Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günüdür
Ölkə
Oxunub: 96
8 avq 2025 | 16:32

Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü kimi qeyd edilir. Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən oftalmoloqlar bu gün peşə bayramlarını keçirirlər. 2004-cü ildən başlayaraq avqustun 8-nin Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunması göz cərrahiyyəsi sahəsində böyük uğurlara imza atmış sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bu günün təsis edilməsi ilə bağlı Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidze təşəbbüs irəli sürüb. O, dünya oftalmoloqlarına müraciət ünvanlayaraq onları həmin gün göz xəstələrinə təmənnasız məsləhətlər verməyə, görmə qabiliyyəti zəif olanları müalicə etməyə və belə şəxslərin əməliyyatlarını həyata keçirməyə səsləyib. Belə tədbirlərin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyıb. Həmin təşəbbüs təkcə Rusiyada deyil, Amerika Birləşmiş Ştatları, Yunanıstan, İtaliya, Çexiya və digər ölkələrdə də dəstəklənib.

Artıq 21 ildir qeyd edilən Beynəlxalq Oftalmologiya Günündə təbabətin bu sahəsində beynəlxalq əlaqələr qurulur, təcrübə mübadiləsi aparmaq üçün imkanlar yaradılır. Bu gün oftalmoloji yardım xəstələr üçün daha əlçatan olur, onlar yüksəkixtisaslı həkimlərin qəbuluna düşə və keyfiyyətli müalicə ala bilirlər. Dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinə və əməliyyatlar həyata keçirirlər.

Həmçinin Beynəlxalq Oftalmologiya Günündə oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə diqqət yönəldilir.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkarlamağa, səmərəli müalicə və profilaktika aparmağa imkan verir. Görmə qabiliyyətini itirməməkdən ötrü zərərli vərdişlərdən uzaq olmaq, gözləri ultrabənövşəyi şüalardan qorumaq üçün yüksəkkeyfiyyətli günəş eynəklərindən istifadə etmək, qanda şəkər, qan təzyiqi və xolesterinin səviyyəsini nəzarətdə saxlamaq, tərkibində A vitamini, Omeqa-3 və antioksidantlar olan qidaların istehlakı tövsiyə olunur. Mütəxəssislər xüsusilə uşaqların 3D filmlərə həddindən artıq baxmağını məsləhət görmürlər.

Ölkəmizdə korluğun və görmə üzrə əlilliyin profilaktikası, həmçinin əhaliyə oftalmoloji yardım daim dövlətin diqqət mərkəzindədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu sahəyə öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Eyni zamanda, kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır. Bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini dəfələrlə yüksəldib.
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031