Makronun büdcə təşəbbüsü tənqid edilib
Siyasət
Oxunub: 3
24 noy 2026 | 12:33


Paris, 24 noyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun büdcə intizamı ilə bağlı “qızıl qayda”nı Konstitusiyaya daxil etmək təşəbbüsü siyasi mübahisələrə səbəb olub. Avropa Parlamentinin deputatı, Respublikaçılar (LR) partiyasının üzvü Fransua-Kavye Bellami bu təklifi sərt tənqid edərək Makronun əvvəlcə dövlət büdcəsini tükəndirdiyini, indi isə ona “qıfıl vurmaq” istədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, “Cnews” və “Europe 1” telekanallarının birgə efirində çıxış edən Bellami Makronun təşəbbüsünü qeyri-səmimi adlandırıb. O, 2011-ci ildə Fransua Fiyonun irəli sürdüyü büdcə qaydasını xatırladaraq, Fransanın dövlət borcunun həmin vaxt 1,8 trilyon avro olduğu halda, hazırda 3,5 trilyon avronu keçdiyini vurğulayıb. Deputatın sözlərinə görə, indi gəlir vergisinin bütövlükdə borcun faizlərinin ödənilməsinə yönəldilməsi ölkənin maliyyə vəziyyətinin ağırlığını göstərir.

Deputat bildirib ki, büdcə intizamı prinsipi artıq mövcuddur və Fransa Avropa tərəfdaşları qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir. Onun sözlərinə görə, ölkə 2019-cu ildən bəri büdcə kəsirinin 3 faiz həddini qoruyub saxlaya bilməyib.

Makronun təşəbbüsü sağçı mərkəz və sağçı siyasi qüvvələr tərəfindən dəstəklənir. Respublikaçılar, “Milli Birlik” (RN), “Horizons” və “Renaissance” partiyalarının nümayəndələri büdcə intizamının Konstitusiyada təsbit edilməsinə müsbət yanaşırlar. Sol qüvvələr isə bu təşəbbüsə qarşı çıxır. Onlar hesab edirlər ki, belə bir konstitusion məhdudiyyət gələcək hökumətlərin iqtisadi siyasət seçimlərini ciddi şəkildə daralda bilər.
Dünən, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
Dünən, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
Dünən, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
Dünən, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
Dünən, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
Dünən, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
Dünən, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
Dünən, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
Dünən, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
Dünən, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
Dünən, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
Dünən, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 11:04
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
23-11-2026, 11:02
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
23-11-2026, 11:01
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
23-11-2026, 10:57
Sabah” – “Barselona” oyununa doğru: İspaniya çempionu Bakıda da qol buraxacaq?
23-11-2026, 10:55
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
23-11-2026, 10:49
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
23-11-2026, 10:48
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 10:44
Vyetnamda kulinariya festivalında Azərbaycan yeməklərinə böyük maraq olub
23-11-2026, 10:42
Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb
23-11-2026, 10:38
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
23-11-2026, 10:23
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
23-11-2026, 10:19
Şəhərdə təmizliyi pozanlar bu qədər cərimələnəcək
19-11-2026, 13:42
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30