WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
Ölkə
Oxunub: 91
8 may 2026 | 11:27

Mayın 17-22-də Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərinin proqramı artıq açıqlanıb. Proqram dünyanın müxtəlif ölkələrini təmsil edən maraqlı tərəflərin həm yaradıcılığını, həm də fəal iştirakını əks etdirən 370-dən çox tədbiri ehtiva edir. Bu tədbirlər “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, WUF13-ün əsas elementlərindən biri olan tərəfdaş tədbirləri yerli və milli hökumətləri, vətəndaş cəmiyyəti institutlarını, akademik dairələri, özəl sektoru, yerli təşəbbüs qruplarını və BMT qurumlarını bir araya gətirərək qlobal şəhərsalma gündəliyini formalaşdıran ideya, həll yolu və praktik təcrübələrin paylaşılması üçün platforma yaradır.

Bu sessiyalar qlobal perspektivləri və yerli həlləri bir araya gətirərək dayanıqlı urbanizasiya ilə bağlı müzakirələrin real təcrübə və əməkdaşlıq müstəvisində aparılmasını təmin etməklə yanaşı, dialoqun inkişaf etdirilməsi, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və şəhərləri daha dayanıqlı etmək üçün həyata keçirilən fəaliyyətlərin sürətləndirilməsi baxımından mühüm rol oynayır.

“Şəhərlərin səsi”: Qlobal dəyişikliklərə təkan verən yerli perspektivlər

Özündə 50-dən çox tədbiri birləşdirən “Şəhərlərin səsi” kateqoriyası yerli hökumətlərin, eləcə də icma liderləri və yerli təşəbbüs qruplarının perspektivlərini ön plana çıxarır.

Şəhər və icmaların transformasiyası üzrə istənilən strategiyanın əsasını şəhər reallıqlarına ən yaxın olan insanların konstruktiv iştirakı təşkil edir. Bu sessiyaların məqsədi şəhərlərarası əməkdaşlığı təşviq etmək, şəhərsalma sahəsində mövcud problemlər və həll yolları ilə bağlı şəxsi təcrübələri ön plana çıxarmaq, eyni zamanda şəhərləri formalaşdıran insanların səsini daha görünən etməkdir.

“Vahid BMT”: Şəhərsalma sahəsi çərçivəsində qlobal öhdəliklərin təşviqi

“Vahid BMT” tədbirləri müxtəlif regionlar və fərqli şərait fonunda dayanıqlı şəhərsalma prosesinin BMT qurumları tərəfindən necə təşviq olunduğunu nümayiş etdirir. Otuzdan çox sessiyanı ehtiva edən bu kateqoriya qlobal gündəlikləri yerli icra ilə əlaqələndirərək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və Yeni Şəhərsalma Gündəliyinə töhfə verən koordinasiyalı yanaşmaları ön plana çıxarır və bütün dünya ölkələrində inklüziv və dayanıqlı inkişafı təmin etmək üçün həm şəhərlərin, həm də yaşayış məntəqələrinin mərkəzi rolunu daha da gücləndirir.

“DİM-lər fəaliyyətdə”: Öhdəliklərdən icraya keçid

Otuzdan çox tədbiri ehtiva edən “DİM-lər fəaliyyətdə” kateqoriyasının əsas məqsədi qlobal öhdəliklərin konkret nəticələrə çevrilməsini təmin etməkdir.

BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin yaratdığı dinamikaya vüsət qatan bu sessiyalar cəmiyyət, iqtisadiyyat, ətraf mühit, mədəniyyət və idarəetmə kimi əsas sahələr üzrə əməkdaşlıq prinsipinə əsaslanan yanaşmaları nümayiş etdirir və dayanıqlı şəhərsalma naminə miqyaslanan və effektiv həll variantlarının təşviqinə xidmət edir.

Şəbəkələşmə tədbirləri: Gələcək tərəfdaşlıq naminə qurulan əlaqələr

170-dən çox tədbiri əhatə edən Şəbəkələşmə tədbirləri iştirakçılara dayanıqlı şəhərsalma sahəsində qlobal liderlər, biliklərini təcrübədə tətbiq edən mütəxəssislər və innovasiyalara imza atan şəxslərlə əlaqə qurmaq imkanı yaradır.

Bu sessiyalar ideya mübadiləsi aparmaq, qabaqcıl təcrübələri bölüşmək və gələcəkdə DİM-lər və Yeni Şəhərsalma Gündəliyinin lokallaşdırılmasını təşviq edəcək əməkdaşlıq əlaqələri üçün zəmin yaratmaq məqsədilə əlverişli mühit formalaşdırır.

WUF Akademiyası: Dayanıqlı şəhərsalmanın gələcəyi naminə bilik və potensialın artırılması

Yeni WUF Akademiyası öz biliklərini təcrübədə tətbiq edən mütəxəssislər, habelə ali təhsil ocaqları və ekspertlər üçün 30-dan çox imkan təqdim edən platforma yaradaraq potensialın artırılmasına və dayanıqlı urbanizasiya istiqamətində irəliləyişin sürətləndirilməsinə töhfə verəcək.

“Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”: Şəhərsalmanın transformasiyası üçün biliklərin mübadiləsi və real həyat hekayələrinin təqdimatı

Özündə 30-dan çox tədbiri birləşdirən “Şəhər kitabxanası” iştirakçılara şəhərsalma üzrə ən son tədqiqat, nəşr və etibarlı məlumatlarla tanış olmaq üçün platforma təqdim edir.

Bu sessiyalar təqdimat və müzakirələr vasitəsilə həm bilik mübadiləsini, həm də əsaslandırılmış müzakirələri təşviq edərək şəhərsalma üzrə daha effektiv və inklüziv siyasət və təcrübələrin formalaşdırılmasına dəstək verir.

Həmçinin real həyat hekayələrinin təqdimatını şəhərsalma üzrə dialoqun ön planına çıxaran “Şəhər kinoteatrı” mənzil təminatı və urbanizasiya problemlərini müxtəlif prizmalardan araşdıran 15 qısametrajlı film təqdim edir.

Bu sessiyalar film nümayişlərini müzakirələrlə birləşdirərək şəhərlərin mədəni və insanyönümlü aspektləri üzərində düşünmək üçün unikal mühit yaratmaqla yanaşı, mənzil təminatı və yaşayış məntəqələri ilə bağlı müzakirələrə təkan verir.

Proqramın tam mətni ilə tanış ola və WUF13 tədbirində necə iştirak edə biləcəyiniz haqqında məlumat əldə edə bilərsiniz.
Dünən, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
Dünən, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
Dünən, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
Dünən, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
Dünən, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
Dünən, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Dünən, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
Dünən, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Dünən, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
Dünən, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
29-09-2026, 11:22
DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
29-09-2026, 11:21
Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
29-09-2026, 11:19
Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub
29-09-2026, 11:17
Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
29-09-2026, 10:42
Azərbaycan nefti 122,49 dollara satılır
29-09-2026, 10:41
Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
29-09-2026, 10:28
Yağıntılı hava şəraiti müşahidə olunur
29-09-2026, 10:25
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənə
28-09-2026, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
28-09-2026, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031