Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək uzanan tarixi yol
Elm və təhsil
Oxunub: 279
21 iyn 2024 | 10:27

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq münasibətləri qədim tarixə malikdir. Qürurverici haldır ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” vəsiyyəti və müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük siyasət və dövlət xadimi Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” formulu əsasında bu əlaqələr günbəgün inkişaf edir və özünün ən yüksək, dinamik inkişaf səviyyəsinə çatmışdır. Bu bənzərsiz əməkdaşlıq əsl qonşuluq və strateji tərəfdaşlıq, səmimi dostluq-qardaşlıq münasibətlərini ifadə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bu gün dünyada hər hansı iki dövlət arasında bu səviyyədə münasibətlər mövcud deyildir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə - 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Cənubi Qafqazda yeni reallıq yaradan Şuşa Bəyannaməsi, ilk növbədə, Türkiyə və Azərbaycan dövlətlərinin qüdrətinin, siyasi iradəsinin qarşısında bundan sonra heç bir qüvvənin dayana bilməyəcəyinin ifadəsidir. Bütövlükdə “Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb.

Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə onlar bir-birini qoruyacaqlar. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi.

Bundan başqa müqavilədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual iqtisadi-nəqliyyat məsələlərinin yer alması vacib məqamlardan biridir.

Bütövlükdə, Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacib hesab olunur. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.

Şuşa Bəyannaməsi, eyni zamanda Azərbaycan və Türkiyə arasında indiyə qədər imzalanmış tarixi sənədlərlə öz ruhu, daşıdığı missiya baxımından da uyğunluq təşkil edir, siyasi münasibətlərimizdəki varislik prinsiplərinin növbəti və daha parlaq təzahürü kimi qəbul edilir. Belə ki, Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda imzalanan və 5-ci maddəsində Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi kimi təsbit edən tarixi Qars müqaviləsi də bu baxımdan xüsusi dəyərləndirilir. Bu müqavilədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş, qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr rədd edilirdi. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit edilmişdi. Naxçıvanın statusu və tabeçiliyi məsələsi beynəlxalq müqavilələrlə tam şəkildə həll edilib. Mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsi Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir. Bu müqaviləyə qədər olan tarixi dövrə nəzər salsaq, görərik ki, XX əsrin 1918-20-ci illərində Azərbaycanda və onun Naxçıvan bölgəsində vəziyyət çox mürəkkəb xarekter almışdır. Mövcud vəziyyətdə Azərbaycandan lazımi köməyi ala bilməyən Naxçıvanın təkləndiyini görən azğın erməni daşnakları hərbi və siyasi yolla qədim diyarı işğal etmək istəyirdilər. Böyük dövlətlərə arxalanan ermənilər Naxçıvana hücumlar edir, şəhər və kəndləri dağıdırdılar. Ağlasığmaz vəhşiliklər və qırğınlar törədən erməni daşnakları Naxçıvan bölgəsində azərbaycanlıların inadlı müqavimətinə rast gəlmişdilər.

Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanma mərasimində məhz Qars müqaviləsini xatırlatdı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.

Tarixi Qars müqaviləsinin davamı və ölkələrarası münasibətlərimizin məntiqi inkişafı kimi ərsəyə gələn Şuşa Bəyannaməsi Qars müqaviləsi qədər mühüm əhəmiyyətə malikdir. Bu bəyannamə ilk növbədə, qüdrətli, dünyada nüfuzlu söz sahibi sayılan Türkiyə Cümhuriyyətinin XX əsrin əvvəllərindəki kimi, bu gün də Azərbaycanın yanında olduğunun rəsmi təsdiqidir və Azərbaycan Türkiyə müttəfiqliyinin, qardaşlığını bir daha uca səslə bütün dünyaya bəyan etdi.

Samirə QASIMOVA, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin əməkdaşı, dosent

mənbə; www.science.gov.az saytına istinad
Bu gün, 13:31
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
Bu gün, 13:28
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
Bu gün, 12:29
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
Bu gün, 12:25
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:23
Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur
Bu gün, 12:21
NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq
Bu gün, 12:19
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:16
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
Bu gün, 12:14
Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031