Milli dövlət ideologiyası məsələsinin Heydərizm, Qandiizm və Kamalizm ideologiyaları kontekstində müqayisəli təhlili
Elm və təhsil
Oxunub: 43
3 iyn 2024 | 14:23

Dördüncü məqalə

Türkiyə Cümhuriyyət tarixi tədqiqatçılarından professor Yaşar Özüçetinin “Atatürkçü Düşünce Sistemi” məqaləsində Kamalizm Türkiyənin dünəninin, bugünü və gələcəyinin fikri mirası kimi qiymətləndirilmişdir: “Atatürkçülük, Türk ölkəsinin yoxolma təhlükəsi və gələcəyinin nə olacağı problemi ilə qarşı-qarşıya qaldığı durumda ortaya çıxan cavablardır. Atatürk olayına, yalnız bir zirvə, yaşanmış hadisə olarak baxılmamalıdır. Atatürkçülük bir “fikri miras” olaraq bugün də yaşayan ideologiya, Türkiyənin bugünkü və gələcək aktual məsələlərinin həllində istifadə olunacaq bir inanç sistemi, hərəkət proqramı və metodudur. Atatürkün dünya siyasi axınına təsiri, yeri və dəyəri zaman keçdikcə daha aydın dərk olunur” .

Tədqiqatçı tarixi mənbələrə əsaslanmaqla hər iki “tərifi” - Atatürkçülük və Kemalizmi ideologiya anlayışları olaraq müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, “Atatürkün sağlığında və 1930-cu illərə aid bəzi mənbələrdə Atatürkçülük “tərifi” Kemalizm “tərifi” kimi təşviq olunmuşdur və Kemalizm “Mustafa Kamalın, yəni Atatürkün Türkiyə Cümhuriyyətini xilas etməkdə və inqilabları hazırlamaqda qəbul etdiyi əsas prinsiplərin toplusuna verilən addır” …Kamalizm, Türkiyənin istiqlal və hürriyyəti şüar kimi (simvol, işarə) və s. geniş miqyasda fikir və heç bir siyasi partiyaya aid etmədən yüksəlmək və tərəqqiyə yönəlmiş ideya və ideyaların, hərəkətlərin ümumi adıdır...”. “Kamalizm, millətin həyatından doğan reallıqlara əsaslanan idarəçilikdir”. Türkiyədə siyasi və ideoloji bir problem. Müstəqillik anlayışına əsaslanaraq, elm və ağılın üstünlük təşkil etdiyi cəmiyyət yaratmaq və qərb sivilizasiyası vasitəsilə Türk millətinin sosial və tarixi varlığını itirmədən hüquqlarını qorumaq idealı, Türkiyədə siyasî və ideoloji bir fəlsəfə, Türkiyənin müasir sivilizasiyasının səviyyəsinə çatması səyini Atatürkün başlatdığı inqilabların həyata keçirilməsi kimi şərtləndirən yol. Atatürkün düşüncələri və ideyalarından qaynaqlanan onunla inkişaf edən, Türk Dövlətinin müstəqilliyi və bütövlüyünü, milli suverenliyi, şəxsiyyət azadlığını, müasir olmağı hədəfləyən; ağla, elmə və həqiqətə, universal gələcəyə əsaslanan uyğun məqsədlər və təcrübə, prinsiplər toplusudur” .

Başqa bir Kamalizm tədqiqatında Modern milli Türk dövlətinin yaradıcısı Mustafa Kamal Atatürkün ideologiyası fəlsəfi baxımdan din, lakin qərb tipli modern milli cəmiyyət dini kimi qiymətləndirilmişdir: “Kemalistlərə görə, Kamalizm dünyaya və ictimai-siyasi həyata məna verən, onu istiqamətləndirən hərtərəfli və gələcəyə yönəlmiş bir yanaşmadır. Bu, hərtərəfli bir ideologiyadır. Kemalist heyət Qərb tipli cəmiyyət yaratmaq məqsədini Qərbin keçdiyi uzun və çətin proses kimi problemə məruz qoymamaq üçün qısa və təsirli yollar tapmağa çalışmışdır. Bu qısa yollar respublikanın əsaslandığı əsas prinsiplərdir və altı prinsip kimi təsvir olunur. Belə ki, bu prinsiplər 1937-ci ildə Kamalizmin altı prinsipinin konstitusiyaya daxil edilməsi ilə məktəblərdə, mətbuatda və orduda Kamalizm ideologiyasını tətbiq etmək üçün bir vasitə kimi istifadə edildi. Atatürkçülük hətta Türk Dini kimi də təsvir edilmişdir”.

Bu məqamda xüsusilə qeyd etmək istərdik ki, böyük Atatürk zamanında Osmanlı imperiyasına sədaqətlə xidmət edən əsgər, hətta səriştəli general olmuşdur. Atatürkün hərb fəaliyyəti haqqında olan əsərlərdən birində də qeyd olunduğu kimi böyük milli liderin “ensiklopedik əsərlər arasında yüksək qiymətləndirilən Britannica Ensiklopediyası Atatürkü “... görkəmli türk əsgəri, islahatçı və dövlət xadimi...” kimi təqdim etmişdir” .

Beləki, Mustafa Kamal 11 yanvar 1905-ci ildə “yüzbaşı” (kapitan) və 27 noyabr 1911-ci ildə minbaşı (mayor) olarak Osmanlı Dövlətinin üç qitəyə yayılmış cəbhələrində, - Suriyada, Rumelidə və Tripolidə döyüş təcrübələri keçmişdir. 27 oktyabr 1913-cü ildə Sofiya səfirliyinin hərbi attaşesi təyin olunması səbəbindən Birinci Balkan müharibəsində ön cəbhədə döyüşlərdə iştirak etməmişdir. Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsinə qatıldığı vaxtda da Mustafa Kamal Sofiyada attaşe vəzifəsində çalışırdı. Lakin artıq polkovnik-leytenant rütbəsini daşıyan Mustafa Kamal Hərbi Nazirliyə müraciət edərək öncə israr edir və Hərbi nazirlik ona “Orduda Sizin üçün hər zaman bir vəzifə var”, lakin Sofya Attaşeliyinin sizə ehtiyacı var. Növbəti müddətə qədər orada qalırsız”, - cavabı Mustafa Kamalın sərt reaksiyasına səbəb olur və o öz fikrini bu sözlərlə ifadə edir: “Vətənin müdafiəsindən daha vacib və daha mühüm vəzifə ola bilməz. Dostlar döyüş cəbhəsində, atəş altında olduğu halda mən Sofya Attaşesi ola bilmərəm. Əgər səbəb Zabit ixtisasımın olmamasıdırsa vətənin müdafiəsi üçün bu mühüm deyil”. Mustafa Kamalın bu reaksiyası nəticə verir və 20 yanvar 1915-ci ildə diviziya komandiri vəzifəsinə təyin edilir və cəbhədə fəallığı qısa müddətdə onu daha ciddi hərbi vəzifələrə yüksəldir. 2 fevral 1915-ci ildə 19-cu diviziyaya komandanlıq edən Mustafa Kamalın tabeliyində depo alayları olan 57-ci alay və 72-ci və 7-ci piyada alayları var idi .

Əlbəttə, XX əsrin ilk iki onilliyinin Azərbaycanın ən yaxın qonşusu Türkiyədə baş verən hadisələr, xüsusən də Mustafa Kamal Atatürkün Türkiyənin işğaldan azad olunmasında, türk xalqının inqilab, döyüş ruhunun güclənməsində, bütün Türkiyənin Milli Azadlıq hərəkatına qalxmasında və nəhayət monolit Türkiyə Cümhuriyyətinin qurulmasında rolu miqyassız dərəcdə böyükdür.

Təsadüfi deyil ki, Mustafa Kamal Atatürk tarixə əfsanəvi Lider kimi daxil olmuş, onun banisi olduğu Türkiyə Cümhuriyyəti artıq 100 ildir ki, bütün dünyada hərbi, iqtisadi, siyasi, diplomatik, səhiyyə, elm-təhsil və çoxsayda sahələrdəki nəhəng nailiyyətləri ilə tanınmaqdadır. Bu dolğun tarixi dövrün və hadisələrin Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin həyatında və əmək fəaliyyətində yeri və rolu son dərəcə böyükdür və sözsüz ki, dahi şəxsiyyətin dövrünün və dünyagörüşünün öyrənilməsində əhəmiyyəti qabarıq şəkildə təsdiqlənir.

Dövr, şərait fərqləri nəzərə alınmaqla Heydər Əliyev də Mustafa Kamal Atatürk kimi vətənini böyük vətənpərvərliklə sevmiş və uzun onilliklər ərzində qüdrətli avtoritar rejim dövləti olan Rusiya imperiyası daxilində milli müstəqil dövlət kimi düşünmüş, mümkün imkan və vasitələrlə inkişaf etdirmişdir.

Məsələn, Heydər Əliyev də ilk gənclik illərindən biliklərə dərindən yiyələnməklə və idarəçilik təcrübəsini artırmaqla məsul dövlət vəzifələrinə, bu sırada 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə bu ciddi qurumun sədri vəzifəsinə və general-mayor rütbəsinə yüksəlmişdir.

“Azərbaycan” qəzetinə istinadən verdiyimiz bu məlumatın yer aldığı “Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi” yazısında xalqımızın bu nəhəng tarixi şəxsiyyətinin peşəkar Lider keyfiyyətlərini təsdiq edən bir dəlili - Azərbaycan SSR DTK-nin 1968-ci il üzrə hesabatını da diqqətə çatdırmaq istərdik. “Azərbaycan SSR DTK-nin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə şöbənin rəisi polkovnik Dmitri Bıstrovun məruzəsindən: “Ötən hesabat dövründə verilmiş tapşırıqlarla əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı 1968-ci ildə 1967-ci ilə nisbətən milliyyətçi vərəqələrin hazırlanması və yayılması, eləcə də ermənilərin azərbaycanlılara qarşı hücumları kəskin azalıb. Belə ki, 1967-ci ildə 30 müəllif tərəfindən hazırlanan 1.241-dən çox vərəqə və məktub (bunlardan 1.200-ü vərəqə, qalanları isə məktub şəklində) aşkarlansa da, 1968-ci ildə bu qəbildən olan ümumilikdə 17 müəllif tərəfindən hazırlanan 53 sənəd aşkar edilib. Bununla belə, keçirilən tədbirlər zamanı yenə də qruplar aşkar edilərək ləğv edilib, onlardan çoxlu miqdarda vərəqələr və həmin vərəqələri hazırlamaq üçün lazım olan avadanlıqlar aşkar edilərək götürülüb”.

Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyevin DTK-də xalqa, vətənə dolğun xidmətindən çox az misallar gətirdik. Lakin Ulu öndərin aşağıdakı iqtibasda ifadəsini tapan fikirləri onun məsuliyyətli və şərəfli vəzifə kürsüsündə milli dövlət maraqlarımızı sovet totalitar rejiminin ağır təzyiqlərinə belə məhəl qoymadan bütövlükdə peşəkarcasına qorumasını bir daha təsdiq edir: “Mən bü gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Dövlət Təhlükəsizlik Orqanlarında rəhbər vəzifələrdə işlədiyim zaman, bu orqanın başçısı olduğum zaman və ondan sonra Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli mənafeyinə əks olan heç bir tədbir görülməmişdir”.

Heydər Əliyev istər Azərbaycan KP MK-nın birinci katibi, istər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, istərsə də müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin sədri və Ölkə Prezidenti, Ali Baş Komandan vəzifələrində fəaliyyət göstərərkən Azərbaycanın Milli Təhlükəsizlik Orqanlarına xüsusi qayğı ilə yanaşmış, bu qurumun fəaliyyətinə daim diqqət göstərmişdir.

Ulu öndərin həmçinin bu fikirləri Azərbaycan Dövılətinin Təhlükəsizlik qurumunda fəaliyyətinin milli maraqlara xidmətini dolğun şəkildə ifadə edir: “30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam” .

Bunu deyərkən Heydər Əliyevin Azərbaycanın Dövlət Təhlükəsizlik Orqanlarında çalışarkən əyani şahidi olduğu erməni-daşnak təşkilatlarının heç vaxt soyumayan düşmən münasibəti ilə bağlı əsasları vardı. Heydər Əiyev hələ 1966-cı ildə Azrbaycan SSR KP MK-ya Azərbaycan əleyhinə yaradılmış qeyri-qanuni “Erməni gənclər ittifaqı” adlı təşkilat və onun Dağlıq Qarabağ torpaqları daxil olmaqla Naxçıvanın, Ermənistanın və hətta Azərbaycanın daha başqa bir neçə rayonunun Ermənistana verilməsi məqsədi güdməsi barədə məktub göndərdikdən sonra öz yüksək dövlət vəzifəsinin ona verdiyi imkanlar və ən əsas vicdan səsi ilə peşəkar “addımlar” atmaqla həmin təşkilatın “beyni” olan Saakyan adlı şəxsin saxlanılması, onun təşkilatının hər gün, hər saat çoxaldılaraq paylaşılan proqramı-nizamnaməsinin yığışdırılması, təşkilatın digər aparıcı qüvvələrinin təxribatçı əməllərinin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirmiş və məsələni hüquqi müstəvidə həll etmişdi.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətimizin ərazi bütövlüyü və hər bir vətəndaşımızın asayiş keşikçisi olan çekistlərimizə 1997-ci ildə (MTN-i əməkdaşlarının peşə bayramının təsis edildiyi gün) ünvanlanmış - “Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır. Bu, sizin üçün, Milli Təhlükəsizlik Nazirliyinin işçiləri üçün xüsusilə lazımdır və Ali Baş Komandan kimi, Prezident kimi sizdən bunu tələb edirəm” – məzmunlu müraciəti fikrimizcə, Ulu öndərin siyasət yolunu ehtiva edən Heydərizmin Türkiyə Cumhuriyyətini quran Mustafa Kamal Atatürkün banisi olduğu Kamalizmlə uzlaşan tərəflərini dolğun ifadə edir.

Məsələyə hər iki Liderin vətən, dövlət, xalq, millət, türkçülük, müstəqillik, müasirlik, hüquq, diplomatiya, mənəvi dəyərlər, o cümlədən təhsil, elm, idman və digər dövlət quruculuğu və Lider məfhumlarının daşıdıqları mənalar kontekstindən yanaşdıqda Kamalizmlə Heydərizmin çox sayda oxşar tərəfləri diqqəti cəlb edir. Heydər Əliyevin aşağıdakı iqtibasdakı fikirləri bu fikrimizi təsdiq edir.

“Hər bir ölkənin, hər bir dövlətin ən böyük sərvəti insanlardır. Hər bir dövlət xalqını, öz vətəndaşlarını, insanları daha da sağlam etməyə çalışmalıdır. Sağlamlığın da birinci yolu hər bir insanın öz orqanizmini fiziki cəhətdən inkişaf etdirməsi, bədən tərbiyəsi ilə daima məşğul olması və idmanın yüksək səviyyəyə qalxmasıdır. Ona görə də biz idman haqqında danışarkən, bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq. Biz bu nöyteyi-nəzərdən də idmana qayğı göstəririk və göstərəcəyik”, - deyən Ulu öndər fərdi keyfiyyətlər sırasında gənclərin xüsusi bacarıq keyfiyyətlərindən olan idman və bədən tərbiyəsi kimi bütün istedad, fərqli yüksək qabiliyyət cəhətlərini də dəyərləndirərək ölkənin gənc nəslinin inkişafına təkan verirdi. Buna Heydər Əliyevin imzaladığı, 22 iyun 1996-cı il tarixli 464 saylı “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Fərmanı, 13 sentyabr, 1997-ci il tarixli, 662 saylı “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” Sərəncamı, 1999-cu il 29 iyul tarixli “Dövlət Gənclər Siyasəti haqqında” Fərmanı, 9 aprel, 2002-ci il tarixli, 297-IIQ saylı “Dövlət gənclər siyasəti haqqında Qanunu”, habelə “Gənc ailə” (16 fevral, 1999-cu il) proqramını, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”(17 fevral, 1999-cu il) Sərəncamı, 4 avqust, 2000-ci il tarixli “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən dövlət proqramı”nı və başqa bu məzmunda rəsmi sənədlər, hüquqi aktlar misal ola bilər.

Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev 1999-cu ildə Beynəlxalq Atatürk Sülh mükafatına (1999-cu il) layiq görülmüşdür.

Ulu öndərin bu şərəfli mükafata layiq görülməsi ilə bağlı fikirləri ilə tanış olmaq yerinə düşər: “Təsadüfi deyil ki, mənə Atatürk Beynəlxalq Sülh Mükafatı verilibdir. Mən bundan sonra heç vaxt müharibə edə bilmərəm. Ancaq biz torpaqlarımızın ermənilərin əlində qalmasına da imkan verə bilmərik”. Bu qətiyyətli fikir Heydər Əliyevin milli identikliyin yüksək zirvəsində dayanan vətən-torpaq-vətəndaş-əxlaq dəyərinə bağlılığını təsdiqləyir.

Burada bir məsələni də xüsusi olaraq vurğulamaq istərdik ki, Heydərizmin əsas qollarından olan Azərbaycançılıq türkçülük və islam dəyərləri ilə dövlətçilik mahiyyətində əhəmiyyət kəsb etməkdədir.

Bu baxımdan Ulu öndərin Azərbaycanın ən çətin vaxtlarında – Naxçıvanın blokada şəraitində sözün həqiqi mənasında “ölüm-qalım” ictimai-siyasi vəziyyətində Türkiyəyə üz tutması, Türkiyə Cümhuriyyətinin müstəqil respublikamızla bütün sahələrdə ilk əməkdaşlıq niyyətini müsbət qarşılayaraq müxtəlif sahələr üzrə müqavilələrə qoşulması, həmçinin bir çox dövlət liderlərinin və hətta çoxdan gözlədikləri Atatürk Beynəlxalq Sülh Mükafatını məhz ona verilməsi iki qardaş respublikanın türkçülük və həmrəylik ideyasında birliyinin bariz nümunəsidir.

Heydər Əliyevin Atatürk Beynəlxalq Sülh Mükafatını alarkən söylədiyi nitqdən gətirdiyimiz bir misal Heydərizmin Kamalizmi yüksək dəyərləndirdiyini, məktəb kimi ondan bəhrələndiyini təsdiq edir. Ulu öndər demişdir: “Mustafa Kamal Atatürkün həyatı, yaradıcılığı, onun qoyduğu irs sizin üçün örnəkdir və bizim üçün, Azərbaycan üçün də böyük örnəkdir. Biz özümüzü sizdən ayırmırıq”; “Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək öz xalqını daha da yüksəklərə qaldırmışdır”; ”Mustafa Kamal Atatürk təkcə Türkiyə üçün yox, bütün dünya türkləri üçün, Türk dünyası üçün də çox düşünmüşdür” .

Məhz Mustafa Kamal siyasət məktəbini - Kamalizmi bütün Türk dünyası ideologiyası kimi yüksək qiymətləndirdiyindəndir ki, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən 3 ay sonra Türkiyəyə ilk səfərini etmiş və o vaxtdan ömrünün sonuna kimi Türkiyənin bir sıra şəhərlərində müxtəlif məzmunlu tədbirlərdə iştirak etmiş, çoxsayda yüksək adlara, mükafatlara layiq görülmüşdür. Biz bu tədqiqat əsərində həmin səfərləri və təltifləri xronoloji şəkildə təqdim edirik və bu ilk tədqiqat işidir ki, Heydər Əliyevin Türkiyədə təltif olunduğu adlar, diplomlar haqqında müfəssəl məlumat verilir.

Beləliklə, Ulu öndər Heydər Əliyev Türk dövlət rəhbərləri arasında ilk siyasi lider olmuşdur ki, Ankara şəhərindəki Hacəttəpə Universitetinin fəxri doktoru - 1994; İzmir şəhərindəki “Doqquz Eylül” Universitetinin fəxri doktoru - 1997; İstanbul şəhərindəki “Fatih” Universitetinin fəxri doktoru - 1997; Türkiyə Respublikasının ən yüksək mükafatı - “Dövlət nişanı” - 1997; Türkiyənin “Nərgiz TV kanalının 1997-ci il üçün Dünyada ilin adamı mükafatı -1998; İzmir şəhərindəki Egey Universitetinin fəxri doktoru - 1998; Atatürk adına Ərzurum Universitetinin fəxri doktoru - 1998; “Ankara iş qadınları cəmiyyətinin1997-ci ilin görkəmli dövlət adamı mükafatı – 1997; Qars şəhər bələdiyyəsinin “1997-ci ilin insan haqları” mükafatı - 1998; Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin Beynəlxalq türk dünyası qohum millətlərin yaxınlaşması mükafatı - 1998; Türk Sənayeçiləri və İş adamları vəqfinin İlin dövlət adamı ” mükafatı - 1998; Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin Türk dünyasına xidmət” mükafatı – 1998; “Ankara iş qadınları cəmiyyətinin “1998-ci ilin dövlət adamı” mükafatı – 1998; Kırkpınar yağlı güləş yarışlarının Baş Ağası - 1998; Türkiyənin “Siyasət” jurnalının İlin şərəf mükafatı - 1998; Türkiyənin Bayburt diyarının Dədə Qorqud mükafatı - 1998; Türkiyənin İzmir şəhərinin Qarşıyaka bələdiyyəsinin İnsan haqları beynəlxalq mükafatı - 1998; Türkiyənin İpək Yolu Vaqfının fəxri üzvü və mükafatı - 1998; Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri - 1998; Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Günümüzün ən dözümlü adamı mükafatı - 1999; Türkiyənin İpək Yolu Vaqfının 1998-ci il Böyük lider mükafatı və vəqfin fəxri sədri - 1999; Türk Sənayeçiləri və İş adamları vəqfinin İlin dövlət adamı mükafatı - 1999; Türkiyənin İpək Yolu Vaqfının 1999-cu ilin dövlət adamı mükafatı - 2000; İsgəndərun şəhərindəki Universitetin fəxri doktoru - 1999; İsparta Universitetinin fəxri doktoru - 1999; Türkiyənin ən nüfuzlu mükafatı Atatürk Beynəlxalq Sülh Mükafatı - 1999; Osmanqazi Universitetinin fəxri doktoru - 2000; Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin Türk dünyası qardaşlıq və dostluq mükafatı - 2000; Türkiyənin İpək Yolu Vaqfının 2001-ci ilin dövlət adamı mükafatı - 2001; “Ankara iş qadınları cəmiyyətinin 2001-ci ilin müdrik dövlət adamı mükafatı – 2001; Ankara iş qadınları cəmiyyətinin 2002-ci ilin dövlət adamı mükafatı – 2002; Türk Sənayeçiləri və İş adamları vəqfinin Üstün xidmət və başarı mükafatı – 2002 Türk Sənayeçiləri və İş adamları vəqfinin fəxri sədri – 2002; Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin Türk dünyasının 2001-ci il xüsusi mükafatı - 2002; Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı - 2002; Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 2002-ci ilin Baş müəllim Atatürk mükafatı - 2002; Ankara Universitetinin fəxri doktoru - 2001; Bursa şəhərindəki Uludağ Universitetinin fəxri doktoru - 2002; Qars şəhərindəki Qafqaz Universitetinin fəxri doktoru - 2002; Türkiyənin İpək Yolu Vaqfının 2002-ci ilin siyasət adamı mükafatı - 2003; Kırıkqala Universitetinin fəxri doktoru - 2003; Türkiyənin Siyasət jurnalının İlin dövlət adamı mükafatı - 2003 və s. bir çox adlara layiq görülmüşdür.

“Heydər Əliyev SSRİ-nin prezidenti olsaydı” araşdırma yazısında önə çəkilən faktlar Heydərizmin Kamalizmlə uzlaşan tərəflərini, bütövlükdə Heydər Əliyevin həm milli dövlət quruculuğu fəaliyyətini, həm də müdrik Milli Lider, Ulu Öndər təbiətini, yüksək siyasi peşəkarlığını əsaslandırır. Dolğun faktlar baxımından maraq doğuran yazının müəllifi yazır: “Heydər Əliyev Moskvada SSRİ hakimiyyətində gərgin və məsuliyyətli dövlət xadimi vəzifəsində çalışmasına, bir çox sahələrdə məşğul olmasına baxmayaraq respublikanın inkişaf nəbzini tuturdu. Bu mərhələni “Əliyev Azərbaycan üçün”, “Əliyev Rusiya üçün” adlandırmaq olar. O, Rusiya və Azərbaycan ziyalılarının, Sovet İttifaının yüksək hakimiyyət strukturlarında azərbaycanlıların müqəddəratının “self-made”- uğur qarantına çevrildi. Təsadüfi deyil ki, sovet dövründə də, postsovet mərhələsində də Heydər Əliyevi Azərbaycan Atatürkü adlandırmışlar. Digər tərəfdən, Moskvada super gücün liderlərindən biri olaraq məhz O, daha geniş miqyaslı tarixi irs qoymuşdur” .

Biz bu tədqiqat-araşdırma yazısını yekunlaşdırarkən dövrü, siyasi vəziyyəti nəzərə almaqla Kamalizmlə Heydərizmin məzmunca və mahiyyətcə eyni ideoloji sistem olduğunu qeyd etməklə yuxarıdakı iqtibasdan ucalan ideyanın isə Heydərizmin dərki və qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi olaraq qeyd etməyi labüd hesab edirik.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru

mənbə;www.science.gov.az
21-06-2024, 10:34
Ququş haqqında yeni sənədli film təqdim olunub
21-06-2024, 10:27
Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək uzanan tarixi yol
20-06-2024, 09:40
Prezidentin adından saxta müraciətlər: şəbəkə ifşa olundu
20-06-2024, 09:33
Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - Detallar
20-06-2024, 09:28
Ərdoğan Putinlə görüşə hazırlaşır: masada nələr var?
19-06-2024, 15:53
Azərbaycanlı zəvvarların səhhəti necədir? - AÇIQLAMA
19-06-2024, 15:47
Bakıda doğum evinin yaxınlığında baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
19-06-2024, 15:35
O ERMƏNİ VİKİPEDİYASINDA TƏBLİĞ OLUNUR
18-06-2024, 15:11
AZƏRBAYCAN DÖVLƏTİNİ VƏ XALQINI ONİLLƏR BOYU TƏHQİR EDƏN, ERMƏNİNİ BİZİMLƏ MÜQAYİSƏDƏ UCA TUTAN
16-06-2024, 17:58
II HİSSƏ. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
15-06-2024, 21:26
Azərbaycan Xalqının Böyük Oğlu
14-06-2024, 18:59
HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
12-06-2024, 15:16
Azərbaycan elminə ağır itki üz verib
12-06-2024, 11:05
Pediatr Fərəh Vahabova: “Uşaqlara evdə hazırlanmış dondurma yeməyi tövsiyə edirəm”
11-06-2024, 18:40
ANONS! ANONS! ANONS! AYDIN ƏLİ-ZADƏNİN BARƏMDƏ II ŞİKAYƏTi DƏ RƏDD EDİLDİ! AMMA...
8-06-2024, 18:34
COP29: yeni əməkdaşlıq formalarının axtarışında
8-06-2024, 18:03
Filosof Alim Beynəlxalq Konqresdə Məruzə ilə Çıxış Edib
8-06-2024, 17:47
Coğrafiya İnstitutunda COP29-la bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib
8-06-2024, 17:41
Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri mövzusunda beynəlxaq konfrans keçiriləcək
6-06-2024, 11:08
“İctimai sağlamlıq” adlı jurnal işıq üzü görüb
6-06-2024, 10:31
İlk dəfə insanda quş qripi A(H5N2) aşkarlanıb
3-06-2024, 14:27
Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb - Fərman
3-06-2024, 14:23
Milli dövlət ideologiyası məsələsinin Heydərizm, Qandiizm və Kamalizm ideologiyaları kontekstində müqayisəli təhlili
24-05-2024, 11:53
Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq
24-05-2024, 10:36
Jelatinin insan orqanizmi üçün əvəzsiz faydaları məlum olub
22-05-2024, 11:15
Alçanı ac halda və duzla yemək zərərlidir
22-05-2024, 10:51
UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930