BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev qonağa qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Azərbaycan Hökuməti ilə BMT arasında imzalanan Töhfə Sazişinin əhəmiyyəti də xüsusi vurğulanıb. Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur və bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.
Dmitro Şlapaçenko “ASAN xidmət”in unikal konsepsiya olduğunu vurğulayaraq bu uğurlu modelin digər ölkələrə ixracını yüksək qiymətləndirib.
Rezident əlaqələndiricisi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.
Bu gün, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
Bu gün, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
Bu gün, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
Bu gün, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
Bu gün, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
Bu gün, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
Bu gün, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
Bu gün, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
Bu gün, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
Bu gün, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
Bu gün, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
Bu gün, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Dünən, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
Dünən, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Dünən, 11:04
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
Dünən, 11:02
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
Dünən, 11:01
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:57
Sabah” – “Barselona” oyununa doğru: İspaniya çempionu Bakıda da qol buraxacaq?
Dünən, 10:55
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
Dünən, 10:49
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Dünən, 10:48
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Dünən, 10:44
Vyetnamda kulinariya festivalında Azərbaycan yeməklərinə böyük maraq olub
Dünən, 10:42
Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb
Dünən, 10:38
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
Dünən, 10:23
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
Dünən, 10:19
Şəhərdə təmizliyi pozanlar bu qədər cərimələnəcək
19-11-2026, 13:42
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib