Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitet əməkdaşlarının, magistrant və doktorantların iştirakı ilə “Akademik mühitdə süni intellektin (Aİ) inteqrasiyası zamanı etik çağırışlar və ən yaxşı təcrübələr” mövzusunda təlim keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında rəqəmsal transformasiya dövründə ali təhsil müəssisələrinin qarşısında duran yeni vəzifələrdən danışıb. Prorektor qeyd edib ki, informasiya cəmiyyətinin sürətlə dəyişən tələbləri universitetlərdən müasir texnologiyalara uyğunlaşmağı, elmi fəaliyyətin təşkili və tədqiqat prosesində yeni yanaşmaların tətbiqini tələb edir. Bu şəraitdə universitetlərin missiyası yalnız mövcud bilikləri ötürməklə məhdudlaşmır, həm də yeni biliklər yaradan, müstəqil tədqiqat aparmaq bacarıqlarına malik mütəxəssislərin hazırlanmasını əhatə edir. Prorektor süni intellektin yaratdığı imkanlarla yanaşı, bu texnologiyalardan istifadə zamanı akademik dürüstlük və elmi etika prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, ADPU artıq yeddi ildir “StrikePlagiarism” sistemi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə və plagiat hallarının qarşısının alınmasına müsbət təsir göstərib. Prorektor universitetdə elmi fəaliyyətin keyfiyyətinin artırılması üçün müasir texnologiyalardan düzgün istifadə ilə yanaşı, əməkdaşların, magistrant və doktorantların bilik və bacarıqlarının davamlı inkişafına da xüsusi diqqət yetirildiyini qeyd edib.
Daha sonra “StrikePlagiarism” sisteminin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Fəridə Rzazadənin təqdimatı olub. Təlim çərçivəsində akademik mühitdə süni intellektdən istifadənin etik prinsipləri, elmi tədqiqatlarda bu texnologiyanın tətbiqi zamanı yaranan çağırışlar, akademik dürüstlüyün qorunması və süni intellektdən məsuliyyətli istifadə məsələləri müzakirə olunub.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb. Müzakirələr zamanı elmi tədqiqat və akademik yazı prosesində süni intellektin imkanlarından səmərəli istifadə, mümkün risklərin nəzərə alınması və akademik dürüstlük prinsiplərinin qorunması məsələlərinə diqqət yetirilib.
Bu gün, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Bu gün, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Bu gün, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Bu gün, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Bu gün, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Bu gün, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Bu gün, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Bu gün, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Bu gün, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Bu gün, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Bu gün, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Bu gün, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Bu gün, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
Dünən, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Dünən, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Dünən, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Dünən, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
Dünən, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
Dünən, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
Dünən, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
Dünən, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
Dünən, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Dünən, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Dünən, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
Dünən, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib