Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Pensilvaniya ştatının Oyl Siti və Taytusvil şəhərlərində keçirilən Dreyk Forumunda iştirak edib.
AZƏRTAC xəbər verir ki, forum çərçivəsində Oyl Siti şəhərində yerləşən tarixi “Milli Tranzit Binası”nda Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın “Xalçalarda xoşbəxtlik: Xalçanın insanı xoşbəxt etməsinin 10 səbəbi” kitabının təqdimatı keçirilib. Tədbir zamanı, həmçinin şəhərin mədəniyyət icmasının nümayəndələri ilə görüş təşkil olunub.
Sonra “Milli Tranzit Binası”nın yaxınlığında yerləşən “Boru Kəməri Keçidi”ndə Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə qəbul keçirilib. Tədbir çərçivəsində qonaqlara Azərbaycan şərabları və milli şirniyyatları təqdim edilib.
Qəbuldan sonra “Milli Tranzit Binası”nın sərgi zalında Azərbaycanın Əməkdar rəssamı İrina Eldarovanın 2024-cü ildə Venesiya Biennalesində nümayiş etdirilmiş layihəsinin davamı olan “Neft və İkona” adlı sərgisinin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Dreyk Enerji Forumunun prezidenti Endryu Teybler çıxış ediblər.
Tədbir çərçivəsində, 28 May – Müstəqillik Günü münasibətilə Oyl Siti şəhərinin meri Con Klakın təqdim etdiyi bəyannaməyə cavab olaraq, səfir Xəzər İbrahim tərəfindən ABŞ-nin və Oyl Siti şəhərinin 250 illik yubileylərinə həsr olunmuş bəyannamə oxunub.
Dreyk Forumunun ikinci günü çərçivəsində Azərbaycanın ABŞ-dəki səfiri Pensilvaniya ştatının Taytusvil şəhərində yerləşən Dreyk Neft Quyusu Muzeyində keçirilən “Enerji, təhlükəsizlik və yeni qlobal iqtisadi coğrafiya” mövzusunda panel müzakirələrində çıxış edib.
Xəzər İbrahim çıxışında ölkəmizin mürəkkəb geosiyasi şəraitdə həyata keçirdiyi strateji enerji layihələri barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycanın enerji siyasətinin resursların və təchizat marşrutlarının şaxələndirilməsi yolu ilə müstəqilliyin möhkəmləndirilməsinə, regional əməkdaşlığın və sabitliyin təşviqinə xidmət etdiyini vurğulayıb.
Panel müzakirələrindən sonra səfir tərəfindən Azərbaycan Respublikası adından Dreyk Muzeyində yerləşdirilməsi planlaşdırılan xatirə lövhəsinin layihəsi tədbir iştirakçılarına təqdim olunub. Xatirə lövhəsinin layihəsinin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji enerji layihələrimizin açılış mərasimləri zamanı neftin əlləri ilə üzünə çəkilməsi ənənəsinə vurğu etdiyi qeyd olunub. Lövhə layihəsinin Azərbaycan və ABŞ-də neft sənayesində çalışan insanların əl əməyinə, hər iki ölkənin ortaq neft irsinə, eləcə də dünyanın hər yerində təhlükəsizlik, əməkdaşlıq və inkişafa həsr olunduğu bildirilib.
Bu gün, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Bu gün, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bu gün, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Bu gün, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
Bu gün, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
Bu gün, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
Bu gün, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
Bu gün, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
Bu gün, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Bu gün, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Bu gün, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
Bu gün, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
Bu gün, 11:19
Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub
Bu gün, 11:14
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Bu gün, 11:11
İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma
20-10-2026, 12:08
Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir
20-10-2026, 12:06
Molekulyar Biologiya İnstitutu məktəblilər üçün əl işləri müsabiqəsi elan edir
20-10-2026, 12:04
AMEA-da seysmologiya konfransı və qədim cihazların sərgisi təşkil edilib
20-10-2026, 12:02
İsa Həbibbəyli: Seysmoloji tədqiqatların nəticələrinin ictimaiyyətə düzgün çatdırılması vacibdir
20-10-2026, 11:59
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
20-10-2026, 11:58
Bu gün Zəngilan Şəhəri Günüdür
20-10-2026, 11:56
Çempionlar Liqası: “Sabah” Almaniya nəhəngini qəbul edir
20-10-2026, 11:55
Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb
20-10-2026, 11:54
Xəzərin geri çəkilməsi Lənkəran sahillərində yeni təbii landşaft yaradıb
19-10-2026, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
19-10-2026, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar