Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb

Türkiyənin Bursa şəhərində Azərbaycan xalqının görkəmli şairi və mütəfəkkiri Bəxtiyar Vahabzadənin adını daşıyan “Türk Dünyası Dostluq Xatirə Meşəsi”nin salınması istiqamətində ağacəkmə aksiyası keçirilib. Türkiyədə hər il noyabrın 11-də qeyd olunan Milli Ağacəkmə Günü münasibətilə təşkil edilən təşəbbüs çərçivəsində xatirə meşəsində 3 min ağac əkilib.
AZƏRTAC xəbər verir ki, “Yaşam deyildikdə yaşıllıq, yaşıllıq deyildikdə Bursa, Bursa deyildikdə isə qardaşlıq” şüarı ilə həyata keçirilən layihə “Gələcəyin İnsanları və İmkanları Məkanı Azərbaycan Deyildikdə” dərnəyinin sədri Hüseyn Gözəloğlunun təşəbbüsü ilə reallaşdırılıb. Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinin qərarı əsasında yaradılan xatirə meşəsi ekoloji dəyərlərin qorunması ilə yanaşı, xalqlar arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.
Bununla bağlı AZƏRTAC-a açıqlama verən Hüseyn Gözəloğlu bildirib ki, layihənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətlərini təbiət və mədəniyyət vasitəsilə yaşatmaq, Türk dünyasının ortaq mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaqdır.
“Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik, ana dili, Vətən sevgisi, azadlıq və Türk dünyasının birliyi ideyalarına xüsusi yer verib. Şairin adını daşıyan xatirə meşəsinin yaradılması onun zəngin ədəbi irsinin və mənəvi dəyərlərinin yaşadılması baxımından da əhəmiyyət daşıyır. Layihə çərçivəsində ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi, ağacəkmə mədəniyyətinin təşviqi və Türk dünyasının ortaq mədəni yaddaşının qorunması hədəflənir. Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsinin Azərbaycan-Türkiyə qardaşlığının təbiət və mədəniyyət vasitəsilə təcəssümünə, eləcə də Türk dünyası ölkələri arasında dostluq əlaqələrinin gələcək nəsillərə ötürülməsinə töhfə verəcəyinə inanırıq”-deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də fərqli layihələr əsasında eyni ərazidə 10 min ting əkilib.
Bu gün, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
Bu gün, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
Bu gün, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
Bu gün, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
Bu gün, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Bu gün, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
Bu gün, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
Bu gün, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
Bu gün, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Dünən, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Dünən, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Dünən, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Dünən, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Dünən, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Dünən, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dünən, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Dünən, 10:46
Birjalarda neft bahalaşıb
Dünən, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Dünən, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Dünən, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Dünən, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Dünən, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub