Bakıda sumo üzrə dünya çempionatının açılışı olub
İdman
Oxunub: 1
19 okt 2026 | 12:48

Bakının ilk dəfə ev sahibliyi etdiyi sumo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında sumo üzrə dünya çempionatının Bakıda keçirilməsini yüksək qiymətləndirib. O, Azərbaycanda idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti Atil Ağamirov yarışın ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Beynəlxalq Sumo Federasiyasının prezidenti Şo Hakuho isə ilk növbədə, dünya çempionatına ev sahibliyi etməsi və 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, tədbirin təşkilində əməyi olan bütün təşkilatçılara, heyətə və iştirakçılara təşəkkürünü bildirib.

Şo Hakuho qeyd edib ki, ötən il Akio Toyodadan sonra Beynəlxalq Sumo Federasiyasının prezidenti vəzifəsinə seçilmək onun üçün böyük şərəfdir. O, sumonun dünyanın müxtəlif ölkələrində inkişaf etdiyini, idmançıların və azarkeşlərin bu yarışda bir araya gəlməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparırlar. Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq "dohyo" meydanında keçirilir. Ötən gün 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları baş tutub, bu gün isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları təşkil olunur.

Turnirdə ənənəvi peşəkar yapon sumosu deyil, beynəlxalq həvəskar sumo qaydaları əsas götürülür. Bu sistemdə rəqiblər çəki dərəcələrinə uyğun qarşılaşır, qadın idmançılar üçün də ayrıca yarışlar keçirilir.

Xatırladaq ki, Azərbaycanın sumo üzrə beynəlxalq arenada iştirakı 2007-ci ildən başlayır.
Bu gün, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
Bu gün, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar
Bu gün, 12:51
AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək
Bu gün, 12:48
Bakıda sumo üzrə dünya çempionatının açılışı olub
Bu gün, 12:33
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Bu gün, 12:06
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
Bu gün, 12:01
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb
Bu gün, 11:49
Bişkekdə simpozium: Azərbaycan arxeoloqlarının son illər əldə etdiyi nailiyyətlər təqdim olunub
Bu gün, 11:29
Antalyada Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsərinin dünya premyerası olub
Bu gün, 11:27
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Bu gün, 10:53
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
16-10-2026, 13:01
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:42
Azərbaycan əhalisinin sayı açıqlanıb
16-10-2026, 12:08
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
16-10-2026, 12:06
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
16-10-2026, 12:02
Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir
16-10-2026, 12:00
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
16-10-2026, 11:58
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
16-10-2026, 11:38
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
16-10-2026, 11:36
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
15-10-2026, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15-10-2026, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
15-10-2026, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
15-10-2026, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
15-10-2026, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
15-10-2026, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
15-10-2026, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031