BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
Ölkə
Oxunub: 4
24 noy 2026 | 12:54

Bakı, 24 noyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) 3 tələbə və 1 müəllim komandası Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafına yönələn “Türk Forum 2026 - Bir Fikir, Ortak Gələcək” proqramının final mərhələsinə vəsiqə qazanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, final dekabrın 8-10-da Türkiyənin Ankara şəhərində keçiriləcək. İvedik Mütəşəkkil Sənaye Bölgəsinin ev sahibliyi, Qazi və Ankara Hacı Bayram Vəli universitetlərinin əməkdaşlığı ilə təşkil olunan müsabiqədə mühəndislik və sosial elmlər istiqamətləri üzrə təqdim edilən layihələr qiymətləndirilib. Akademik Şuranın qərarı ilə mühəndislik kateqoriyasından 9, sosial elmlər kateqoriyasından isə 12 layihə finala seçilib.

BMU-nun finala yüksələn komandalarından biri dosent İlhami Süleymanovun rəhbərlik etdiyi müəllim komandasıdır. “C-MON Edge” adlı layihə sənaye obyektlərində kritik avadanlıqların texniki vəziyyətinin FPGA və süni intellekt əsaslı TinyML texnologiyaları vasitəsilə real vaxt rejimində izlənilməsini və mümkün nasazlıqların əvvəlcədən aşkarlanmasını nəzərdə tutur. Komandada professor Vaqif Qasımov, müəllimlər Nurlan Babanlı, Ərtoğrul Qayıbov və Türkiyənin “METADİAG BİLİŞİM TEKNOLOJİ” şirkətinin layihə meneceri Kənan Qəribli də təmsil olunur.

Mühəndislik kateqoriyasında finala vəsiqə qazanan digər iki layihə tələbələrə məxsusdur. Mühəndislik fakültəsinin IV kurs tələbəsi Adəm Məmmədovun “Yeşil Pusula” layihəsi kiçik və orta sahibkarlıq subyektləri üçün karbon emissiyalarının hesablanması və enerji səmərəliliyinin qiymətləndirilməsinə xidmət edən rəqəmsal platformadır. Həll müəssisələrin Avropa İttifaqının Sərhəddə Karbon Tənzimləmə Mexanizminin (CBAM) tələblərinə uyğun hesabatlılığını dəstəkləyir.

“+qElixir” layihəsi isə BMU-nun “Kimya mühəndisliyi” ixtisasının məzunu Məhəmmədəli Ayralov və IV kurs tələbəsi Reyhanə Mahmudovanın birgə işidir. Süni intellekt əsaslı platforma kimyəvi reaksiyaların proqnozlaşdırılması, molekulyar analiz və kvant-kimyəvi hesablamaları birləşdirərək elmi tədqiqatların daha səmərəli aparılmasına, vaxt və resurslara qənaətə imkan yaradır.

Sosial elmlər kateqoriyasında BMU-nu İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Təhminə Əliyevanın “TURK YOUTH HUB: Discover. Connect. Collaborate.” layihəsi təmsil edəcək. Türk dünyasının gənc tədqiqatçılarını, startapçılarını və tələbələrini bir araya gətirməyi hədəfləyən platforma 7 dildə ünsiyyət, tematik şəbəkələşmə və etimologiya sözlüyü imkanları ilə dil baryerlərinin aradan qaldırılmasına yönəlib.

BMU-nun tələbə komandaları finala hazırlıq prosesində universitetin Texnoparkı tərəfindən təşkil olunan təlim və hakatonlara hazırlıq proqramlarında iştirak ediblər. Finalda layihələr münsiflər heyətinə təqdim olunacaq, hər kateqoriya üzrə ilk üç yerin qalibləri mükafatlandırılacaq.
Dünən, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
Dünən, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
Dünən, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
Dünən, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
Dünən, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
Dünən, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
Dünən, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
Dünən, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
Dünən, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
Dünən, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
Dünən, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
Dünən, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 11:04
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
23-11-2026, 11:02
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
23-11-2026, 11:01
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
23-11-2026, 10:57
Sabah” – “Barselona” oyununa doğru: İspaniya çempionu Bakıda da qol buraxacaq?
23-11-2026, 10:55
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
23-11-2026, 10:49
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
23-11-2026, 10:48
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 10:44
Vyetnamda kulinariya festivalında Azərbaycan yeməklərinə böyük maraq olub
23-11-2026, 10:42
Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb
23-11-2026, 10:38
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
23-11-2026, 10:23
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
23-11-2026, 10:19
Şəhərdə təmizliyi pozanlar bu qədər cərimələnəcək
19-11-2026, 13:42
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30