Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub
Elm və təhsil
Oxunub: 153
16 okt 2024 | 12:15

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli 1949-cu il oktyabrın 16-da Şәrur rayonunun Danzik kәndindә müәllim ailәsindә anadan olub. Hәlә orta mәktәbdә oxuduğu illәrdә “Pambıqçı uşaqlar” adlı ilk mәqalәsi “Azәrbaycan pioneri” qәzetindә (1964), daha sonra isә mәqalә vә şeirlәri “Azәrbaycan gәnclәri”, “Şәrq qapısı”, “İşıqlı yol” qәzetlәrindә çap olunub.

Azәrbaycan Dövlәt Pedaqoji İnstitutunun Naxçıvan filialının Azәrbaycan dili vә әdәbiyyatı fakültәsini fәrqlәnmә diplomu ilә bitirib. Nizami adına Әdәbiyyat İnstitutunun İxtisaslaşmış Elmi Şurasında “XX әsrin әvvәllәri Azәrbaycan romantik lirikası” mövzusunda namizәdlik dissertasiyasını və “Cәlil Mәmmәdquluzadә: mühiti vә müasirlәri” adlı doktorluq dissertasiyasını müdafiә edib.

Akademik İsa Әkbәr oğlu Hәbibbәyli Azәrbaycan әdәbiyyatşünaslığının vә ictimai fikrin inkişafında xüsusi xidmətləri olan, özünün orijinal axtarışları ilә elmimizә sanballı töhfәlәr vermiş görkәmli alimlәrimizdәndir. O, Azәrbaycan әdәbiyyatşünaslığında, elmi-әdәbi mühitindә görkәmli Cәlil Mәmmәdquluzadәşünas alim kimi qәbul olunur. Böyük demokrat Cәlil Mәmmәdquluzadәnin zәngin hәyatı vә çoxcәhәtli fәaliyyәti ilә bağlı onun “Cәlil Mәmmәdquluzadә” (1987), “Zamanın dühası” (1993), “Seçkin Azәrbaycan yazarı Cәlil Mәmmәdquluzadә” (1994), “Cәlil Mәmmәdquluzadә: mühiti vә müasirlәri” (1996) adlı monoqrafik tәdqiqatı vә başqa әsәrlәri elmi ictimaiyyәt tәrәfindәn rәğbәtlә qarşılanıb.

Ümumiyyətlə, İsa Hәbibbәyli klassik әdәbiyyatşünaslıq әnәnәsi zәminindә formalaşan, әdәbiyyatın bütün dövrlәri vә görkәmli nümayәndәlәri haqqında professional sәviyyәdә dәrin elmi söz deyә bilәn, universal dünyagörüşә malik olan görkәmli tәdqiqatçı alimdir. Alimin Nizami Gәncәvi, İmadәddin Nәsimi, Mәhәmmәd Füzuli, Mirzә Fәtәli Axundzadә, Hüseyn Cavid, Әlibәy Hüseynzadә, Mәhәmmәdhüseyn Şәhriyar, Sәmәd Vurğun, Mirzә İbrahimov, Mir Cәlal, Rәsul Rza, Bәxtiyar Vahabzadә vә başqalarının hәyat vә yaradıcılığına hәsr edilmiş tәdqiqatları Azәrbaycan әdәbiyyatşünaslığının qiymәtli elmi örnәklәridir.

Azәrbaycan altmışıncılarının - Xalq yazıçıları Anar, Elçin vә Yusif Sәmәdoğlunun, Xalq şairlәri Fikrәt Qoca vә Vaqif Sәmәdoğlunun әdәbiyyata gәtirdiklәri uğurlu sәnәt taleyini, yeniliklәr vә novatorluğu, həmçinin müasir Azәrbaycan әdәbiyyatında özünәmәxsus mövqelәri olan Rüstәm Behrudi, Yunus Oğuz, Sәyyad Aran vә başqalarının yaradıcılıq nümunәlәri dә İsa Hәbibbәylinin tәdqiqatları sırasında mühüm yer tutur.

Akademik İsa Hәbibbәyli elm xadimi kimi beynәlxalq miqyasda da tanınır. O, müxtәlif illәrdә Türkiyәdә, Rusiyada, Çin Xalq Respublikasında, Fransada, Almaniyada, Bolqarıstanda, Polşada, Macarıstanda, Cәnubi Koreyada, İran İslam Respublikasında, Misir Әrәb Respublikasında, Qazaxıstanda, Türkmәnistanda, Özbәkistanda, Gürcüstanda, Qırğızıstanda ölkә elmini layiqincә tәmsil edib. Onun әsәrlәri Azәrbaycan dilindәn başqa, ingilis, türk, rus, fransız, әrәb, urdu, polyak, macar, gürcü, litva dillәrindә dә çap olunub. Bir neçə xarici ölkələrin elmlər akademiyalarının üzvü seçilmişdir.

Akademik İsa Həbibbəylinin göstərdiyi geniş elmi, ictimai-siyasi fəaliyyət dövlətimiz və respublikamızın Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Şöhrət", "Şərəf" və "Birinci dərəcəli Vətənə xidmət" ordenləri ilə təltif olunub. Akademik İsa Həbibbəyli ölkəmizin ictimai həyatında fəal iştirak edən ictimaiyyətçi alim kimi tanınıb, Azərbaycan Respublikası Milli Məclisinin bir neçə çağırış deputatı və Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi elm və təhsil sahəsinin qanunvericilik bazasının hazırlanmasında xüsusi xidmətləri vardır.

Akademik İsa Həbibbəylinin doğum günü münasibətilə Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, tərcümələri, redaktə etdiyi, rəyçi və məsləhətçi olduğu, ön söz yazdığı kitablar, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə materiallar nümayiş olunur.

Ənənəvi sərgi 1 həftə davam edəcək.
millikitabxana.az
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031