Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir

Azərbaycanın həyata keçirdiyi xarici siyasət ölkənin milli maraqlarının qorunması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və regional proseslərə təsir imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Böyük güclər arasında rəqabətin kəskinləşdiyi, beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişdiyi və yeni iqtisadi-siyasi mərkəzlərin meydana çıxdığı bir şəraitdə Azərbaycan xarici siyasətini vahid geosiyasi istiqamətlə məhdudlaşdırmır, bununla strateji manevr imkanlarını qoruyur. Bu yanaşmanın əsasını dövlət suverenliyi, ərazi bütövlüyü, qarşılıqlı faydalı əməkdaşlıq və milli maraqlara uyğun müstəqil qərarların qəbulu təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib.
O qeyd edib ki, Avropa İttifaqı ölkələri ilə enerji təhlükəsizliyi, ticarət və nəqliyyat sahələrində əməkdaşlıq, Çinlə iqtisadi əlaqələrin genişləndirilməsi, ABŞ ilə regional təhlükəsizlik və bağlantılar üzrə dialoq, Rusiya ilə qonşuluq münasibətlərinin qorunması, Ukrayna və digər dövlətlərlə əlaqələrin davam etdirilməsi rəsmi Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini göstərir. Bu siyasətin əsas üstünlüyü Azərbaycanın ayrı-ayrı tərəfdaşlardan asılı vəziyyətə düşmədən alternativ iqtisadi, siyasi və diplomatik imkanlar formalaşdırmasıdır. Belə yanaşma ölkəyə dəyişən beynəlxalq şəraitə uyğun qərarlar qəbul etmək və milli maraqlarını qorumaq imkanı verir.
Siyasi şərhçi bildirib ki, Azərbaycanın xarici siyasətində digər mühüm istiqamət beynəlxalq təşkilatlar və çoxtərəfli əməkdaşlıq platformaları vasitəsilə diplomatik təsir imkanlarının genişləndirilməsidir. Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik edən Azərbaycanın həmin dövrdə təşkilatın institusional imkanlarının gücləndirilməsinə yönəlmiş təşəbbüsləri ölkənin beynəlxalq gündəliyə töhfə vermək potensialını nümayiş etdirib. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyət isə müsəlman ölkələri ilə siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır. 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşdirilməsi, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və Xəzər hövzəsinin strateji əhəmiyyətinin artırılması baxımından yeni perspektivlər açır.
Rəşad Bayramov qeyd edib ki, Azərbaycanın 2025-ci ildə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması da ölkənin xarici iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm addımdır. Bu üzvlük ticarət, enerji, nəqliyyat, sənaye və texnologiya sahələrində yeni tərəfdaşlıqların qurulması üçün zəmin yaradır.
“Azərbaycanın beynəlxalq dialoq üçün etibarlı platformaya çevrilməsi yalnız müxtəlif dövlətlərlə əlaqələrin qorunmasında deyil, həm də dialoqun konkret nəticələrə gətirib çıxarmasında özünü göstərir. Ölkəmiz beynəlxalq konfranslar, diplomatik görüşlər və regional əməkdaşlıq təşəbbüsləri vasitəsilə müxtəlif tərəflər arasında dialoqun inkişafına və etimadın möhkəmləndirilməsinə töhfə verir. Azərbaycanın müstəqil xarici siyasətinin əsas strateji üstünlüyü geosiyasi rəqabətin iştirakçısına çevrilməklə məhdudlaşmamasıdır. Rəsmi Bakı müxtəlif güc mərkəzləri arasında əməkdaşlıq imkanlarını genişləndirməyə, milli maraqlarını qorumağa və beynəlxalq mövqelərini möhkəmləndirməyə çalışır. Bu yanaşma dəyişən dünya nizamında Azərbaycanın müstəqil qərarvermə imkanlarının saxlanılması və uzunmüddətli strateji məqsədlərinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə politoloq əlavə edib.
Bu gün, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Bu gün, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bu gün, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Bu gün, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
Bu gün, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
Bu gün, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
Bu gün, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
Bu gün, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
Bu gün, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Bu gün, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Bu gün, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
Bu gün, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
Bu gün, 11:19
Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub
Bu gün, 11:14
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Bu gün, 11:11
İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma
20-10-2026, 12:08
Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir
20-10-2026, 12:06
Molekulyar Biologiya İnstitutu məktəblilər üçün əl işləri müsabiqəsi elan edir
20-10-2026, 12:04
AMEA-da seysmologiya konfransı və qədim cihazların sərgisi təşkil edilib
20-10-2026, 12:02
İsa Həbibbəyli: Seysmoloji tədqiqatların nəticələrinin ictimaiyyətə düzgün çatdırılması vacibdir
20-10-2026, 11:59
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
20-10-2026, 11:58
Bu gün Zəngilan Şəhəri Günüdür
20-10-2026, 11:56
Çempionlar Liqası: “Sabah” Almaniya nəhəngini qəbul edir
20-10-2026, 11:55
Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb
20-10-2026, 11:54
Xəzərin geri çəkilməsi Lənkəran sahillərində yeni təbii landşaft yaradıb
19-10-2026, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
19-10-2026, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar