspmışdım.. Kitabxana bağlanana qədər 5 əsəri oxumağa vaxt çatmışdı, İslam müəllimə dedim, “5 əsər idi. Bu, bu, bu, “şayka” əsərini, demədim... Elə bil övladlarının birininadını deməmişəm, “yadıma saldı”. Çox utandım və həqiqəti dedim ki, vallah kitabxana bağlandı, çatdırmadım. Həm də mən rus dilli deyildim. Doğurdan iri, qalın bir lüğəti yanıma qoyub, anlamadığım sözləri lüğətdən tapıb öyrənirdim. Yəni, bizim müəllimlər “dərs” məsələsində çox-çox tələbkardılar. Xüsusən də mən 2 tələbənin qəbul olunduğu teatrşünaslıq şöbəsində tələbə yoldaşımın – Əfşan Maqsud qızı Cəlilovanın xroniki ağır xəstəliyi ilə bağlı tək tələbə idim və dərs cavabları yükü 100 faiz mənim üzərimdə idi...
Beləcə, dərsə hazırlıq, imtahan-zaçotlarda biz əsgər kimi idik. 2 dəqiqə gecikəndə məsuliyyət hiss edirdik. Bunu Aslan Aslanovun rektor - şəxsiyyət xarakteri bizə aşılamışdı. Biz onun övladları kimi idik. Heç birimizlə dialoqu olmurdu. Amma çox qəribə, kolidorda rastlaşanda salamımızı elə təbəssümlə alırdı ki, sanki, bizi tanıyır. Heç kəs bizi incidə bilməzdi. Biz buna inanırdıq ki, hətta müəlimlərin çoxunun “mənəvi ata”,-dediyi Aslan Aslanov bizi incidən olsa, haradansa bunu bililb, bizə haqsızlıq edənlərin cəzasını verəcəkdi...
İncəsənət institutu rüşvətdən uzaq idi. Biz hətta müəllimlərimizə Bayramlarda elementar olan xırda hədiyyələri belə verə bilməzdik. Bunlar rektor Aslan Aslnovun prinsipi, “təhsil sistemi” əsasları idi.
Novruz Bayramında “düşünüb-daşınıb” İslam İbrahimova (bizim Maştağa qəsəbəsində bayramlaşma adətinə uyğun) iri bir alma hədiyyə gətirdim. Məmnuniyyətlə qəbul etdi. 1 xanım müəlliməmə isə 8 martda anamın sumkama qoyduğu tələbə stipendiyasına uyğun qiymətdə olan kiçik hədiyyəni, günlərlə gəzdirib verə bilmədim. Müəllimlərimizə otkritka və ya Sözlə, şerlə təbriklərimiz bəs edirdi...
Aslan müəllim də gənclik ruhu güclü idi. O, bir dəfə tələbələrin Yeni il Bayramı tədbirinə razı olmayan prorektoru tənbeh etdi. Doğrudan dərsdən sonra olacaqdı tədbir. Yəni, 5-də, 6-da başlayacaqdı. Qış vaxtı, hava tez qaralır. Prorektor tədbirin axşam 9-10 da bitməyini fikirləşib razı olmurdu. Prorektoru həm də gənc dəliqanlı oğlanların “şuluq” salacaqları narahat etmişdi, Ssenarini mən yazmışdım. İncəsənət institutu, xüsusilə də teart fakültəsi tələbələrinin Yeni il şənliyi bir aləm olacaqdı. Biz rektora söz verdik ki, hər şey qaydasında olacaq. Gənclik ruhlu Rektor Aslan müəllim də ona verilən sözə inandı və biz tələbələr gecəyə qədər sərbəst şəkildə şənləndik. Əsas məsələ Aslan müəllim də inam, güvən hissi böyük idi. Ən əsası isə Aslan müəllim rəhbərlik etdiyi kollektivi – müəllimi, təəbəsi qarışıq bir ailə kimi görürdü. Aslan müəllimin sanki “Kollektiv - Ailə hüququ” məcəlləsi vardı və bizlər onun hər bir maddəsinin tələblərinə cavabdeh idik.
ALİM ASLAN ASLANOV
Ölkəmzdə estetika elminin inkişafı üçün Aslan Aslanovun yaratdığı kafedra qədər yazdığı əsərlər də xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə qeyd edək ki, Aslan Aslanov 1979-cu ildə müştərək çap olunmuş “Estetika” kitabının müəlliflərindən biri və redaktoru olmuşdur.
Konkret olaraq, estetikanın predmeti və vəzifələri, kateqoriyaları, ictimai mahiyyəti, tərbiyəvi əhəmiyyəti ilə bağlı hissələrin müəllifi olan Aslan Aslanov estetika və gözəlliyin tarixi təhlillərinə geniş yer ayırmış, elmi fikir tariximizdə bu sahədəki dərin boşluğu doldurmağa çalışmış və əlbəttə ki, qarşısına qoyduğu məqsədə nail olmuşdu. Aşağıdakı bir iqtibası nəzərdən keçirməklə də fikrimizi təsdiqləyə bilərik. Aslan Aslanov yazır: “İncəsənətin estetik-hedonist (yunanca, zövq, həzz) funksiyası, onun şübhəsiz ki, digər vəzifə və funksiyalarından ayrı deyildir. Biz Milos qızının heykəlinə tamaşa edərkən dərin estetik yaşantılar keçirir, tar və ya kanonda ifa olunan “Rast”, “Şur” dəstgahlarından, Füzulinin və Lermontovun incə rübabi şeirlərindən həyəcanlanır, böyük bədii zövq alırıq. Lakin bu heç də o demək deyildir ki, bu əsərlər bizim üçün yalnız və yalnız zövq mənbəyidirlər. Bu əsərlərdə böyük bəşəri ideyalar, arzu və amallar öz təcəssümünü tapdıqlarına görə onlar həm də insanlar arasında fikir və əqli ünsiyyət vasitəsi kimi ictimai əhəmiyyətə malikdirlər”.
Bu fikirlərdə alimin həm də milli mentalitetə, milli şüura bağlılığı ifadə olunmuşdur. Filosof sanki qarşısına bugünki və gələcək oxucusuna estetik hisslərlə bərabər, maarifçilik aşılamaq məqsədi qoymuşdur.
Bu baxımdan akademik Aslan Aslanovun 1987-ci ildə nəşr olunmuş “Estetika aləmində” əsəri Azərbaycan estetik fikrinin tarixi və nəzəri məsələlərini dolğun şəkildə əhatə edən fəlsəfi maarifçilik səlnaməsi məzmununda diqqəti cəlb edir.
Akademik özü kitabın "Müəllifdən" adlı hissəsində belə bir şərh vermişdir: "kitabın ümumi ruhunu müəyyən etmək istəsək, onu "Estetik-tarixi-nəzəri oçerklər silsiləsindən" də adlandırmaq olar".
“Estetika aləmində” kitabında alimin estetik baxışlarının milli əsasları ilə bərabər, dünya Estetik fikrinin tarixi-nəzəri məsələləri elmi-obyektivliklə, intellektual-məntiqi şəkildə əsaslanddırılmışdır. Bu əsərin əhəmiyyətini müəyyən edən bir mühüm keyfiyyət də onun Azərbaycanda estetika elminə aid tədqiqatların demək olar ki, yox səviyyəsində olduğu bir vaxtda meydana çıxarılması və maarifçilik – təhsil bünövrəsini elmi surətdə möhkəmləndirmək kimi səciyyələnə bilər. Bu isə Aslan Aslanovun yüksək təhsil məmuru mövqeyindən və əlbəttə ki, vətəndaş-alim mövqeyindən qaynaqlanırdı.
Akademik Aslan Aslanovun necə deyərlər vaxtı, zamanı ölkənin təhsil sahəsinin sistemli inkişafı işlərinə sərf olunsa da o, ciddi məsələlərin, mövzuların tədqiqində və qiymətləndirilməsində həmişə fəal iştirak edir, özünün orjinal elmi qənaətlərini hətta ən mötəbər kürsülərdən belə səsləndirməyə çəkinmirdi. Məsələn, alim Hegelin Şərqə münasibəti (Şərqlilərin tənbəlliyi) haqqında geniş yayılmış müddəanın yanlışlığını 1970-ci ildə Berlində Hegelin 200 illiyinə həsr olunmuş VIII Hegel konqresindəki məruzəsində bu fikri dərin elmi əsaslarla, dolğun faktlarla təkzib məzmununda qiymətləndirmişdir.
Belə ki, alim Azərbaycanın mifologiyadan, şifahi xalq yaradıcılığından müasir bədii və elmi nailiyyətlərə qədər geniş milli-mənvi mirasından misallar gətirərək, Şərqin Qərbdən deyil, əksinə, Qərbin Şərqdən faydalandığını sübut etmişdir.
Aslan Aslanovun Qərbin Şərqə təsirinin həddən artıq şişirdilməsini elmi şəkildə rədd və təkzib edən fikirləri də onun Şərq alimi mövqeyini əks etdirir.
Aslan Aslanov estetikaya dair əsərləri ilə estetika elmimizi tarixi baxımdan olduğu kimi, nəzəri cəhətdən də xeyli zənginləşdirmiş və irəli aparmış estetik alimlərimizdəndir. Hətta belə demək daha doğru olardı ki, o, bizim professional fəlsəfi məktəb keçmiş, mükəmməl fəlsəfi biliyə, orijinal təhlil bacarığına, həm də incə zövqə, həssas estetik duyuma malik estetikimiz idi. Aslan Aslanovun əsərlərində estetikanın mühüm məsələləri tarixilik və xalqilikdən başqa klassik və novator nəzəri elmi-estetik sistemlərin fikir sınağına çəkilir, elmi obyektivliklə qiymətləndirilmişdir. Bir çox dünya əhəmiyyəti daşıyan estetika problemləri ya ilk dəfə olaraq Aslan Aslanov tərəfindən tədqiq olunmuş, ya da işlənmş mövzular yenidən və daha dərindən tədqiq-təhlil edilmişdir.
Belə mövzulardan biri də "Avesta"da estetik baxışlar" problemidir. Alim "Avesta"da əks olunmuş bəzi estetik təsəvvürlər" məqaləsində problemi belə şərh edir: "Avesta" antitezalar əsasında qurulubdur, yəni, onun, demək olar ki, bütün məzmunu Xeyir və Şərin (yaxşı və meşin), İşıq və qaranlığın, Dirilik (həyat) ilə Ölümün qarşı-qarşıya qoyulmasına əsaslanır. Saydığımız antitezalar yalnız əxlaqi, fiziki baxımdan zidd cəhətlərdə göstərilmir, onlar həm də estetik ziddiyyətlər kimi qarşı-qarşıya qoyulur və bunu göstərmək üçün "Avesta"da obrazlı deyimlərdən, muxtəlif bədii toqquşdurma fəndlərindən istifadə olunur".
Akademik Aslan Aslanovun estetik baxışları həmişə dünya fəlsəfəsinin çoxsaylı problemlər kəhkəşanında dolansa da, onun əsas diqqəti ən çox nəhəng yunan sənət məbədi *"Aristotel poetikası"*na yönəlmişdi. Alim bu dəyərli tarixi əsəri dilimizə tərcümə etmiş, bir sıra elmi məqalələri ilə təhlil edib qiymətləndirmişdi. Aslan Aslanov "Aristotel poetikası"nın Şərq fəlsəfəsi və ədəbiyyatında mövqeyinə dair" adlı məruzə ilə 1972-ci ildə Rumıniyada keçirilmiş VII Ümumdünya konqresində iştirak etməsi və orijinal Aristotel təhlilləri ilə diqqəti cəlb etməsi faktı da onun bu irsə xüsusi marağını təsdiqləyir.
Vətənpərvər, vətəndaş alim-filosof Aslan Aslanov dünya fəlsəfəsindən yazmaqla milli elmi fikri yeni orijinal düşüncələrlə zənginləşdirmiş, xalqımızın estetika tarixini təmsil edən klassikləri və eyni zamanda milli estetik dəyər daşıyan mövzuları, problemləri dərindən araşdırıb, dəyərləndirmişdir. Onun istər marksist-leninçi mövqedən yazmış olduğu sırf ideoloji qaynaqla bağlı əsərlərində, istərsə müxtəlif mövzulu məqalələrində, istərsə də məruzə və çıxışlarında Azərbaycan klassik mənəvi irsi öz estetik təhlilini qazanmışdır. Alimin "Azərbaycan estetik fikri tarixindən etüdlər", "M. F. Axundovun estetik görüşləri haqqında", "Azərbaycanda marksizm-leninizm təbliğatçılarının estetikası" və digər əsərləri buna yaxşı misaldır. Dahi Nizaminin fəlsəfi dünyagörüşünü təhlil edən Aslan Aslanov onun materialist olduğu elmi qənaətindən çıxış edir, mülahizələrini şairin əsərlərindən gətirdiyi misallarla əsaslandırırdı.
Akademik Aslan Aslanov Azərbaycanda estetika elminin təbliğatı ilə məşğul olan ilk alim- tədqiqatçı olduğu kimi, "Estetika" haqqında ilk dolğun kitabın nəşrinin də təşəbbüskarı və rəhbəri olmuşdur. Alimin 1979-cu ildə müştərək müəlliflər redaksiyası ilə çap olunmuş "Marksist-leninçi estetikanın əsasları" kitabında yazmış olduğu fəsillər və bölmələr, bu gün də sırf estetik bilik cəhətdən əhəmiyyət kəsb edir.
“YERİMDƏ BİR ÖMÜR AÇACAQ ÇİÇƏK”...
Aslan Aslanov estetik təhlil məsələsinin spesifik xüsusiyyətlərinə münasibət bildirərək belə bir maraqlı fikir söyləyib: "Bəzən ilk baxışda estetikaya dəxli olmayan əsərlər estetik təhlil və müşahidələrlə dolu olur".
Fikrimizcə, bu düşüncəni Aslan Aslanovun poeziyasına da aid etmək olar. Belə ki, Aslan Aslanovun şeirləri, poeziyası onun estetik baxışları, hedonist təbiəti haqda tam təsəvvür yaradır. Həm də Aslan Aslanov poeziyası hiss və təfəkkürün sintezindən yaranmışdır. Bu cəhəti, xüsusiyyəti ilə Aslan Aslanov poeziyasını filosof-şair yaradıcılığı, qısaca desək, fəlsəfi poetik rəngarəng tablo da adlandırmaq olar. Onun şeirləri lirik olduğu qədər filosofanə, filosofanə olduğu qədər lirik, romantik ovqatlı, sadə, bəlkə də daha sadə - hiss adamı yazılarıdır. Aslan Aslanov beləcə Yer Planetinin üzərindəki bütün maddi və mənəvi hadisələri filosof düşüncəsinin "fırçası" və şair qəlbinin rəngləri ilə bacardığı və ya bacara bildiyi qədər gözəl təsvir edirdi:
Salamlar gətirəcək sonsuzluqlardan bizə,
Fəzalardan süzülən milyon il işıqları
Ata-analı mehman gələcək ərzimizə,
Ulduzlar dünyasının mələk uşaqları...
Aslan Aslanovun böyük şairimiz Məmməd Araza ünvanlanan şeirində, sanki Məmməd Araz timsalında bizim hamımızdan "hal-əhval tutur".
Kəklikli qayalar xınalıdırmı?
Dağlar ağ örpəkli, cunalıdırmı?
Göldən su içməyə gedən cüyürlər
Yenə də balalı, analıdırmı?
Yenə də buludlar gəzib sərsəri
Çöllərə aramsız damcılayırmı?
Qaranlıq göyləri, nur şimşəkləri
Qızıl qamçılarla qamçılayırmı?..
Əsl şairlər kimi ani olaraq kövrələn, ötəri bir baxışdan "dərdı" duyan, ürəyinə salan, ehtiyatsız bir kəlmə ilə küsdürdüyü adama qurban-sadağa gedib barışıq istəyən, sözündə bütöv, amalında sabit təbiəti vardı Aslan müəllimin...
Aslan müəllim bizim tələbəlik illərində bir tələbəni bufetdə siqaret çəkən görüb bərk danlamışdı. Əsəbi halda kabinetinə gələrkən birdən halı dəyişmişdi. Yanındakılara "deyəsən axı uşağın gözləri dərdlə baxırdı" - demişdi. Öyrənib bilmişdilər ki, oğlanın anası qəfil rəhmətə gedib, 7-sini verib dərsə gəlib, rektor Aslan Aslanov oğlanı çağırtdırmışdı. Ondan dönə-dönə üzr istəmişdi.
Qəribədir, Aslan müəllimin üz cizgiləri çox sərt idi. Mənə elə gəlir ki, sərt cizgilər onun uşaqlıq illərinin xatirələri idi. Elə Aslan Aslanov işində də, fəaliyyətində də həddən artıq ciddi, məsuliyyətli, zabitəli şəxsdi. Amma yuxarıda dediyim kimi, həm də həddən ziyadə yumşaq, ipək kimi xasiyyəti vardı. Aslan müəllimi tanıyanların çoxu onu "mənəvi ata" hesab edirdi. O, tanımadığı, ömründə ilk dəfə gördüyü adamlarla belə əl tutur, hamıya yaxşılıq edirdi. Bəzən heç adları yadında qalmırdı o adamların. Qarşısındakına, kim olursa-olsun - uşaq, böyük, kəndçi, alim, kişi-qadın - insan münasibəti bəsləyər, dinləyər, dərdləşər, həmsöhbət olar, "dostlaşardı"!.. Eşitmişəm, inanıram da ki, Aslan müəllimi mənzilinin qapısına vaxt-bivaxt neçə-neçə ümidlə gələni sevindirirdi. İşə düzəldirdi. İnstitutdan qovulanı xahişə gedib, bərpa etdirirdi, müəllimlərin başı üstündə dayanardı ki, kasıbın balasını sıxışdırmasınlar, haqsızlıq edib "kəsməsinlər".
Bizim illərdə mədəni-maarif fakültəsində bir oğlan oxuyurdu. Tez-tez Aslan müəllimə "xəbər" aparırdı. Hətta uşaqlar müəllimləri təqlid eləmişdilər. Bunu da rektora çatdırmışdı. Aslan müəllim oğlanı qovsa da əl çəkməz, harda oldu ona xəbər çatdırırdı. Oğlan institutu bitirəndə Aslan müəllimdən onu institutda saxlamasını xahiş edir. Aslan müəllim bu xəbərçi oğlana ömürlük dərs verərək, "get, get, ay bala, institutdan mənə xəbər deyirdin, məndən də gedib Mərkəzi Komitəyə deyərsən" demişdi.
Çox sadə adam idi Aslan Aslanov. Dövlət, sərvəti heç sevməzdi. Təsadüfi deyil ki, şeirindən bu xisləti və amalı boylanırdı:
Nə mənası quru yerə ad-sanın,
Ey insanlar, gül-çiçəyə yaslanın.
İlk şüarı, al bayrağı Aslanın
Gözəllikdir, gözəllikdir, gözəllik!
... Bir il idi rəhmətə getmişdi. Onun haqda televaziya verilişi hazırlamaq niyyəti ilə evinə getmişdim. Gözlərimə inanmadım... 35 il "zav. kafedra", 10 il rektor, 5 il institut rektoru, belə baxanda ömrü boyu vəzifə adamı olmuşdu, akademikin evi büsbütün təmirsiz idi. Hətta çatlaqlar, söküklər vardı tavanda. Evdə mebel də, qab-qacaq və s. köhnə, dəbdən düşmüş idi. Bircə divar boyu hündürlükdə və divar uzunu dayanmış köhnə kitab şkafındakı bir-birindən çox-çox qiymətli, dəyərli kitablar, "Aslan Aslanov kitabxanası" bərq vururdu. Nəfis, hələm-hələm ələ düşməyən, hər dövlətlidə olmayan kitablar, bu təmirsiz evin bütün eyiblərini ört-basdır edirdi. Aslan müəllim sevə bilməzdi də zənginliyi, bər-bəzəyi. Axı alim-filosof idi. Filosofların "çəlləkdə yaşayanı, o darısqallıqda" rahatlıq tapanı da olub, deyilmi?..
Onun ölüm diaqnozu ürək partlaması oldu! Bu diaqnoz yaraşır ona. İrəvandan 200 mindən artıq həmvətənimiz çıxarıldı, ardınca Şuşa, Laçın və neçə-neçə torpağımız işğal edildi. Sinəmizə Qarabağ adında və Qarabağ boyda dağ çəkildi. Aslan Aslanov bu boyda dərdlə davam edə bilməzdi və belə də oldu.
Aslan Aslanov bir çox şeirlərində tez-tez "getmək" ifadəsini işlədir. Bəzən pıçıltıyla, bəzən açıq-aydın... "Bu dünyadan" getməkdən, yəni ölümdən!.. Filosof-şairin şeirlərində ölüm də bəşərindir, necə ki, həyat! Necə ki, sevinc, xoşbəxtlik və s. Elə buna görə də ölüm adlanan "gediş"dən təəssüf olsa da, şikayət duyulmur onun şeirlərində:
Orda bir-birinin hey fərağında,
Ulduzlar həsrətdən yanır, ağlayır.
Göyün hər qatında, hər varlığında
Kainat insana yer irahlayır.
Büsbütün romantik xarakterli olan filosof-şair Aslan müəllim yaman tələsdi əbədi yurda, yuvaya. Səbirsiz oldu. Payıza az qalırdı, gözləmədi, tələsdi. "Qobustan" jurnalına verdiyi bir müsahibədə demişdi ki: "Nə istəmişəm olub. Bircə ürəyimdə rejissorluq etmək istəyirəm. Nə vaxtsa gücümü rejissorluq sahəsində də sınayacağam". Tamaşamı qoymaq istəyirmiş, ya kinomu çəkmək istəyirmiş görəsən? Bəs mövzu nə olacaqdı? Keçmişi, yoxsa bu günü?.. Nikbin məzmunda olacaqdı, ya qəmli, bədbin ruhda olacaqdı ssenasisi?..
Aslan müəllimə 70 yaşı heç vermək olmurdu. Dolusu 55-60! Fikirləşirdin ki, bu enerji, bu şuxluqla əsl filosoflar nəsli kimi 90-100 yaşayar Aslan Aslanov!.. Bəs şairliyin ömür həqiqətləri?!! Axı, şairlərin "öz ömrü öz tale yazısıdır". Onlar alimlərdən, filosoflardan fərqli olaraq adətən az yaşayır. Çox vaxt qəzavü-qədərin qurbanı olurlar. Bəlkə də Aslan müəllimin filosofluğu onu çox yaşatmaq istəyir, şairliyi daha bəsdi-pıçıldayırmış.
Aslan Aslanov XX əsrin filosofu, alimi, şairi oldu. Nə qədər zamanlar gəlib keçəcək, deyəcəklər ki, XX əsrdə belə bir alim yaşayıb. Əsərlərini, fikirlərini təhlil edəcəklər. Tərif də edəcəklər, təbii, yəqin ki, tənqid də edəcəklər! Mən də tənqid üçün səbəb tapardım, “gərək Aslan müəllim, daha çox tədqiqat aparaydı”. Aslan müəllim, gərək “biz tələbələrə” qayğısını bir az az edib daha çox yazaydı, öz elmi kitabxanasını yaradaydı... Heç olmasa ondan əsərini oğurlyana bunu sübut edəydi, çox aktual mövzuda əsərini o riyakar, etibarsız adamdan geri alaydı. Məgər bunu etmək çətindir?.. Enerjili bir gənc tədqiqatçı Aslan Aslanov elə o oğru adamın dil-üslub konturları ilə həmin əsəri üzə çıxarmaq olar. Amma dünya dəyişib, heç kim bu işi tapşırmaz, heç kim də vaxtını belə vacib, xeyirxah iş üçün “xərləməz”. Ona görə də Aslan Aslanov düşüncəsi yerinə düşür: “əsas odur ki, o tədqiqat müəllifindən asılı olmayaraq xalqın xəzinəsinə düşüb”. Dəryada o qədər balıqlar var ki...
Mən inanıram ki, poeziyanı fəlsəfə, fəlsəfəni kamillik – peyğəmbərlik hesab edən zaman gəldikdə, Aslan Aslanov haqqqında düşünənlər nəsli meydana gələcək və onlar keçmişə yol açıb, çıraq tutub, xatirələr axtaracaqlar. Tarix, " Aslan Aslanov ““keçmişimizdən” bir soraq" - deyib, soraqlayacaqlar.
Hamı mənimlə razılaşar ki, o zaman ilk yada düşən Aslan müəllimi bu dünyanın, bu dünyanı Aslan müəllimin edən “Lalələr” mahnısı yada düşəcək:
Xəyalımdan nələr gəlib də keçər,
Yaz gələr, ellərə durnalar köçər.
Bulaqlar samovar, ağ daşlar şəkər,
Bənzəyir çəməndə közə, lalələr.
Lalələr, lalələr. Lalələr, lalələr...
Aslan müəllimin sözlərini yazdığı “Lalələr” mahnısı Respublikamızın nadir musiqi incilərindən biri kimi Qızıl fondda saxlanılır. Mahnını tanınmış Azərbaycanın tanınmış bəstəkarı Telman Hacıyev bəstılımişdir. Mahnını Zeynəb Xanlarova, Gülağa Məmmədov, Anatollu Qəniyev, Aygün Bəylər, Azərin oxusalar da o, yaddaşlara da, musiqi tarixinə də Rəşid Behbudovun adı ilə həkk olunub.
1995-ci ilin payızında bir bəd xəbər sürətlə yayıldı. Aslan Aslanov vəfat edib. heç olmasa 1 il yaşasaydı, yaşaya bilsəydi, 70 yaşına dolardı. 70 illik yubileyi qeyd olunardı. çox şeylər ki, bu da qismətində yox imiş. Deyirlər ki, biri ölür, biri dirilir. O da bu düşüncəyə uyğun yazıb bu misraları:
Payız bir yarpaq da xəzəlləşəcək
Yerimdə bir ömür açacaq çiçək
Dünya bir çiçək də gözəlləşəcək.
Bu yazını yekunlşdırarkən akademik Aslan Aslanovun ömrünün sonlarına yaxın Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin İctimai Elmlər Bölməsinə akademik-katib təyin olmasından və bu istiqamətdə məlumum olanlardan bir-iki ştrixi yazmaq istəyirəm. Belə ki, Aslan Aslanovu bir ruzgar rektorluqdan AMEA RH-nə gətirdi. Mən o vaxt həmin İctimai Elmlər Bölməsininişçisi idim. Bu bölməyə akademik Əhməd Mahmudov rəhbərlk edirdi. O, İqtisadiyyat institutunun direktoru olduğu üçün RH-ndəki İEB-nə çox az gəlirdi. elmi katib Hüseyn Əsgərov dissertasiya işi ilə məşğul idi... Ona görə də demək olar ki, bütün işlərini (bölməyə gələn şikayətləri, şikyətçiləri qəbul etmək və s.) vitse-prezident Cəmil Quliyevin tapşırıqları ilə mən yerinə edirdim. Aslan müəllimin təyinatı gözlənilçədən oldu. Bölmənin yeri dəyişildi. O, özünə çoxlu köməkçilər gətirdi. Mən də, elmi katib də öz istəyimizlə “yuxarıya” – dissertant olduğumuz institutlara keçdik.
Haşiyə çıxaraq deyim ki, Elmira Zamanova adlı birini akademik Ziya bünyadov rəhbərlik etdiyi Şərqşünaslıq institutundan Xəbərlər jurnalında plagiatları tənqid olunduğu üçün və digər səbəblərlə əlaqədar işdən çıxarmışdı. O Aslan müəllimin qəbuluna gəlmişdi. “Yuxa qəlbli” Aslan müəllim qadına kömək olmaq üçün Ziya müəllimi də dəvət etmişdi. Onlar 3-lükdə məsləni müzakirə edəndə Ziya müəllim bərk əsəbləşdi. E.Zamanovanın “əməllərini” sərt şəkildə açıb-tökdü. bax burada bir məqamı qeyd etmək istəyirəm. Aslan müəllim “dava davam etdikcə” məndən utanırdı. tez-tez Ziya müəllimə “qız uşağıvar otaqd”, deyirdi. Arabir “qızım sən bir su gətir”, - deyirdi. Məni “yuxarıya da” göndərdi. mən belə qəbulların davamını düşünüb AMEA-nın prezidenti Eldar Salayevdən mən dissertant olduğum ədəbiyyat institutuna işə keçirməsini xahiş elədim. Gözəl insandı. Pərt eləmədi məni. Prezident fondundan bir kiçik elmi işçi ştatı ayırdı mənim üçün. Mən gedərkən Aslan müəlim, bir az kövrələn kimi oldu. “Sən getməməliydin”... Mən isə əsl mənada rektorum olmuş Aslan müəllimlə bir otaqda işləməyə çəkinirdim...
Sonra o, Aslan Aslanov, Fəlsəfə və Hüquq institutuna direktor təyin edildi. Yuxarı binada rastlaşdıq. Salamlaşdım. Keyfi kök idi. Mənə sevinclə dedi ki, “səni Fəlsəfəyə estetika şöbəsinə müdir gətirəcəyəm”. Dedim, müdfiəmə az qalıb. Sonra mən özüm keçmək istədim Fəlsəfə institutuna və bu fikrimi bildirdikdə, Aslan müəllim məni tərəddüdsüz işə qəbul etdi. Çox təəssüf ki, mən qaldım “mənəvi ata” getdi...
Bu da maraqlı məsələdi, Aslan müəllim 1926-cı ilin 20 avqustda dünyaya gəlmişdi, Azərbaycan fəlsəfə elminin tanınmış nümayəndələrindən biri - Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Aslan Aslanov 1995-ci ilin 23 avqustunda bu dünyaya vida etdi. 3 gün fərq. Görəsən nə anlamı verir? Bunun mənasını bilməsəm də, Aslan müəllimin onu tanıyanların qəlbində çox gözəl, unudulmaz xatirələr qoyub getdiyini bilirəm. Yadımdadır. ölümünü eşidənlərin hamısı kədərlənmişdi. kişilər də ağlayırdılar. Bütün İncəsənət institutu onun itkisinin hüznündə birləşmişdi. Demişdi Aslan müəllim: “Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...
Bu il bizim Aslan Aslanovun 100 yaşı tamam olur. 2026-cı İl sürətlə bizdən uzaqlaşır. təqvimdə 60 gün qaldı. 60 dəqiqə kimi azdan da az bir zaman kəsimi qaldı bu illə - deməli, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Aslan Aslanovun 100 illik yubileyi ümidi ilə vidalaşmağa. Düşünmürəm ki, A-Z tanınmışlara, qiymətli-qiymətsizlərə ucdantutma yubileylər qeyd edənlərin akademik Aslan Aslanovla, şair-filosof Aslan Aslanovla şəxsi-qərəzləri var. Yox! Sadəcə onun bəxti belə gətirib. Tale oxu tonometrlərin oxu kimi gah yuxarıda, gah aşağıda qərar tutub. Sonra birdən dayanıb. Komaya düşüb tale oxu. Nə 80- da, nə 90-da, budur 100 tərpənmir. Donub tale oxu. Bir tərpədən, hirslənib yerə çırpan da yoxdur onun ömür tonometrlərini.
Olsun! Qoy akademik Aslan Aslanov, şair-filosof Aslan Aslanov, bizim rektor Aslan Aslanov elə 69 yaşında – cavan, gümrah qalsın.
Bu gün, 16:39
“Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...
Bu gün, 14:33
Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib
Bu gün, 14:30
Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb
Bu gün, 14:29
İrakli Kobaxidze: Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir
Bu gün, 14:28
Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Bu gün, 14:27
Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub
Bu gün, 14:26
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
Bu gün, 14:24
Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin ekoloji tələblərə uyğunluğu diqqət mərkəzində saxlanılır
Bu gün, 12:48
UZUN İLLƏRİN LƏTİF XATIRƏLƏRİ
Dünən, 14:23
SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
Dünən, 14:22
Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb
Dünən, 12:45
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
Dünən, 12:44
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Dünən, 12:37
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Dünən, 12:35
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Dünən, 12:33
Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır
Dünən, 12:32
Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb
Dünən, 12:27
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Dünən, 12:25
İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub
Dünən, 12:21
AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar
Dünən, 12:02
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək
Dünən, 11:46
BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir
28-10-2026, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
28-10-2026, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
28-10-2026, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
28-10-2026, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
28-10-2026, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr