SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...

Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
Tərəqqi medalı mükafatçısı
AMEA Fəlsəfə və Sosiologiya institutunun
İdentiklik, Multikulturalizm və Azərbaycançılıq şöbəsinin müdiri
12 aprel tarixində bu saytda (cahanplus.com) yayınladığım UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!.. HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR! başlıqlı yazımın davamını təqdim edirəm.
Həmin yazı direktorun mənə doktorant, dissertant verilməməsinə iradıma da saxtakar, hiyləgər cavab verməsi ilə bağlı qeydimlə bitmişdi.
İllərlə AMEA RH-nin sorğusuna əsasən bu şöbəyə doktorant, dissertant ehtiyacını rəqəmlərlə göstərmişəm. Ancaq yalançı direktor İlham Məmmədzadə faktiki mənə yazılmış olsa da (yəqin "yüksəkliklərdən" ona göndərilən Şikayətlərimin bir küncündə “şikayətçiyə cavab verilsin” yazılıb!) yalanların məcmusundan yüksək qurumlara yazıldığı aydın bəlli olan bu Məktubda utanmadan “hər il İnstitutun bütün şöbələrinə doktorantura, dissertantura qəbulu ilə əlaqədar müraciət edilir və müvafiq qaydada təkliflər toplanılır. Lakin Sizin tərəfinizdən indiyədək şöbənin elmi istiqamətinə uyğun hər hansı mövzu üzrə rəhbərliyə rəsmi müraciət təqdim edilməmişdir”- yazıb! Sevinc Həsənovanın teknikom təhsilli, - iki şöbədə işləyən, 2 maaş alan xüsusi əməkdaşı Güləndam Məmmədova gəlirdi, AMEA RH-ə göndəriləcəyini dediyi Doktorant, Dissertant Cədvəllərini mənə doldurtdurub aparırdı. Rəyasət Heyətinə zəng edib soruşurdum və bildirirdilər ki, hansı şöbə neçə sayda yazıb, yer ayrılıb.
İkincisi, direktor və başqa şöbələrin müdirlərinin savadı çatır şöbələrinin elmi istiqamətinə uyğun hər hansı mövzu üzrə rəhbərliyə rəsmi müraciət təqdim edirlər, hamıdan artıq sayda əsərlərə və mahiyyət etibarilə ilə ciddi mövzulu elmi əsərlərin müəllifi fəlsəfə elmləri doktoru Xatirə Quliyeva mövzu verə bilmədi?! Bir də mövzunu şöbə müdirləri niyə verməlidirlər?! Bu cümlə sözsüz olaraq Dissertantların, Doktorantların - Müdafiə etmək istəyənlərin özlərinin “heç nə etmədikləridən xəbər verir! Belə çıxır ki, o iddiaçılar düşüncəsizdirlər! Bu işləri konveyr üsulu ilə Sevinc Həsənovanın komandası yerinə yetirir. Mən EŞ-da direktorun “Səni istəmirlər”, unikal səmimiyyətinə, “onlara deyin, Xatirə Quliyeva alimdir, inək sağan deyil və o da onları istəmir” daha səmimi cavabımı verdim! Bəlkə səhv etmişəm?! Beləcə, mənə və eləcə də şöbəyə 2017-2026! 1 dənə də dissertant, doktorant verilməyib. Amma “bəzi” fəlsəfə doktorlarına yaşıl işıq! Mən 1992-ci ildən Filologiya elmləri namizədi - fəlsəfə doktoruyam. Elə o ildən Heydər Əliyevin şəxsiyyətini Fəlsəfə institutunda alçaldanlardan müdafiə etdiyim üçün 2004-cü ilə kimi bu kollektivdə işləmişəm. Sonra 2012-ci ildən bura qayıtmışam və bu günə kim İlham Məmmədzadə direktor kürsüsündə olub, məhz mənim dürüstlüyümə görə - “o sistemlərinin adamı” olmadığıma görə məni elmi rəhbər, opponent, rəyçi təyin etməyib.
Əvvəl deyirdi ki, indeksi yoxdur şöbənin, dissertant verə bilmirəm. Onda hə il niyə mənə cədvəl doldurtdurursan?! Mən gətirirəm dissertant, özün və şərtlərlə verdiklərin rəhbər olurlar!.. ikincisi, indeks yoxdur, çətin iş deyil ki, AAK-na, AR NK-nə 2 cümləlik məktub yaz, açdır! Xeyir! Institutda dissertasiya “azarı” var! Bu azar əlində içi qan iyi gələn “iki qarpız” tutan Sevinc Həsənovanın əlindədir. O vermir!
Sonra, direktor Elmi Şurada dedi ki, İSTƏMİRLƏR SƏNİ! BAXIN İFTİTRASINI İFŞA EDİRƏM: Şöbə müdiri olduğum 9 ildə 1 dənə RƏHBƏRİ OLDUĞUM Dissertant olub ki, məndən narazı qalsın və digərləri arasında anti-təbliğatımı aparsın və DİSSERTANTLAR İSTƏMƏSİNLƏR MƏNİ?! RƏHBƏR İSTƏMİRLƏR – OPPANENT VER! ONU DA DİSSERTANTLAR İSTƏMİRLƏR?! XEYİR!
Elmi Rəhbər, Opponent İSTƏMİR səlahiyyət sahibi gənc, gəncəcik dissertantlar, direktorun onların yanında nə ayıbı var ki, mənə adi rəyçi “şərəfi” də verməyib?! Həəə, Sevinc Həsənovanın monopoliyasında olan bu dissertasiya sistemi “elə-belə” deyil! BU SİSTEM “NƏYƏ” BAĞLIDIRSA ORA DÜRÜST XATİRƏ QULİYEVA DAXİL EDİLƏ BİLMƏZ VƏ EDİLMƏYİB! İFTİRA ATMAQ PEŞƏSİDİR. SÜBUT ETMƏK İQTİDARINDA OLMAYIB, OLMAYACAQ DA!
Məktubda Ləvazimat üçün heç bir müraciət etmədiyim böhtanı da atılıb mənə. Dəfələrlə istəmişəm. Deyib, instituta qələm pulu da vermirlər. Mən onda AMEA prezidentlərinə, AMEA baş mühasibinə yazmışam. 9 ildə 2025-ci ildə 1 dənə kondisioner verib. Deyir (240 manat xərci var) özün quraşdır. Bəlkə də başqa şöbələrə verilib geri qaytarılmış işləməyən kondisionerlərdəndir. Bilmirəm. Həə, lavazimat üçün müraciət etməmişəm?! 1 il olacaq müdiri olduğum “Multikulturalizm və Tolerantlıq fəlsəfəsi” şöbəsinin bazasında “İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi” şöbəsi yaradılıb. Qapıya adı yazılmış Lövhyə vurdurmur ki, pul yoxdur, olanda edəcəyəm. Ancaq 30 manatlıq işdi, rəsmi müraciətə də ehtiyac yoxdur. 30 manatlıq işi görmür ki, pul yoxdur. Görürsüz, adam utanmayır belə iftiraları yazanda!
Bir az səbr edin, yazımın başlığının macarsına azacıq qalıb.
TƏLTİFİ, MÜKAFATLARI MƏNƏ İNSTİTUT – İLHAM MƏMMƏDZADƏ VERMƏYİB! YENƏ İSA HƏBİBBƏYLİNİN ADINDAN DANIŞIR...
Utanmazlığın dərəcəsinə baxın. Mən repressiyasından faktlarla danışıram. Fəlsəfə və Sosiologiya institutunun direktoru prof. İlham Məmmədzadə mənə verilmiş TƏLTİFİ, MÜKAFATLARI, DİPLOMLARI bir-bir tarixi ilə sadalayır. Yəni mən yalançıyam.
“Ay insanlar qulaq asın mənə” !.. Vallah, billah! Yalan danışır! O mənə uzun illərdir işləyirəm, fundamental əsərlər meydana çıxarıram, ölkənin elmini dünyada təbliğ edirəm, bircə dəfə 2 cümləlik təşəkkürnamə belə verməyib. Təkcə bu il – o da 100 faiz AMEA Prezidenti İsa Həbibbəylinin iman hissi ilə tapşırığına görə Avropada 1 həftə, 10 gün içində qrupu qalsın, tək özünün içdiyi dadlı kofelərin pulundan az təltif edildiyim üçün, - scopus jurnallara ödənişlərə yardım və Fuyuzat nəşryyatında cəmi 50 nüsxə və ucuzdan-ucuz çap etdirdiyim aktual mövzulu, əsl tədqiqat işi kitabın pulunu verib. Ay, mənə Elm günü, Qadınlar Elmdə və s. adda və məzmunda günlərdə Mükafat, Diplom versin, Şəxsi İşimə 2 cümləlik Təşəkkür kağızı yazıb qoydursun, yox! Qətiyyən.
Misal var eee, “əyri oturaq, düz danışaq”. Məktubda Tərəqqi medalının da mənə institutun təltifləri sırasında adını yazıb. Utanmayır, baxın utanmayır. Məni Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycan elminin inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif edib. Təltifləri AMEA Rəyasət Heyətində Prezident İsa Həbibbəyli təqdim edəndə təltif olunanlara onun təşəbbüskar olduğunu deməyə imkan vermirdi. Deyirdi, ölkə rəhbəri, cənab Prezident təltif edib. Bu boyda yalan olar ki, məni institut Tərəqqi medalı ilə təltif edib?!
Nə oldu, mənə elementar şeyləri verməyən, bugünki gündə alimə hava-su kimi lazım olan interneti (təkcə bu şöbədə yoxdur!) verməyən, 10 ildə 1 komputer, 1 notbook, 1 printer bahalıdı, deməyim, 1 vərəq kağız verməyən İlham Məmmədzadə mənə Tərəqqi medalı verib?! Bəlkə Təqdimat yazıb?! Xeyir! Onun imkanı olsaydı buna da mane olardı. Necə İsa Həbibbəyli məni yaratdığı şöbəyə müdir təyin edib, 4 ay bilməmişəm, o gizlədib. Bir həmkarımızın anasının 3 məclisində kadrlar şöbəsinin müdiri deyib ki, müdir çağırır, niyə, soruşmuşam, deyibb, gedərsiz bilərsiz”. Getdiyimdə mənə xüsusi psixoloji təsirlə “mən bu şöbəni Elsevərə vermək istəyirdim, deyib. Elmimizin inkişafı naminə geri çəkilməmişəm və budur naliyyətlər göz qabağındadır. Aydın olur, mənə Tərəqqi medalını İnstitut direktoru verib...
Eyni zamanda İsa Həbibbəyli məni Qrant Layihəsinə daxil edib, İlham Məmmədzadə bunu məndən 1 ay gizlədib, yenə İsa müəllim yada salıb, məcbur olub daxil edib. Mən də ən geniş həcmdə (152 səhifə - 1 yarımfəsil əvəzi - 1 böyük fəsli) materialı yazdım, üzüm ağ olub...
Mən onun mənə nəinki təltiflər verməsi, əksinə, mənim ayağımın altını qazıdığına o qədər misal çəkərəm ki!..
Bu baxımdan İlham Məmmədzadənin mənə (əslində “yuxarılara”) ünvanlı Blankda yazılmamış – rəsmi qeydiyyat, səhifə nömrələri belə olmayan, hətta tikilməmiş məktubunda sadalanan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin məni Azərbaycan elminin inkişafındakı xidmətlərimə görə təltif etdiyi “Tərəqqi” medalı, habelə, AMEA Prezidenti İsa Həbibbəylinin verdiyi 1 neçə Diplom və s. ona heç bir aidiyyəti yoxdur.
Bu məqamda yerinə düşən bir faktı misal gətirməklə İlham Məmmədzadənin İsa Həbibbəylinin adından danışmaq kimi ziyalıya heç yaraşmayan bir hərəkətini diqqətinizə çatdıracağam. Belə ki, mən yanvar ayında professor adı almaq halal haqqımdan istifadə etdiyimdə və institutun Elmi Şurasında seçkim olacağı gün İlham Məmmədzadə mənə zəng edərək kabinetinə çağırıb bildirdi ki, bəlkə məsələni qoymayaq, geri çəkiləsən? Dedim niyə, nə əskik işim var?! Əvvəl dedi, biz belə hallarda AAK-la məsləhətləşirik. Dedim həə, Aydın üçün də icazə almışdınız, eşitmişəm. Dedi, həə, amma sonra keçmədi. Mən də dedim ki, biz qoymadıq da!.. Bunu dediyimdə elə bil İlham Məmmədzadə diksinən kimi oldu. "Xırıp", susdu. Bir az sonra danışmağa başlasa da artıq AAK-ın “elçisinin” adını, ismarıcını demədi. Dedi ki, İsa müəllim deyib ki, Xatirəni AAK təsdiqləməyəcək, getməsin Seçkiyə. Mən əsəbləşən kimi, mən demirəm ki, İsa müəllim deyir, dedi və artıq saat 11 – EŞ-nın toplandığı saatdı. Getdik İclasa.
Mən mənə nə qədər məsələn, 1 kq. əvəzinə, 10 qr. qızıl vermək kimi olsa da, min şükür yaxşılıqlar edən İsa müəllimin niyə belə haqsız fikir bildirdiyini düşünəndə məntiqlə bu qənaətə gəldim ki, axı İlham Məmmədzadə sözün əvvəlini demir. Gərək ya olsun İsa Həbibbəyli, ya olsun AAK “elçisi”, başqa işlər üzrə dəllal ona deyəsən ki, Xatirə Quliyevanın bu, bu, bu əskikləri var, o da desin ki, onda niyə boşuna sənəd verir, sənəd vermək üçün EŞ-da səsə qoyulur, və s. ...
Onu da əlavə edim ki, AAK mənə məlumdur ki, əli qələm tutmayan və biri milyonçu yaxın qohumu, o biri köhnə hakimiyyət adamımım tapşırdığı olmaqla 2 yararsız alimə (hər ikisinə şəxsən köməyim olub) təzəlikcə professor adı verib ki, mənimlə müqayisədə Nokaut (ingiliscə knockout) vəziyyətdədirlər. Deməli, AAK-ın "elçisinə" haqqımda elə məlumatlar verilib ki, yazıq AAK 2 artıq professoru məndən güclü bilib, deyib, Xatirə Quliyeva keçməyəcək! İlham Məmmədzadə yox, onun əvəzindən institut idarə edən, 1 əldə içi qanunsuzluqlarla dolu 2 "qarpızı tutan Sevinc Həsənova bildirib ki, ya dissertantı olmalıydı, ya da scopus məqalələri.
Bu da maraq doğuracaq və mənim bu yazı və həmçinin digər yazılarımda vurğuladığım mövzu – mənim tədqiqat və rəhbərlik etdiyim elmi istiqamətə uyğun mövzular – Multikulturalizm, Tolerantlıq fəlsəfəsi “xodovoy” olduqları üçün “tikələri tarıya çatmayıb”, əsas da “sistemdə udulublar”! Mənəmmi günahkar azı elmlər doktoru dərəcəmin Diplomunu aldıqdan sonrakı 10 ildə mənə 1 dissertant verilməyib?! Təkrar biliyin anası olsa da mən geri qayıtmıram.
Əskiyim Scopusa gəlincə, mən EŞ-da yüksək sayla təsdiqləndikdən sonra məndən 6-7 ay əvvəldən məqalə istəyən, özümün tapıb, yazışdığım ödənişsiz Scopus bazasındakı jurnallarla dərhal əlaqə saxladım və 1 ay yarımın içində son dərəcə aktual mövzularda 3 məqaləm - 1. "Human and Ethical Problem in the Context of COP 29. Philosophical – Anthropological Analysis"; 2. "Ethical and Moral Values in Ancient Turkish- Azerbaijani Monuments"; 3. "The concept of National Moral and Esthetic values in the political heritage of the great leader of the Azerbijan people, Heydar Aliyev" çap olundu.


7 xarici ölkədə (Öz ölkəmizdə AMEA Prezidenti İsa Həbibbəylinin vətəndaş borcum, deyib, - həyat verib) çap olunmuş “Lütfi Zadənin Dövrü, Dünyagörüşü və Fəlsəfi görüşləri” monoqrafiyamdan sonra, Avropanın 6 ölkəsində və Lambert akademik nəşriyyatında “Azərbaycan modernizmi. Fəlsəfi-etika və identiklik məsələləri” monoqrafiyam çap olundu. Dünyanın bir çox məşhur kitabxanalarında xüsusən, ABŞ-ın Konqres kitabxanasında, Priston Universiteti kitabxanasında Ulu öndər Heydər Əliyevin siyasi irsi istiqamətində “Heydər Əliyev və mənəvi-estetik dəyərlər” və “Heydər Əliyev siyasəti: Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat” monoqrafiyalarım, “İdentiklik, Multikulturalizm, Dialoq Fəlsəfəsi” Məqalələr toplum üzə çıxdı.
AAK-ın professor Diplomu verdiyi onlarla məmur və o cümlədən son mənə alimliyi, şəxsiyyəti hərtərəfli bəlli o kəslərin belə uğurları var?! Indi özünüz İlham Məmmədzadənin İsa Həbibbəylini, yumşaq deyirəm, AAK “elçisini” aldatmasına qiymət verin. Görürsüz, o utanmır halal zəhməti heç eləməyə. Heç utanmır insult keçirmiş, sağ qolu qəti işləməyən, bu qədər dolğun əsərləri sol əlin bir tək şəhadət barmağı ilə yazan, öhdəliklərindən ötə, həyatını fəda edib xalqın təfəkkürünə fayda verən, Allaha pənah ömrü davam edən, həm də qadın alimə öz marağına uyğun, özünü qorumaq üçün iftiralar atmağa!
Kimsə soruşar, sual yaranar ki, İlham Məmmədzadə uzun illərdir direktordur, yəni, o, kürsüsünə görə bu qədər qəddarlıq edir?! Həə, öz subyektiv qənaətimi – ehtimalımı deyim. Fikrimcə, o, əvvəllər vəzəifəsindən getməmək üçün məni qaralayır, ləkələyir, "yetim Fatma kimi" məni təndirdə gizlədirdi. İndi yol verdiyi qanunsuzluqların üzə çıxacağından ehtiyat edib haqqımda bir ton yalan uydurmaqla mənim haqqımda elmi ictimaiyyətdə mənfi rəy (özü haqqında isə şişirdilmiş müsbət düşüncələr) formalaşdırır. Məsələn, yalan yayır ki, mən 20 yaşlı gəncəcik qızı plagiata görə işdən çıxarmışam. Ondan asılı olan adamlardan biri cürət edib ona demir ki, 20 yaşlı gəncəcik qızı sən niyə kiçik elmi işçi götürmüşdün ki, Xatirə Quliyeva da çıxardı?! Axı məktəbi 15 yaşında bitirə bilər ən savadlı biri. Ancaq maqestraturanı onun 20 yaşda bitirməsi məntiqlə mümkün deyil və əvvəllər başqa yerdə işləyib, 3-cü iş yeri Fəlsəfə institutuna gəlib o gəncəcik qız. 2 ildə burda işlədikdən sonra mən onu plagiata görə və ondan da başqa işə davamiyyətinə və s. işlərinə görə çıxartmışam... Əslindəsə İlham Məmmədzadənin Elmi Şura üzvlərinə məni pisləmək üçün haqqında bəhs etdiyi işçinin yaşı 20 yox, 32 olub. Buyurun, görün İlham Məmmədzadə məni nüfuzdan salmaq üçün necə yalanlara, iftiralara əl atır.
Bunu düşünüb İsa Həbibbəyliyə İlham Məmmədzadənin onun adından belə yalanı danışdığını çatdırdım və İsa müəllim tərəfdən məlumat gəldi ki, yalandır! İsa müəllim belə bir söz deməyib. Dedim, o zaman irad bildirsin! Dedilər, bildirib, həm də möhkəm...
O zaman İsa müəllimin mənə verdiyi təltifləri niyə öz adından və ya ümumi ortaq “mal” kimi ifadə edir?!
Uzun-uzadı bu məsələləri yazıb baş ağrısı verməyə lüzum yoxdur. Keçirəm, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadənin mənə yazıb müvəqqəti qaldığım ucqar bağ ünvanıma göndərdiyi məktubda “yuxarılara” İzahat xarakterli 28 yanvar 2026-cı il SAXTA VƏSATƏT QƏARI gününün Elmi Şura hadisələrini onun və mənim şərhərimə. Əlbəttə ki, mən düzünü yazıram və mənim əlimdə sübutlar var ki, DÖVLƏT mükafatı kimi ciddi məsələni İlham Məmmədzadə və şəhid ailəsi – bacısı Könül Bünyadzadə necə adiləşdirib, hörmətdən salıblar. Hələ ortada ləyaqət “söhbəti” var. Ağır təhqirləri “udmaq” var.
Belə! Başladım bu yazının yekun hissəsinə - həngamə yerinə!
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ......
Davamı olacaq.
Bu gün, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
9-04-2026, 10:48
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
9-04-2026, 10:45
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir
7-04-2026, 12:09
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
7-04-2026, 12:06
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
7-04-2026, 12:02
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
7-04-2026, 11:56
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç
7-04-2026, 11:52
Filosof alimin əsərləri dünya kitabxanalarının katoloqlarında yerləşdirilib
4-04-2026, 15:55
ANONS! ANONS! MƏKTUB YETİŞDİ!.. İLHAM MƏMMƏDZADƏNİN NÖVBƏTİ FIRILDAĞI... AZACIQ GÖZLƏYİN!
31-03-2026, 11:04
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
31-03-2026, 11:00
Dünya bazarında qızıl 45 dollar bahalaşıb
31-03-2026, 10:58
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
31-03-2026, 10:57
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlıq ifadə olunub
31-03-2026, 10:56
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
31-03-2026, 10:44
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
31-03-2026, 10:41
Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
31-03-2026, 10:38
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir