İyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur

İyunun 25-də BMT-nin Dənizçi Günü qeyd olunur. AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, 2025-ci ildə bu əlamətdar günün mövzusu “Mənim təcavüzdən azad gəmim”dir.
Dənizçi Günü Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sistemində Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə qeyd olunur. Onun qeyd edilməsi haqqında qərar IMO-ya üzv dövlətlər tərəfindən 2010-cu ildə Manilada (Filippin) keçirilən konfransda qəbul edilib. Bütün dənizçilik peşələrinin nümayəndələri üçün xüsusi günün təsis edilməsi onların beynəlxalq ticarətin, dünya iqtisadiyyatının və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına əvəzsiz töhfələrinə görə zəruri hesab edilib.
2025-ci ildə bu əlamətdar gün mürəkkəb beynəlxalq vəziyyət – müharibələr və silahlı münaqişələrin artması fonunda qeyd olunur. Bu ilin mövzusu olan “Mənim təcavüzdən azad gəmim” hər bir dənizçinin dənizdə özünü təhlükəsiz, dəyərli və qorunmuş hiss etdiyi bir mədəniyyəti təşviq etməkdən ibarətdir. “Biz birlikdə daha təhlükəsiz dəniz sənayesi yarada bilərik”, -deyə BMT və IMO bu əlamətdar gündə üzv ölkələrə müraciət ediblər.
BMT-nin Baş katibi Antonio Quterreşin bu əlamətdar gün münasibətilə müraciətində deyilir: "Dənizçilər qlobal ticarət axınını davam etdirirlər. Onlar ərzaq, dərman və həyati vacib malları bütün dünyaya çatdırırlar. Onların işi bizim həyatımız və iqtisadiyyatımız üçün vacibdir. Ancaq çox vaxt onların hüquqları pozulur və təhlükəsizliyi riskə atılır.
Bu il biz qadınlar, gənc işçilər və təcrid olunmuş və ya həssas şəraitdə olanlar da daxil olmaqla bir çox dənizçilərin üzləşdiyi təqib və ayrı-seçkiliyə işıq salırıq. Dənizçilərin psixi sağlamlığını dəstəkləyən sıfır tolerantlıq siyasəti və inklüziv iş yeri mədəniyyətləri vacibdir. Bununla yanaşı, əmək standartlarını qorumaq, həmçinin dənizdə təhlükəsiz, ədalətli və humanist şəraiti təmin etmək üçün hökumətlər, sənaye və işçilər arasında əlaqələndirilmiş fəaliyyət gücləndirilməlidir.
Bu Beynəlxalq Dənizçi Günündə gəlin bərabərlik, hörmət və ləyaqətlə fəaliyyət göstərən dəniz sektoruna sadiq olaq”.
IMO-nun baş katibi Arsenio Dominquezin müraciətində qeyd olunub ki, son illər Qırmızı dəniz və Hörmüz boğazında dəniz ticarəti ilə bağlı narahatlığın artması fonunda gəmilərin təhlükəsizliyinin gücləndirilməsi zərurəyi ön plana çıxır. Təşkilatın bəyanatında deyilir: “Dənizçilər qlobal ticarətin əsas aktorları olaraq qalır, lakin onların bir çoxu zorakılıq, təqib və ayrı-seçkiliklə üzləşir. Araşdırmalar göstərir ki, qadın dənizçilərin 50 faizindən çoxu və kişi dənizçilərin əhəmiyyətli bir hissəsi dənizdə onların təhlükəsizliyini, rifahını və karyera yüksəlişini təhdid edən təcavüzə məruz qalıb. Dəniz sənayesi təhlükəsiz, əhatəli və təcavüzdən uzaq iş yerlərini inkişaf etdirmək üçün qəti addımlar atmalıdır”.
Azərbaycanda da iyunun 25-i “Dənizçi Günü” peşə bayramıdır. Bu bayram Prezident İlham Əliyevin 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə elan olunub.
Ölkəmizdə gəmiçiliyin qədim tarixi var. Sovet İttifaqı dövründə Ümummilli Lider Heydər Əliyev respublikamızda bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Müstəqillik illərində də bu mühüm sahə, Xəzər donanması məhz Ulu Öndərin sayəsində qorunub saxlanılıb, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında dəniz limanlarının, habelə Gəmiqayırma zavodu, gəmi təmiri müəssisələrinin işi daha da təkmilləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il mayın 14-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bu mühüm obyekt hazırda qlobal miqyasda aktual olan Orta Dəhlizin ən mühüm komponentlərindən birinə çevrilib.
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar