Vergi ombudsmanı sahibkarlarla görüşəcək

Vergiödəyicilərinin hüquqlarının qorunması, onların müraciət və təkliflərinin öyrənilməsi, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirən Vergi ombudsmanı növbəti görüşünü sahibkarlarla keçirəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, görüş iyunun 19-da saat 14:30-da 10 saylı Ərazi Vergilər İdarəsində təşkil olunacaq. Tədbirə dövlət mülkiyyətinə aid edilməyən və “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq mikro sahibkarlıq subyekti hesab edilməyən vergiödəyiciləri dəvət olunacaqlar. Müzakirələrdə Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edəcəklər.
Görüşün keçirilməsində əsas məqsəd vergiödəyicilərinin vergi və sığorta qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək, onların rəy və təkliflərini öyrənmək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün aktual məsələləri müzakirə etməkdir. Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılacaq, səsləndirilən təkliflər ümumiləşdirilərək aidiyyəti üzrə qiymətləndiriləcək.
Qeyd edək ki, vergiödəyiciləri ilə birbaşa dialoqun təşkili, onların hüquq və qanuni maraqlarının müdafiəsi, habelə vergi inzibatçılığı sahəsində mövcud problemlərin operativ şəkildə müəyyənləşdirilməsi Vergi ombudsmanının fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə sahibkarlarla mütəmadi görüşlər keçirilir, onların müraciətləri araşdırılır və vergiödəyicilərinə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
19-11-2026, 13:42
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19-11-2026, 12:23
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
19-11-2026, 12:07
Səudiyyə Ərəbistanı BƏƏ-ni qabaqlayaraq Hindistanın ikinci ən böyük neft tədarükçüsü olub
19-11-2026, 11:47
ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb
17-11-2026, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
17-11-2026, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
17-11-2026, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
17-11-2026, 12:55
Xocalıda yeni tut bağları salınıb
17-11-2026, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
17-11-2026, 12:50
Sabahın hava proqnozu açıqlanıb
17-11-2026, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
17-11-2026, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
17-11-2026, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
17-11-2026, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
17-11-2026, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
17-11-2026, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
17-11-2026, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
17-11-2026, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
17-11-2026, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
17-11-2026, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
17-11-2026, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17-11-2026, 10:51
Milli iradənin tarix yazdığı gün
16-11-2026, 18:56
İmadəddin Nəsimi İrsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
16-11-2026, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
16-11-2026, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
16-11-2026, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16-11-2026, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb