UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!

Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
Tərəqqi medalı mükafatçısı
AMEA Fəlsəfə və Sosiologiya institutunun şöbə müdiri
Həə, növbəti "ANONS! ANONS! MƏKTUB YETİŞDİ!.. İLHAM MƏMMƏDZADƏNİN NÖVBƏTİ FIRILDAĞI... AZACIQ GÖZLƏYİN!" Yazısını təqdim edirəm.
Əvvəla, qeyd edim ki, həmişəki kimi çox məşğulam. Avropada Azərbycan modernizmi Fəlsəfi-etika, identiklik monoqrafiyam çap olunub. 6 ölkənin nəşriyyatında. 1 AMEA saytına məlumat göndərə bilmirəm. AMEA MEK-in əməkdaşı Xəyalə Məmmədli mənim 2 monoqrafiyamı və şöbəmin Məqalələr toplusunu Dünyanın bir çox kitabxanalarının katoloqlarında müəyyən edib. O istiqamətdə məlumatları axtarıb genişləndirə bilmirəm. Beləcə, bu qərəz dolu, başdan-başa yalan, iftira olan məktuba cavab vermək əvəzinə azı məndən məqalə istəyən jurnal naşirlərinə bir “hə-yox” cavabı yazram. “Məktubu” alıb, oxuyub, səhhətimin xeyli korlanmış halında (hirsli başda ağıl olmaz!..) Anonsu verdiyim üçün “fırıldağ” sözü bir az yerinə düşməyib. Bunu etiraf edim. Əslində məsələnin mahiyyətində lüqəti mənada fırıldağ - aldatmaq, biclik mənasını dayanırvə bu heç də yanlışlıq deyil. Amma mən utanmaq etik-əxlaqi keyfiyyətinə malikəm və buna görə də bu sözü yazının adından nəzəri şəkildə geri götürüb, yerinə saxtakarlıq kəlməsini qoyuram.
Keçirəm olaya. Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə mənə özünü müdafiə edən, qanunsuz əməllərini gizlədən bir dərya yalan, iftira dolu məktub yazıb və müvəqqəti məskunlaşdığım,rəsmi şəkildə ona bəlli olmayan, Aydın Əli-Zadə ilə məhkəmə işlərində faktiki ünvan yerində qeyd etdiyim (Əcaba, Aydın Əli-Zadəmi ona verib bu ünvanı?!) Bağ ünvanıma göndərib. Özü də mən işə gəldiyim, hər hansı bir məktubu mən işə gəlməsəm də mənə çatdıracaq adam, adamlar, ən əsas məsələ, e.poçtum olduğu halda ucqar bir bağ ərazisinə göndərib.
Məktub 5 səhifədir. Tikilməyib. Səhifələr nömrələnməyib. Tarixi başqası qoyub. İmza da İlham Məmmədzadənin öz imzasına qətiyyən oxşamır. Məzmundan anlaşılır ki, bu məktub “surətdir” – mənim şikayət ünvanladığım əlaqədar qurumlara cavab məktubunun surəti. Ancaq bunu sübut etmək kimi xırda marağım yoxdur.
Çox vaxt almadan məktubdakı yazılanların UTANMAZLIQ, xüsusən kişi xeylağının iradlardan qaçmaq, tənqiddən gizlənmək məqsədilə qadına atdığı şər-böhtan məzmununa keçid alıram.
İLHAM MƏMMƏDZADƏNİN İLK ABZASDAN PARLAYAN YALAN- İFTİRA – UTANMAZLIQ XARAKTERİ
Direktor mənə ünvanladığı birinci abzasda 4 il üçün qısa müddət yazmaqla böyük yalana imza atmşdır. Bu 2017-ci ildə mənim rəhbər təyin edildiyim, sonra midiri seçildiyim şöbənin qurulması prosesi ilə bağlı məsələ olmuşdur. Belə ki, iyun ayında adı təsdiqlənən şöbəyə oktyabr ayının ikinci yarısı otaq verilmişdir. Adları kağız üstündə olan işçilərdən fəlsəfə elmləri doktoru Ziba Ağayeva bu şöbə ilə eyni vaxtda yaradılmış “Heydər Əliyev siyasəti və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin adı, otağı, əsas da şöbənin müdirinin dediyi kimi “şöbədə elmlər doktoruna ehtiyac” olduğu üçün həmin şöbəyə keçmişdir.
2018-ci il, oktyabr ayı artıq şöbə bir il idi ki, fəaliyyət göstərirdi, deməli 1 il heç də qısa müddət sayıla bilməz. Beləliklə, direktorun mənə və yəqin ki, bir neçə rəhbər quruma yazdığı məktubda qeyd oolunmuş, həmçinin xüsusi məna vurğusuna malik “qısa müddət ərzində” söz birləşməsinə yüklənmiş 1 il müddətində, bundan sonra 2 il və 4 il müddətində 3 işçinin şöbədən getməsi fikri o qədər çirkin iftiradır ki, mən bunu açıqlayaraq geniş ictimaiyyətə “oçen kulturniy, işıqlı ziyalı” kimi g ö r ü n ə n İlham Məmmədzadənin necə yalançı və yalandan, böhtandan, şərdən utanmaz olduğunu bildirəcəyəm.
Dediyim kimi şöbə 2017-ci ilin iyun ayında açıldı. Əvvəlki, direktorların otağı iki hissəyə bölünərək iki otaq təmiri başladı. Təmir sentyabrda bitsə də İlham Məmmədzadə mənim istəymlə 2 hissə- 2 otaq edilmiş 1 bütövü bizə verməkdən imtina etdi. Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli işə qarışdı. Ona başa saldı ki. “2 otaq 1 otağın hesabına yaranıb və onlarındı”. Bundan sonra mən xəstəxanada yatdım. Direktor kağız üzərində adları olan heç də 4 elmlər doktoru, 2 fəlsəfə doktorunu deyil, 1 Ziba Ağayevanı və Aydın Əli-Zadəni, 1 də bir laborantı təmirdən çıxmış otaqlar olduğu halda 1 ay koldorlarda saxladı ki, Xatirə xəstəxanadan çıxıb gələr, açarları ona veərəm. Bilmirəm, bu qərarın arxasında onun nə “fikri” dayanmışdı!..
Mən gəldikdə artıq oktyabrın ortaları idi və Ziba Ağayevanı mən 1 gün belə şöbədə görməmişəm. İndi direktorun yalanının, qarayaxmasının ikinci hissəsi üçün açıqlama verim.
Deməli, şöbənin otaqlarını əşyasız vəziyyətdə, (stol-stullarsız hətta) təhvil alandan sonra mən Etika şöbəsindəki stol və stulumu gətirtdirdim. Qocaman hüquq-mühafizə əməkdaşı Yaşar Əliyev də eləcə, öz pulu ilə aldığı əşyalarını şöbəyə daşıyandan sonra, mən evimdən 1 neçə komputer, printer və s. əşyalar, eləcə də sözün hərfi mənasında 40 ilin stol-stullarını Qabil müəllimdən qəbul etdikdən sonra işçilər haqda düşünməyə başladım. Qərb universiteti Beynəlxalq konfrans keçirmişdi. Orada fəl.e.d. Tahirə Allahyarovanı və Hüseyn İbrahimovu gördüm, Birinciyə mən şöbəyə yarımştat gəlməyi təklif etdim. Hüseyn İbrahimov isə özü mənimlə tanış olub, tam ştat –böyük e. işçi gəlmək istədiyini bildirdi. Ona aparıcı e.işçi ştatına gəlməsinə kömək olacağımı dedim və sözümü tutdum, ancaq direktor Hüseyn müəllimi nəyi çatırdı, nəyi çatmırdı bilmirəm, 2018-ci ildə işə qəbul etdi. Baxın! Direktor belə yalan yazır ki, 2017-ci ildə şöbə açılanda 4 elmlər doktoru, 2 fəlsəfə doktoru olub və qısa müddətdə öz ərizələrri ilə gediblər. Kimlər?!
Xeyir! Direktorun utanmazcasına yazdığı YALANDIR. Fakt budur ki, Ziba Ağayeva şöbədə 1 gün də işləməyib. O, şöbənin otaqlarının heç birinə bugünə kimi daxil olmayıb belə! Otaqlar təhvil veriləndə o artıq 9-cu mərtəbədə, müdiri direktor müavini, həmçinin səliqə-sahmanlı, nüfuzlu “Heydər Əliyev” şöbəsində olub… Hələ onu da qeyd edim ki, Ziba Ağayeva adı bu şöbədə olarkən və otaqlar bizə süni bəhanələrlə verilmədikdə məndən təcili nəzərdə tutulmiş otaqları boşaltdırmağı istəmiş, mən orda oturan qadını,- yaşlı şöbə müdirini çıxartdırmağı vicdansızlıq hesab etmişdim…
[thumb=left]https://cahanplus.com/uploads/posts/2026-04/1775988317_son aydin1702509984_298099533_5745167968848031_2860572748124709966_n.jpg[/thumb]
Həmin vaxtlar sayca işlədiyi 4-cü şöbədən çıxarıldığı üçün bu şöbəyə sığınmış Aydın Əli-Zadə əvvəlki şöbədə həmkarı olan Radif Mustafayevin gəlməsini məsləhət bildi. Mənim Radiflə ümumi münasibətim vardı, dedim gəlsin. Qeyd edim ki, R.Mustafayev də şöbə müdiri ilə sərt konflikdə idi və mən bu iki nəfəri şöbəyə gətirməklə onlara böyük xeyirxahlıq etdim. Aydın Əli-Zadə tamam çıxarılmışdı, Radif Mustafayev işləsə də vəziyyət normal deyildi. Radif Mustafayev gəldikdən sonra Hüseyn İbrahimov mənim direktorla danışıqlarımdan və təbii özünün anlaşmasından sonra şöbəyə gəldi. Niyə belə yazdım?! Çünki H. İbrahimov uzun müddət buna nail olmağa çalışmışdı.
AY DIREKTOR, MƏGƏR SIZ RADIF MUSTAFAYEVİN “LAPDAN-ŞAPDAN” ELM FONDUNDAN LAYİHƏ – QRANT "UDDUĞUNDAN" XƏBƏRSIZSIZ?!
Indi isə məqamı olduğu üçün geniş ictimaiyyətin diqqətinə direktorun Yalançı, Utanmaz olduğunu sübut edən məktubunun ikinci abzasında Radif Mustafayevin adının qarşısında xüsusi ibarə ilə yazdığı fikri çatdırmaq istəyirəm. Direktor yazıb: “44 günlük Vətən Müharibəsi iştirakçısı və Prezuden İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunan f.ü.f.d. Radif Mustafayev 03.01.2019-cu il tarixindən öz xahişləri əsasında digər şöbələrə keçirilmişlərdir”.
Həə, əvvəlcə 03.01.2019-cu il tarixi ilə direktorun “qısa müddət ərzində öz xahişləri əsasında digər şöbələrə keçirilmişlərdir” məsələsinə bir daha aydınlıq gətirim ki, 2017-2019 heç də qısa müddət deyil. Belə “qısa və ya elə uzun müddətlərdə direktorun şöbəsinə neçə işçi gəlib?!.Eyni zamanda o şöbədən neçə işçi gedib?! Bəs bu şöbəyə niyə gedənlərin əvəzi gəlməyib?! Buna cavabları Allah –İlahi ədalətin məhkəməsi ayan edəcək! Radif Mustafayevin bu şöbədən getməsinin əsl səbəbi başqadır. Indi yazacağam. Heç istəməzdim bu barədə yazım. Ancaq direktorun yalanından utanmazlığı mənə pis təsir edir, belədə səhhətim pisləşir.
Ay direktor, məgər Siz Radif Mustafayevin “lapdan-şapdan” İllik Hesabatına konkret mənim illik mövzumun adında ELM FONDUNDAN LAYİHƏ – QRANT "udduğunu" yazdıqdan sonra mən bunu ona irad tutmaqla bərabər, həmin Qrantın nə vaxt ELAN olunduğu, kimlərin layihə verdiyi halda, onun qalib olduğu suallarını verdikdə nələr baş verdiyindən xəbərsizsiz?! Bilirsiz! mən rəsmi Məlumat yazmışdım Sizə...
Yaxşı! Mən yadınıza salım, bu "UDUŞUN" qanunsuzluğunu Radif Mustafayevə bildirdikdə, o mənə “mənə veriblər, almışam, deyib. Sonra o mənə hökmlə, (qorxudaraq) Elm fondunun sədri Elçin Babayevə, Etibar Nəcəfova irad bildirin”- söyləyib. Allah tərəfi, şöbənin hər tərəfə əlaqəsi olan bir işçisi otağımda idi. Ondan həmin məmurların telefonlarını istədim. Verdi, zəng etdim. Telefon zənglərimə cavab verdilər və mən də onlara bir ucu korrupsiyaya bağlı olan bu ciddi qanun pozuntusunu dedim.
Bundan sonra Radif Mustafayev mənim üstümə hücum çəkib dərhal hər iki məmura zəng edib, “bizə işin olmayacağını deyin”- əmrini Verdi. Niyə?! Bəlli oldu ki, Elçin Babayev deyib ki, o (yəni mən!) zəng edib deməsə ki, “işim olmayacaq”, mən sənədi imzalamayacağam!!! Dedim, mən sözümü dedim. Bundan artıq nə işim ola bilər ki?!
Radif Mustafayevdən başqa İdarəetmə Akademiyasında işləyən (və həmin vaxtlarda deputat seçildi) bir gənc kişi xeylağı mənə azı 5 dəfə zəng edib, “uşaqlar var, ehtiyacımız var o pula” məzmunda, - eyni xahişi etdi. Məcbur olub Elçin Babayevə zəng edib dedim ki, qanunsuz olmağına qanunsuzdur. Amma mən prokuror, auditor və s. səlahiyyət sahibi deyiləm. Söz verirəm ki, şikayət etməyəcəyəm”.
Həə, Radif Mustafayevlə mənim aramdakı dostyana münasibət bu məsələdən sonra pozuldu və institutda “İslam fəlsəfəsi” şöbəsinin açılması yerinə düşdü. Radif Mustafayev o şöbəyə keçdi. Onunla bağlı daha bir ciddi məsələ - direktorun həftədə 5 gün ona İŞƏ GƏLMƏMƏK İCAZƏSİ verməsi ilə bağlıdır. Məndə rəsmi Arayışlar var! Hər bir halda sübut edə bilərəm!.. Bəli! İlham Məmmədzadə Binə qəsəbəsində yaşayan və hər gün İdarəetmə Akademiyasına, ordan Gömrük Komitəsinin Maştağa qəsəbəsində yerəşən Tədris Mərkəzinə gedən Radif Mustafayevə 5 iş günüdən ibarət İŞ həftəsində 5 gün işə gəlməmək İCAZƏSİ vermişdi! Belədə ağzını açıb Radifə söz demək olardı?! .
Bundan başqa, Radif Mustafayev İşə gələ bilmir, bilmir, heç elmi öhdəliklərni də yerinə yetirmirdi. Mənim əlimdə faktlarım var ki, 2 məqaləsini mən, 1-ini Eynulla Mədətli redaktə etmişik. Sübuta keçməyə hazıram. Kim istəyir sübut edim!
Bu faktlar sübut edir ki, mənim Radif Mustafayevlə düşmən münasibətim olmayıb!
Direktor İlham Məmmədzadənin mənə bir tərəfdən “xox gəlmək” digər tərəfdən, “baxın, Xatirə Quliyeva (az qala!) “milli qəhrəmanı belə yola verməyib” vurğusu ilə bağlı demək istəyirəm ki, bəli, baxın, görün İlham Məmmədzadə necə qaralayan, ləkəyən xarakterdə bir adamdır!..
Radif Mustafayevin 44 günlük Vətən müharibəmizdə dövlətin çağırışına zidd gedib gizlənməməsi, əksinə vətəni müdafiəyə yollanması qürurverici hadisədir. Ancaq mən onu 2018-ci ildə şöbəyə qəbul edəndə də, o, 2019-cu ildə şöbədən QRANT qanunsuzluğunun unudulması məqsədi ilə və s.səbəblə gedəndə hələ Vətən müharibəsi və sonra Radif Mustafayevə verilmş medallar yox idi. Bundan başqa Vətəni oğulları – kişilər müdafiə edərlər. İkincisi, o Vətənə müharibə dövründə hərbi xidmət bacarığı ilə (hansı hərbi sahədə olub qarışmıram) mən qələmimlə müharibə dövründə və ondan əvvəllərdən məqalələlərimlə, şerlərimlə fəal xidmət etmişəm. Bu baxımdan İlham Məmmədzadənin qorxutmaq, şişirtmək mənasında “44 günlük Vətən Müharibəsi iştirakçısı və Prezident İlham Əliyev tərəfindən Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunan f.ü.f.d. Radif Mustafayev 03.01.2019-cu il tarixindən öz xahişləri əsasında digər şöbələrə keçirilmişlərdir” yazması çox mənasızdır və utanmaq lazımdır bu ibarəyə görə! Yadınıza vətənə yüksək xidmətləri olmuş və bu gün həbsdə olanları salmaq istəyirəm… Yəni məsələlərə düzgün qiymət vermək lazımdır. Sui-istifadə yolverilməzdir. Sabah həmin QRANT qanunsuzluğu yoxlanıldıqda medallar rol oynamayacaq! Təbii mən məsələ qaldırmıram! Çünki məndən qat-qat səriştəli Dövlət məmurları var. Buyursunlar Dövlət Elm Fondunun “Elanı olmamış Qalibi olmuş” Qrant Layihəsinin sadəcə maliyyə tərəfini yoxlasınlar. İstəyirlər məni də izahat verməyə çağırsınlar! O QALİB QRANTDAN 2016-CI İLİN BAĞLANILAN QRANT LAYİHƏSİNİN “İYİ” GƏLİR…
O QRANT LAYİHƏSİNDƏ HÜQUQU POZULMUŞ, ŞÖBƏ MÜDİRİNİ AZ QALA ÖLDÜRMƏK İSTƏYƏN RADİF MUSTAFAYEV 2 İL SONRA ÖZÜ QANUNSUZ QARANT QALİBİ OLUB… Bəlkə orda İlham Məmmədzadənin də, hələ başqa birilərinin “barmaqları” var kimi görünür.
ERMƏNI AYDIN. ÖZÜ YAZIB!.. NƏZAKƏT MƏMMƏDOVA TUTULAN KIMI DƏ MƏNI MƏHKƏMƏYƏ VERIB
Direktor Aydın Əli-Zadənin 2018-ci ildə öz ərizəsi ilə şöbədən getməsini də xüsusi ibarə ilə yazır. Baxın Xatirə Quliyeva qaçırdıb onu! Buyurun tanış olun bu kəslə! Bu vətən xaini ilə. Məhkəmələrdə ifşa edib, “udduğum” erməni ilə! Bəli erməni ilə! Özü yazıb ki, ermənidir. Davamda fakt göstərəcəyəm.
Beləliklə, Aydın Əli-Zadə bu şöbəyə 2017-ci ildə “qılıqla, şirin dillə” gəlib. Sentyabrda hələ otaqlar təmirdə ikən, şöbənin əməkdaşı Sevinc Quliyeva məqalələr toplusu üçün məqalə toplayarkən Aydın Əli-Zadə mənə dövlət tariximizə xəyanət mahiyyətdə, ermənilərə tərəfkeşliklə 7 səhifəlik məqalə göndərməklə məndə özünə qarşı dərin şübhələr oyadıb. 2018-ci ildə İllik plan işlərinin təhvil verilməsinə 2 ay qalmış, yəni oktyabr ayında o mənə A4 vərəqi ilə 74 səhifəlik sırf Azərbaycan Dövləti əleyhinə, ermənilərin mövqeyindən yazılmış “İllik Plan işi” verib və mən işi oxuduqda onun məqaləsindəki mövqeyinin davam etdiyini görmüşəm. Özünə demişəm. Deyib, “mən tarixçiyəm, bilirəm nə yazıram”. NƏHAYƏT MƏN ONUN VƏTƏN XAİNİ OLDUĞUNU SÜBUT ETMİŞƏM. "MƏN ERMƏNİYƏM, XATİRƏ! NECƏ 30 MİN ERMƏNİYƏ DÖZÜRSƏN, MƏNƏ DƏ DÖZMƏLİSƏN. BİR VƏTƏNİN ÖVLADLARIYIQ!" DEYƏN ADAMA NİYƏ HƏMVƏTƏNLİM MÜNASİBƏTİNİ BƏSLƏMƏLİYƏM?! SAYSIZ-HESABSIZ FAKTLAR VAR BU SAYTDA.TANIŞ OLUN. GÖRÜN O NECƏ DÜŞMƏNİMİZDİR!"

Onun barəsində direktorun adına Təqdimat yazmışam. Direktor saymayıb. Sanki özüdür o plan işini yazan, susub! İkinci təqdimatı direktora yazıb, AMEA RH-nə göndərmişəm. Elmi Şurada təqdimatımı müdafiə edib, onun yazdığı Dövlətimiz əleyhinə əsərin Tarix institutuna rəyə göndərilməsini istəmişəm. Direktor zidd gedib! Onu Sosiologiya şöbəsinə keçirib. Aydın Əli-Zadə 5 il susub, nə həmin kitab formatında 150 səhifə, İllik kitabı, nə də məqaləni bu günə kimi çap etdirməyib! Nəzakət Məmmədova Vətənə xəyanət maddəsi ilə həbs olunanda DURUB MƏNİ MƏHKƏMƏYƏ VERİB Kİ, GUYA ONA BÖHTAN ATMIŞAM. MƏN ONUN HƏQİQƏTƏN VƏTƏNƏ XƏYANƏT ETDİYİNİ MEDİADA 20-DƏN ÇOX GENİŞ, DOLĞUN FAKTLARLA OLAN YAZI İIƏ SÜBUT ETDİKDƏ MƏNƏ MƏKTUB YAZIB Kİ, GƏL DAYANDIRAQ. MƏN DAVAM EDİB, ONU 11 MART 2026-CI İL ALİ MƏHKƏMƏ İCLASI DAXİL OLMAQLA BİR ÇOX MƏHKƏMƏ İŞİNDƏ “UDMUŞAM” .
İlham Məmmədzadə isə belə mənfur şəxsi cəzalandırmaqdansa onu qoruyur, hətta "Suverenlik və hüquq məsələləri” adlanan yeni şöbəyə keçirmişdi. Hətta “dal ayağı olan” oğlunu instituta dissertant qəbul edib. Həə, həə unutmuşdum, bu iki famiiya ilə yaşayan, işləyən Aydın Əli-Zadə (maaşı Əlizadə imzası ilə alır) məni məhkəmələrə verir ki, onu işdən qanunsuz çıxartdırmışam, bərpa etməliyəm. Amma direktor mənim onu yola vermədiyimə işarəli tərzdə öz xahişi ilə başqa şöbəyə keçdiyini yazır. YALANDIR VƏ O HEÇ DƏ UTANMIR BU YALANDAN! Ümidvaram ki, İlahi Ədalət bu məsələləri qiymətləndirəcək.
Direktorun Tahirə Allahyarovnın şöbədən 4 il sonra getdiyini qısa vaxt ərzində getdiyi kimi göstərib bunda məni səbəbkar – qaçıran donunda işarələməsi ilə bağlı ciddiyyətlə bildirmək istəyirəm ki, əvvəla 4 il qısa müddət deyil. 48 ay və nə qədərsə - çox iş həftəsi, saatı deməkdir. Bu zamana işə davamiyyət, keyfiyyətli tədqiqatlar daxildir. Şöbədə yarımştat “işləyən” Tahirə Allahyarova 4 ildə 1 gün işə gəlməyib. Ikincisi, o, 4 ildə İllik Plan işini növbəti ilin mart ayından tez verməyib. Aydın Əli-Zadə mənə onunla bağlı media materailları göndərmişdi, diqqətlə tanış olub, “konturlarla” irəliləsəm də o işlərə qarışmaq həddim deyil, deyib susmuşdum. Ancaq 2021-ci ildə onun mənim barəmdə şübhəli bildiyim bir şəxlə mənfi məzmunda mesajları mənə gəldi. Dinlədim yaxşılıq etdiyim Tahirə Allahyarovanı daha dərindən tanıdım, daha dərinə getmirəm, 1 kəlmə, ona maaş aldığı işdə davamiyyət məsuliyyətini anlatdım. Sonra direktora Məlumat yazdım. Onunla direktor nə danışıb, nə danışmayıb, mən bilmirəm, Tahirə Allahyarova yarımştat vəzifəsindən çıxıb.
Direktor 2-ci abzasda Yaşar Əliyev adlı işçisinin ərizəsi ilə işdən çıxmasından da bəhs edir ki, həmin işçinin direktorun öz marağına görə qanunsuz şəkildə işdn çıxarıldığı hər dəqiqə sübut oluna bilər. Belə ki, yaşar Əliyev 80 yşını haqlasa da gümrah, enerjili, hərtərəfli intellektual şəxs idi.Deyirdi ki, şöbəyə gənc kadrlar versinlər, mən gedim. Bunu direktorun sağ əli, əslində institutu idarə edən Sevinc Həsənovaya dedim. Dedi, əlbəttə verərik. ANCAQ ALDATDI MƏNİ DƏ, YAŞAR ƏLİYEVİ DƏ. O ƏRİZƏ YAZDI\ĞI GÜN İŞDƏN ÇIXARILDI VƏ TRUDOVOYU ELƏ HƏMİN GÜN BAĞLANILDI. HALBU Kİ, 1 AY VAXT VERİLMƏLİYDİ, BƏLKƏ İŞÇİ FİKRİNİ DƏYİŞƏCƏKDİ?! YAŞAR MÜƏLLİM 2 GÜN SONRA ELƏ FİKRİNİ DƏYİŞDİ DƏ. AMMA DİREKTOR ONA TRUDOVOYA MÖHÜR VURMUŞAM, DAHA, -DEYİB ONU İŞİNƏ GERİ QAYTARMADI. YƏQİN Kİ, BU QANUNSUZLUĞA GÖRƏ HİYLƏGƏRLİYƏ, SAXTAKARLIĞA – UTANMAZLIĞA GÖRƏ İLAHİ MƏHKƏMƏNİN QƏRARI OLACAQDIR.
DİREKTORUN MƏNƏ MƏKTUBUNUN 3-CÜ ABZASI ONUN MƏNİM HEÇ BİR JURNALIN, ŞURANIN, SEMİNAR VƏ S. ÜZVÜ OLMAMAĞIMLA BAĞLI İRADIMA CAVABIDI. Deyir, aaaaa, Elmi Şuranın üzvüdür. Hələ çıxmaq istəyib, ona yaxşılıq edib saxlamışıq.
Budur UTANMAZLIQ! Budur saxtakarlıq! Əvvəla, bütün şöbə müdirləri EŞ-nın üzvü olmalıdırlar. Keçirmirdi məni və 1 də Könül Bunyadzadəni. O, Prezident Akif Əlizadəyə dedi, onunla birlikdə keçidi məni... İnstitutda Müdafiə Şurası var! Ora onların gəlir yeridir. Bunu hamı bilir. Nə plagiatlar, mən cəfəngiyyatlar keçir, onu mənim kimi dürüst adam bilməməlidir! Mən Amerika Beynəlxalq Fəlsəfə jurnalının və digər xarici jurnalların üzvüyəm. institutda 2 və ya 3 jurnal var, niyə üzvü deyiləm?! UTANMIR İLHAM MƏMMƏDZADƏ, HEÇ UTANMIR! YALAN DANIŞIR, YALAN MƏLUMAT VERİR, YALAN YAZIR.
MƏNİ XARİCDƏ TANIYIRLAR. ÜSTÜNƏ QIR ÇƏKSƏLƏR BELƏ MƏN MƏNƏM... MƏNİM ƏSƏRLƏRİM CONGRESS KİTABXANASINDADIR! MƏNDƏN SCOPUS İNDEKSLİ JURNALLARA MƏQALƏLƏR İSTƏNİLİR!
Direktor bu cür utanmazlıqla dördüncü abzasda mənim Beynəlxalq sferda uğurlarımı heç edir. Məsələn, o özü mənimlə müqayisə oluna bilməz! Mən google scholarda H indeksimin artması üçün sürəkli çap olunan monoqafiyalarımı, məqalələrimi heç googlü scholar sisteminə və heç bir elmi sistemə yükləmirəm və buna görə mənim H indeksim 3- dür. Məktubda qəsdən və UTANMADAN H2, əsərlərimin sayını 35 yazıb... “Sragıgün” AAK- a əsərlərimin siyahisini 165 sayda imzalyınb.
6-cı ABZASDA İnstitutun nailiyyətlər səhifələrində əsərlərimin olmadığı iradımı qeyd edir və UTAMAZCASINA 10-la əsərimin arasından cəmi 2-sini və həm də təzəlikcə yazdıqlarını yazır.İ NSAN UTANMIR, HEÇ NƏDƏN UTANMIR! NƏ YAXŞI Kİ Allaha inamım qüvvətlidir və İlahi məhkəmənin olacağına inanıram! Yoxsa ürəy partlayar bir belə sqaxtakalığın şahidi olduqda!
Sonrakı abzasda direktor mənə doktorant, dissertant verilməməsinə iradıma da saxtakaar, hiyləgər cavab vermişdir. İFŞA EDİRƏM ONUN UTANMAZ ARQUMENTLƏRİNİ!.
Davamı olacaq
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
9-04-2026, 10:48
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
9-04-2026, 10:45
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir
7-04-2026, 12:09
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
7-04-2026, 12:06
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
7-04-2026, 12:02
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
7-04-2026, 11:56
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç
7-04-2026, 11:52
Filosof alimin əsərləri dünya kitabxanalarının katoloqlarında yerləşdirilib
4-04-2026, 15:55
ANONS! ANONS! MƏKTUB YETİŞDİ!.. İLHAM MƏMMƏDZADƏNİN NÖVBƏTİ FIRILDAĞI... AZACIQ GÖZLƏYİN!
31-03-2026, 11:04
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
31-03-2026, 11:00
Dünya bazarında qızıl 45 dollar bahalaşıb
31-03-2026, 10:58
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
31-03-2026, 10:57
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlıq ifadə olunub
31-03-2026, 10:56
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
31-03-2026, 10:44
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
31-03-2026, 10:41
Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
31-03-2026, 10:38
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
13-03-2026, 10:49
Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir