Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm prioritetlərindəndir: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatlar bu sahənin inkişafına möhkəm zəmin yaradıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət aqrar sektorun müasirləşdirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”.
Məcnun Məmmədov əlavə edib ki, 2026-cı il mayın 25-də dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır: “Dövlət Proqramı aqrar sahənin inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyən edir. Məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə vaxtında və səmərəli nail olunması üçün aidiyyəti dövlət qurumları, özəl sektor, fermerlər və digər tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi zəruridir”.
Nazir vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmiz üçün yeni imkanlar yaradır.
Aqrar siyasətin həyata keçirilməsində mühüm rol oynayan kənd təsərrüfatı işçilərinin dövlətin yürütdüyü uğurlu siyasəti dəstəklədiyini deyən Məcnun Məmmədov bildirib ki, əldə olunan nailiyyətlərdə fermerlərin fədakar əməyi, bilik və təcrübəsi xüsusi rol oynayır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi aqrar inkişaf strategiyası kənd təsərrüfatının modernləşdirilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, fermerlərin dövlət dəstəyi ilə əhatə olunmasını və yerli istehsalın artırılmasını əsas hədəflər kimi müəyyən edir: “Dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı kənd təsərrüfatının dayanıqlı inkişafı, regionların sosial-iqtisadi tərəqqisi və kənd əhalisinin rifahının yüksəldilməsi üçün mühüm zəmin yaradır”.
Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib ki, kənd təsərrüfatı ölkəmizin qeyri-neft sektorunun aparıcı sahələrindən biri olmaqla, həyata keçirilən islahatlar, dövlət dəstəyi və müasir texnologiyaların tətbiqi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aqrar sahəyə dair yeni Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, emal imkanlarının genişləndirilməsi və azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması sektorun uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirir”.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi tərəfindən hazırlanmış, Azərbaycanın aqrar inkişaf yolunun əsas mərhələlərini, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatları, əldə olunan nailiyyətləri və gələcək inkişaf perspektivlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda aqrar sahədə uzunmüddətli fəaliyyət göstərmiş Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumlarının əməkdaşlarına, eləcə də “Əməkdaşların Tanınma Proqramı”nın qalibləri olan işçilərə təşəkkürnamələr təqdim olunub.
Bu gün, 14:33
Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib
Bu gün, 14:30
Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb
Bu gün, 14:29
İrakli Kobaxidze: Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir
Bu gün, 14:28
Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Bu gün, 14:27
Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub
Bu gün, 14:26
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
Bu gün, 14:24
Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin ekoloji tələblərə uyğunluğu diqqət mərkəzində saxlanılır
Bu gün, 12:48
UZUN İLLƏRİN LƏTİF XATIRƏLƏRİ
Dünən, 14:23
SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
Dünən, 14:22
Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb
Dünən, 12:45
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
Dünən, 12:44
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Dünən, 12:37
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Dünən, 12:35
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Dünən, 12:33
Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır
Dünən, 12:32
Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb
Dünən, 12:27
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Dünən, 12:25
İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub
Dünən, 12:21
AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar
Dünən, 12:02
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək
Dünən, 11:46
BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir
28-10-2026, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
28-10-2026, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
28-10-2026, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
28-10-2026, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
28-10-2026, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
28-10-2026, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır