Bölgə kitabxanalarının əməkdaşları rəqəmsal yeniliklər və elektron resurslarla tanış edilib

Milli Kitabxananın təşkilatçılığı ilə Gəncə şəhəri, Qazax, Lənkəran və Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaçıları üçün təlimlər təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Koha AKİS: region kitabxanalarında praktiki tətbiq və istifadə bacarıqlarının təkmilləşdirilməsi” və “Rəqəmsal dövrdə regional kitabxanalar: elektron informasiya resursları və innovativ xidmətlər” mövzularına həsr olunmuş təlimlərdə müasir kitabxana-informasiya fəaliyyətinin təşkili, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kitabxana proseslərinin avtomatlaşdırılması və regional kitabxanaların rəqəmsal inkişafı məsələləri geniş şəkildə müzakirə olunub.
İlk təlimdə kitabxana-informasiya proseslərinin avtomatlaşdırılmasında mühüm əhəmiyyət daşıyan Koha Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS), onun funksional imkanları, iş prinsipi və kitabxana fəaliyyətində praktiki tətbiqi barədə ətraflı məlumat verilib.
İkinci təlim – “Rəqəmsal dövrdə regional kitabxanalar: elektron informasiya resursları və innovativ xidmətlər” mövzusunda keçirilən sessiya isə kitabxanaların müasir informasiya mühitində qarşısında duran vəzifələrə və yeni fəaliyyət istiqamətlərinə həsr olunub.
Hər iki təlimin əsas istiqamətlərindən biri nəzəri biliklərin praktiki bacarıqlarla əlaqələndirilməsi, kitabxana əməkdaşlarının müasir iş metodları ilə tanış edilməsi və onların gündəlik fəaliyyətində tətbiq edə biləcəkləri yeni imkanların müəyyənləşdirilməsi olub.
Təlimlərdə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara və Şirvan-Salyan Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində çalışan kitabxanaçılar iştirak ediblər.
Bu gün, 11:50
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür
Bu gün, 11:48
Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir
Bu gün, 11:46
Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib
Bu gün, 11:38
Bölgə kitabxanalarının əməkdaşları rəqəmsal yeniliklər və elektron resurslarla tanış edilib
Bu gün, 11:36
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub
Bu gün, 11:33
Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb
13-11-2026, 11:45
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13-11-2026, 11:43
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13-11-2026, 11:42
Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək
13-11-2026, 11:40
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
13-11-2026, 11:37
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
13-11-2026, 11:35
Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
13-11-2026, 11:33
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
13-11-2026, 11:31
Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq
13-11-2026, 11:20
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
13-11-2026, 11:18
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
12-11-2026, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
12-11-2026, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
12-11-2026, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
12-11-2026, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
12-11-2026, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
12-11-2026, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
12-11-2026, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
12-11-2026, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
12-11-2026, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
11-11-2026, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11-11-2026, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb