Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sahibkarlar və mütəxəssislər üçün yeni imkanlar yaradan Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, RİTM qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində bilik və bacarıqların artırılmasına, müasir yanaşmaların və beynəlxalq tələblərin öyrənilməsinə xidmət edən rəqəmsal təlim platformasıdır. Platforma qida sahəsində fəaliyyət göstərən sahibkarlar, qida ilə təmasda olan əməkdaşlar, tələbələr, mütəxəssislər və digər maraqlı tərəflər üçün nəzərdə tutulub. İstifadəçilər platforma vasitəsilə müxtəlif mövzularda rəqəmsal təlimlərdən yararlana biləcək, bilik və bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar elektron qaydada rəsmi sertifikat əldə edəcəklər.
Təlim materialları Codex Alimentarius, HACCP, ISO standartları və digər beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanır və mütəmadi olaraq yenilənir. Platformada təqdim olunan videodərslər, təqdimatlar, interaktiv tapşırıqlar, özünüqiymətləndirmə testləri və praktiki nümunələr öyrənmə prosesinin daha əlçatan, çevik və səmərəli təşkilinə imkan yaradır.
RİTM-in əsas məqsədi qida təhlükəsizliyi sahəsində maarifləndirməni gücləndirmək, beynəlxalq tələblərə uyğun bilik və bacarıqları geniş auditoriyaya çatdırmaq, sahibkarlıq subyektlərinin peşəkar inkişafını dəstəkləmək, eləcə də təhlükəsiz qida zəncirinin formalaşmasına töhfə verməkdir. RİTM təlim platformasından qeydiyyatdan keçmək istəyənlər https://ritm.afsi.gov.az/ saytına keçid edə bilərlər. Tanıtım videosuna keçid: https://www.youtube.com/watch?v=GToAMcLMQeM
Bu gün, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Bu gün, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Bu gün, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Bu gün, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Bu gün, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Bu gün, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Bu gün, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Bu gün, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Bu gün, 10:46
Birjalarda neft bahalaşıb
Bu gün, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Bu gün, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Bu gün, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Bu gün, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Bu gün, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
9-11-2026, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
9-11-2026, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
9-11-2026, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
9-11-2026, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
9-11-2026, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
9-11-2026, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
9-11-2026, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
9-11-2026, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
9-11-2026, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər