“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
Mədəniyyət
Oxunub: 0
29 sen 2026 | 11:29

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirdiyi “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub.

MEMİM-dən AZƏRTAC-a bildirilib ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Xəzər Universiteti və Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə keçirilən tədbirdə təhsil ocağının müəllim və tələbələri iştirak ediblər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı çıxış edərək Üzeyir Hacıbəyli fenomeni haqqında fikirlərini bölüşüb. O, Azərbaycanın mədəni-ictimai fikir tarixində silinməz iz qoyan Üzeyir bəyin bəstəkar, pedaqoq, musiqişünas, təhsil təşkilatçısı və ictimai xadim kimi çoxşaxəli fəaliyyətindən maraqlı məqamları diqqətə çatdırıb.

MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov “Sənət inciləri” layihəsinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində ötən ildən təşkil olunduğunu bildirib. Vurğulayıb ki, layihə dahi bəstəkarın musiqi mədəniyyətimizin inkişafında əvəzolunmaz xidmətlərini və onun zəngin yaradıcılıq irsini xüsusilə gənc nəslə çatdırmağa töhfə vermək məqsədi daşıyır.

Əməkdar mədəniyyət işçisi, MEMİM-in əməkdaşı Səadət Təhmirazqızının moderatorluğu ilə davam edən tədbirdə daha sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlinin “Üzeyir Hacıbəylinin yaradıcılığında xalq musiqisindən istifadə məsələləri” mövzusunda mühazirəsi dinlənilib.

Tədbirin bədii hissəsində BMM-in C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova), BMA, ADMİU və Xəzər Universiteti tələbələrinin birgə iştirakı ilə “Leyli və Məcnun” operasından səhnələr təqdim olunub. Operadan parçaları Xəzər Universitetinin kamera orkestri (bədii rəhbər: Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqova, dirijor: Hüseyn Kərimov) müşayiət edib. Həmin orkestr və Xor kollektinin ifasında “Koroğlu” operasından da musiqi nümunələri səsləndirilib. Əsərdən Xanəndə qız obrazını Xalq artisti Gülyaz Məmmədova təqdim edib. Hər iki operadan səhnələrdə Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupu (bədii rəhbər: Səbinə İsmayılova) da yer alıb.

Proqramda Üzeyir bəyin “Arşın mal alan” operettasından duet və ariyalar, bəstəkarın “Ey Vətən” mahnısı, həmçinin Əməkdar artist Fəridə Məlikovanın rəhbərliyi ilə kamança çalanlar ansamblının ifasında operettadan fraqmentlər səsləndirilib.

Görkəmli bəstəkar Müslüm Maqomayevin “Nərgiz” operasından ariya və Emil Əfrasiyabın Ü.Hacıbəylinin əsərləri mövzusunda “Parafraz” kompozisiyası da tədbirə rəng qatıb.

Bədii proqram tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbir məkanında Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini əks etdirən nəşrlərdən ibarət guşə də təşkil olunub.
Bu gün, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
Bu gün, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
Bu gün, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bu gün, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu gün, 11:22
DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bu gün, 11:21
Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
Bu gün, 11:19
Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub
Bu gün, 11:17
Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
Bu gün, 10:42
Azərbaycan nefti 122,49 dollara satılır
Bu gün, 10:41
Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bu gün, 10:28
Yağıntılı hava şəraiti müşahidə olunur
Bu gün, 10:25
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənə
Dünən, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Dünən, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Dünən, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Dünən, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Dünən, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Dünən, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Dünən, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Dünən, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Dünən, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Dünən, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Dünən, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Dünən, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930