Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib

Bu gün “Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, layihə “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
“Bakı–Xırdalan–Sumqayıt” xətti üzərində inşa edilən “Dərnəgül” dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.
Bu gün, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
Bu gün, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
Bu gün, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
Bu gün, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Bu gün, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
Bu gün, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
Bu gün, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
Bu gün, 13:13
Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb
Bu gün, 13:03
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
Dünən, 12:42
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
Dünən, 12:30
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
Dünən, 12:27
Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib
Dünən, 12:23
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
Dünən, 12:18
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
Dünən, 12:15
Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb
Dünən, 12:10
Vətən müharibəsinin xronikası: 14 oktyabr
Dünən, 12:08
Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir
13-10-2026, 13:31
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
13-10-2026, 13:28
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
13-10-2026, 12:29
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
13-10-2026, 12:25
Sabah hava əsasən yağmursuz olacaq
13-10-2026, 12:23
Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur
13-10-2026, 12:21
NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq
13-10-2026, 12:19
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
13-10-2026, 12:16
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
13-10-2026, 12:14
Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub
12-10-2026, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb