İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
Gündəm / Elm və təhsil
Oxunub: 77
20 okt 2024 | 18:02


Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru



Əziz oxucum!..
Sizlər mənim yazılarımla keçən ilin dekabr ayından başlayaraq erməni şüurlu Aydin Əli-Zadənin erməni mediasında çıxışlarından tutmuş, mənfur düşmənlərimizlə sıx əlaqəsinə, onların vikipediyalarında yeganə Azərbaycanlı alim olaraq təbliğ olunmasına, onun bizim Keşikçi dağın ermənilərin olması iddiasına kimi və bütünlüklə bizim xalqı, bizim dövləti alçaldan fikirlərini cahanplus.com saytından habelə milli təəssübkeşliklə bu saytdan götürüb paylaşmış digər media mənsublarından oxumusuz, işdən xalisiz.
Indi Sizlərin diqqətinə lap bu günlərdə - 8 oktyabrda bu erməni şüurlunun 10-la olan Facebook səhifələrindən bir neçəsində paylaşdığı bir statusu, onun mahiyyətini çatdıraraq lap əvvəldən mənim onu düzgün hərəkət edib erməni mövqeyinə görə rəhbərlik etdiyim şöbədən kənarlaşdırdığımı bildirmək istəyirəm. Əslində həmin status onun qələtinin etirafıdır. Adını ELM NƏYƏ GÖRƏ İNKİŞAF ETMİR?- qoyduğu və hadisələri keçmiş kimi təqdim etdiyi status – “əsərində” ki, qadağan olunmuş xəritələri bir məqaləsində verdiyindən, buna tarixçilərdən rəy istəməsindən və “xəyallarının suya düşməsindən” uşaq başı aldadan kimi nağılvari bəhs edir. Buyurun tanış olun:
“Bir dəfə tarixi məzmunda məqalə yazdım və rayi almaq üçün bir tarixçiyə yolladım. Orada bir “Brinanica” ensiklopediyasından xəritə var idi. Bu gözünə döndüyüm tarixçi ilişib buna ki, belə xəritələr Azərbaycanda qəbul olunmur. Dedim ona ki ay kişi, nücə yəni qəbul olunmur? Kim qəbul etmir? Bir ağlabatan cavab vermədi. Onda dedim yaxşı, bəs Azərbaycanda qəbul edilən xəritələr hansıdır? Dedi məktəb dərsliklərində və AMEA Tarix institutunun elmi şurasından keçmiş monoqrafiyalarda. Soruşdum ki bu barədə hansısa qanun ya sərəncam var? dedi,onu bilmirəm, ancaq belədir. Yəni bilmirəm nə üçün, lakin belədir vəssalam.
Təəccüb edib ondan ayrıldım. Sonra bi başqa alimə bunu söylədim. Dedi bəıli belə şey başqalarının da başına gəlib. Onda dedim ona ki, bəs necə olur, bizi dəng ediblər ki, dünyaya çıxın, dünya reytinqlərini qazanın, Azərbaycan elmini tanıdın. Bunu dünya elminə istinad etməyərək etmək olar? Yollayım bu məqaləni bir tanınmış elm jurnalına və orada bütün istinadları edim Tarix institutunun xəritələrinə və Azərbaycan məktəb dərsliklərinə, mənə cavab nə olacaq? Mənə deyəcəklər get ağlını yığ başına sonra gəl bura.
Həmçinin məgər Azərbaycan elm təsisatları dünyada yeganədir ki, başqalarını inkar edim ya ölkəmiz yer kürəsundə deyil, ayrı bir planetdə yerləşir ki, ancaq Azərbaycan məktəbləri və Tarix instutundan başqa kainatda heç nə yoxdur?
Bu da bizim elmi çevrəni xarakterizə edən xüsusiyyətdir. Belə yanaşma, belə təfəkkür hökm sürürsə, biz elmimizi necə inkişaf elətdirək?”

Əziz oxucum!
Əvvəla, erməni şüurlu, dövlətimizi və xalqımızı hər şeydə alçaldan Aydın Əlizadə (yalnız şəxsiyyət vəsiqəsində Aydın Əli-Zadədir) “bir dəfə” deyəndə nə vaxt sualına dəqiq cavab yazsaydı və əsas da məqalənin adını yazsaydı bilərdik hansı məqaləsindən söhbət gedir. Ancaq dəqiqdir ki, o, mənim onun erməni mövqesini müəyyən etdiyim “PARTHIA TARİXİ VƏ ONUN CƏNUBİ QAFQAZ MƏDƏNİYYƏTİNƏ TƏSİRİ” məqaləsindən danışır. Həm də "bir dəfə"- deyib hadisəni uzağa aparsa da söhbət "məhkəmələr dövründən" gedir. Keçmişdə olsaydı bu hadisə o, elə keçmişdə də odlu-alovlu şəkildə qiyamət qoparardı... Mən də kopyalayardım, onun haqqında olan – onu fəaliyyətini və xarakterini dolğun təsvir edib, məndə haqqında olan 500-600 bəlkə ondan da çox səhifəlik materiallardan xəbərsiz çırmanıb məni həbs etdirmək üçün düşündüyü cəfəngiyyat müddəalarını heç elədiyim yazılarımda sitat kimi verərdim. Baxın necə əhəmiyyətli dəlildir, iki tarixçi alimin ona rəy verməkdən imtina etməsi...
... Deyəcək o məqalə deyil! Ayrı məqalədir! Onda daha pis! Deməli, 1 deyil, heç əslində 2 də deyil, əleyhimizə olan tarix məzmunlu "məqalələri"...

İkincisi, xeyir ola, nəəcəb məqalə üçün Rəy istəyib bu erməni şüurlu Azərbaycan vətəndaşı?! Bu RƏYİ Hara verəcəkmiş?! Bu təşəbbüs kimə lazım imiş, niyə lazım imiş?! Diqqətinizə çatdırım ki, tənqidi məqalələrimdə dəfələrlə yazdığım kimi mən onu şöbədən kənarlaşdırarkən institut direktoruna yazdığım Təqdimat ərizələrimdə onun şöbəyə illik plan işi kimi verdiyi A4-lə 73 səhifəlik, yəni 150 səhifəlik materialın da, onun bir hissəsi qadağan olunmuş xəritələr, şəkillərlə olan məqalənin də Tarix institutuna qiymətləndirməyə göndərilsi tələbi özünün direktor və ondan da artıq yaxşı münasibəti olduğu elmi katibə təsiri ilə tarix institutuna göndərilmədi. Mənim bir tarixçidən bu məqalə haqqında aldığım Rəy də nəzərə alınmadı. Aydın Əli-Zadə səssiz-səmirsiz, ağzına skotç bağlanılmış bu yazdıqlarına, hələ elmi ixtisasına qəti uyğun olmayan Sosiologiya şöbəsinə keçirildi. Orda da ta 2023-cü ilin dekabr ayına kimi lal-dinməz yerində oturub bu yazdıqları barədə cınqırını çıxarmadı. Məndən 73 səhifəlik plan işinin kitab kimi çap olunması məqsədi ilə şöbənin iclas Protokolundan Çıxarış istəyən A.Əlizadə bu günə kimi nə əleyhimizə olan həmin İŞİ, nə də həmin qadağan olunmuş xəritələr və s. ilə olan məqaləsini çap etdirməyib. Hətta o, 11 ay onu "TANIŞ OLUN! AAK-a SAXTAKARLIQLA PROFESSOR ADI ÜÇÜN TÖVSİYYE OLUNMUŞ AYDIN ƏLİZADƏ BUDUR!.." başlıqlı məqaləmlə tənqid etdiyim halda susub.


Əziz oxucum!


Aydın Əlizadənin Statusunda hadisəni “uzaqlara” aparması baş aldatmaq kimi bir şeydir. Təkrar edirəm o o vaxt Rəy istəsəydi, o vaxt rədd cavabı alsaydı o vaxt reaksiyasını bildirərdi. Hələ o, Məhkəmələri aldadıb ki, 1. AMEA Rəyasət Heyəti ona bu “tarixi əsərləri” üçün müsbət Rəy verib. 2. Çalışdığımız institut ona əsərləri” üçün müsbət Rəy verib. Mən yazandan sonra ki, hanı AMEA Rəyasət Heyətinin RƏYİ, - erməni xarakterinə tam uyğun bir şəkildə bizim Aydın Əlizadə ad-soyadlı birdəfəlik bu iftirasını unudub! Bu gün də deyirəm, var elə bir AMEA Rəyasət Heyəti RƏYİ çıxart üzə! Məhkəmə ərizəsinə yalandan Qoşma 4, əlavə edirəm, - yazmaqla bitmir İŞ! İnstitut Rəyi ad qoyduğu da Arayışdır, Rəy deyil.Həmin Rəy 2 cümləlik 2 institut əməkdaşının imzaları ilə olan montaj edilmiş formal Arayışdır.Azərbaycan milli mentaliteti olan xalqdır. Azərbaycan milli mentalitetində kişi sözü var! Kişi olan mərd olar, qorxaq olmaz! Kişi olan sözünün arxasında dayanar. Ermənilərdə isə hər cür naqisliklər, namərdliklər, xainliklər, qorxaqlıqlar vardır.
Digər tərəfdən də hadisəni köhnə vaxtlara aparan Aydın Əlizadə statusunun adını ELM NƏYƏ GÖRƏ İNKİŞAF ETMİR? - qoyub ki, onun qadağan olunmuş xəritə, şəkil və s. milli təhlükəsizlik məsələləri olan materialı elm kimi “sırıması” əsl düşmən mövqeyidir, Allah ayan edib. Bundan başqa daim, dəfələrlə “Vətənpərvərlik əclafların son sığınacağıdır” sitatını gətirib hətta ölkə prezidenti İlham Əliyevin Seçki qələbəsini təntənə ilə qeyd edən xalqı əclaf adlandıran, Elm hara, vətənpərvərlik hara?! Yazıb elmin vətənpərlikdən ayrı olduğunu “öyrədən” bu mənfur , düşmən şəxs nə yaxşı xəritələr, abidə şəkilləri və s. ilə olan taixi mövzuda məqalə yazıb və rəyə verib, rəyi ala bilmədikdə BUNA GÖRƏ ELM İNKİŞAF ETMİR – qənaətinə gəlir. AHA!.. demək ki, “Vətənpərvərlik əclafların son sığınacağıdır”, Elm hara, vətənpərvərlik hara?!- düşüncəsindən onu vaz keçdirən qüvvə var! Axı o, vətənpərvərliyi əclaflıq hesab edir! Başqa cür desək, bəs elm vətənpərvər olmaz əqidəsində olan Aydın Əlizadəni bu vətənpərvər məqaləni yazmağa nə vadar edib?! Ikincisi, onun bu məqalədə vətənpərvərliyinin mahiyyəti nədir?! Əgər o Azərbaycan mövqeyindən çıxış etsəydi 2 tarixçi alim ona məqaləsindəki xəritələrin "məktəb dərsliklərində və AMEA Tarix institutunun elmi şurasından keçmiş monoqrafiyalarda" olmaması əsası ilə rədd cavabı verməzdi ki!!! Beləcə, Aydın Əlizadə Azərbaycan əleyhinə məqalə yazmışdır və özünü müdafiə üçün şirin dilinə salıb 2 tarixçini aldatmağa çalışmışdır və rədd edilmişdir!
Bundan narazı qalıb ölkə elmini, alimini tənqid edən Aydın Əlizadə 1 erməni dostlarından soruşsun, onlarda məqaləsinə Azərbaycanın maraqlarına uyğun və sözsüz olaraq GERÇƏK xəritə daxil edınlərin aqibəti necə olur?!
Əziz oxucum!


İKİ  TARİXÇİ ALİMİN  AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI

Sonra! Aydın Əlizadə onu tanımaq üçün “çox böyük dəyərə malik” həmin statusunda yazıb ki, “bəs necə olur, bizi dəng ediblər ki, dünyaya çıxın, dünya reytinqlərini qazanın, Azərbaycan elmini tanıdın. Bunu dünya elminə istinad etməyərək etmək olar? Yollayım bu məqaləni bir tanınmış elm jurnalına və orada bütün istinadları edim Tarix institutunun xəritələrinə və Azərbaycan məktəb dərsliklərinə, mənə cavab nə olacaq? Mənə deyəcəklər get ağlını yığ başına sonra gəl bura”.
Diqqət edin. Baxın görün, bu erməni şüurlu Aydın Əlizadə Azərbaycan elmini tanıtmağın yolunu bizim əleyhimizə olan, deməli, ermənilərin xeyrinə Xəritələrlə və s. tanıtmaqa görür. “Bunu dünya elminə istinad etməyərək etmək olar? – məgər bizim dövlətin dünya elminə verdiyi XƏRİTƏLƏR yoxdur?! Vardır əlbəttə ki, Bu resurslarla tanıt ölkəni, dövlətini! Niyə elə dünya xəritələrindən istifadə edirsən ki, çalışdığın şöbədən kənarlaşdırılırsan, bu da dövlət əleyhinə yazdığın “əsərə” tarixçi qiyməti – 2 alim sənə Rəy verməkdən imtina edir!
Bu düşüncəsinə baxın: “Həmçinin məgər Azərbaycan elm təsisatları dünyada yeganədir ki, başqalarını inkar edim ya ölkəmiz yer kürəsundə deyil, ayrı bir planetdə yerləşir ki, ancaq Azərbaycan məktəbləri və Tarix instutundan başqa kainatda heç nə yoxdur? Bu da bizim elmi çevrəni xarakterizə edən xüsusiyyətdir. Belə yanaşma, belə təfəkkür hökm sürürsə, biz elmimizi necə inkişaf elətdirək?”. Həə, babası bir nömrəli adamı Beriya olan, dünya despotu Stalinlə şəkil çəkdirmiş, M.C. Bağırovun güllələnməsi üçün yeganə İfadə verən olmuş Aydın Əlizadənin Azərbaycan məktəb kitablarını, AMEA Tarix instutunun Elmi Şurasının təsdiqlədiyi elmi əsərləri heçə sayıb kainatda axtarış edib “oğru, quldur” ermənilərin uydurması Xəritələri, abidələri, Azərbaycanlıların erməni olduqları iddialarından ruhlanıb əsər yazması təbii hadisədir. O bu xülyasına uyub əclaflıq hesab etdiyi vətənpərvərliyi də qəbul edir. Vətənpərlik hara, elm hara – düşüncəsindən də qaçır...
Onu da qeyd edim ki, bu statusu ilə həm də sanki kiməsə mesaj göndərir ki, “Orada bir “Brinanica” ensiklopediyasından xəritə var idi”. Əvvəla dünyada “Brinanica”adda ensiklopediya yoxdur. Qrammatik səhvdir? Necə olur, mənim məhkəməyə əsəbiliklə yazdığım ərizədəki qrammatik səhvləri xarakterinə uyğun dostlarının müzakirəsinə verirsən, amma özün o cür məşhur ensiklopediyanın adını düz yazmırsan?! İkincisi,“Britanica” ensiklopediyası daxil, bütün Avropada sənin bəh-bəhlə təriflədiyin, müqayisədə bizim xalqı alçaltdığın erməni deasporunun əleyhimizə iş apardığını yəni bilmirsən?!
Bundan başqa sən necə alimsən ki, elmi əsərlərdə ensiklopediyalardan istifadə etməyin yolverilməzliyini bilmirsən!.. Hələ bir özünü yüksək reytinqli alim kimi qələmə verirsən!.. Sənin reytinqini yüzlərlə erməni mövqeli yazına görə dünya erməni deasporu nümayəndələri məqsədli şəkildə qaldıra bilər. Əsas sənin yazdığın tarixi məzmunda məqaləyə vətəndaşı olduğun dövlətin 2 tarixçi aliminin RƏY verməməsidir.
Əziz oxucum!
Mən Aydın Əlizadənin 8 oktyabr taixində öz Facebook sosial şəbəkəsində paylaşdığı statusundan çıxış edərək tarixi məzmunda yazdığı məqaləsinə AMEAnın Tarix institutunun 2 aliminə onun əsl ermənilər kimi, şirin dilinə aldanıb müsbət Rəy vermədikləri üçün təşəkkür edirəm. Təəssüf ki, həmin alimlərin adlarını bilmirəm. Ancaq Aydın Əlizadə onların adlarını da, hələ məqaləsinin adını da yazmalı idi. O isə hətta bu statusu birdən qorxub sildi. Mən ANONS verdikdə ki, bu haqda yazacağam, Facebookdakı “Bəyənmələr”, Rəylər olmayan səhifəsində bərpa etdi. Yəni ki, qorxmuram. Kişi qorxmaz! Qorxaq deyilsə, həmin məqalənin adını da, ona Rəy verməmiş 2 tarixçi alimin adını da, hadisənin baş verdiyi tarixi də yazsın!

Əziz oxucum!

Aydın Əlizadə əsl xalq düşməni xarakterində fəaliyyətindən utanıb-xəcalət çəkməkdənsə, özünün səviyyəsində olan bəzi saytlara məhkəmələri “udduğu” barədə yalan məlumatlar ötürüb, Məsələn, mən onun barəsində ikinci dəfə Xüsusi ittiham qaydasında şikayət verdikdə hakim Şəhla Süleymanova zalda məhkəmə aidiyyətinə görə heç dinləmələr aparmadan Aydın Əlizadənin faktiki ünvanı ilə bağlı mənim məhkəməyə təqdim etdiyim və İŞ materiallarında olan DİN məktubuna əsaslanaraq İşi icraata almadı. Qərarı da məhkəmə aidiyyəti mahiyyətində Elan etdi. Məhkəmədən evə gəldikdən sonra Facebook səhifəmdə ona təşəkkür də etdim. Çünki mən Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevin o mənim barəmdə Xüsusi ittiham qaydasında şikayət verdikdə cavabdehin – mənim ünvanım Nizami rayonu olduğu halda İŞİ qəbul etdiyi, onunla hazırlıq iclası adı ilə təklikdə görüşdüyü, mənə barəmdə olan şikayət ərizəsini göndərmədiyi və s. sonra mən Aydın Əlizadə barədə verdiyim birinci Xüsusi ittiham qaydasında şikayətə baxarkən mənə qarşı zorakılıq etdiyi üçün ikinci şikayətimə Səbail rayon məhkəməsində baxılmasını istəmirdim. Lakin hakim Ş.Süleymanova – o gözümdə “yaxşı” hakim Qərarı e.mehkeme portalına yerləşdirdikdə 1-cə cümlə ilə və portalda Yekun məhkəmə AKTında əslində özünü bir hakim kimi nüfuzdan salan müddəa yazmışdı ki, mən bundan narazı qalaraq Apellyasiya Şikayəti verdim. İşə Apellyasiya məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə baxıldı və Şəhla Süleymanovanın Qərarı ləğv edildi. BU FAKTDIR, Ancaq Aydın Əlizadə xarakterinə uyğun bəstliklə bəzi saytlara “Məhkəmə alimlə bağlı çıxarılan qərarı ləğv etdi” başlığı ilə yalan informasiya ötürüb ki, Elmar Rəhimov onun xeyrinə qərar qəbul edib. Bu hərəkət ermənilərin Qarabağın və digər iddialı olduqları Azərbaycan ərazilərinin Azərbaycan torpaqları olduğunu bildikləri halda onların olduğu barədə haray-həşir qoparmaqları kimi bir şeydir. Həmin media orqanlarının öz maraqları müqabiləndə belə yanlış informasiyalar yayması düçar olduqları sağalmaz xəstəlikdir. Ən düzgünü belələrinə əhəmiyyət verməməkdir. Ancaq bu da gerçəklikdir ki, mən yaşlı qadın alim o cavan kişilərin əvəzindən təkbsşıma dövləti, vətəni, xalqı, elə onlar kimi kişiləri alçaldan, hətta kişi söyüşündə çempion adlandıranla – erməni şüurlu ilə mübarizə aparıram.

Əziz oxucum!


Azərbaycan Dövləti və xalqı əleyhinə onillər boyu çıxışlar edən, tənqid, şikayət olduqda bir neçə günlük "ölkəmiz, vətənimiz yazıb “gizlənən”, sonra yenə erməni vikipediyasında təbliğ olunmaq kimi ermənilər üçün şərəfli səviyyədən erməni mövqeli fəaliyyətini davam etdirən Aydın Əlizadənin eyni məzmunda – adı dəyişilmiş kitabları haqqında da - əslində o kitablarda onun dövlətimiz əleyhinə mövqeyini əks etdirən fikirləri barədə də yazacağam. Nə qədər bu iş vaxtımı alsa da yazacağam. Əsas da baxaq görək bu yaxınlarda vəzifəsindən kənarlaşdırılan, təyin olunduğu yeni işində tufanlar yaşanan Ruslan Əliyev nəyə görə bu erməni mövqeli Aydın Əlizadə kitabına RƏY verib?! Baxaq görək adı dəyişdirilmiş eyni kitaba bu dəfə Bakı şəhər İcra hakimiyyətinin Mənzil-kommunl Təsərrüfat Departamentinin sədri Rəfael Mehrəliyev niyə, hansı hüquqla müsbət Rəy verib?! Elm ailəmi yaxşı bilir, çap olunmamış elmi əsərə kənar sahə adamlarının Rəy verməsi yolverilməzdir. Bu hal birbaşa elmi obyektiv münasibətə təzyiq deməkdir. İkincisi, XX əsrin ortalarının kommunal, o cümlədən Qaz təsərrüfatı məsələlərini yuxarıda adlarını çəkdiyim məmurlar bilə bilməzlər. Müəllif özü yazır ki, dünyada yeni mövzudur!..



Beləcə, erməni diasporunu göylərə qaldırıb Lütfi Zadənin 99 faiz yəhudi olduğunu, hələ Məhəmməd Füzulinin "bizə" aidiyyəti olmadığını və yüzlərlə əleyhimizə müddəanı iddia edən Aydın Əlizadə bizim millətin xarakterinə zidd formada “işlərinə” davam edir. Budur, elə bu statusunda hələ Qanundan, Sərəncamdan "yekə-yekə"danışır: "Soruşdum ki bu barədə hansısa qanun ya sərəncam var?" Buna deyərlər, "gəmidə oturub, gəmiçı ilə dava eləyir". Azərbaycan vətəndaşı statusu ilə hər şeydən faydalanır, ancaq ermənilərin xeyrinə Azərbaycanın bütün varlığını heç edir. İnşaat mühəndisliyi ixtisası ilə tarixdən yazır, əsl tarixçilər rədd edir yazdığını qanun, sərəncam soruşur!..
Əlbəttə hər şeyin bir sonu var. “Haqq nazilər, üzülməz!”.. Necə 2 tarixçi alim (onlardan əvvəl mənim göndərdiyim konkret həmin sahə üzrə 1 nömrəli tarixçi alim 15 müddəa ilə onun heç mövzunu bilmədiyini, erməni mövqeyindən yazdığını sübut edib!) onun əleyhimizə - dövlət maraqlarına zidd məqaləsinə müsbət RƏY verməyib, onun milli təhlükəsizlik əleyhinə olan fəaliyyəti də bir gün layiqli “cavabını” alacaq. Gör nə qədər vətən xaini cəzalandırılıb. Əminəm ki, Aydın Əli-Zadənin də bütün yazdıqları, o cümlədən 2 soyadla həyatına davam etməsi hüquqi qiymətini alacaqdır. Azərbaycan Dövlətdir. Gənc olsa da qüdrətli Dövlətdir. Onun Dövlət Təhlükəsizlik Xidmətinin də Heydər Əliyevdən başlayan güclü tarixi ənənəsi vardır.
Dünən, 10:50
Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında “Manqurt” tamaşasına baxıblar
20-10-2024, 18:02
İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
19-10-2024, 00:47
Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?
19-10-2024, 00:41
Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib
19-10-2024, 00:19
Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub
19-10-2024, 00:14
İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib
19-10-2024, 00:03
“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
18-10-2024, 14:24
Gəncədə "Musiqi kimliyimiz" Layihəsi Aşiq Molla Cüməyə həsr olunub - FOTO
17-10-2024, 10:55
Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq
17-10-2024, 10:41
MEK əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər
17-10-2024, 09:52
“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır
17-10-2024, 09:40
Prezident İlham Əliyev Füzulinin azad olunması ilə bağlı paylaşım edib
17-10-2024, 08:13
Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
17-10-2024, 07:58
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
17-10-2024, 07:53
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın materialları çap olunub
16-10-2024, 12:15
Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub
16-10-2024, 12:11
75 yaşın yaradıcılıq şövqü
15-10-2024, 15:36
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
15-10-2024, 15:33
Sabahdan intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
14-10-2024, 18:14
ANONS! ANONS!ANONS! 2 TARİXÇİ ALİM AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN NİYƏ İMTNA ETDİ?!
14-10-2024, 13:33
“Qopuz mənşəli saz alətləri” adlı monoqrafiya çapdan çıxıb
14-10-2024, 13:14
Siyasi varislikdən siyasi liderliyə I HİSSƏ Siyasi varisliyin təntənəsi
14-10-2024, 12:20
Siyasi varislikdən siyasi liderliyə Növbədənkənar seçki zərurəti və növbəti tarixi zəfərlər II HİSSƏ
14-10-2024, 12:14
Siyasi varislikdən siyasi liderliyə Böyük gələcəyin strategiyası III HİSSƏ
11-10-2024, 12:04
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib
11-10-2024, 10:01
MEK-də “Aida İmanquliyeva - 85” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib
10-10-2024, 10:20
Professor Nadir Məmmədli Kazanda keçirilən beynəlxalq forumda iştirak edir
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031