ANONS! ANONS! ANONS! AYDIN ƏLİ-ZADƏNİN BARƏMDƏ II ŞİKAYƏTi DƏ RƏDD EDİLDİ! AMMA...
Gündəm
Oxunub: 482
11 iyn 2024 | 18:40



Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru


Əziz oxucum!

3 gün sonra "Hakim Şəhla Süleymanovanın Xeyrimə olan Qərarı və "Südqabısı" ... yazımı yayımlamağımın bir ayı olacaq. Bu mövzuya qayıtmağa vaxt tapmışdım ki, Aydın Əli-Zadə mənim baəmdə II Xüsusi İttiham Qaydasında şikayət verdi.
Əvvəla diqqətli izləyicim bilir, deyim yeni izləyənlər də bilsin ki, Azərbaycan Dövlətinin və Azərbaycan xalqının əleyhinə onillər boyu alçaldıcı çıxışlar edən, hətta erməni mediasında əleyhimizə yazıları yayınlanan erməni şüurlu Aydın Əli-Zadə barəmdə I Xüsusi İttiham Qaydasında şikayətində 15 böhtan, 5 təhqir müddası yazaraq həbsimi istəyirdi. 15 media yazımda onun müddəalarını heç elədim və məhkəmə onun şikayətini mənim faktiki ünvanımı yazmaması əsası ilə icraata almadıqda hakimdən xahiş etdim ki, alsın icraata. Çünki, sübutlarım daşdan keçərli idi.

Yazıram onun 20 müddəasını sübutlu-dəlilli heç etdiyim ifşaedici yazılarımın adlarını:
Aydın ƏLİ-ZADƏNİN MƏNİ HƏBS ETDİRMƏK MƏQSƏDLİ 20 MÜDDƏASINI HEÇ EDƏN VƏ ONU ÖZÜ DEYƏN RÜSVAY EDƏN YAZILARIM:

1. “Tanış olun! Saxtakarlıqla AAK-a professor adı üçün tövsiyə olunmuş Aydin Əlizadə budur”(https://cahanplus.com/gundem/4898-tanis-olun-saxtakarliqla-aak-a-professor-adi-ucun-tovsiyye-olunmus-aydin-elizade-budur.html)
2. “I HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALISAN!.. “Qaziya Tək Gedən Razı Gələr”... ( https://cahanplus.com/gundem/5231-aydin-eli-zade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html);
3. II HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALISAN!.. “Qaziya Tək Gedən Razı Gələr”...(https://cahanplus.com/gundem/5232-ii-hisse-aydin-eli-zade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html)
4. AYDIN ƏLİZADƏ : AZƏRBAYCANLILAR DÜNYAYA HEÇ NƏ VERMƏYİB. (vidio və yazı) https://cahanplus.com/gundem/5272-aydin-elizade-azerbaycanlilar-dunyaya-hec-ne-vermeyib-vidio.html
5. Aydın Əli-Zadə Məhkəməni Aldatma! “Bu Meydan – Bu Şeytan!.. Bir də gözəl deyib müdrik atalarımız: “Qaziya Tək Gedən Razı Qalar”... https://cahanplus.com/gundem/5226-aydin-eli-zade-mehkemeni-aldatma-bu-meydan-bu-seytan-bir-de-gozel-deyib-mudrik-atalarimiz-qaziya-tek-geden-razi-qalar.html
6. AMEA-nın PREZİDENTİ, AKADEMİK İSA HƏBİBBƏLİYƏ HESABAT VƏ YA MÜRACİƏT I Yazı https://cahanplus.com/gundem/5291-amea-nin-prezidenti-akademik-isa-hebibbeliye-hesabat-ve-ya-muraciet.html
7. AMEA-nın PREZİDENTİ, AKADEMİK İSA HƏBİBBƏLİYƏ HESABAT VƏ YA MÜRACİƏT II Yazı https://cahanplus.com/gundem/5309-amea-nin-prezidenti-akademik-isa-hebibbeliye-hesabat-ve-ya-muraciet-ii-yazi.html
8. AMEA-nın PREZİDENTİ, AKADEMİK İSA HƏBİBBƏLİYƏ HESABAT III Yazıhttps://cahanplus.com/gundem/5315-amea-nin-prezidenti-akademik-isa-hebibbeliye-hesabat-iii-yazi.html
9. NİZAMİ RAYON MƏHKƏMƏSİ ONUN BÖHTAN, CƏFƏNGİYYATDAN İBARƏT ŞİKAYƏTİNİ RƏDD ETDİ.. MƏN DAVAM EDƏCƏYƏM! https://cahanplus.com/gundem/5271-nizami-rayon-mehkemesi-onun-bohtan-cefengiyyatdan-ibaret-sikayetini-redd-etdi-men-davam-edeceyem.html
10. ONUN DOSTLARI DÜŞMƏNLƏRİMİZ VƏ MƏHKƏMƏNİ ALDATMASI HAQQINDAhttps://cahanplus.com/gundem/5268-onun-dostlari-dusmenlerimiz -ve-mehkemeni-aldatmasi-haqqinda.html
11. AYDIN ƏLİ-ZADƏNİN ERMƏNİ MEDİASINDA AZƏRBAYCAN DÖVLƏTİNİN ƏLEYHİNƏ YAZILARI VƏ ÇIXIŞLARI https://cahanplus.com/gundem/5258-aydin-eli-zadenin-ermeni-mediasinda-azerbaycan-dovletinin-eleyhine-yazilari-ve-cixislari.html
12. İlham "məlimin" Aydın “MƏLIMİNİN” (A.Əli-Zadənin) AZƏRBAYCAN DÖVLƏTİNİN ƏLEYHİNƏ Yazıları və Çıxışları(çox lakonik) https://cahanplus.com/gundem/5252-lham-melimin-ilham-melimin-aydin-meliminin-aeli-zadenin-azerbaycan-dovletinin-eleyhine-yazilari-ve-cixislari.html
13. Hakim Şəhla Süleymanovanın Xeyrimə olan Qərarı və "Südqabısı" ... ANONS! https://cahanplus.com/gundem/5423-hakim-sehla-suleymanovanin-xeyrime-olan-qerari-ve-sudqabisi-anons.html
14. I hissə. Hakim Şəhla Süleymanova AR CPM-nin 293 və 302-ci maddələrinin KONKRET HANSI Bəndlərini RƏHBƏR TUTUB, BU SUALA CAVAB VERMƏLİDİR! https://cahanplus.com/gundem/5436-hakim-sehla-suleymanova-ar-cpm-nin-293-ve-302-ci-maddelerinin-konkret-hansi-bendlerini-rehber-tutub-onu-gostermelidir.html

Nizami rayon məhkəməsinin Qərarında da yazılıb mənim bu xahişim. Elə faktiki ünvanım da! Bundan asan nə var ki, ordaca məhkəməyə faktiki ünvanım budur, ərizəsi yazacaqdım, iş gedəcəkdi Sabunçu məhkəməsinə. Aydın Əli-Zadə isə tutarlı faktlarla onun 15 böhtan+ 5 təhqir müddalarını heç, özünü ifşa etdiyimi anladığı üçün ikiqat əyilərək hakim Nəriman Mehdiyevə "Sizdən yerdən dağlara(?!) qədər razıyam", -dedi və nə Apellyasiya şikayəti verdi, nə də qorxub qaçdığı üçün adresimi (hatta telefon nömrəmi bilir və yazır...)dəqiq bildiyi halda təkrar məhkəməyə müraciət etdi. Hələ mən onun barəsində I şikayət ərizəmi verdikdə Azərbaycan milli kişisi xarakterinə uyğun olmayan tərzdə mənə 2 dəfə məktub yazdı ki, gəl vermə Apellyasiya, bitirək bu məsələni!
Facebook səhifəsində isə yekəxanalıqla məhkəmələri "udduğunu" yazdı. Sonra da məni ağır şəkildə - ədəbsiz xasiyyətinin nümunəsi təhqir etdi, mənə böhtanlar atdı. Məni nüfuzdan salan statuslar paylaşdı.
Mən də onun barəsində II Xüsusi ittiham qaydasında şikayət verdim. Bu haqda Hakim Şəhla Süleymanovanın Xeyrimə olan Qərarı və "Südqabısı" ... ANONS! https://cahanplus.com/gundem/5423-hakim-sehla-suleymanovanin-xeyrime-olan-qerari-ve-sudqabisi-anons.htmlI hissə. , I hissə. Hakim Şəhla Süleymanova AR CPM-nin 293 və 302-ci maddələrinin KONKRET HANSI Bəndlərini RƏHBƏR TUTUB, BU SUALA CAVAB VERMƏLİDİR! - yazılarımda bəhs etmşəm. II HİSSƏNİ elmi işlərin çoxluğu səbəbi ilə verə bilmirəm. Ancaq onu qeyd edim ki, Bakı Apellyasiya məhkəməsi Mənim Apellyasiya Şikayətimi təmin etməklə Şəhla Süleymanovanın Qərarını Ləğv edib artıq. https://cahanplus.com/gundem/5436-hakim-sehla-suleymanova-ar-cpm-nin-293-ve-302-ci-maddelerinin-konkret-hansi-bendlerini-rehber-tutub-onu-gostermelidir.html[/color]
Əziz oxucum!
Qeyri-təvazokarlıq kimi qəbul etməyin. Bu bir həqiqətdir ki, mənim məntiqim bir az itidir... Elə elmi məntiqi də çoxundan yaxşı bilirəm. Bir müddət məntiqdən mühazirələr də demişəm. Hətta dünyaşöhrətli məntiq alimi "Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları" monoqrafiyam Avropada 7 dildə çap olunub.Bundan başqa Lütfi Zadə və Sünii intellekt haqqında xaricdə eləcə də ölkədə çox saylı məqalələrin müəllifiyəm ki, bu əsərlərdə məntiq nərkəzdədir. Altıncı hiss də mənim varlığımın xüsusi nişanəsidir. Hələ yaş, həyat təcrübəsi... Əlavə edim ki, ali məktəb ixtisasım Teatrşünaslıq - teatr tənqidçisi olub. 2 nəfərin qəbul olunduğu bu ixtisasda müəllimim Stalinin Qafqaz üzrə müşaviri olmuş, dövrünün və bütün zamanların ən güclü tənqidçisi, unikal biliyə malik, 1 çox dilləri mükəmməl bilən İslam İbrahimov olub. Diplom rəhbərim də ən güclü estetik, ən güclü rejissor və ən güclü aktyor Mehdi Məmmədov. İnstitutu Fərqlənmə Diplomu ilə bitirmişəm. İnstitutun EŞ-sı aspiranturaya göndəriş verib mənə. Yəni, müəllimlərim mənə teatrı - səhnəni elə öyrədiblər ki, əsl teatr - həyatı da o biliklə anlayıb, qiymətləndirə bilirəm. 5 il kurs rəhbərim olmuş İslam İbrahimov zarafatla deyirdi ki, Siz teatrşünaslığı öyrənin həyatşünaslığı öyrənəcəksiz. Bütün əsərlər həyatın inikasıdır...
Ona görə də mən həyata teatr kimi, insanlara aktyorlar kimi baxıram. Əsas da kimin təbii, kimin saxtakar olduğunu məntiq, intiutsiya və ixtisas biliyimlə düzgün müəyyən edə bilirəm.
Bu baxımdan faktiki Xeyrimə olan Qərarların arxasında əslində nəyin dayandığını, oyun içində oyunu yaxşı görürəm.

ƏZİZ OXUCUM!
Beləcə!
ANONS! ANONS! ANONS! AYDIN ƏLİ-ZADƏNİN BARƏMDƏ II ŞİKAYƏTİ DƏ RƏDD EDİLDİ! AMMA...
haqqında...
Bir azacıq gözləyin!
... 2 ildir tədqiqat xəzinəmin ən dəyərli cəvahirini nəhayət ("yığıb-yığışdırıb" Siqnal nüsxəsi formatda) təhvil vermişəm. Amma hər cümləyə cavabdehlik xarakterimlə "əsirəm üstündə"... Lap tezliklə bu iş bitəcək. Yeni - 10-cu monoqrafiyam - övladım doğulacaq! Bundan başqa, İngilis dilində "Azərbaycan Alimlərinin Məqalələri. İdentiklik və Multikulturalizm" - başlıqlı Kitabı üçün məqalələr toplamışam, Beynəlxalq elmi jurnal tələblərinə uyğun tərtib etmişəm, hətta bəzi məqalələri tərcümə etmişəm, axır ki, bu iş də tezliklə tamamlanmaq üzrədir və bu işlərimdən sonra mən digər mühüm elmi işlərimi bir kənara qoyub "Hakim Şəhla Süleymanovanın Xeyrimə olan Qərarı və "Südqabısı" yazımın II hissəsini də, indi ANONS-unu verdiyim "AYDIN ƏLİ-ZADƏNİN BARƏMDƏ II ŞİKAYƏTİ RƏDD EDİLDİ! AMMA..." yazımı da diqqətinizə təqdim edəcəyəm.
Bu məqamda "Südqabı" sözünün mənası haqda qısa şərh vermək istəyirəm. "Südqabı" sözü Bakı folkloruna aiddir. Yəni mən digər regionların deyimlərində bu deyimlə heç rastlaşmamışam. Uşaqlıqdan 2 rəqəmli ömrün 6-cı on ilinin ortalarındakı çağımda bu sözü "tanıyıram" və bütün köhnə bakılılar kimi yeri gələndə işlədirəm. Müxtəsəri "Südqabı" sözünün mənası odur ki, məsələn, biri bir müğənninin övladının toyunda iştirak etməsini istəyir, bunu vasitəçiyə bildirdikdə o deyir ki, filankəs artıq həmin günə "südqabısını qoyub" - anlaşılan həmin günü tutub. Yaxud da 1 qıza elçi gedilməsini məsləhət etdikdə biri deyir ki, "filankəs artıq "südqabısını qoyub" - o qızın adını tutub. Məntiqlə də belədir ki, nə zamansa süd qıtlığı olub. 1 inəyin südünü almaq üçün növbələrə görə kimlərisə ona süd çatması üçün "südqabısını" əvvəlcədən gətirib qoyub.


Məhkəmə, hakim, qərar məsələsində "südqabı qoyulması" taponiminin- deyiminin işlədilməsi nə məna daşıyır?!

Bütün bunlar barədə yaxında. Doğurdan Yaxında!


Bu an ürəyimdən keçdi ki, diqqətli oxucularım üçün bəzi hakimlərə yazdığım bir şerimi paylaşım.
.
Təəssüf edirəm ki, 11 il bundan əvvəl qarşılaşdığım vəziyyət bu gün də cərəyan edir. Bu gün də hakimlər rüşvət alır. Yeri gəlmişkən hakimlərin otaqlarında rüşvət tutulması zamanı cəzalana biləcəkləri qanununda dəyişiklik olmalıdır. Çünki müasir dövr texnologiylar dövrüdür. Kart sistemi otaqlarda rüşvət tutulması fikrini məntilə təkzib edir...
Buyurun ədalətsiz məhkəmələr, hakimlər haqqında şerlərimdən biri: MƏNİM ŞƏRƏF LƏYAQƏTİM

MƏNİM ŞƏRƏF LƏYAQƏTİM

Nə məhkəmə, gir bazara.
Bu bazarda qatıq qara...
“Düz” dirənir dalanlara.
--Mənim şərəf-ləyaqətim...

Qəssablardı hər tərəfdə,
Qazanc durub tək hədəfdə
Vicdanlarda qara pərdə...
--Mənim şərəf-ləyaqətim..

Hakim demə, haqq diksinər.
Xəcalətdən lap tökər tər.
Pillə-pillə bundan betər.
--Mənim şərəf-ləyaqətim!

Hələ, hələ qorxudacaq.
Sənə “meydan” oxuyacaq.
Din-imanı unudacaq!
--Mənim şərəf-ləyaqətim...

Bax harama satdı səni
Hardan hara atdı səni...
“Baldın” şora qatdı səni...
--Mənim şərəf-ləyaqətim...

Görən kimlə bölüşəcək?
Ah dadacaq hansı xörək?
Üzə deyək, dalda söyək?..
--Mənim şərəf-ləyaqətim...

“Zər qədrini zərgər bilər!”..
Zərgər yoxsa zər neyləyər?!
Qəlplər zərə hökm eyləyər!
--Mənim şərəf-ləyaqətim...

Şirin olar qatı zəhər.
Düşmən özün dost göstərər.
Yanılmadıq, bu da hünər..
--Mənim şərəf-ləyaqətim...

Qürur yenə bizdə qaldı.
Heç üzümüz qaralmadı.
Haqq üzüldü, haqq taptandı...
--Mənim şərəf-ləyaqətim!

Bir əməl var doğar hörmət.
Bir əməl var doğar lənət...
Eşidən var aşkar-xəlvət...
--Mənim şərəf-ləyaqətim...

Əlini, aç, aç yuxarı...
Tanrı duyar alqışları.
Duyar həm də qarğışları..
--Mənim şərəf-ləyaqətim...

Bir bildiyi vardır əlbət.
Səbr et! günah sayır Qüdrət!
O da alar cəza, töhmət...
--Mənim şərəf-ləyaqətim!

Bəndə versə minnət olar,
Vermədisə zillət olar.
Allah verən nemət olar,
Vermədisə hikmət olar...
--Mənim şərəf-ləyaqətim!

Çıxıb-çıxıb gedək daha.
Uçub gedək uzaqlara.
Sən naçarsan, mən biçara.
-- Mənim şərəf-ləyaqətim...

Dünən, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
Dünən, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Dünən, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
Dünən, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Dünən, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
Dünən, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
27-04-2026, 10:36
Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib
27-04-2026, 10:31
Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib
27-04-2026, 10:28
Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub
27-04-2026, 10:26
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
24-04-2026, 12:37
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
24-04-2026, 12:34
Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930