Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən 2007-ci ildən başlayaraq Naxçıvanın görkəmli yetirmələrinin həyat və yaradıcılığını əks etdirən “Taleyi və sənəti” seriyası üzrə kitablar hazırlanaraq nəşr olunur.
Həmin seriyanın yenicə işıq üzü görmüş növbəti sayı XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair-dramaturq, publisist, jurnalist və tərcüməçi Hüseyn Razinin anadan olmasının 100 illiyinə həsr olunub.
Kitabın tərtibçisi Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir. Kitab “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatda çapdan çıxıb.
Dörd bölmədən ibarət əsər AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin kitaba yazdığı “Ön söz”lə başlayır. Burada ömrünü Naxçıvanın ədəbiyyat və mətbuatının inkişafına həsr etmiş şairin gənc ədəbi qüvvələrin formalaşmasındakı rolu diqqətə çatdırılır. “Hüseyn Razi: taleyi və sənəti” kitabı sənətkarın anadan olmasının 100 illiyinə dəyərli töhfə kimi qiymətləndirilir.
Kitabın ilk bölməsi “Hüseyn Razi müasirlərinin gözü ilə” adlanır. Burada Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Rahim və başqa görkəmli elmi və ədəbi mühit nümayəndələrinin Hüseyn Razinin yüksək mənəvi keyfiyyətləri və yaradıcılığı barədə fikirləri yer alır.
“Ədəbi-bədii və elmi irsinə aid araşdırmalar” adlanan növbəti bölməyə şairin həyat yolu, ictimai fəaliyyəti, ədəbi-bədii və elmi-publisistik əsərləri ilə bağlı yazılan məqalələr daxil edilib. Məqalələrdə Hüseyn Razi yaradıcılığı, eləcə də keşməkeşli həyat yolu müxtəlif aspektlərdən araşdırılıb. “Vətəndaşlıq poeziyasının tərcümanı”, “Şair Hüseyn Razinin həyat və yaracılığının ümumi mənzərəsi”, “Hüseyn Razinin elmi irsi”, “Atam haqqında xatirələrim” başlıqlı yazılar məhz bu qəbildəndir. Ümumilikdə 14 alim və tədqiqatçının kitaba daxil edilmiş məqalələrində Hüseyn Razinin elmi irsi, yaradıcılığının üslubi-semantik, dil-üslub və sənətkarlıq xüsusiyyətləri, lirikası, poemaları, publisistikası, o cümlədən şairin yaradıcılığında yer alan folklor nümunələri ilə bağlı araşdırmaların nəticələri əksini tapıb. Onun Naxçıvanda yeni ədəbi qüvvələrin formalaşmasındakı rolu qeyd olunur, səhnələşdirilən dram əsərləri barədə maraqlı məqamlara toxunulur.
Əsərin üçüncü bölməsinə müasirlərinin Hüseyn Raziyə ünvanladıqları bəzi məktublar verilib. Həmin məktublarda şairin sənət dostlarının, tanınmış qələm sahiblərinin ona bəslədikləri xoş münasibət və ehtiram aydın hiss edilir.
“Fotolarda qalan anlar” adlanan sonuncu bölmədə Hüseyn Razinin həyatının müxtəlif dövrlərini əks etdirən, dövrünün tanınmış ictimai və ədəbiyyat xadimləri ilə çəkdirdiyi fotoşəkillər oxuculara təqdim olunur. Qeyd edək ki, əsərin II fəsli istisna olmaqla kitabda toplanan bütün materiallar şairin qızı Firuzə Rzayeva tərəfindən mühafizə olunan arxivinə məxsusdur.
Maraqlı və nəfis tərtib olunmuş kitab görkəmli şair və ictimai xadim Hüseyn Razi haqqında ətraflı məlumat toplamaq, onun zəngin fəaliyyəti və çoxcəhətli yaradıcılığı ilə tanış olmaq istəyənlər üçün etibarlı mənbədir.
Mənbə: www.science.gov.az saytı
Bu gün, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
Bu gün, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
Bu gün, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
Bu gün, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
Bu gün, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Bu gün, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
Bu gün, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
Bu gün, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
Bu gün, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Dünən, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Dünən, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Dünən, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Dünən, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Dünən, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Dünən, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dünən, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Dünən, 10:46
Birjalarda neft bahalaşıb
Dünən, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Dünən, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Dünən, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Dünən, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Dünən, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub