Coğrafiya İnstitutunda COP29-la bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda COP29-a həsr edilmiş “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru professor Zakir Eminov iştirakçıları salamlayaraq bugünki tədbirin 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə eyni günə düşməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. O bildirib ki: “Yaşadığımız dövrdə dünyanın müxtəlif yerlərində baş verən təhlükəli təbiət hadisələri, kataklizmalar, müharibələr, epidemiyalar, içməli su qıtlığı, nəhayət, qlobal istiləşmə kövrək dünyamıza, ətraf mühitə diqqətlə, qayğıkeşliklə yanaşmağı, onu kənar təsirlərdən qorumağı bizdən tələb edir. İndi dünyanın diqqəti Azərbaycana yönəlib, ölkəmiz COP29 kimi mötəbər bir tədbirə hazırlaşır. Bugünki konfransı keçirməkdə əsas məqsədimiz iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini elm adamları, mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir”.
Akademik Fəxrəddin Qədirov, dosentlər Yusif Alıyev və Bahadır Bilalov, professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Aydın İbrahimov, c.e.d. Səid Səfərov salamlama nitqi ilə çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. Həmçinin tədbirə gələ bilməyən Qazaxıstan Coğrafiya İnstitutunun direktoru akademik Əhmədkal Medeo, Şimali Qazaxıstan Universitetinin rektoru f.d. Renata Apergenova, Volqoqrad Sosial-Pedaqoji Universitetinin dosenti Detoçenko Liliya, Əlcəzair Boira Universitetinin professoru Məhəmməd Cellaolzadi, Pakistan Pəncab Universitetinin Coğrafiya İnstitutunun vitse-prezidenti professor Səftər Əlşirazi və Moldova Dövlət Pedaqoji Universitetinin dosenti Tatyana Verdiş onlayn formatda konfrans iştirakçılarını salamlayıblar, konfransa uğurlar və Coğrafiya İnstitutuna yeni-yeni nailiyyətlər arzulayıblar.
Coğrafiya İnstitutunun icraçı direktoru vəzifəsini icra edən dosent Zaur İmrani konfransın təşkili ilə əlaqədar məlumat verdikdən sonra Cİ-nin baş elmi işçisi AMEA-nın müxbir üzvü Rauf Qardaşov “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin dəyişməsi və onun sahil zonasına təsiri”, şöbə müdiri professor Rza Mahmudov “Azərbaycanda regional iqlim dəyişmələri və onun çay-su ehtiyatlarına təsiri”, Avstraliyanın Makkuori Universitetinin müəllimi professor Əliəkbər Rəsuli “Böyük Qafqazın qar örtüyünün çoxsensorlu şəkillər vasitəsilə inteqrasiya füzyonunun tətbiqi”, Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetinin professoru Vedat Çalişkan “İqlim dəyişiklikləri, su və qida böhranları ilə mübarizədə ekoloji dəstəklər: qorunan təbiət əraziləri” mövzusunda plenar iclasda məruzə ilə çıxış ediblər.
Konfransın ikinci günü bölmə iclaslarında “Landşaftlardan istifadənin müasir vəziyyəti”, “İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri”, “Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi”, “Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri”, “İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı”, “Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri”, Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri”, “Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi”, “Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları”, “Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri” və s. mövzularda çıxışlar dinlənilib.
Mənbə: www.science.gov.az saytı
Dünən, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
Dünən, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Dünən, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
Dünən, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
Dünən, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Dünən, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Dünən, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
Dünən, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
Dünən, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Dünən, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
Dünən, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Dünən, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Dünən, 11:29
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Dünən, 11:27
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
8-11-2026, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir