UZUN İLLƏRİN LƏTİF XATIRƏLƏRİ
Gündəm / Elm və təhsil
Oxunub: 37
30 okt 2026 | 12:48

Xatirə Qulyeeva
Fəlsəfə elmləri doktoru
AMEA. Fəlsəfə və Soziologiya İnstitutu
Identiklik, multikulturalizm, Azərbaycançılıq
fəlsəfəsi şöbəsinin müdiri

UZUN İLLƏRİN LƏTİF XATIRƏLƏRİ
Lətifə xanım Məmmədovanı kimisi lap çoxdan tanıyır, kimisi onunla təzəlikcə tanış olub. Mən bilmirəm, mənim Lətifə xanım Məmmədova ilə tanışlıq kateqoriyam bunlardan hansına aiddir. Ancaq mən onu – bu indi haqqında bəhs edəcəyim XX- XXI əsr Azərbaycan maarifçi xanımını 2000-ci illərdən tanıyıram. Yəni, onunla tanışlığımın tairixi, - 1 qərinədir, deyə bilərəm.
İlk tanışlığımız Dövlət İdarəetmə Akademiyasının kitabxanasında oldu. Mən bu kitabxanaya Ulu öndər, tarixi şəxsiyyət Heydər Əliyev haqqında AMEA-da ilk kitab olan - Azərnəşr”-in qrifi ilə 2002-ci ildə çap olunmuş “Heydər Əliyev və mənəvi-estetik dəyərlər” monoqrafiyamı apamışdım.
Oxu zalına ucaboylu, yaraşıqlı bi xanım şux yerişlə daxil oldu. Hamı ilə, salamlaşdı, o cümlədən mənimlə. Ləhcəsi mənə çox tanışdı. O da məni “ləhcəmlə” tanıdı və söz vaxtına çəkər, mart ayının doğurdan elə bu günləri olduğu üçün Bakı şəkərbura-paxlavasından danışdıq. Mən səhəri gün Lətifə xanıma Novruz payı - azı 1 həftə əvvəl bişirsək də yumyumşaq, təravəti üstündə olan öz şəkərburamızdan gətirdim. Bizlərdə Novruz bayamı münasibəti ilə qız evindən oğlan evinə vezoot (adlanan) xonçasına qoyulan xüsusilə böyük ölçüdə - Əl boyda düzəldilən və üzərinin zərif, incə naxışları, kənarlarının mərcan kimi incə bükməsi olan şəkərburamız Lətifə xanımın çox xoşuna gəldi və bakı ənənələri ilə bağlı xatirələrimiz nənələr dövrünə gedib çıxdı.
Həmin vaxt mən Lətifə xanımla kitabxanada bir neçə dəfə rastlaşdım və aramızda mehriban münasibətlərin körpüsü yarandı. Sonra illər bizim başımızı öz işlərimizə qatdı.



2004-cü ildə AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Ağamusa Axundov nəfis bir kitabı - “Heydər Əliyev. Biblioqrafik məlumat kitabın”-nı göstərib, mənim “Heydər Əliyev və mənəvi-estetik dəyərlər” monoqrafiyam haqqında da məlumat olduğunu dedi.
Çox sevindim. Həə, mənə elə gəlir ki, “Heydər Əliyev. Biblioqrafik məlumat kitabı” (2003. BDU nəşriyyatı.səh.388. file:/// C:/ Users /user/ Downloads/he-bmk.pdf.424 səh.) tərtib olunarkən mənim kitabımı yada salan Lətifə Məmmədova olmuşdur.
Bu qənaətimi öz-özüm üçün həmin qiymətli mənbə mənə 20 il sonra gərək olduqda bir daha təsdiqlədim. Belə ki, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində “Heydər Əliyev. Biblioqrafik məlumat kitabı”-nı mən tapa bilməyəndə Lətifə xanıma dedim. O böyük həvəs və məsuliyyət hissi ilə, eyni zamanda operativ surətdə dəyərli mənbənin PDF variantını mənə göndərdi.
Sonra mənim Lətifə xanıma bir yaxın adamımın çox əhəmiyyətli mövzuda kitabının qəbulu məqsədli işim düşdü. O qədər canyananlıq göstərdi ki... Lətifə xanım minnətsiz, zəhmətini şar kimi böyütmədən əlindən gələni edib, hətta fikrimcə, öz maddi imkanlarını da səfərbər etdi.
... Bir gün Lətifə Məmmədova mənə zəng edib, mənim xeyrimə olan bir təklif etdi. “Bakraboçi” qazetinə müsahibə verməyimi düşünmüşdü, bunu tanıdığı müxbirə demişdi, razılıq alınmışdı. Mən daim “elmi işlərlə” məşğul olduğum üçün vaxt istədim. Həqiqətən, o müddətdə mən Ulu öndər haqqında növbəti monoqrafiyam üzərində işləyirdim. Lətifə xanımın mənə xeyirxahlığına tələsə bilmirdim. Xeyli vaxt ötürdü.
O arabir məndən xəbər tuturdu. Nə qədər, qayğı ilə. Nə qədər hörmətlə. Sanki özü haqqında yazmalıydım. Halbu ki, mən peşəkar müxbirin konkret bir neçə sualına cavab verəcəkdim. Mən Lətifə xanımın bu hərəkətini - onun maarifçi xanım missiyasını necə gözəl yerinə yetirdiyini həmişə xatırlayıram.

O VAXT, BU VAXT !.. Lətifə xanımı “öz yolunda” müşahidə edirəm. Təmənnasız, nəcib, humanist, əsas da vətənpərvərlik möveyi ilə hamıya yetişmək, hamının qayğısına qalmaq. Həyatın mənası da budur!..
... Sosiallaşıb bütün cəmiyyətimiz. Hamı indi sosial şəbəkələrdə göz önündədir. Başqa cür desəm, hamının fəaliyyəti göz önündədir. Mən Lətifə xanım Məmmədovanı geniş, çoxmilyonlu Facebook soaial şəbəkəsində “çox görürəm”. Bəlkə ondan da çox “görünənlər” vardır... Amma Lətifə xanım bir-birindən mühüm, maraqlı, aktual mövzularda paylaşımları ilə diqqəti cəlb edir. Təkcə diqqət cəlb edir fikri onun paylaşımları üçün azdır. O düşündürür, maarifçilik işi həyata keçirir.
Lətifə xanım, ilk növbədə vətənpərvərlik dərsi keçir. Lətifə xanım, vətən tarixini öyrənməyə çağırır. Lətifə xanım, alim olduğu üçün, həm də taixçi alim olduğu üçün elə mövzuları gündəmə gətirir ki, bunlar onun biliyinin və həm də vətandaş şəxsiyyətinin dolğun ifadəsidir.
Məsələn, Lətifə xanım Məmmədova 2011–2018-ci illərdə YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri olaraq ölkə mediasının inkişafına böyük təsir göstərmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təcrübəyə tətbiqində xüsusi fəallıq göstərmişdir. Məhz geniş dünyagörüşünə, yüksək intellektual səvyyəyə malik bu mədəniyyət xadimimizin böyük təşkilati dəstəyi ilə AR Mədəniyyət Nazirliyinin və digər nazirliklərin tabeçiliyində olan kitabxanalarda ilk Elektron kitabxanalar və Elektron kataloqlar yaradılmışdır
Bunlar Lətifə xanım Məmmədovanın xarakterinin ictimaiyyət üçün olan tərəfləridir. Onun iç dünyası da var, səmimiyyət, nəcinblik, din-iman, mehribanlıq, xoşrəftar keyfiyyətləri ilə par-parlayan iç dünyası. O, digər sosial şəbəkələrdə öz “dostlarını” elə maraqlı paylaşımlarla “salamlayır ki,” o məzmunlarda hər şey var. Ovqat, nostalji, keçmiş, uşaqlıq, gənclik illəri, xatirələr, onun “nəslinin” mahnıları, sənətkaları, çox şey.


Sonra. Lətifə xanım, necə həyatda gözəl, kübar, “kulturnu”, xanımdır. Onun bir az dar çevrəsi üçün olan paylaşımları olduqca yüksək zövqlü, hər kəsin tapa bilməyəcəyi paylaşıblardır. Həm əhval-ruhiyyəni qaldırır, həm düşündürür onun dostları ilə bölüşdükləri.
Lətifə xanım Məmmədova milli ruhda, identik təbiətdə olmaqla bərabər, ümümbəşəri, beynəlmiləl – multikultural hisslərə malikdir. O rusdilli, rus təhsilli olmaqdan irəli gələn mənəviyyatla şovinizmdən uzaq – ona və onun yaşıdlarına əziz sovet dövrünün əsl saf mədəniyyətini, sənətini sevə-sevə təbliğ edir.
O, hamını humanizm ruhlu tədbirlərə dəvət edir. Onu gah beynəlmiləl qayəli konsertlərdə, gah tamaşalarda, gah tədbirlərdə görürsən.
Onun şövqlə olan çıxışları, tamam fərqli (ultra) zövqlü geyimləri şahanə və unudulmazdır. Ona tamaşa etməkdən adam zövq alır.
Lətifə xanım hamı ilə ünsiyyət mədəniyyətinə malik ictimai xadimdir. Ancaq eyni zamanda onun dostları var. Seçilən tanınmış şəxslərlə görüşlərini ifadə edən fotolarına baxdıqda onun əhatəsi ilə bərabər, həm də maraq dairəsi ilə tanış olursan.
Lətifə Məmmədovanın xarkterini öyrəndikcə onun həyat fəlsəfəsi kitab vərəqləri kimi oxunur.


O Azərbaycanın tanınmış xanım ziyalılarındandır. Qabaqcıl Lider xanımdır. Ali təhsildən başqa elmi dərəcə intellektual pilləsinə də sahib olan Lətifə Məmmədova gənclik illərində deputat fəaliyyəti ilə də xalqına, ölkəsinin vətəndaşlarına fayda verib və o bu qiymətli missiyasını şərəflə, həvəslə davam etdirir.
Maarifçilik elə budur. Beləcə, Lətifə xanım Məmmədova XX-XXI əsr Azərbaycan maarifçi qadınlarından biri olaraq öz həyat notları ilə taiximizə əvəzsiz izlər həkk edir.
Mən xalqımın ziyalı xanımı, tanınmış ictimai xadim və mədəniyyət nümayəndəsi Lətifə Məmmədovanın Lubileyi münasibəti ilə yazdığım “Uzun illərin Lətif Xatirələri” yazımı burda bitirirəm. Ancaq Lətifə xanım Məmmədovanın həyat, peşə, tale yazısı o qədər dolğundur ki, ondan yazdıqca yazmaq olar.
Yubilyara, əziz və hörmətli Lətifə xanım Məmmədovaya bir tək arzum var! Möhkəm cansağlığı və öz həyat fəlsəfəsi ilə neçə-neçə onillikləri adlasın...




Bu gün, 12:48
UZUN İLLƏRİN LƏTİF XATIRƏLƏRİ
Dünən, 14:23
SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
Dünən, 14:22
Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb
Dünən, 12:45
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
Dünən, 12:44
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Dünən, 12:37
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Dünən, 12:35
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Dünən, 12:33
Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır
Dünən, 12:32
Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb
Dünən, 12:27
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Dünən, 12:25
İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub
Dünən, 12:21
AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar
Dünən, 12:02
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək
Dünən, 11:46
BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir
28-10-2026, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
28-10-2026, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
28-10-2026, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
28-10-2026, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
28-10-2026, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
28-10-2026, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28-10-2026, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
28-10-2026, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
28-10-2026, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
28-10-2026, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
28-10-2026, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
28-10-2026, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
28-10-2026, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031