KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN? "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?!

Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, şöbə müdiri
Əziz oxucum! bir müddətdir ki, mən sonuncu "ANONS! ANONS" yazımın AÇIQLAMA Məqaləsini yaza bilmirəm. Çünki yazının məğzini təşkil edən məsələ hələ ki, "açıqdır". Yəni, AR Prezidentinin yanında Ali Attestasiya Komissiyası mənim halal haqqım olan professor adı üçün çalışdığım AMEA Fəlsəfə və Sosiologiya institutunun verdiyi Vəsatəti tamamilə əsassız 2 maddə ilə rədd edənən sonra yazdığım Apellyasiya Şikayətinə hələ ki, cavab verməyib. Cavab gələn kimi mən həmin məqaləmi yazıb, Sizin diqqətinizə tutarlı faktlarla AAK-ın əsl mənada qanunsuz hərəkətlərinin mənə məlum bəzilərini çatdıravağam.
İndi isə üzərində son redaktə işlərini gördüyüm yeni (əslində 2019-cu ildə başlamışam, 2020-də bitirmişəm, ancaq çapı əsaslı səbəblərdən gecikib) monoqrafiyamdan gözümü çəkib, özümə nə qədər lazımsız olsa da, əslində maarifçilik baxımından, bilməyənlərin bilməsi üçün gərəkli olan bir mövzuda məlumatlandırmaya vaxtımı, istirahətimi qurban verirəm.
Belə ki, 10 ildən çoxdur ki, ölkənin elm aləmində AMEA-nın həm professoru, həm müxbir üzvü, Ülvi Bünyadzadə - 20 yanvar şəhidimizin bacısı, tanınmış fizik fil0osof Səlahəddin Xəlilovun "şegirdi" olan Könül Bünyadzadənin adı hər yerdə az qala Aristotel dəyərində çəkilir. Elə özü də bəh-bəhlə irəli çəkilir.
28.01.2026-cı il tarixində Fəlsəfə və Sosiologiya institutunun Elmi Şurasında Könül Bünyadzadənin Azərbaycan Respublikasının elm, texnologiya,memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə Dövlət Mükafatına qanunların taptalanması ilə saxta Vəsatət verilməsindən sonra mən mediada tənqidi məqalələrlə çıxışlar etdim.
Bu tənqidlərə cavab verə bilməyən Könül Bünyadzadə aylarla susub, birdən avqust ayında əvvəlcə, 525-ci qazetdə, sonra Fəlsəfə və sosiologiya institutunun saytında Fəlsəfə, ya səfsətə?! başlıqlı sözün hərfi mənasında cəfəngiyyat, sübutsuz-dəlilsiz, qərəz ruhda bir yazı yayımladı.
Əslində yazı təkcə 525-ci qazetdə yayımlanıb qalsaydı, onun bəsit, arxaiq düşüncə yazısına nəhəmiyyət verməzdim. Elə yazının son abzası, hətta "Bilərəkdən, yazını sanki yarımçıq saxlayıram. Mübarizə davam edir axı", - son cümləsinə, sosial şəəbəkədə mən cılız adamlarla mübarizə aparmıram", -ismarıcını da yazmışdım...
Amma bir halda ki, o, hünər edib, təkrar həmin özü və özükimilər üçün "qiymətli" yazısını yayımlayıbsa, deməli, ona cavab vermək lazıdır.
Əziz oxucum! Diqqət edin! Elə ki, mən ona cavab vermək qərarına gəldim. Bu qərarımı Facebook sosial şəbəkəsində 7 sentyabrda "Atalarımızın 1 qiymətli misalı var:"oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı". Əlbəttə, doğru doğru olsa, bağrı yarılmaz! Bu atalarımızın 1 digər misalı da var: "keçinin buynuzu gicişəndə çobanın çomağına sürtər"... Necə uyğun misal...
BİZİM ATALARIN NƏ ÇOX MÜDRİK MİSALLARI VAR!
Beləcə, doğrulara xatir, "oğruya" yerini göstərmək üçün "it hürər karvan keçər" yox daha!..
ALİM adını "statuslarla" və s. üsullarla əldə etmişdən fərqli faktlarla, dəlillərlə üfürdülüb şişirdilmiş şarı partlatmağın vaxtı çatdı.....
"Atlar ölməyib, itlər bayram eləsin!" YETƏR! AAK-ın saxta maddələrini diqqətlərinə çatdıtdığım Quruma Apellyasiya şikayətimə onların cavablarına kimi, bəlkə daha tez "cəfəngiytat-ı süzgəcdən keçirəcəyəm...
Amma heyif yarımçıq qalan "öz işlərimə", - statusunu yazdım, Könül Bünyadzadənin Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya” monoqrafiyasına da, kitabın ingilis dilində Şpringer nəşriyyatında çapdan çıxmış "Sufi Phenomenology" nəşrinə də daxil olub, kopyalamaq qadağan olundu. Buyurun baxın. Qadağan olundu!..

Ancaq mən bu "qadağaya" qədər 2 cildliyi tam, ingilis dilində olanı 14 səhifə koplayıb öz notbookuma yerləşdirmişdim.
Bir neçə gün sonra bu kitablar üzərində işləmək istədikdə, növbəti qadağan dalğası gəldi. Sayt bunlara baxmaq icazəmin olmadığını açıq bildirirdi. Mən də bu Bildirişlərin şəkillərini çəkdim. Buyurun baxın. Hətta FB-də 11 sentyabrda status paylaşdım ki, "...."belə qorxub, sayta şikayət edib,hər 2 dildə yükləməni, kopirovkanı qadağan edəcəkdin, başından böyük və əsassız cəfəngiyyatını yazmayaydın!"...
Bəlkə səhv edirəm?! Xeyir! əsəri yazmısan, Oxunuşa da, tərif kimi tənqidə də icazə verməlisən! Ancaq Qadaqana kimi Azərbaycan dilindəki cildləri və ingilis dilindəki kitabdan 14 səh. Kopyaladım ki, təkcə titul vərəqində müəllifin və "tərifli" nəşriyyatln səviyyısizliyi "yaz məndən"- deyir(????", - vəssalam, öz nootbookumda nəinki bu kitablar üzərində, heç öz lazımi əsərlərim üzərində "işləməyim" mümkün olmadı.
Əziz oxucum! Beləcə, yeni notbook almışam. Onu açdım, orda da mümkün olmadı. Məcbur olub, media üçün birbaşa tribunama - Sizin cahanplus.com saytına Könül Bünyadzadənin Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya” monoqrafiyasında, Şpringer nəşriyyatında çapdan çıxmış 1 cildlik "Sufi Phenomenology" kitabının yadımda olan "vay-vay-vay"-larından bəhs etməyə start verdim. Bilirəm ki, burda da "qadağalarını" işə salacaq. Olsun"!..Əsas odur ki, mən həqiqəti yazıb onu dağlara qaldıranlara əsl səviyyəsini göstərəcəyəm. Göndərəcəyəm onlara...
Əvvəlcə, məni "işimi-gücümü atıb" onun "əsərlərini"oxumağa vadar edən 02.09.2026-cı il tarixli Fəlsəfə və Sosiologiya institutunun saytında yatımlanmış, mübarizəyə səsləyən "Fəlsəfə, ya səfsətə?!" yazısındakı nağılvari girişini adlayıb əsassız, sübutsuz, cəfəngiyyat arqumentlərinə cavab verim:
1. K.Bünyadzadə yazır: Nüfuzlu indeksli jurnallarda nəşr olunmaq indi alimlər və alimliyə namizədlər qarşısında qəti tələb kimi qoyulur. Əziyyət çəkib, baş sındırıb məqalə yazanlar ildə heç olmasa bir məqalə nəşr etdirir. İşin asan yolunu tapanlar ya pullu jurnallar tapır, ya da özləri birini xarici adla Meksikada, Çilidə təşkil edir. Bu iş üstündə kimlərsə cəzalandırılır, kimlərsə ifşa olunur, nəticədə eyni fırıldağı daha diqqətlə etməyi öyrənirlər. Üstəlik, belə işlərin üstünü açan Ali Attestasiya Komissiyasını günahlandırırlar.
Bu arqument dəlilsiz verildiyi üçün xarici jurnallarla birlikdə bütün alimlər və alim olmaq istəyənlər "fırıldaqçı" adlandırılmışdır. Həmçinin Ali Attestasiya Komissiyasının dilindən danışmaq kimi məsuliyyətsizlk edən K.Bünyadzadə bu Qurumu ideal kimi təbliğ edir. Bəs Ali Attestasiya Komissiyasının "nəyə görəsə" görməməzlikdən gəldiyi "fırıldaq" yazılar?! Yaxud da niyə müəllif bu yerdə 1 dənə, 1-cə dənə fakt göstərə bilmir?! bax buna deyərlər, yalançı, böhtançı. Çünki, Ali Attestasiya Komissiyasına "Nüfuzlu indeksli jurnallarda nəşr olunmuş" məqalələr institutlar tərəfindən dəstəklənən bəzi "adamların" vasitəsi ilə çap olunur və bu qurumla çox gözəl anlaşması olan institutlar, habelə, alimliyə namizəd "hörmətli-hörmətli məmurlar" qətiyyən ifşa olunmurlar! İşlərinin üstü açıla biləcək kateqoriya isə ondan 1 məqalə üçün istənilən məbləği verir və düzgün nəşrdə çap olunur. Beləcə, Könül Bünyadzadənin bu sübutsuz arqumenti - ən zəif ehtimal kimi belə, özünü doğrultmur!..
2. AMEA-nın müxbir üzvü, həm professoru Könül Bünyadzadənin növbəti cəfəngiyyat düşüncəsi: "Görəsən, bizim ölkəmizdə indi neçə alim bilir ki, dünya kitabxanalarının, ciddi elmmetrik bazaların qəbul etmədiyi LAP Lambert Academic Publishing, Scholars' Press, GlobeEdit və başqa belə yırtıcı nəşriyyatları özündə birləşdirən OmniScriptum Publishing Group vasitəsilə xarici ölkədə Azərbaycan dilində (!) kitab çap etdirmək ona nüfuzdan çox xəcalət gətirir?! Özünə alim deyib düşünmək bacarığı olduğunu zənn edənlərimiz həqiqətən inanırlar ki, heç bir rəydən, ciddi redaktədən keçməyən, orta məktəb inşası, yaxud şedevr olan yazılar arasında fərq qoymayan, elmi səviyyəni ümumiyyətlə nəzərə almayan bu nəşriyyatlar nəinki kitabı çap edir, üstəlik, bir həftə içində 7-8 dünya dilinə guya tərcümə edib yayır?! .
Könül Bünyadzadə hansı hüquqi əsasla və yekəxanalıqla Avropada çap olunan Lambert nəşriyyatını "yırtıcı" adlandırır?! O bilirmi ki, dünyada tanınan Lambertin fəaliyyətində 1 sm. yırtıcılıq olsaydı, çoxdan cəzalanardı. O isə əksinə artıq nəşrlərini müxtəlif dillərdə çap etməklə öz "müəlliflərinin" sayını saatbasaat artırır. Azərbaycan elminin, aliminin dünyaya inteqrasiyasına fayda verən Lambert Şpringer kimi pul istəmir. Lambert çap edir, kitabından 1, 2, 3 nüsxə belə satır və heç də baha qiymətlərə yox. OmniScriptum Publishing Group-a gəlincə, o kimdən kitabların xarici dillərdə çapı üçün pul şərti qoyub?! Ümumiyyətlə bu sistem kiminlə əkaqə saxlayır?! Bundan başqa könül bünyadzadə necə bəsit şüura malikdir ki, OmniScriptum Publishing Groupa "bir həftə içində 7-8 dünya dilinə tərcümə edib yaymasını" irad tutur! Yəni, bu qadın bilmir ki, LAP Lambert Academic Publishing, Scholars' Press, GlobeEdit və başqa belə nəşriyyatları özündə birləşdirən OmniScriptum Publishing Groupun 7-8 ölkə üzrə heç olmasa 3, 4 işçisi ola bilər?! O qadıın bunu da bilmir ki, indi monoqrafiyaların həcmi heç də geniş deyil və ya alimlər kitabları almaq üçün ixtisarlar edə bilərlər və tərcümə çox çəkməz?! Könül Bünyadzadə heç olmasa bunu bilmir ki, internet tərcümə mərkəzləri indi çox inkişaf ediblər, keyfiyyətli tərcümələr edirlər?!
Şpringerin tərcümə əsərini də müqayisə üçün diqqətə çatdırmaq var, davamda...

Əziz oxucum! Könül Bünyadzadə Lambertdən ağzına gələni yazmaqla bir ucu mənə də çatan ismarıcı ilə bağlı bildirmək istəyirəm ki, OmniScriptum Publishing Group vasitəsilə "The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh" (Lambert.2023) monoqrafiyamı 7 xarici ölkədə, "Azerbaijan Modernism. Philosophical-Ethical, and Identity Issues" monoqrafiyamı 6 ölkədə
çap edib ki, bu bir alim kimi mənim uğurum olmaqla bərabər, ölkə elmi üçün heç də ziyanlı bir məsələ deyil. Nə Lambert, nə də bu sistem heç bir müəllifdən 1 manat pul tələb etmədən onun əsərlərini operativ şəkildə "7-8 dünya dilinə çevirirsə" bunun nəyi yırtıcılıqdır?! İkincisi, LAP Lambert Academic Publishing, Scholars' Press, GlobeEdit və başqa nəşriyyatlar da yırtıcı oldular?! Sübut göstər, niyə, nədə yırtıcıdırlar?! Bu nəşriyyatlar yırtıcı olsaydılar OmniScriptum Publishing Group onları özündə birləşdirərdimi?! Bəs hüquq- mühafizə orqanları OmniScriptum Publishing Groupu yırtıcı nəşriyyatlarla işbirliyinə görə cəzalandırmazdımı?! Sübut göstər! Göstərə bilmirsənsə, sus!
Üçüncüsü, K. Bünyadzadə bilmir, bilirsə, qəsdən nüfuzdan salıcı cəfəngiyyatlarını yayır ki, "yırtıcı" sözü Şpringer kimi kitabla bərabər məqalələr çap edən jurnalları olan nəşriyyatlara aiddir. O jurnallara ki, alimlərdən məqalə üçün pullarını alıb, ya heç çap etmirlər, ya da uzun müddət onları süründürürər.
Könül Bünyadzadənin növbəti yekəxanalığının, digər tərəfdən tanınan alimlərə paxıllığının faktı: "Yüksək texnologiya dövründə, süni intellektin az qala insanları idarə etməyə başladığı bir dövrdə tədqiqatçılarımız, alimlik həvəsinə düşənlərimiz hələ də bilmir ki, elektron ünvanına gələn hər məqalə nəşr etmək dəvəti onların "yüksək alimlik" nüfuzunun yox, sadəcə həmin jurnalın bazarının genişləndirmək siyasətidir?! Belə həvəskar alimlərin nə düşündüyünü, məqsədini bilmirəm, amma bilirəm ki, onların səsi həqiqi alimdən daha çox çıxır. Bilirəm ki, özlərini utanmadan nəinki həqiqi alimlər sırasında, hətta onlardan yüksəkdə görür və öz yalanlarına özləri də inanırlar". Bu cümlələrin müəllifi K.Bünyadzadəyə bu yazının davamında əsl onun həvəskar alim olduğunu mən dəlillərlə sübut edəcəyəm. Hələliksə, sponsorlu müğənnilər kimi bahalı Şpringerdə çap olunmağın heç də nüfuzlu və ümumiyyətlə "alim" olmağa əsas vermədiyini bildirirəm! Əsl bazar Şpringerdir və zəhmət çəkib, nəinki, elmi metodik, elmi-metodoloji nöqsanlarla dolu kitabının çap olunduğu Şpringer haqqında internetdə geniş yayımlanan RƏYLƏRƏ baxsın.
Könül Bünyadzadə həmin abzasda OmniScriptum Publishing Group haqqında onu da yazıb ki, Azərbaycan dilində kitab çap edib. Müəllif bu arqumentinə fakt göstərməlidir. Məsələn, Lambert OmniScriptum Publishing Group vasitəsilə mənim yuxarıda qeyd etdiyim əsərlərmi hansı ölkədə çap edibsə, nüfuzlu nəşriyyatlardı. Əgər Azərbaycan dilində də çap edibsə nəşriyyatına baxmaq lazımdır. Hər bir halda müəllif sübut verməlidir. Əks halda bu onun yalançılığı, saxtakarlığı, eyni zamanda böhtan atması kimi qəbul edilir. Bu cəhətlər isə Könül Bünyadzadəni nüfuzdan salır, o bunu görəsən anlayırmı?!
Könül Bünyadzadə Elmi Şuranın 28.01.2026 tarixli iclası zamanı gözünün içinə deyilən tənqidlər zamanı sakitcə zaldan çıxdı. Məncə o, söz yığını, "əvvəli-axırı" bir məntiqə bağlanmayan bu "Fəlsəfə, ya səfsətə?!" yazısında özünü nəzərdə fəlsəfə adlandıraraq belə bir nağıl danışır: "Atalarımız doğrunun bağrını yaran yalançının bağırtısından elə-belə danışmayıblar. Əslində üz-üzə mübahisədə fəlsəfə səfsətəni susdura da bilər, yerini göstərə də, hətta doğru yolu göstərib onun faydalı vətəndaşa çevirməyi də bacarar. Əsl dərd yalançının əlinə verilən və bağırları yaran səsgücləndiricilərdir. Belə olanda, fəlsəfənin əlindən yeganə şey qulağını tutub otaqdan çıxmaq olur.". Ancaq mənə görə adam ona deyilənlər doğru deyilsə, kim olur-olsun, cavabını verər. misal var, "susmaq razılıq əlamətidir". bu minvalla qaçmaq "lap, lap razılıq əlamətidir"...
Əziz oxucum! Burdaca Könül Bünyadzadənin Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya” monoqrafiyasında, Şpringer nəşriyyatında çapdan çıxmış 1 cildlik "Sufi Phenomenology" kitabının yadımda olan "vay-vay-vay"-larından bəhs etməyə start verirəm. Əlimdə olan materiallar da onun alim səviyyəsini, son dərəcə ciddi nöqsanlarla olan kitablarını kifayət qədər ifşa etməyə əsaslar verir. Ancaq əgər o, özünü alim, əsərini nöqsansız hesab edirsə, "qadağaları" zəhmət çəkib geri götürsün!
Qorxmursa "pişikdən, hadi çıxsın deşikdən!"
Könül Bünyadzadə "Fəlsəfə, ya səfsətə?!" yazısını "Bir qalanın sirri" kinosundakı Bıdı kimi hünərlənib belə bitirib:
"Bilərəkdən, yazını sanki yarımçıq saxlayıram. Mübarizə davam edir axı". Mübarizəni düzgün apar, aç kitablarına baxışı, onları oxumağa, kopyalamağa qadağanları, şikayətlərini geri götür.
Bacarmırsansa sus, qara yaxma!

PS, Bu yazının davamında Könül Bünyadzadənin səviyyəsi ilə bərabər, saxtakarlığına, hələ üstəlik, onun Azərbaycan dilində 2 cildlik “Sufi fenomenologiya” monoqrafiyasını çapa tövsiyyə etmiş Fəlsəfə və Sosiologiya institutu rəhbərliyinin onun xeyrinə növbəti ciddi qanunsuzluğuna və bu məsələlərə məsuliyyət daşıyan elmi katibi Sevinc Həsənovanın şəxsi "maraq" məzmunlu fəaliyyətinə projektor tuşlanacaq...
Bu gün, 16:23
KÖNÜL BÜNYADZADƏ, BUDURMU MONOQRAFİYA, MİLLİ DİL-TƏFƏKKÜR ANLAYIŞIN? "SUFİ FENOMONOLOGİYASI" NƏŞRƏ NECƏ TÖVSİYYƏ OLUNUB?!
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib