II HİSSƏ. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
Gündəm
Oxunub: 169
16 iyn 2024 | 17:58


Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru



Əziz oxucum!

Əvvəla diqqətinizə çatdırım ki, erməni şüurlu Aydın Əli-Zadə məhkəmədə 2-ci dəfə duzduqdan sonra cahqnplus.com saytında barəsində yazdıqlarımdan qorxaraq bütün yazılarımın FB -yə çıxışını bloklayıb! Bu məni daha sərt hərəkətlərə məcbur etmədir! Atalar sözümüzdür: “Soğan yeməmisən için niyə göynəyir?" Çarəni saytımı Fb yə bloklamaqda görür. Erməni dostlarının olduğunu və s. sübut eləmişəm bilmir neyləsin!Neynəsə də cahanplus.com. - da onun əsl simaaısı silinməzdir!..


Beləcə keçid alıram. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI” (https://cahanplus.com/gundem/5471-hakim-sehla-suleymanovanin-ikiuzlu-qerarinin-aqibeti-sudqabi-meselesi-ve-hec-hece-plani.html) başlıqlı yazımın davamına!..
Bu məqamda qeyd edim ki, hakim Şəhla Süleymanovanın adı yazılarımda çox keçmş oldu. Hakim Mehriban Əfəndizadədən az keçmiş olsa da yenə “çox keçir”. Ancaq o yaddaşımda sadə, səmimi insan kimi qalıb. Təsirə uymasaydı, azad, müstəqil olsaydı heç “İKİÜZLÜ” QƏRAR da çıxarmazdı. "HEÇ-HEÇƏ" planı işlənməzdi. Hələ “SÜDQABI MƏSƏLƏSİ” misalı yada düşməzdi.
Bunlar artıq baş verib həmçinin ciddi ehtimallarıma söykənən məsələlərdir və başlayım təqdimatıma, əslində arqumentlərimi əsaslandırmağa...
Birincisi. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN “SÜDQABI MƏSƏLƏSİ” haqqında. Bu sözün və məsəlin mənasını mən ANONS! ANONS! ANONS! AYDIN ƏLİ-ZADƏNİN BARƏMDƏ II ŞİKAYƏTi DƏ RƏDD EDİLDİ! AMMA... (https://cahanplus.com/gundem/5468-anons-anons-anons-aydin-eli-zadenin baremde-ii-sikayeti-redd-edildi-amma.html) yazımda şərh etmişəm. Ona görə də Məhkəmə, hakim, qərar məsələsində "südqabı qoyulması" taponiminin- deyiminin işlədilməsi nə məna daşıyır, - onu izah və qiymətləndirim...
Deməli, hakim Şəhla Süleymanova mənim Aydın əli-Zadənin məni ağır məzmunlu” təhqir-böhtan larından yola çıxaraq onun barəsində II dəfə Xüsusi ittiham qaydasında məhkəməyə şikayət etdikdə İKİÜZLÜ QƏRAR çıxartdı. Yəni həm mənə maraqlı olan məsələ - Aydın Əli Zadənin gerçək yaşayış ünvanına əsaslanan məhkəmə aidiyyəti üzrə Şikayətimi icraata almadı, həm də 100 faiz təsir altına düşərək Əli-Zadənin xeyrinə məhkəmə portalında yekun Nəticə olaraq “Nəticə Şikayətin icraata qəbulundan imtina edildi cinayət hadisəsi və ya əməldə cinayət əlamətləri olmadıqda”, - yazdı. Bu öz-özünü təkzib, saxtakarlıq qanunların və insan hüquqlarının kobud surətdə taptalanması idi və AŞPA-nın Azərbaycan məhkəmələri haqqında qənaətini təsdiqləyirdi.
İndi isə HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ məsələsi haqqında... Beləki, mən Şəhla Süleymanovanın “İKİÜZLÜ” QƏRARINDAN narazı qalıb Bakı Apellyasiya məhkəməsinə Şikayət ünvanladım Şikayətimə əvvəllər Səbail məhkəməsinin hakimi olmuş hakim Elmar Rəhimokim Elmar Rəhimovun qəbul etdiyi Qərardan hakim Şəhla Süleymanovanın “nöqsanları” kimi qiymətləndiriləcək əsasları sitat kimi təqdim edirəm:

" Beləliklə, məhkəmə kollegiyası təqdim edilmiş materialı araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsində Əli-zadə Aydın Arif oğlu tərəfindən Quliyeva Xatirə Nəcəfqulu qızına qarşı törədilməsinə istinad edilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa, xüsusi ittiham qaydasında şikayət verən tərəfindən təqdim edilmiş və işdə olan sübutlara yetərincə diqqət verilmədən yekun nəticə hasil olunmuş, işə baxan məhkəmə formal əsaslarla xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata qəbul etməkdən imtina etmiş və məhkəmənin gəldiyi qənaət işin obyektiv hallarına uyğun olmamışdır.

İşin materiallarına əlavə edilmiş Quliyeva Xatirə Nəcəfqulu qızının xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsindən görünür ki, Aydın Əli-zadə haqqında verdiyi xüsusi ittiham qaydasında şikayət ərizəsində və həmçinin milyonlarla Azərbayan izləyicisi olan Facebook sosial şəbəkəsindəki səhifəsində (https://www.facebook.com/aydin. alizadeh2) xüsusilə 20 yanvar 2024-cü il tarixdən 18 fevral 2024-cü il tarixinə kimi statuslarında, şərhlərdə onu məqsədli olaraq dəfələrlə hətta ən nəlayiq şəkildə belə təhqir etmiş, böhtan olduğunu bildiyi halda barəsində böhtan məzmununda şaiyələr yaymaqla səhhətini koma vəziyyətinə gətirmişdir. Bundan başqa o, birmənalı surətdə məqsədli şəkildə 2023-cü ildə bitirməli olduğu “Heydərizm” kimi dünyada ilk olan mövzuda monoqrafiyanın meydana çıxmasına mane olmuşdur. Digər mühüm elmi işləri yarımçıq qalıb. Azərbaycan Milli Elmlər Alademiyasımn Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin əməkdaşı Aydın Arif oğlu Əli-zadə 1300 üzvü və elə o qədər də dostu olduğu Facebook sosial şəbəkəsində onun - ölkənin ən tanınmış alimlərindən biri, 40 il xalqın elmi fikrinə, ədəbi fikrinə fayda vermiş, 8-i monoqrafiya, 6 məqalələr toplusu olmaq 22 kitabın, 200-dən çox məqalənin müəllifi Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin sağlığından bugünə kimi ölkə elmini dünyada tanıdan alimziyalı haqqında yaydığı təhqir və böhtan məzmunlu fikirlərinə görə Azərbaycan Respublikasının CM-in 147.2 və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində cinayət təqibinin başlanması və onun həmin maddələrlə təqsirli bilinib cəza təyin edilməsi (həbsi), Aydın Əli-zadənin 1300 üzvü və elə o qədər də dostu olduğu Facebook sosial şəbəkəsində barəsində işlətmiş olduğu təhqir və böhtan məzmunlu fikirlərinə görə “üzr istəyirəm” cümləsi ilə və həqiqəti işıqlandıran təkzib verməsi, həmçinin, 1300 üzvü və elə o qədər də dostu olduğu Facebook sosial şəbəkəsində barəsində işlətmiş olduğu təhqir və böhtan məzmunlu fikirləri ilə səhhətinə dəymiş ziyana görə onun xeyrinə 100.000 (yüz min manat kompensasiyanın tutulması barədə hökm çıxarılması xahiş edilmişdir.
Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarınıda qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinin mənasına əsasən kütləvi çıxış dedikdə, şəxsin ləyaqətini və şərəfini alçaldan və onu nüfuzdan salan məlumatı ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi başa düşülür.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ni il tarixli Ümumdünya İnsan Hüquqları Bəyyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin alçaldılmasına əsas ola bilməz.
Məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılması məhkəmə istintaqının aparılmasının zəruriliyinə birinci instansiya məhkəməsi əsassız olaraq əhəmiyyət verməmiş, məhkəmənin gəldiyi nəticə və qəbul etdiyi qərarda göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamışdır.
Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina üçün əsasların müəyyən edilməsi apelyasiya icraatında təsdiq edilməmiş, eyni zamanda toplanmış iş materialları ilə təkzib olunmuş və belə olduğu halda apelyasiya şikayətinin dəlilləri əsaslı sayılmalı və həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas kimi tanınmalıdır”.


Əziz oxucum!

Bax belə! Apellyasiya məhkəməsi də HAKİM ŞƏHLA SÜLEYMANOVANIN QƏRARININ “İKİÜZLÜLÜYÜNÜ” təhlil edib,ləğv etmişdir.
Apellyasiya məhkəməsinin Qərarıdan açıq surətdə aydın olur ki, mənim şikayətimdə dəlillərin əsaslıdır və elə məhz bu əsaslı dəlillərə görə HAKİM ŞƏHLA SÜLEYMANOVANIN QƏRARI ləğv edilib.
Həmçinin Apellyasiya məhkəməsinin Qərarında mənim aşağıdakı iqtibasda yer almış arqumentlərim HAKİM ŞƏHLA SÜLEYMANOVANIN “İKİÜZLÜLÜ” QƏRARININ ləğv – mənim Apellyasiya şikayətimin təmin edilməsi üçün defakto əsas hesab edilmişdir: “Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR CPM-nin 299.10-cu maddəsində göstərilir ki, “Təqsirləndirilən şəxsin müdafiəçisinin (təmsil etdiyi şəxs onun köməyindən imtina etməmişdirsə və ya onun cinayət prosesində məcburi iştirakını müəyyən edən hal mövcuddursa) məhkəmənin hazırlıq iclasında iştirakı məcburidir”. Baki şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-ci hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmirdi. Əsası da işə məhkəmə aidiyyəti üzrə baxılması oldu. Ancaq hakim zalda elan etdiyi – habelə rəsmi qərar sənədində məhkəmə aidiyyəti əsası ilə icraata almaması qeyd edilsə də, qərarını e.mehkeme portalında çox böyük saxtakarlıqla dəyişmişdir: Yəni o, e.portalda Nəticə hissəsində “Nəticə Şikayətin icraata qəbulundan imtina edildi cinayət hadisəsi və ya əməldə cinayət əlamətləri olmadıqda” cümləsini yazmışdır. Bundan başqa, hakim Şəhla Süleymanova 22.04.2024-cü il tarixli Qərarda "302.1.6-ci maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir” qeydini qara şriftlərlə yazmışdır ki, onun e.portalda Nəticə hissəsində yazdığı “Nəticə Şikayətin icraata qəbulundan imtina edildi cinayət hadisəsi və ya əməldə cinayət əlamətləri olmadıqda” hakim “qərarını” ehtiva edir ki, bu aydın surətdə özünü təkzibi, digər tərəfdən AR CPM-nin 299.10 maddəsində göstərilən “Təqsirləndirilən şəxsin müdafiəçisinin (təmsil etdiyi şəxs onun köməyindən imtina etməmişdirsə və ya onun cinayət prosesində məcburi iştirakını müəyyən edən hal mövcuddursa) məhkəmənin hazırlıq iclasında iştirakı məcburidir”- tələbinin kobud surətdə pozulmasını təsdiq edir.
Hakim Elmar Rəhimovun imzaladığı Qərarda yuxarıda sitat gətirdiyim qiymələndirmələrdən aydın olduğu kimi Təhqir və Böhtan “nə deməkdir” anlaşılan dildə yazılmışdır. Ancaq məsələ burasındadr ki, hakim Süleymanova da bu əsasları öz Qərarında yazmışdı. Ancaq onun 100 faiz təsir altında yazdığı Nəticə hissəsi onun Qərarını saxtakar mövqeyinə çevirmişdi.
Deməli, İŞ birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra İŞƏ baxacaq hakim Aydın Əli-Zadənin məni milli mentalitetimizi yerə vuraraq təhqirini, eyni zamanda təhqir – böhtanını, habelə müddəalarla məhkəməyə verdiyim şikayətdə göstərdiyim onun təhqir və böhtanlarını qanunların əsasları ilə qiymətləndirib onu CƏZALNDIRACAQDIR.
Mənim verdiyim Apellyasiya şikayətinə baxan hakim Elmar Rəhimovun sədrliyi ilə keçmiş İclasda narazı qaldığım məsələ, İŞƏ əsaslı səbənbə görə iclasın təxirə salınması xahişim saya salınmadan mənim Iştirakım olmadan Aydın Əli-Zadənin iştirakı ilə baxılmasıittiham olunan şəxsin əsl yaşayış yeriniin müəyyən edildiyi və Xəzər rayonu ərazisində yaşadığını əsaslandıran DİN Baş İstintaq İdarəsinin Rəis Müavini Anar Həsənəliyevin məktubunu nəzərə almaması, habelə E.Mehkeme portalında onun qeydyyat ünvanının Səbail rayonu olduğunu müyyən etməsi, bundan başqa onun ifadəsinə müsbət yanaşılması ilə bağlıdır. Bu məsələdə Apellyasiya hakiminin təsir altında olduğu böyük ehtimallarla təsdiqlənir. Çünki hakim Elmar Rəhimov istinad etdiyi e.mehkeme portalı sisteminin şikayət edən və ya şikayət verənin qeydiyyat ünvannı deyil, faktiki ünvanını tələb etdiyini bilməli idi. Ən əsas da hakim Elmar Rəhimov imzaladığı məhkəmə Bldirişlərini və digər sənədləri Aydın Əli-Zadənin Xəzər rayonu ərazisindəki ünvanına ünvanlamış və faktdır ki, o da həmin çağırşla Elmar Rəhimovun məhkəmə iclasına gəlmişdir.Hətta hakimi aldatmışdır. Çünki o, Səbail rayonunda yaşamır və Xəzər rayon Polis İdarəsinin I Polis bölməsinin onun daimi olaraq Xəzər rayonu xxx saylı bağda yaşadığını təsdiq edən yazısı vardır.

Əziz oxucum!
Hakim Elmar Məmmədov Aydın Əli-Zadənin qeydiyyat ünvanının Səbail rayonu ərazisində olmasına əsaslanmaqla onun marağında olduğu əsas məsələni xeyrinə reallaşdırmağa yol açmışdır. Belə ki, o, hakim Şəhla Süleymanova II hazırlıq iclasında “Məhkəmənin, hakimin nə fərqi var, əsas Qərardır. İşə ərazi aidiyyəti üzrə olan məhkəmə baxmalıdır” –dedikdə Aydın Əli-Zadə hündür səslə hakimə dedi ki, ELƏ BU MƏHKƏMƏDƏ BAXILACAQ! ELƏ BU VƏKİL OLACAQ!”.
Bu hökmü məhkəməyə haqq verən verər! Bu hökmü məhkəmənin ondan asılı olduğunu bilən verər! Baxın, elə bu hökmün nəticəsidir ki, hakim Şəhla Süleymanovanın QƏRARI “İKİÜZLÜ”. Saxta, qanunlara zidd oldu və nəticə LƏĞV edildi.
Aydın Əli-Zadə vəkili niyə dəyişmək istəmir?! Həəə, çünki həmin vəkillə anlaşmışdı. O, Azər Tağıyev iclasında da əllərinin işərəsi ilə hakimə vəkilə pul verməyi təklif etmişdi. “Ya həlhələ, ya zəlzələ”... Hakim Azər Tağıyevin cəmi 1 dəfə olmuş və vur-tut 45 dəqiqə iclasda olmuş vəkilə 45 dəqiqə üçün 90 manat ödəniş yazılmışdı. O vəkil iş materialları ilə tanış olmadan, hakimin mənə qarşı zorakılığa qədər hərəkətləri və sözləri, özmarağı, ittiham olunan şəxslə isti münasibəti açıq göründüyü üçün kor-korana müvəkkilini müdafiə etdi və 45 dəqiqəlik vizitinə, 5 dəqiqəlik çıxışına görə 90 manat, yəni 15 saatlıq İşə görə verilən məbləği qazandı.
Hakim Şəhla Musayevanın I iclasında vəkil Aydın Əli-Zadəni 40 il tanıyırmış kimi davranırdı. Məni təhqir belə edir, az qala məni tutdurmaq istəyirdi. Halbuki mən haqlı idim, mən tutarlı faktlarla çıxış edirdim. Bundan başqa o vəkilin görəsən milli mentalitet hissləri yox idi?! Axı mən artıq Apellyasiya məhkəməsinin də mötəbər Qərarında göstərdiyi kimi əsaslı Şikayət vermişdim...
Əlbəttə mənim üçün dövlətimin məhkəmələrinin də, hakimlərinin də heç bir fərqi yoxdur! Ancaq Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev Aydın Əli-Zadə ilə mənə onun şikayət ərizəsini göndərmədən, işi e.mehkeme portalına yükləmədən, mənə mesaj yazmadan təklikdə görüşmüş və ondan sonra mən Əli-Zadə barədə Şkayət verdikdə mənim ərizəmi öz icraatına almış, mənə qarşı qərəz və hətta zorakılıq nümayiş etdirmişdir. Elə bir sübut da Şəhla Süleymanovanın ikiüzlü Qərarı! Bu Qərarın aqibəti bəlli də olsa mən orada yuxarıda da qeyd etdiyim kimi məhkəmə aidiyyəti məsələsində Aydın Əli-Zadəyə tərəfkeşlik görürəm ki, bunda da ehtimallarım Azər Tağıyevin “rolunu” təsdiqləyir.

Əziz oxucum!

Azər Tağıyevin Aydın Əli-Zadəyə bu tərəfkeşliyi daha açıq şəkildə Səbail rayon məhkəməsinin Aydın Əli-Zadənin barəmdə verdiyi II Xüsusi İttiham Qaydasında Şikayəti üzrə 10 iyun tarixli hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçən hazırlıq iclasında ifadəsini tapdı.
Beləki, hakim Ülviyyə Şükürova zala təzəcə daxil olmuşdu ki, hakim Azər Tağıyev gəldi. Əvvəl düz hakim Ülviyyə Şükürovanın qarşısında ayaq üstündə dayanıb ona göz-qaş, üz-dodaq mimikası ilə işarəsi ilə nə isə anlatdı. Mən etiraz etdikdə, hakim Azər Tağıyev “burda mənəm, Bağdadda kor xəlifə” misalına uyğun tərzdə İttihamçının oturduğu stolun ikinci stulunda oturdu və baxışları ilə hakim Ülviyyə Şükürova ilə nəsə danışdı. Yenə mən Etiraz etdim. Bu zaman hakim Azər Tağıyev ayağa qalxıb hakim Ülviyyə Şükürovaya 2-ci Zalın qarşısındakı açıq qapını göstərərək “mən burdayam”,- deyib o otağa getməyə başladı və yalnız mənim oturduğum 2 skamekadan ibarət zala, deməli, dübbədüz mənə baxaraq yavaş səslə nəsə dedi... Nə dediyini anlasaydım, mütləq bura yazardım. Anlamadım, çünki yavaş səslə dedi. Yavaş səslə də anlaşılan təhdid ola bilər, təhqir ola bilər.
Onu da xüsusi vurğulamalıyam ki, Aydın Əli-Zadə məni I ŞİKAYƏTİNDƏ 20 cəfəngiyyat müddəa ilə vermişdisə məhkəməyə, bu - ikinci ŞİKAYƏTİNDƏ cəmi-cümlətani 2 və çox komik təkrar müddəa ilə vermişdi. ANCAQ o bu dəfə özünü cəmiyyətə güldürməyində olub məni media ilə olan 10-larla onu ifşa edən tənqidi yazımda həmin faktları yazdığıma görə yox, məhkəmədə çıxışıma görə MƏHKƏMƏYƏ VERİB.
Xatırladıram, 2023-cü ilin 11 fevralında professorluğu saxtakarlıqla tövsiyyə olunduğunu tutarlı faktlarla təkzib etdiyimdə, əslində onun “kim” olduğunu acıb-göstərdiyimdə o məni 11 ay sonra 20 müddəa ilə məhkəməyə verib həbsimi istəmişdi.
Bundan sonra mən 15 məqalə və bir sıra statuslarla onu və 20 müddəasını ifşa etdim. Şikayəti HEÇ OLDU və GERİ ÇƏKİLDİ. BUNA QAÇDI DA DEMƏK OLAR.
İNDİ İSƏ 2 MÜDDƏA İLƏ – hakim Azər Tağıyevin məhkəmə iclasında 6 İL ƏVVƏL ONU İLLİK PLAN İŞİNDƏ ERMƏNİ MÖVQEYİNƏ GÖRƏ İŞDƏN ÇIXARDIĞIMI MƏHKƏMƏDƏ DEDİYİM ÜÇÜN VƏ 2. PROFESSORLUĞU SAXTA SƏNƏDLƏRLƏ TÖVSİYYƏ OLUNDUĞUNU dilə gətirdiyimə görə məhkəməyə verib.
Görürsüz necə gülməlidir?! Diqqətli oxucum bilir ki, mən bu adam haqqında 10-dan çox yazımda onu erməni mövqeli, ölkəmizdə qadağan olunmuş xəritələr, habelə erməni ədəbiyyatından istifadə olunmiş və bütövlükdə işlədiyi şöbənin elmi istiqamətinə zidd PLAN işi, onun bir hissəsi məqalə təqdim etdiyi üçün 2 təqdimat yazaraq, çox Sayda materiallarla birgə müdiriyyətə verərək rəhbərlik etdiyim şöbədən kənarlaşdırmışam.
Bunu EL BİLİR, ALƏM BİLİR. Narazı idisə bu İDDİALARIMDAN Nizami rayonunda onun bu məsələ də və eyni zamanda professorluğA SAXTA SƏNƏDLƏRLƏ, SAXTAKARLIQLA tövsiyyə olunduğu məsələsi də olduğu Şikayəti rədd edildikdə NİYƏ ƏLİNİ MƏDƏSİNƏ QOYUB HAKİM NƏRİMAN MEHDİYEVƏ SİZDƏN YERDƏN DAĞA KİMİ RAZIYAM, -DEYİRDİ?! 2. NARAZI İDİ, NİYƏ APELLYASİYA ŞİKAYƏTİ VERMİRDİ. SONRA NARAZI İDİ, NİYƏ MƏNƏ e.maillə məktub yazıb, Apellyasiya şikayəti verməməyimi istəyirdi?!
Əlbəttəki, o bilir mənim yalan yazmadığımı. Niyə bəs 20 müddəanın 18-dən QAÇIB, 2-si üzərində və əsas da “Suda batan saman çöpündən yapışar” misalı mənasında məhkəməni özünə şahid çəkir?! Mən danmıram! Nəinki məhkəmədə demək, sübutlar vardır məndə ki, mən Təqdimatlarını da, ermənilərlə əlaqəsini və s. sübut edən 2 -3 papkalıq fakt materialları e.poçtla başda institut direktoru olmaqla bir neçə əsas rəhbər məmura göndərmişəm. Cinayətdir?! Xeyir, elementar misal, metroda fasiləsiz olaraq deyilir ki, “sərnişinlərdən xahiş olunur ki, şübhəli şəxs gördükdə və ya əşya aşkar etdikdə polisə. Metropoliten əməkdaşlarına müraciət edin!”.
EY MİLLƏTİM! MƏN DƏ AYDIN ƏLİ-ZADƏNİN ƏVVƏL PLAN İŞİNİ İKİ AY ƏVVƏL TƏQDİM ETMƏSİNDƏN, SONRA MƏNDƏN TƏKİDLƏ BU PLAN İŞİNİN KİTAB KİMİ ÇAP OLUNMASI ÜÇÜN ŞÖBƏNİN ÇIXARIŞINI İSTƏMƏSİNDƏN, OXUDUQDA DƏHŞƏT, - ERMƏNİ MÖVQEYİNİ GÖRDÜKDƏN SONRA ONDAN ŞÜBHƏLƏNİB İNSTİTUT RƏHBƏRLİYİNİN ADINA 2 TƏQDİMAT YAZIB ONU ŞÖBƏDƏN KƏNARLAŞDIRMIŞAM!
6 İL SUSUB OTURUB, İNDİ PUL TOPLAYIB MƏNDƏN MƏHKƏMƏLƏRƏ ŞİKAYƏT VERİR! BUDUR HƏTTA O QƏDƏR RƏSMİ SƏNƏDLƏR, ÇOX SAYDA MEDİA YAZISI BU MEYDANDA OLDU\ĞU HALDA MƏHKƏMƏ İCLASINI SÜBUT DÜŞÜNÜR. AZƏR TAĞIYEVİ ŞAHİD VERİR! AZƏR TAĞIYEV DƏ YUXARIDA GÖSTƏRDİYİM KİMİ HAKİM ÜLVİYYƏ ŞÜKÜROVANIN BU MƏSƏLƏYƏ BAXMAĞA BAŞLADIĞI DƏQİQƏDƏ ZALA DAXİL OLUB, ƏDALƏTLİ MƏHKƏMƏ BAXIŞINA MANE OLUR!


Buradaca Aydın Əli-Zadənin bir ipucusu – ona görə əsaslı sübutuna toxunmaq istəyirəm. Bu onun “başına qoyduğu” həmin Plan işi haqqında Fəlsəfə və Sosiologiya institutunun direktorunun imzası ilə verilmiş 2 cümlədən ibarət rəydir. Təqdim edirəm baxın və vicdanla qiymət verin, burada plan işinin məzmununa aid 1 cümlə var?! Yoxdur! Çünki istər direktor, istər həmin 2 rəyçi Urartu, Pathia, İran tarixindən biliyə malik deyillər! Eyni zamanda Aydın Əli-Zadə daxil olmaqla bu 3 adamın elmi istiqaməti və eləcə də ixtisası qədim İran, Pathia, Urartu tarixi deyil, həmçinin də bu 4 şəxsin nə Plan işi verildiyi, nə 2 cümləlik Rəy verildiyi vaxtlar, nə də bu günə kimi qədim İran, Pathia, Urartu tarixi haqqında heç bir əsəri, elementar 1 məqaləsi çap olunmayıb. Aydın Əli-zadə 150 səhifəlik kitaba bərabər A 4-lə bu 73 səhifəlik PLAN işinin mövzusunu nə vaxt tədqiq edib?! Kitab siyahisində onlarla xarici dildə, hətta erməni dilində ədəbiyyatı nə vaxt oxuyub?!Bəs axı hər bir tədqiqatçı monoqrafiya hazır olana kimi tədqiqatın əsasında azı 5, 6 məqalə çap etdirib bu mövzuya bələdliyini təsdiq edir! Hanı onun məqalələri?! 1 dənə məqalə verib mənə o da dəhşət!~ Azərbaycanlıları erməni Akopyan kimi tat dilli erməni adlandırıb.
Bundan başqa ay mənim millətim, bu Aydın Əli-Zadənin Rəyçilərindən biri fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə (versin məni məhkəmyə sübut edim!)Azərbaycan dilini qətiyyən bilmir. O nəinki qədim İran, Pathia, Urartu tarixi haqqında 150 səhifəlik kitaba bərabər 73 səhifəlik Azərbaycan dilində materalı, heç 10 səhifəlik bədii əsəri oxuyub başa düşməz. O, ümumiyyətlə, Azərbaycan dili qalsın, rus dilində əsərlərin (dissertasiya işinin monoqrafiyasından başqa) müəllifi deyil. Burdan çıxış edərək Aydın əli-Zadənin Plan işinə verilmiş Rəyin saxtalığını bilin.İkinci rəyçi Şölət İsmayılov onun da qədim İran, Pathia, Urartu tarixi haqqında heç bir cümləlik yaısı yoxdur. Bu Rəy yalnız İlin sonunda bütün AMEA əməkdaşlarının İllik Plan işləri haqqında verilən formal rəylərdən birindir. Aydın Əli-Zadənin mənim təqdimatlarımla rəhbərlik etdiyim şöbədən çıxarılmasını təkzib edə bilməz!
Yaxşı, əgər Aydın Əli-Zadənin PLAN İŞİNƏ MÜSBƏT RƏY VERİLMİŞDİSƏ O MƏNİ NİYƏ MƏHKƏMƏYƏ VERMİRDİ Kİ, "mənə dövləti cinayət xarakterdə şər atmısan"?! Niyə keçirdi Sosiologiya şöbəsinə və cınqırını da çıxarmırdı?! Niyə məndən təcili çap üçün çıxarışını istədiyi bu ƏSƏRİNİ VƏ ONUN "balsı" məqaləsini çap etdirmirdi?!
Mən deyim, bilin QORXURDU! İNDİ İLLƏR KEÇİB, DÜŞÜNÜB MƏNDƏ ONUN HAQQINDA MATERİALLAR YOXDUR! 10 FDƏFƏ FORMATLANIR KOMPUTER... BİLMİRDİ MƏN D DİSKİNDƏ SAXLAMIŞAM 500-600 SƏHİFƏLİK ONUN "MATERİALLARINI. 15 MƏQALƏ. GÖRDÜ ÇOX SİRRLƏRİ" MƏNDƏ VAR, QAÇDI, MƏHKƏMƏNİ, KONKRET OLARAQ HAKİMİ ŞAHİD ÇƏKDİYİ MÜDDƏALAR DA ÇOXDAN MƏNM TƏRƏFİMDƏN TƏKZİB OLUNMUŞ BU 2 MÜDDƏALI ŞİKAYƏTİ DƏ MƏHKƏMƏNİN "HEÇ-HEÇƏSİ",mahiyyətcə onun əməlinin cəzasız qalması üçündür!
Aydın Əli-Zadənin hakim Ülviyyə Şükürovanın baxdığı Şikayətindəki Professorluğa saxta sənədlərlə tövsiyyə olunması barədə mənim İddiam da əsaslıdır və15 məqalədə sübutlar vermişəm. Xatırladım ki, saxtakarlıq ondan ibarətdir ki, İnstitut – Elmi şura rəhbərliyi Elanda Aydın Əli-Zadənin kitabının Moskvada çap olunması məsələsinin müzakirəsini yazıb, İCLAS BAŞLAYANDAN SONRA GÜNDƏLİKDƏ DURAM MƏSƏLƏ - Aydın Əli-Zadənin professorluğa tövsiyyə olunması olub. Buyurun baxın ELANA.


Sonra Səsvermə gizli olmalıdır. Ancaq qutu İclas zalında olub. EŞ üzvləri qarşılarına qoyulmuş büllitünlərdə oturduqları yerdəcə qeyd aparıb ötürüblər qutunun qarşısındakı adama. Bu seçicilərə təzyiq kimi qəbul olunur. Qutu zalın lap yanındakı – zalla divarbadivar olan otaqda olsaydı, EŞ üzvləri direktordan çəkinmədən müstəqil şəkildə münasibətlərini bildirərdilər. Ən əsas məsələ, Elmi Şuranın bu iş üzrə Qərarını AR Prezidenti yanında AAK, Ölkənnin 2 pillə məhkəməsi rədd edibsə, niyə susur Elmi Şura? Niyə məhkəməsinə də getmir onu professorluğa tövsiyyə etmiş "başlar"?! Niyə onun mənə qarşı məhkəmələrinə gəlib onu müdafiə eymirlər?! Niyə Rəy vermirlər ki, Xatirə Quliyeva şər atır, Aydın ƏLİZADƏNİN PLAN İŞİ AİDDİR BU İNSTİTUTA, BU ŞÖBƏYƏ, BU PLAN İŞİNDƏ 1 CÜMLƏ BELƏ ERMƏNİMĞVQEYİNDƏN DEYİL?! Mən hər kəlməmə başımla cavabdehəm! Onlar necə?!

Bundan başqa Aydın Əli-Zadənin doktorantları 5 il işlədiyi Sosiologiya ixtisası üzrə müdafiə etmiş alimlər olmalı idi. Ancaq onun 1 doktoranti ilahiyyat, digəri sosialfəlsəfə üzrədir. BU elmi adların verilməsi qaydalarına ziddir.
Digər bir məsələ, Aydın Əli-Zadə Azərbaycan Dövləti və Xalqı əleyhinə çıxışlar edən biridir. O, “adam istəyinə nail olmaq üçün Xalqın üzünə tüpürməlidir”- düşüncəsinə və s. ziyalıya yaraşmayan şüura malikdir. Niyə Fəlsəfə və Sosiologiya institutunu savadlı, dövlətçilik mövqeli, hətta şöbə müdiri ALİMLƏRİ qala-qala o həm də saxta sənədlərlə AAK-a tövsiyyə olunmalıdır.
Əlbəttə AMEA rəhbərliyi bu saxtakarlığa görə lazımı ölçünü götürsəydi, Aydın Əli-Zadə məni məhkəməyə verməzdi!
Beləliklə, Aydın Əli-Zadənin barəmdə olan II Xüsusi İttiham qaydasında Şikayəti CƏFƏNGİYYAT İDİ! Onun Hakim Azər Tağıyevin 19 yanvar tarixli məhkəmə İclasını sübut göstərməsi və bu hakimin ŞAHİDLİK ETMƏK istəməsi BİABIRÇILIQ, QANUNLARIN TAPTALANMASI! AŞPA-nın məhkəmələrimiz barədə qənaətinin doğruluğu!..
Hakim Azər Tağıyev niyə bu qədər azaddır “hərəkətlərində?! Çünki mənə qarşı zorakılığına AR MHŞ-sı heç bir reaksiya vermədi! Qanunları taptalayan Qərarını Apellyasiya məhkəməsi də, Ali Məhkəmədə qüvvədə saxladı. Bununla da 1 Azərbaycan vətəndaşının Avropa İnsan Haqları Məhkəməsinə şikayəti üçün yollar açdı. Neyləməli, “güvəndiyimiz dağlara qar yağanda biz də başqa dağlara sığınarıq!”...
Onu da deyim ki, Aydın Əli-Zadə Azər Tağıyevin 19 yanvar tarixli məhkəmə iclasının vidio görüntüsünə arxalanır ki, mənə də həmin vidio görüntülər hakim Azər Tağıyevin zorakılığının və AZAN SƏSİNDƏ QƏRAR ELAN ETMƏSİNİN SÜBUTU VƏ AVROPA ŞİKAYƏTİMƏ DƏLİL KİMİ ÇOX VACİBDİR!
Əziz oxucum!
Bu yerdə gənc hakim Ülviyyə Şükürovanın Aydın Əli-Zadənin barəmdə cəfəngiyyat Şikayətini icraata almamaqla rədd etməsini diqqətə çatdırmaqla ona təşəkkürü bildirirəm.
AMMA!.. Bəlkə heç bu gənc hakim bilmir, bu işin tarixcəsindən xəbərsiz olduğu üçün fikrindən də keçməz ki, Aydın Əli-Zadənin barəmdə cəfəngiyyat Şikayəti əslində mənim xeyrimə Apellyasiya məhkəməsində ləğv edilib qayıtmış hakim Şəhla Süleymanova Qərarının yenidən baxışında “HEÇ-HEÇƏ” planının həyata keçirilməsi məqsədi güdür.
BELƏCƏ, hakim Şəhla Süleymanovanın “SÜDQABISINI QOYDUĞU” - Qərarda qaraldılmış 302.1.6-ci maddəsinə əsasən cinayət hadisəsi və ya barəsindəxüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir.- qeydi və e.mehkemə portalında yazılmış Yekun məhkəmə Aktı - “Nəticə Şikayətin icraata qəbulundan imtina edildi cinayət hadisəsi və ya əməldə cinayət əlamətləri olmadıqda”!- məsələsi üçündür Aydın Əli-Zadənin barəmdə cəfəngiyyat Şikayəti. ONU DA İCRAATA ALMADIQ, BUNU DA! HALBUKİ “O” – “BU” DEYİL! MƏNİM SÜBUTLARIM “NÖQTƏ-VERGÜLÜNƏ KİMİ” ƏSASLIDIR! APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARINDA DA GÖSTƏRİLİB!
ANCAQ gənc və qadın olan hakimlərə mənə zorakılıq etmiş - elə həmin gün AŞPA-ya və AR MHŞ sədri İnam Kərimova şikayət etdiym hakim Azər Tağıyevin təsir etmək təşəbbüsü qaçılmazdır!

Bu yerdə bir yaşlı-başlı alim-ziyalı kimi MHŞ-nın dəftərxana mahiyyətində, məhkə sədri institutunun formal olduğunu hayqırmaq istəyirəm! MHŞ-sı sədrinin Şəkidə keçirilən Qəbuluna da getmişəm, onlarla məktub, media yazısı ünvanlamışam- hakim Mehriban Əfəndizadənin iddiaçı olduğumuz mülki iş üzrə saxta vəsatət düzəldilib, bacımın və mənim əvəzimdən imzalanıb. AR Ədliyyə nazirliyi MEM qurumu üzə çıxardıb. Ancaq hakim M.Əfəndizadə 1 məktub vermədi ki, cinayət açılsım! MHŞ SƏDRİ ONA BU MÜHÜM MƏKTUBU VERDİRƏ BİLMƏDİ! BU DA HAKİMİN BU SAXTA 2 VƏSATƏTDƏN AZI XƏBƏRDAR OLDUĞUNU GÖSTƏRİR. Tək bu məsələ deyil! Mənə hakim zorakılığı olub. AŞPA reaksiya verdi insan haqqının taptalanmasına MHŞ sədri çox böyük ehtimal heç bilmədi bu məzmunda məktub yazılıb ona!
Məhkəmə sədrləri də rəhbərlik etdikləri məhkəmələrin hakimlərinin qonunsuzluğuna biganədirlər. İmzaladığı Qərarları oxumurlar!

Hakimlər “müstəqildirlərsə” onda məhkəmə sədri statusu nəyə lazımdır?! Sədr hakimə iddiaçı ilə - tərəf ilə təklikdə görüşün qanunlara zidd olduğunu, ittihamçıya, alimə, yaşlıya, xəstə adama qoçuluğuna görə, AZAN səsində qərar Eılan eləməyin qanuna zidd olduğunu irad tutmursa - onun Qərarını təsdiqləyirsə nəyə lazımdır sədr institutu?!
Əziz oxuum!

Fikçrimcə, Siz mənim bu mövzuda yazılara nə qədər vaxt itirdiyimi, əvəzində ölkə elminə faydalı işlərimdən qaldığımı, hələ məhkəmələrə necə əziyyətlə (“Vişnovka” bağlarından Bayıla, Mpontinə həm də avtobus, metro və piyada…) gedib-gəldiyimi anlarsız…1 tanış adam dedi ki, “bilmirsən rəhmətlik Adil İsmayılov deyib, gedib – “haqqını ver, ədaləti al”-dır məhkəmələrimiz, niyə əsəbləşirsən, yazırsan?! Mən də ona dedim ki, “bilmirsən, AİHM-si sübutların ictimailəşdirilməsinə üstünlük verir?” . Bir də Nazimm Hikmət (türmədə yazdığı şer…) demiş: “mən yanmasam, sən yanmasan, biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa?!
Mən heç vaxt uduzmuram məcburən hörmətli, möhtərəm dediyimiz hakimlər, o cümlədən hakim Azər Tağıyev!
Beləliklə, yazımın sonuna gəldim. Yadıma düşdü, deyim, Aydın Əli-Zadə saytımın onun iç üzünü göstərən, onu ifşa edən yazılarımın Facebook sosial şəbəksində görünməsinə mane olaraq bloklayıb. Bu onun əsl qorxaq xarakteridir. Bacı dediyi adama elə təhqir-böhtan ünvanlayan Azərbaycan Dövlətini və Xalqını alçaldan, erməniləri bizdən hər şeydə üstün tutan adamdan gözləniləndir!
II HİSSƏ HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI…

Apellyasiya məhkəməsinin Qərarına görə şikayətim icraata alınmalıdı. Tutarlı faktlarım qiymətlənməli, Aydın Əli-Zadə cəza almalıdır! Ancaq Səbail rayon məhkəməsində bu şəxslə təklikdə görüşmüş, mənə zorakılıq etmiş, ona hətta şahidlik etmək üçün məhkəmə zalına gəlmiş hakim Azər Tağıyev ədalətli Qərar çıxarılmasına çox böyük ehtimalla imkan verməyəcək!
Mən ona görə şikayətmə Aydın Əli-Zadənin əsl ünvanı, AR DİN tərəfindən rəsmi surətdə dəqiqləşdirilmiş ünvanının yerlədiyi Xəzər rayon məhkəməsində baxılmasını istəyirəm.
Bu da mümkün olmayacaq! Çünki Apellyasiya məhkəməsi mənim şikayətimə mənsiz, Aydın Əli-Zadənin tək iştirakı ilə baxıb, bu məsələdə tək onu dinləyib, DİN-İN belə rəsmi məktubunu saya salmadan formal qeydiyyat ünvanı üzrə baxılmasının labüdlüyünü yazıb. Halbu ki, ölkədə minlərlə qeydiyyatı o rayon, bu rayon olub Bakıda yaşayanlar vardır… Elə ona görə də e.mehkeme portalı faktiki ünvanı tələb edir.
Həə, Apellyasiya məhkəməsindən iş yenidən baxılması üçün Səbail rayon məhkəməsinə qayıdıb. Maraqlandım, Ş.Süleymanovanın katibi dedi ki, Şəhla xanım məzuniyyətdədir. Soruşdum, nə vaxtdan? Dedi- 3 iyundan. Ancaq 1 gün sonra e.mehkeme portalı Şəhla Süleymanovanın icraatında oldiğunu yazdı. Görünür başqa bir hakimə “əziyyət vermək” məsləhət olmayıb. Şəhla Süleymanova hazır, Yekun Məhkəmə Aktını yazıb! Qərarın içində 1 maddəni qaraldıb… Vəssalam.
Əziz oxucum!
Allah yolunuzu məhkəmələrə salmasın!
Əgər salarsa Allah köməyiniz olsun. Ya da “haqqını verin, ədalətinizi alın”! Yoxsa mənim kimi haqlı olsanız da, proqnozlarınız 10 dəfələrlə doğrulsa da “Haqq verən” udacaq… Aydın Əli-Zadə heç şəxsiyyət vəsiqəsi istənilmədiyi halda veribmiş. Sonra geri götürməyi unudubmuş… İclas bitdi, mən əşyalarımı yığıb çıxanda eşitdim. Məhkəmə qapısından çıxarkən onu həvəslə məhkəməyə gələrkən gördüm. Hətta pilləkəndə qarşılaşdıq. O mənə “çəkil, çəkil, -dedi”. Deyəsən məni qartal kimi görüb, uçmağımı fikirləşdi. … Köhnə bina, balaca pilləkən, hara çəkilə bilərdim! Deyəsən kişi xeylağı kimi yolu dəyişməyin onun etikası olduğunu unutmuşdu. Onu təklikdə görüş üçün gözləyən vardı.
Yaxın məhkəmə iclasına aid proqnozum: Şəhla Süleymanova hazırlıq iclasında haqlı şikayətimi DİN məktubuna əsaslanıb Xəzər rayon məhkəməsinə göndərməyəcək! Sonra icraata almayacaq! Bununla da “HEÇ-HEÇƏ” ediləcək. …Ancaq “nəfəslərini dərməli” olacaqlar!.. Bu hələlik məndə qalsın!
21-06-2024, 10:34
Ququş haqqında yeni sənədli film təqdim olunub
21-06-2024, 10:27
Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək uzanan tarixi yol
20-06-2024, 09:40
Prezidentin adından saxta müraciətlər: şəbəkə ifşa olundu
20-06-2024, 09:33
Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - Detallar
20-06-2024, 09:28
Ərdoğan Putinlə görüşə hazırlaşır: masada nələr var?
19-06-2024, 15:53
Azərbaycanlı zəvvarların səhhəti necədir? - AÇIQLAMA
19-06-2024, 15:47
Bakıda doğum evinin yaxınlığında baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
19-06-2024, 15:35
O ERMƏNİ VİKİPEDİYASINDA TƏBLİĞ OLUNUR
18-06-2024, 15:11
AZƏRBAYCAN DÖVLƏTİNİ VƏ XALQINI ONİLLƏR BOYU TƏHQİR EDƏN, ERMƏNİNİ BİZİMLƏ MÜQAYİSƏDƏ UCA TUTAN
16-06-2024, 17:58
II HİSSƏ. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
15-06-2024, 21:26
Azərbaycan Xalqının Böyük Oğlu
14-06-2024, 18:59
HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
12-06-2024, 15:16
Azərbaycan elminə ağır itki üz verib
12-06-2024, 11:05
Pediatr Fərəh Vahabova: “Uşaqlara evdə hazırlanmış dondurma yeməyi tövsiyə edirəm”
11-06-2024, 18:40
ANONS! ANONS! ANONS! AYDIN ƏLİ-ZADƏNİN BARƏMDƏ II ŞİKAYƏTi DƏ RƏDD EDİLDİ! AMMA...
8-06-2024, 18:34
COP29: yeni əməkdaşlıq formalarının axtarışında
8-06-2024, 18:03
Filosof Alim Beynəlxalq Konqresdə Məruzə ilə Çıxış Edib
8-06-2024, 17:47
Coğrafiya İnstitutunda COP29-la bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib
8-06-2024, 17:41
Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri mövzusunda beynəlxaq konfrans keçiriləcək
6-06-2024, 11:08
“İctimai sağlamlıq” adlı jurnal işıq üzü görüb
6-06-2024, 10:31
İlk dəfə insanda quş qripi A(H5N2) aşkarlanıb
3-06-2024, 14:27
Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb - Fərman
3-06-2024, 14:23
Milli dövlət ideologiyası məsələsinin Heydərizm, Qandiizm və Kamalizm ideologiyaları kontekstində müqayisəli təhlili
24-05-2024, 11:53
Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq
24-05-2024, 10:36
Jelatinin insan orqanizmi üçün əvəzsiz faydaları məlum olub
22-05-2024, 11:15
Alçanı ac halda və duzla yemək zərərlidir
22-05-2024, 10:51
UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930