AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək
Elm və təhsil
Oxunub: 1
19 okt 2026 | 12:51

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak edib. Almatı şəhərində, akademiyanın Böyük Akt zalında keçirilən təntənəli yubiley iclasını qurumun prezidenti akademik Axılbek Kurişbayev açıb. Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayevin təbrik məktubunu iştirakçılara çatdırıb. Daha sonra akademik Axılbek Kurişbayev akademiyanın 80 illik inkişaf yolu və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Tədbirdə Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Çin Milli Elmlər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Bürosunun direktoru Yin Li, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Nikolay Makarov, Qırğızıstan Elmlər Akademiyasının prezidenti akademik Bekmamat Çenbayev, Özbəkistan Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik Şamansur Saqdullayev, Monqolustan Elmlər Akademiyasının vitse-prezidenti akademik Seqmed Serendorj, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru akademik Canseit Tuymebayev və başqaları təbrik nitqi söyləyiblər. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də çıxış edərək ölkələrimiz arasındakı elmi əlaqələrin tarixindən, inkişaf mərhələlərindən və mühüm elmi nailiyyətlərindən danışıb, Qazaxıstan Milli Elmlər Akademiyasının kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib.

Almatı şəhərində, həmçinin Beynəlxalq Türk Akademiyaları Birliyinin IX Assambleyası keçirilib. Növbəlilik əsasında 2025–2026-cı illərdə Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik etmiş Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər rəhbərlik etdiyi dövrdə həyata keçirilmiş tədbirlər və nəşrlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Birliyin üzvü olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan elmlər akademiyalarının rəhbərləri, eləcə də tədbirdə məşvərətçi üzv kimi iştirak edən Monqolustan Elmlər Akademiyasının təmsilçisi çıxış edərək Türk dünyasında elm sahəsində əlaqələrin inkişaf etdirilməsində qurumun rolundan və səylərindən söz açıb, təkliflərini səsləndiriblər. Akademik İsa Həbibbəyli hesabat dövrü ərzində Türk dünyası ölkələri ilə əlaqələr sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesıkbayev 2027–2028-ci illərdə quruma növbə üzrə Azərbaycan Milli Elmlər Akademiyasının sədrlik edəcəyini elan edib. Qeyd edək ki, AMEA 2019–2020-ci illərdə də Beynəlxalq Türk Akademiyaları Birliyinə sədrlik edib. Beynəlxalq Türk Akademiyaları Birliyinin X Assambleyasının 2027-ci ildə Qırğızıstan Elmlər Akademiyasında keçirilməsi qərara alınıb.

Bundan başqa, yeni yaradılmış Beynəlxalq Çöl Sivilizasiyası Konsorsiumunun təsis yığıncağı keçirilib. AMEA bu beynəlxalq konsorsiumun üzvlüyündə təmsil olunur. Türk Akademiyaları Birliyinə üzv ölkələrin elmlər akademiyalarının rəhbərləri Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində rəqəmsallaşma və süni intellekt sahəsində aparılan işlərlə də tanış olublar. Sonra akademiya rəhbərləri ilə universitetin professor-müəllim heyəti və tələbələrinin görüşü təşkil edilib.
Bu gün, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
Bu gün, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar
Bu gün, 12:51
AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək
Bu gün, 12:48
Bakıda sumo üzrə dünya çempionatının açılışı olub
Bu gün, 12:33
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Bu gün, 12:06
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
Bu gün, 12:01
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb
Bu gün, 11:49
Bişkekdə simpozium: Azərbaycan arxeoloqlarının son illər əldə etdiyi nailiyyətlər təqdim olunub
Bu gün, 11:29
Antalyada Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsərinin dünya premyerası olub
Bu gün, 11:27
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Bu gün, 10:53
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
16-10-2026, 13:01
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:42
Azərbaycan əhalisinin sayı açıqlanıb
16-10-2026, 12:08
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
16-10-2026, 12:06
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
16-10-2026, 12:02
Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir
16-10-2026, 12:00
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
16-10-2026, 11:58
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
16-10-2026, 11:38
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
16-10-2026, 11:36
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
15-10-2026, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15-10-2026, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
15-10-2026, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
15-10-2026, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
15-10-2026, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
15-10-2026, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
15-10-2026, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031