MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
Gündəm / Elm və təhsil
Oxunub: 293
21 apr 2026 | 17:50


Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
Tərəqqi medalı mükafatçısı
AMEA Fəlsəfə və Sosiologiya institutunun
İdentiklik, Multikulturalizm və Azərbaycançılıq şöbəsinin müdiri


Birinci yazıdan 21 gün keçdi. Səhhətim və çox mühüm elmi işlər bu tarixyüklü və tale yazını bitirməyə imkan vermir.
Bu gün bitməlidir. Özümə söz vermişəm…
Beləcə, Fəlsəfə və Sosiologiya institutunun direktoru İlham Məmmədzadənin iş yerimi, şəhərdəki ünvanımı qoyub, müvəqqəti məskunlaşdığım bağıma göndərdiyi İnfarkta, İnsulta hesablanmış, Mobbinq məqsədli və Saxtakarlıq, yalan, İftira dolu Xüsusi Məktubuna yığcam cavablarımın bu bölümünə gəlib çatmışam. Mən MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …" başlıqlı Yekun yazımın bu bölümünü şərti olaraq SAXTA SEÇKİ, FIRILDAQ VƏSATƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM adlandırıram və keçirəm əsas məsələyə.
28 yanvar 2026-cı il SAXTA VƏSATƏT QƏRARI gününün Elmi Şura hadisələrini onun və mənim şərhərimə təsiri sözsüzdür. Əlbəttə ki, mən düzünü yazıram və mənim əlimdə sübutlar var ki, DÖVLƏT mükafatı kimi ciddi məsələni İlham Məmmədzadə və şəhid ailəsi – şəhid bacısı Könül Bunyadzadə necə adiləşdirib, hörmətdən salıblar. Hələ ortada ləyaqət “söhbəti” var. Ağır təhqirləri “udmaq” var.
Belə! 28.01.2026-cı il tarixində Fəlsəfə və Sosiologiya institutunun Elmi Şurasında Azərbaycan Respublikasının elm, texnologiya,memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə Dövlət Mükafatına Vəsatət verilməsi məqsədi ilə bu institutun alimlərinin təqdim etdikləri əsərlər səsverməyə qoyuldu və konkret olaraq AMEA-nın müxbir üzvü Könül Bunyadzadə özünün Şipringer nəşriyyatında çap olunmuş “Sufi fenemonologiyası”, mən 2024-cü ildə AMEA-nın naliyyəti kimi AR Nazirlər Kabinetinə təqdim olunmuş, Azərbaycanda və Türkiyədə təqdimat mərasimləri keçirilmiş, ölkədə bu istiqamətdə ən son və fundamental monoqrafiya olan "Heydər Əliyevin Böyük Siyasət Yolu" (Bakı.Elm-2024. 684 səh. Elmi məsləhətçi və önsözün müəllifi AMEA-nın prezidenti İsa Həbibbəylidir) əsərimlə və daha 2 elmlər doktoru –Adil Əsədov və Ramilə Dadaşova öz əsərləri ilə həmin səsvermədə iştirak etdik. SƏSVERMƏNİN nəticələri açıqlandı və məlum oldu ki, iştirak edən Könül Bünyadzadəyə 8 lehinə, Adil Əsədova 6 lehinə, Ramilə Dadaşovaya 3 lehinə, mənə isə 1 lehimə səs verilmişdir.


Bu vaxt şöbə müdiri, prof. Rəna Mirzəzadə yerindən bildirdi ki, “mən Xatirə Quliyevanın Lehinə SƏS vermişəm”. Onun ardınca şöbə müdiri, prof. Sakit Hüseynov Rəna Mirzəzadə kimi aydın səslə “mən Xatirə Quliyevanın Lehinə SƏS vermişəm”, - dedi.
Belədə mən direktora – Elmi Şura sədri İlham Məmmədzadəyə və onun “belə işlərdə” xüsusi “TƏYİNATLISI” Məhəmməd Cəbrayılova “bülliitenləri verin, görüm mənə daha kimlər səs verib” – tələbimi ünvanladım.



İlham Məmmədzadə Məhəmməd Cəbrayılovun əlindəki büllitenləri ondan dərhal istəyib aldı və bir gözqırpında baxıb, nə gördü, nə görmədi, bilmirəm, “həə, saxtakarlıq olub, yenidən SƏSvermə keçiririk”,- dedi və Rəna Mirzəzadənin “mən ekspertizaya da hazıram”, sözü məni həyəcanlandırdığı üçün iclasa gətirdiyim 5-6 kitabımı da elm yolunda iflic olmuş sağ qolumun üstünə yığıb zaldan çıxdım. 1 neçə dəqiqə sonra açılan liftdən çıxan şöbə müdiri, dosent Faiq Ələkbərov məndən vəziyyəti soruşdu. Ona təxminən bu məzmunda - “heç nə, mənim lehimə 1 səs verilib”, -dediyimdə o, şəstlə, “yox, Xatirə xanım, mən Sizə Səs vermişəm”- irad dolu fikrini bildirdi. Mən ürəklənib zala qayıdıb, bunu da bildirdim. Orda olan Azər Mustafayev də mənalı tərzdə “mən Səndən əlavə, bilirsən də kimə Səs vermişəm”, -dedikdə, mən hamının eşidəcəyi tonda – “əsərlərim övladlarımdır, Allah onlara əlini uzadanın övladları ilə bilsin”, - deyib zalı tərk etdim. İndi də bu fikrimdə sabitəm! Haqqımı bu və digər işlərdə taptalayanların bəlasını, faciəsini Allahdan daim istədiyimi bəyan edirəm. Əsərlərim də övladlarımdır, bəli, onlara qarşı Allahsızlığın cəzasını Allahın gecikdirməməsini diləyirəm!


Bura qədər yazdıqlarımdan məlum olduğu kimi deməli, mənim LEHIMƏ faktiki olaraq özümdən başqa 4 EŞ üzvü (biri - Mirzəzadə "almaq" istədiyini alıb, fikrini dəyişdi!) səs verdiyi halda direktor – EŞ sədri də SAXTAKARLIQ OLDUĞUNU DİLİ İLƏ (çox demirəm, 1 damcı ləyaqəti varsa, danmaz!..) Etiraf və yenidən SƏSvermə Elanı etdiyi kimi SƏSlərim oğurlanmış və davamda daha da dəqiq faktlarla sübut olunacaq ki, direktorrun "özmarağına" görə mənim yaradıcı nüfuzuma xələl gətirilmiş, mən heç, səsverməyə təqdim etdiyim 2024-cü ildə AMEA-nın naliyyəti kimi AR Nazirlər Kabinetinə təqdim olunmuş, Azərbaycanda və Türkiyədə təqdimat mərasimləri keçirilmiş, ölkədə bu istiqamətdə ən son və fundamental monoqrafiya olan "Heydər Əliyevin Böyük Siyasət Yolu" (Bakı.Elm-2024. 684 səh. Elmi məsləhətçi və önsözün müəllifi AMEA-nın prezidenti İsa Həbibbəylidir) əsərim, o da heç, Ulu Öndər Heydər Əliyev ruhu və Ümummilli Lider statusuna hörmətsizlik edilmişdir. Maraqlı deyilmi, bir haldakı direktor bülllitenlərdə saxtakarlıq görmüşdü, bu qanunsuzluğu etmiş şəxsləri niyə cəzalandırmayıb? Həmin dəqiqədə onlara niyə bir kəlmə deməyib?! Çünki bu qanunsuzluğun inisiatoru məhz özüdür.
Buyurun, İnsititutdakı qeyri-dövlətçiliyi, Ulu Öndər Heydər Əliyevin ruhu və Ümummilli Lider statusuna hörmətsizliyi, eyni zamanda EŞ adından Saxtakarlığı sübut etmək üçün diqqətinizə daha bir tutarlı faktı çatdırıram. Belə ki, Səsverməyə təqdim olunmuş 4 əsərdən biri - Ramilə Dadaşövanın kitabı da Ulu Öndər Heydər Əliyev irsi kontekstində və həqiqətən aktual mövzuda əsər idi. Nə oldu, hər ki dövlətçilik mövqeli əsəri niyə EŞ üzvləri qiymətləndimədi?!



Qiymətləndirməyə, hərfi mənada düzgün Səsverməyə məhz İlham Məmmədzadə elə bu cür (qabaqda onun fəaliyyətinin tərəflərindən tutarlı faktlarla “çıxışım olacaq”) qanunsuzluqları bacardığına görə 2 Şuranın elmi katibi kimi fəaliyyət hökmünü verdiyi Sevinc Həsənova, hətta Dilarə Müslimzadə ilə bərabər zalda – səslərin sayılması prosesində təxminən 1 saata kimi dayanıb, sədr Məhəmməd Cəbrayılova təlimatlar verməsi ilə mane olmuşdur.
Məktubda İlham Məmmədzadə utanmadan, qəti xəcalət çəkmədən yazıb ki, mənim etirazıma görə 2-ci Səsvermə keçirilməsi və Səslərin sayılması səsə qoyulub və EŞ üzvlərinin səs çoxluğu ilə yenidən SƏSVERMƏ keçirilib… Utanmazlıqdır BU! Nə mən etiraz etmişəm, nə də Səsvermə keçirilməsi və ya Səslərin sayılması məsələsi SƏSƏ qoyulub! Mən qanunları, o cümlədən EŞ sədrinin ya təkbaşına, ya EŞ üzvlərinin qərarı ilə Qəbul edilmiş Qərarı ləğv etməyə hüququnun olmadığını bilirəm! Məktubda yazıb, “ya yenidən sayılma komisiyası yaradılması, ya yenidən səsvermə keçirilməsi” səsə qoyuldu, 2-ci qəbul edildi. YALANDIR, AĞ YALANDIR!

Həmçinin mən heç vaxt yeni Səsvermə tələb etmərəm. Direktor gördü ki, Könül Bunyadzadə 3-də 2 səs yığmayıb, onun SƏS yığması üçün heç bir sorğu, səsvermə keçirmədən və köhnə Büllitenlərlə 2-ci SƏSverməyə start verib. İndi bir vicdanlı yüksək məmur olarmı görəsən İlham Məmmədzadəyə desin ki, “öz marağın üçün digər bir İddiaçıya niyə iftira atırsan?!”. Olmayacaq o adam!.. Mənim də AHım göylərdə pərvazlanıb, Allaha çatacaq!..
Sonra direktor öz məktubunda utanmadan onu da yazıb ki, Xatirə Quliyeva 2-ci SƏSvermədə iştirak etməyib, onu çağırsaq da o SƏSverməyə gəlməyib. Əvvəla YALANDIR, İFTİRADIR MƏNİ 2-Cİ SƏSVERMƏYƏ ÇAĞIRMASI “SÖHBƏTİ”! Sübut etsin: Necə çağırıb məni. Hansı vasitə ilə! Ləyaqəti olan belə yalanla ictimaiyyəti aldatmaz!
İkincisi, İlham Məmmədzadə Məktubda yazıb ki, mən gəlməsəm də İddiamı 2-ci SƏSverməyə qoyub və mənə 15 əleyhimə SƏS verilib. Ey ləyaqəti, vicdanı, şüuru – dərrakəsi olan İNSANLAR! Özünüz deyin, harda, hansı qanunda yazılıb ki, İclasdan imtina edib getmiş, “çağırıldıqda gəlməmiş iddiaçı”-nı SƏSverməyə qoysunlar?! Yəni, İştirak etməyən şəxsə SƏSvermə keçirilməsinin qanuna zidd olduğunu 1 Elmi Şura üzvü bilmədi?! Hələ direktor mənə məktubunda yazıb ki, “mən Vəsatət üçün ərizə vemədiyim, EŞ iclasında istək kimi dediyim halda” o mənim adımı iddiaçı kimi gündəliyə daxil edib. AHA! Mən iclas başladı, İddiaçı, Vəsatət İstəyimi dedim. EŞ üzvləri büllitenlərə mənim adımın yazılmasını neçə qədər gözlədilər? Büllitenlər hazırdı və qalaq-qalaqdı. Bu sübut edir Ağ yalanı!..MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …EŞ iclasında direktor izahat Verdi ki, unudubmuş bu məsələni, K.Bunyadzadə bir gün əvvəl yada salıb. O zaman digər 2 nəfər hardan xəbər tutub Ərizə veriblər?! Baxın qanunsuzluqlara! Mənim ərizə vemədən İddiaçı qəbul edilməyim qanunsuzluqdur! Gündəliyə, Büllitenlərə daxil edilməyim, direktorun elektron poçtuna 1 gün əvvəl məktub göndərməyimlə bağlıdır. Yoxsa nə maraq olub belə bir qanunsuzluğa - ərizə vermədiyim halda SƏSverməyə daxil edilməyim?! Heydər Əliyev haqqında yüksək səviyyəli 684 səhifəlik ciddi əsərin hörmətdən salınması?! Mən utanmıram ki! Mənim Ulu öndərə həsr olunmuş monoqrafiyalarım və digər əsərlərim ABŞ Konqress kitabxanası daxil, dünyanın ən məşhur kitabxanalarında olmaqla Heydər Əliyevə ehtiramı ifadə etməkdə, elmi tədqiqatımın dəyərlərini qorumaqdadırlar. Saxta Seçki keçirənlər, İfrtira dolu Məktub yazıb göndərənlər Utanmalıdırlar! Xüsusən də Heydər Əliyevdən çox tərəflərdən faydalanan İlham Məmmədzadə həm mənim “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafyamın – fundamental əsərin, həm də digər iddiaçının Heydər Əliyev tədqiqatının Dövlət Mükafatına Vəsatət almasının qarşısını böyük SAXTAKARLIQLARA GEDƏRƏK mane olduğuna görə məsuliyyət daşımalıdır. AMEA-nı yaşatmış dahiyə həsr olunmuş tədqiqalara kömək olmursan, olma! SAXTAKARLIQLARA düzgünlüyə də mane olma da!

Direktorun Büllitenləri yeniləmədiyinə dair fikirləri də əsassız,yalandır! O, mənim hüququma görə yox, Büllitenləri yeniləməyə vaxt itirməmək üçün (1 az da uzansaydı, heç kim qalmayacaqdı və əslində gedənləri görmüşdüm, nə vaxt, necə qayıdıbla, bilmirəm) mənim adım olan Büllitenləri 2-ci SƏSvermədə dəyişməyib. Mənim iştirak etdiyim 1-ci SƏSvermədə Məhəmməd Cəbrayılovun əlində qalaq-qalaq Bülliten vardı. Niyə bu qədər çox idi?! Saxtakarlıq asan yerinə yetirilsin. Sevinc Həsənova boşuna səslərin sayılma prosesində - komissiyanın başı üstündə deyildi ki?! Bu saxtakalıqları, bu iftiraları, bu həyasızlıqları heç Allah tanımasalar da Vicdan hissinə sahib Ateistlər də etməyiblər və etmirlər!
Onu da qeyd edim ki, həmin gün mənim “Azərbaycan modernizmi.Fəlsəfi etika, İdentiklik məsələləri” monoqrafiyam YEKDİL SƏSLƏ çapa tövsiyyə olundu. Bundan başqa, 1 ay əvvəl Professorluğa (11) çox səslə tövsiyyə olunduğum halda necə oldu ki, bu SƏSVERMƏDƏ özümdən başqa 1 SƏS də verilmədi?! Dəqiqdir bu - Sevinc Həsənova Səslər sayılarkən məhz bunun üçün içəridə idi!..

Digər məsələ, Elmi Şuranın sədrinə 2-ci SƏSvermənin nəticələrini niyə tanınmayıb, 3-cü SƏSvermə və hətta ləyaqətsizliklə - saxtakarlıqla qanuna zidd AÇIQ SƏSVERMƏ keçirilməsinin “səbəbi”- sualı verilsin! Axı Könül Bunyadzadə 2-ci SƏSvermədə də 7 xeyrinə olmaqla iştirak edənlərin 3/2-sini, yəni 12-13 səs toplamayıb! AHA! Açıq SƏSvermə kimin ETİRAZINA görə keçirilib?! Mən ki, 1-ci SƏSvermədən sonra Sözümü deyib, getmişdim. GÖRÜNDÜYÜ KİMİ MƏHZ AÇIQ SƏSVERMƏ 2 gizli SƏSvermədə Könül Bünyadzadənin 3/2 SƏS yığa bilməməsinə görə keçirilib. Beləcə, Fəlsəfə və Sosiologiya institutunun 28.01.2026-cı il taixli Elmi Şura sədri 2 Qərarı hüququ olmadan heçə sayıb və 3-cü qanunsuzluq - AÇIQ SƏSVERMƏ ilə marağında olduğu şəxsə VƏSATƏT verib.
Halallıqla SƏS yığıb Dövlət Mükafatını almaq şərəfli işdir. Amma Könül Bunyadzadə Səs yıqmadan, bu cür Saxtakarlıqlarla AR Dövlət Mükafatını aldı! Seçki sözün mənasından da aydın olduğu kimi necə deyərlər, şansa bağlıdır - biri udar, biri uduzar. Ancaq 28 yanvar 2026-cı il – AMEA Fəlsəfə və Sosiologiy İnstitutunda EŞ –nın 2026-cı il AR Dövlət Mükafatına Vəsatət Seçkisi Könül Bunyadzadənin xeyrinə saxtalaşdırılıb. Budur məsələ! Yoxsa ki, kim seçilir, seçilsin.
Bununla bərabər, Elmi Institutlarda, o cümlədən, Fəlsəfə və Sosiologiya institutunda saysız-hesabsız üzvləri olan YAP təşkilatı, bu baxımdan EŞ-da da YAP-ın xeyli üzvü var. O ZAMAN niyə bu üzvlər YAP ideyalaına sədaqətsizlik etmişlər?! YAP öz yerində, axı ölkə rəhbəri, Prezidenti cənab İlham Əliyev bu gün yüksək məmurlarının bəziləri üçün cinayət işi başladıldığı vəziyyətdə belə AMEA –nı bağlamırsa bu onun Heydər Əliyevin vəsiyyətinə sadiqliyinin ifadəsidir. Bəs Fəlsəfə və Sosiologiya institutunda belə etibarsızlıq, sədaqətsizlik nə deməkdir?!



Məsələnin ən təsirli tərəfi – niyə Heydər Əliyev medalını daşıyan direktor, institutun direktor müavini - Heydər Əliyev şöbəsinin müdiri, Heydər Əliyevin bir neçə ölkəyə səfir göndərdiyi, fövqəladə və (hətta) səlahiyyətli səfir titulunun sahibi Eynulla Mədətli, Heydər Əliyev, İlham Əliyev dövlət siyasətindən yazan, sürəkli təltiflənən, fakt – bu mövqeyinə görə şöbə müdiri təyin olunmuş Günel Məlikli niyə Heydər Əliyev haqqında olan əsərlərə səs verməyiblər?! Beləcə, çoxları Heydər Əliyev haqqında kitablara səs verməyiblər.

Həqiqət isə bunu demir. Yəni, hamının “çörəyi dizinin üstündə deyil”... Budur mənə SƏS vermş prof. şöbə müdirlər – Azər Mustafayev, Sakit Hüseynov, Rəna Mirzəzadə 4 nüsxədən ibarət Bildiriş sənədini imzalamaqla həqiqəti sübut ediblər. Faiq Ələkbərov həmin imzalama günlərində xaricdə idi. Gəldiyində otağına gedib, olanları, - liftin önündə mənə Səs verdiyini dediyini, bu məsələni Özbəkstandan gələn alimlərlə görüşdə dediyini, hətta 2-ci səsvermədə direktorun ona Səsini K.Bünyadzadəyə verməsini tapşırdıığını etiraf etdiyini yadına saldım,



Həə, bir məsələni də xüsusi ilə qeyd edim ki, mənə saxtakarlığın, qanunsuzluğun nümunəsi olan həmin EŞ iclasından sonra Çıxarış sənədi verildi ki, burada növbəti 2 saxtakalıq - əslində əsl İlham Məmmədzadə - Sevinc Həsənova ictimai saxtakar cütlüyünün siması olan qanunsuzluqla qarşılaşdım.



Bunlardan biri, onların 2-ci Səsvermənin mənim narazılığıma görə(məktubda buna səslərin sayılması komissiyası yarsdılması da əlavə olunub) keçirildiyini yazması, 2-cisi, Səsverməyə Könül Bünyadzadənin 2-cildliyinin təqdim olunması haqqındadır.
İddiaçı Könül Bünyadzadə çıxışında açıq şəkildə Şpringer nəşrini təqdim etiyini, bunun günün tələbi olduğunu dediyi halda, xeyir ola, 2-cildlik yazılıb?! Yəqinki, bu “dəyişiklik” Şpringer nəşri -ingilis dilində olan həmin kitabı heç kimin nəinki oxumaq, heç görmədiyi ilə bağlıdır, “boşluğu” aradan götürüblər. Ancaq “Qoğal” nağılı misalı, hara qaçaqlar?! Hələ eşitmişəm ki, bu Çıxarışda yazılmış 2 cildlik kitab keçən il Şərqşünaslıq institutundan Dövlət mükafatına təqdim olunubmuş. Əgər belədirsə, bu kitabı yenidən təqdim etmək də qaydalara ziddir. Həə, bu da bir saxtakarlıq və səslərin hesablanmasındakı rəqəmlərinin çirkin “özmaraq” sübutu!..
Bundan başqa, başda akademik İsa Həbibbəyli olmaqla bütün EŞ sədrləri bilirlər və bilməlidirlər ki, onların sədrliyi ilə qəbul edilmiş Qərarları onların sədrliyi ilə Ləğv etmək olmaz! Bu baxımdan İlham Məmmədzadənin Vəsatət verilməsinə maraqlı olduğu Könül Bünyadzadənin Lehinə cəmi 8 SƏS, yəni SƏSlərin 3/2-ni (12, 13 səs Lehinə olmalı idi!) yığmadığını bildikdə, xüsusi saxtakarlıqla YENİDƏN SƏSVERMƏ keçirmə planı büsbütün qanunlara ziddir. Həmçinin məni “narazı olan” göstərməklə YENİDƏN SƏSVERMƏ keçirməsi saxtakalıq olmaqla bərabərr böyük günahdır. Yaxşı, faktdır ki, özün öz qərarını ləğv etmisən. Hanı o Qərar?! Mən məhkəmə üçün bu Qərar daxil, bütün sübutları istəmişəm. Büllitenləri, Zalın və qarşısındakı kolidorun vidio görüntülərini. Yalnız Çıxarış verildi. Çünki qorxurlar...

Mən bir SƏSƏM! Mən narazı olsam, 20 Elmi Şura üzvü razı olsa belə, sədrin TƏKRAR SƏSVERMƏ keçirməyə ixtiyarı yoxdur. Zatən hər EŞ Qərarından kim isə narazı olur və bu təbii haldır. Digər bir məsələ, mənə verilmiş SƏSLƏR düz sayılmamışdısa yenidən saydırmaq olardı. Ancaq Allah da şahiddir ki, mən narazılıq bildirmədim, R.Mirzəzadə və Sakit Hüseynov replika ilə Səs verdiklərni dedilər. Direktor ÖZÜ MARAQLI İDİ VƏ ÖZMARAĞINA GÖRƏ TƏKRAR SƏS VERMƏ KEÇİRDİ, YENƏ "UDUZDU"!..Könül Bünyadzadə 2-ci SƏSvermədə də 3/2 Səs yığa bilmədi!

Bundan da sonra daha bir qanunsuzluq – AÇIQ SƏSVERMƏ olub ki, bu artıq elmi sistemdə meşə cəmiyyəti qaydalarını ehtiva edərək qanunlara hörmətsizliyin pik nöqtəsidir. Belə qanunçuluq yoxdur. SƏSvermələr GİZLİ keçirilməlidir!
Konkret olaraq Elmi Şura sədri İlham Məmmədzadə Könül Bünyadzadənin 1-ci SƏSVERMƏDƏ 3/2-Nİ YIĞMADIĞINI GÖRÜB NÖVBƏTİ SƏSVERMƏNİ KEÇİRİR VƏ BUNDA DA Könnül Bünyadzadənin 3/2 YIĞMADIĞINI GÖRÜB ifrat dərəcədə səlahiyyətlərini aşaraq onun məsələsini AÇIQ SƏSVERMƏYƏ qoyub. Bu cinayətdir – bu bezobraziyadır. Nə olsun?! İlham Məmmədzadə belə istəyir. İsa müəllim də Tolerantliq edir! Ver məhkəməyə, hakimlər maraqlı şəxslərin özlərinin, tapşıranlarının təsiri ilə qanunları, haqq-ədaləti acımasızcasına taptalayacaqlar! Yenə ver üst məhkəmələrə, yenə eyni vəziyyət!..
Digər məsələ, AÇIQ SƏS vermə mümkün idisə, mənim üçün də, elə digər iddiaçılar üçün də təşkil olunaydı. Baxın bu da sədr İlham Məmmədzadənin, səslərin sayılması vaxtı içəridə 1 saata qədər olan elmi katib Sevinc Həsənovanın öz maraqlarında olan iddiaçıya görə hər cürə fırıldağa hazır olduqlarını göstərir.
Bir ciddi məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, bu EŞ-da elm mühitinə yaraşmayan olay oldu. ...EŞ üzvü, fəlsəfə elmlər doktoru Afaq Əsədova iclasın ikinci SƏSverməsi üçün hazırlıq vaxtı zala gəldi. Çox xəstəhal və əsəbi idi. Onu tanıdığım azı 30 ildə ilk dəfə əsəbiliklə danışan görürdüm. O, İlham Məmmədzadəyə niyə belə bir məsələnin (Dövlət Mükafatına Vəsatət) gizlədldiyini irad tutdu və bundan sonra Könül Bünyadzadəni tənqid etməyə başladı. Diqqət edin, Afaq Əsədova loru desəm, “istədiyi tənqidi, təhqiri edir”, sədr İlham Məmmədzadə onu dayandırmır. Dəqiqələrin içində kişi-qadın, yaşlı-cavan alimlər pis-pis sözləri eşidirlər. K.Bünyadzadə zaldan çıxır. İ. Məmmədzadə isə əsəbindən bir dəqiqəyə infarkt, insult keçirəcək Afaq Əsədovanın sözünü bir dəfə kəsmir. O susduqda ona “niyə qışqırırsan?!”- deyir, vəssalam. Əsəbləşb, haqqını istəyir. Bu bəllidir, uyğunsuz “çıxışa” sona qədər imkan verilməsi müəmmalıdır! Buna “dövşana qaç, tazıya tut”- deyərlər...

Məsələnin digər bir tərəfi Könül Bünyadzadənin o boyda iddiahamları “udmasıdır”! Deməli, tənqid edən haqlıdır. Könül Bunyadzadənin həmçinin Saxtakarlıqla VƏSATƏTƏ nail olması da, tənqidçiyə haqq qazandırır. Bundan da başqa nələri, nələri – necə ağır sözləri “udmaq”, Açıq səsvermə ilə Vəsatət əldə etmək - elm camiasında elə ittihamlarla barışmaq kimi mənəvi olanların taptalanması “küləklərinin” əsməsi çox çirkin təəssürat yaradır. Hətta (mənim ömrüm qurban şəhidlərə!..) şəhid qədər müqəddəs addan sui-istifadə etmək deməkdir. Üçüncüsü, görəsən Könül Bunyadzadə hər hansı bir İddiaçının 2 dəfə gizli SƏSvermədə 3/2 toplamadığı halda AÇIQ SƏSVERMƏYƏ qoyulmasına, növbəti və açıq SAXTAKARLIĞA razı olardı, İCAZƏ VERƏRDİ?!
Sözsüz olaraq yox! Bəs o özünə rəva bilmədiyini başqalarına niyə haqq gördü?! Artıq heç şək-şübhə qalmadı: Könül Bünyadzadə hər şeyə olmasa da çox-çox şeylərə də elə-belə - SAXTAKARLIQLARLA NAİL OLUB. Biz belə işləri eşitməyə adətkərdəyik. Ancaq o cür konkret iradlar, ittihamların “udulması”... Biz bunu nə görmüşük, nə eşitmişik. Çox utanverici!

28.01.2026-cı il AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasında Könül Bünyadzadənin Dövlət Mükafatı almaq üçün necə ağır sözləri udduğu, əsas da necə böyük saxtakarlıqlarla (mənim səslərimi də ələ keçirməklə) Vəsatət aldığını AR NK nəzərə almadı! Heç AMEA Prezidenti İsa Həbibbəyli də! Heç digər nəzərə almalılar da! Amma aylar, bəlkə illər keçəcək! Allah – o hər şeyi görən, bilən Allah həmin gün baş verənləri yaddan çıxarmadığını sübut edəcək!


BU YAZIYA YEKUN : İLHAM MƏMMƏDZADƏNİN MƏNƏ QARŞI MOBBİNQ ÜSUL-İDARƏÇİLİYİ

Beləcə, Fəlsəfə və Sosiologiya İnstitutunda təkcə bu işdə deyil, idarəçiliyin bütün sistemində 90 faiz QANUNSUZLUQ, SAXTAKARLIQ hökm sürür! Bu fikri belə də ifadə etmək olar: Elmi mühit SXTAKARLIĞA qurban verilib. Məsələn, 3 saatlıq ELMİ ŞURA iclasında 6 monoqrafiya, bir neçə vəzifəyə təyinat və s. işlər həll edilir.
Elə 28 yanvar EŞ iclasında gündəlikdə şöbə müdiri yerinə (Səadət Məmmədova) və 1 neçə vəzifəyə təsdiq olunanların SƏSvermə nəticələri heç Elan olunmadı.
Dissettasiyalar, avtoreferantlar institut saytının elektron resurslar bölməsində müdafiələrdən sonra açılır.
AMEA-ya işə götürmə qadağandır. Ancaq Elanlar bölməsində “n” sayda İş elanları verilir. Konfrans adı qoyub, 10-15 nəfərlə tədbirlər keçirilir.
İşçi olmayan yerdə nə elmi mühüt?! Günlərlə yoxlamalar aparılsa, işçilər yoxdur. Elm və Təhsil nazirliyi universitetlərə 1 sorğu versə, həqiqət təsdiqlənər. Bəs bu kateqoriyanın işə gəlmədən mənimlə eyni maaşı alması vicdanlı, qanuni hərəkətdir?! Bunlar elmin inkişafına dəlalət etmir. Bunlar ağızda çürümüş diş kimidir! Amma direktor bağ ünvanıma göndərdiyi Məktubda mənim şikayət məktublarımda yazdıqlarımın yalan, iftira olduğunu və institutun məhsuldar elmi fəaliyyətinə zərər vurduğunu yazıb.
Biri deyər ki, heç Siz də işə gəlmirsiz! Mən Domminqə məruz qalmış işçiyəm! Mənə küçələrdə, bazarlarda olan “internet” belə verilmir. 2-ci qrup əlil, insultdan sağ qolu bərpa olunmamış yaşlı adam Vişnevka bağları ərazisindən 2 saat yarım yolu gəlirəm, işləməyə şərait yox, AMEA internet şöbəsindən işçilər çağıtdırıram, diqqətlə yoxlayıb, “yuxarıdan, Admindəndir, orda nəsə qurulub, o internetin gücünü udur”, - deyib, gedirlər. Gəl, sübut elə! Mümkün deyil! Dediyimə peşman olursan, şər-böhtan dəstəsi hücuma keçir! İki qat əsəbləşməmək üçün 2 saat yarımlıq yolu böyük əziyyətlə geri dönürəm. Üstəlik uzun qəmbərli dalanı keçirəm. Sahibsiz itlərin vahiməsi də öz yeində. Amma İlham Məmmədzadənin öz komandası internetdən su kimi istifadə edir. Tək “mənim” otaqlarıma heç bir əşya kimi internet də verilmir. Bu psixoloji mobbinq təsiridir. Mən həqiqətən iş şəraitinə görə işə gəlmirəm və tək-tənha qaldığım ucqar bağ ərazisində DİNAMİK - MƏHSULDAR FƏALİYYƏTİ OLAN VƏ DÜNYADA TANINAN AZƏRBAYCAN ALİMİ İŞDƏN ÇIXMAQ (MOBBİNQ BELƏDƏ ZƏFƏR ÇALIR) HAQQINDA DÜŞÜNÜRƏM.

Onu da qeyd edim ki, mən təkcə AMEA-da işləyirəm. Müxtəlif universitetlərdə işləyib bu institutda da işdə “saxlanılanların”, deməli maaş, bayramlarda “premiya” alanların ucbatından cüzi maaş alıram. Ancaq İşə şəraitsiz əmək mühitinə görə ( yuxarıda yazdığım kimi internet daimi olaraq yoxdur, elmi tədqiqatı necə aparasan?!) gəlməsəm də gecə-gündüz işləyirəm və bir “hünərli” istəyirəm (məktubda bu barədə yazılanlar cəfəngiyyatdır İlham Məmmədzadə!) Lap özü qalxsın mənimlə elmi nailiyyətlərin müqayisəsinə. Baxaq kim udur!..
Beləcə, 1 dərya Saxtakarlıqlarla can verə-verə yaşayan Fəlsəfə və Sosiologiya institutunda İşə davamiyyət qalsın, İllik Plan işlərinin səviyyəsi elmi mühütün əslini tam ifadə edir. Komissiya yaradılsın, mən də üzvü olum (niyə illərdir, mən bir dəfə sədr özlərinin, adi üzv olmamışam?!), göstərim məhsuldar elmi fəaliyyətlərini!.. Yaradıcı elmi mühitlərinə kimin zərbə vurduğunu sübut edim!
Elmi fəaliyyətlərinin Aldo Ferrari, Feto tərəflərini mediada ifşa etmişəm. Budurmu mane olduğum elmi mühütiniz?! Min əziyyətlə tapdığım Bolqar Qrant tərəfdaşlarını əlimdən aldığınızdır yoxsa şəffav elmi mühitiniz? 300-dən çox işçi var, 5-6 alim məhsuldar fəaliyyət göstərir. Budurmu məhsuldar elmi mühit?! Aydın Əli-Zadənin Azərbaycan Dövləti və Xalqı əleyhinə hərəkətlərinə göz yumub onunla dissertasiya “bazarında” əməkdaşlıq etməkmidir ya onun üçün hər il 500 istinadı var, deməkdirmi institutun məhsuldar elmi mühiti?! Aydın Əli-Zadənin Sanpeterburqda yaşayan Aleksey Əlizadə ad-soyadlı şəxsin istinadlarını təkidlə ondan almasıdırmı Sizin məhsuldar elmi mühitiniz?! Onlarla misal gətirmək mümkündür bunun əksinə!
Direktor sonda məni yalançı, böhtan atan adlandırıb gələcək böyük uğurlara başlamağı təklif edir. Səhhətə, yaradıcılığa, mənəvi olana böyük zərbələrdən sonra yenə saxtakarlığı ilə əsas da mobbinq üsul-idarəçiliyi ilə yoluna davam edir.
Doğrudan da mən artıq mobbinqin təsiri altında İlham Məmmədzadənin kultura maskası ilə pərdələdiyi, qarayaxmaları ilə yüksək məmurları aldatdığı, bununla elmi nailiyyətlərimin qarşısına sədd çəkməyə, mənim öz ölkəmdə tanınmamağıma nail olduğu bu elmi mühitdən qaçmaq, qurtulmaq istəyirəm. AMEA Prezidenti İsa Həbibbəyli də tam olaraq şikayətlərə biganədir. Onun mobbinqçilərə qarşı tolerantlığı ləyaqətli, elmə canını fəda edənə qarşı ədalətsizliyidir.
Həmişə olduğu kimi təkrar edirəm ki, mənə elm məbədində yeganə şəxs İsa Həbibbəyli dəstək olub, tədqiqatlarıma qiymət verib. Ancaq indi anlayıram ki, o mənim gördüyüm işlərin mahiyyətinə qiymət verib. O ağır tədqiqatların yaradıcısına sistemli mobbinq tətbiqini heçə sayıb. Elementar məsələ - bütün keçmiş və indiki AMEA-da təkcə Sevinc Həsənovanın 1 əldə 2 “pullu” qarpızı – 2 şuranın elmi katibi olması barədə on dəfələrlə olan haqlı şikayətimə AMEA Prezidenti akademik İsa Həbibbəyli niyə biganədir?!

Mobbinq dilimizə, hüquq təfəkkürümüzə yeni daxil olduğu üçün ümumoxucu üçün onun məqsədini şərh etmək yerinə düşər. Bir mütəxəssis məqaləsində yazılıb ki, “Mobbinqin əsas məqsədi insanın işdən çıxarılmasını təmin etmək, işindən uzaqlaşdırmaq, sıxışdırmaq və ya işlədiyi müddətdə onun məhsuldarlığını azaltmaqdır. Bəzən işəgötürənlər işçini birbaşa işdən çıxarmaq əvəzinə kompensasiya ödəməkdən yayınmaq üçün işçini sıxışdırmaq, işindən uzaqlaşdırmaq və öz razılıqları ilə işdən uzaqlaşmasına səbəb olmaq üçün mobbingə əl atırlar”.

Bu şərhdə Mobbinqin məqsədi izah edilir. Bu o demək deyil ki, bizim ölkəmizdə bu yeni terminə kimi işçiyə təzyiqlər hüquqi qiymətləndirmələrdən kənarda qalmışdır. Xeyir. Elə həmin internet məqaləsində müəllif Mobbinqlə bağlı hüquqi tənzimləmələrə də aydınlıq gətirmişdir: “Mobbing hüquqi anlayış kimi qanunvericilikdə tənzimlənməsə belə müəyyən hüquqi normalarda bu anlayış ehtiva edilir. Konstitusiya ilə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə təminat verilir. AR Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əmək hüququ var. Yəni əmək münasibətlərində şəxslərin hüquqlarının pozulmasının bir forması mobbingə dayanır. Bəzi normalarlarla buna istinad etmək mümkündür. İnzibati Xətalar Məcəlləsinin 192 (Əmək qanunvericiliyinin pozulması) 193 (İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə) ... maddələri, Cinayət Məcəlləsinin ... 147 (Böhtan), 148 (Təhdid), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 309 (Vəzifə səlahiyyətlərini aşma) maddələri və digər normalarla şəxsin hüquq və azadlıqlarının pozulmasını mobbing kimi səciyyələndirmək olar, ancaq işin hallarından asılı olaraq bu dəyişə də bilər”(Müəllif, Elvin Haşımov).

Onu da əlavə edək ki, Amerika və Avropa ölkələrində Mobbinq psixoloji təsir dairəsi və prinsipləri ilə yuxarıda sadalanan ümumi bəşəri hüquq qanunvericiliyindən fərqləndirilir və bununla da onun əhatə dairəsi konkretləşdirilir. Məhz mənə qarşı 10 ilə yaxındır ki, mobbinq siyasəti yeridilir.
Məqamı olduğu üçün xatırlatmaq yerinə düşər ki, Mobbinq məsələsi Azərbaycan Respublikasının Ombudsmanı 2025-ci il üzrə məruzəsində öz əksini tapıb və Sənəd AR MM-nin İnsan hüquqları komitəsinin 27 fevral, 2026-cı il tarixli iclasında müzakirəyə çıxarılıb. Ombudsmanın təklifinə görə Əmək Məcəlləsinə “İş Yerində psixoloji təzyiq (mobbinq)” adlı yeni maddənin əlavə edilməsi və bununla bağlı hüquq münasbətlərinin həmin maddədə ümumiləşdirilməsi vacibdir” (Bakı, 27 fevral, Teleqraf).
Mobbinqlə bağlı maddənin Əmək Məcəlləsinin 69-cu maddəsnə əlavə edilməsi və işçiyə səlahiyyət verilməsi haqqında mühüm məlumatın yer aldığı həmin məqalədən gətirəcəyimiz konkret misal mobbinqin mahiyyətini daha qabarıq göstərməklə mənim 3 hissədən ibarət bu yazı və cahanplus.com saytında yayımlanmış digər yazılarım mənə qarşı bu təsiri açıq surətdə sübut edir. Tanış olun: “... MOBBİNQ ŞƏXSİN İŞ HƏYATINDAN KƏNARLAŞDIRILMASI üçün QƏSDƏN EDİLƏN ZORAKILIQDIR. BELƏ Kİ, MOBBİNQ İNSANIN HÖRMƏTSİZ, ALÇALDICI, TƏHQİRAMİZ RƏFTAR, HÖRMƏTSİZ İTTİHAMLAA MƏRUZ QALMASI İLƏ BAŞLAYIR.
MOBBİNQİN DAVAMINDA İŞƏGÖTÜRƏN,ə QARŞI TƏRƏFİN SOSİAL NÜFUZUNUN AZALDILMASINA YÖNƏLMİŞ TƏCAVÜZKAR BİR MÜHİT YARATMAQLA, TƏHQİR VƏ İSTEHZA İLƏ İŞİNİ TƏRK ETMƏYƏ vadar edir(X,Q) - “ÇAĞIRIR” (Müəllif tapdıq Qurbanlı).

Bu şərhdən sonra özünüz qiymət verin, AMEA Fəlsəfə və Sosiologiya institutunun direktoru prof. İlham Məmmədzadə mənə 9 ildə əsl represssiyanı yaşadıb. Məni institutun bütün elmi-sosial mühütündən təcrid edib, EŞ-da üzümə yalanlar deyib, Vətən xaini, Azərbaycan Dövlətinə və Xalqına nifrətini – xəyanətini onlarla məqalədə ifşa etdiyim, 10-a yaxın məhkəmə prosesində “udduğum” Aydın Əli-Zadəni tam olaraq müdafiə edib, haqqımda iftiralar uydurub və hər bir yerdə yayaraq məni nüfuzdan salıb, bir dəfə “qapısına” gedib bir iradımı bildirməmişəm, amma utanmadan məktubda yazıb ki, “institutun məhsuldar elmi mühitə zərbə vururam"!..
Nəhayət əsl mobbinq – mənim məhsuldar fəaliyyətim, AMEA-nın nailiyyətləri sırasında güclü mövqeyim olduğu halda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tərəqqi medalı ilə təltif olunduğum halda artıq psixoloji olaraq AKADEMİYANI TƏRK ETMƏK QƏRARINA GƏLMİŞƏM. Ailə üzvlərim şöbə müdirliyindən imtina və işdən çıxmaq üçün ərizə yazmaqdan “güclə” saxlayırlar məni. Qoy vicdanı olanlar ictimaiyyətə ultura kulturni görünən və mənim – yalnız mənim bir vaxtlar ən cəsarətli və yüksək təbliğat məzmunlu yazılarla “dağ başına” çıxartdığım İlham Məmmədzadənin şöbə müdiri təyin edilən kimi mən - qadın alimə yaşatdıqlarını bilsinlər. Daha nə olmalıdır ki, mən səbr edim?!
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …






PS. Qorx o Hakimdən ki, şahiddir! Anlayana!..
Dünən, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
Dünən, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
Dünən, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
Dünən, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
Dünən, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
Dünən, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930