Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qarabağ və Qərbi Azərbaycanın tarixi irsi sistemli şəkildə araşdırılır və beynəlxalq miqyasda təbliğ olunur.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əlyazmalar İnstitutundan bildirilib. Qeyd olunub ki, institutda Qarabağ və Qərbi Azərbaycanın tarixinə, həmçinin zəngin ədəbi-mədəni irsinə dair yazılı mənbələrin tədqiqi, mühafizəsi və elmi ictimaiyyətə təqdim olunması istiqamətində mühüm işlər həyata keçirilir. AMEA Rəyasət Heyətinin 11 iyun 2024-cü il tarixli qərarı ilə institutun strukturunda yaradılmış Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi bu sahədə sistemli elmi araşdırmalara start verib. Şöbədə Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının vahid elmi kataloqunun tərtibinə başlanılıb. Eyni zamanda, dövri mətbuatda Qərbi Azərbaycan mövzusunda dərc edilmiş məqalələr toplanılaraq sistemləşdirilir.
Şöbə müdiri filologiya elmləri doktoru Raqub Kərimov tərəfindən Qərbi Azərbaycanın görkəmli şairləri – Məşhədi İsmayıl Hacı Kazımzadə Bəzmi, Mirzə Kazım Qazı Əsgərzadə, “Müttəli” təxəllüslü Axund Əhmədov və “Sabir” təxəllüslü Hacı Seyid Rza Əmirzadənin həyat və yaradıcılığı dərindən araşdırılıb. Şöbə əməkdaşları institutun fondlarında qorunan Qarabağ və Qərbi Azərbaycan mütəfəkkirlərinə məxsus əlyazma nüsxələrinin transfoneliterasiyasını davam etdirirlər. Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması və tarixi həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması məqsədilə şöbə əməkdaşlarının nəşr və təqdimat fəaliyyəti genişləndirilir. Bundan əlavə, Əlyazmalar İnstitutu milli yazılı irsimizin beynəlxalq miqyasda tanıdılması və qabaqcıl xarici təcrübənin (birgə kataloqların hazırlanması, elmi şəbəkələşmə, qarşılıqlı sərgi mübadiləsi) öyrənilməsi istiqamətində addımlar atır. Bu çərçivədə görkəmli Azərbaycan maarifçisi İsmayıl bəy Qutqaşınlının fransız dilində qələmə aldığı, yeganə qədim çap nüsxəsi institutda qorunan və Nigar Babaxanova tərəfindən Azərbaycan dilinə tərcümə edilən “Rəşid bəy və Səadət xanım” əsərinin yeni nəşri hazırlanıb. Bu nəşr milli-mədəni dəyərlərimizin qlobal təbliğinə, eləcə də Azərbaycan–Fransa elmi və mədəni əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir.
Bu gün, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
Bu gün, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
Bu gün, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
Bu gün, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
Bu gün, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
Bu gün, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
Bu gün, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
Bu gün, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Dünən, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
Dünən, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Dünən, 11:04
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
Dünən, 11:02
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
Dünən, 11:01
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:57
Sabah” – “Barselona” oyununa doğru: İspaniya çempionu Bakıda da qol buraxacaq?
Dünən, 10:55
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
Dünən, 10:49
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Dünən, 10:48
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Dünən, 10:44
Vyetnamda kulinariya festivalında Azərbaycan yeməklərinə böyük maraq olub
Dünən, 10:42
Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb
Dünən, 10:38
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
Dünən, 10:23
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
Dünən, 10:19
Şəhərdə təmizliyi pozanlar bu qədər cərimələnəcək
19-11-2026, 13:42
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19-11-2026, 12:23
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
19-11-2026, 12:07
Səudiyyə Ərəbistanı BƏƏ-ni qabaqlayaraq Hindistanın ikinci ən böyük neft tədarükçüsü olub
19-11-2026, 11:47
ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb
17-11-2026, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib