Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Azərxalça” ASC Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Azərbaycan xalçaçılığının zəngin ənənələrini beynəlxalq auditoriyaya təqdim edib. Üç gün davam edən yarış çərçivəsində “Azərxalça” ASC-nin iştirakı ilə ənənəvi xalça toxuculuğunun canlı nümayişi təşkil olunub, həmçinin Cəmiyyət tərəfindən hazırlanan müxtəlif xalça və xalça məmulatları ziyarətçilərə təqdim edilib.
Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-dən məlumat verilib.
Bildirilib ki, yarış ərazisində yaradılan “Azərxalça” ASC-nin milli guşəsi və “Fun Zone”da fəaliyyət ənənəvi sənətin müasir idman mühiti ilə bir araya gətirildiyi xüsusi təqdimat məkanı olub. Burada ziyarətçilər Azərbaycan xalçaçılığının tarixi və zəngin irsi ilə tanış olmaqla yanaşı, xalçaçılıq sənətinin canlı şəkildə necə ərsəyə gəldiyini də izləmək imkanı əldə ediblər.
Üç gün ərzində “Azərxalça” ASC-nin milli guşəsində peşəkar toxucu tərəfindən xalça toxuculuğunun canlı nümayişi keçirilib. Qonaqlar xalçanın ilmə-ilmə necə ərsəyə gəldiyini yaxından izləyib, ənənəvi toxuculuq texnikası ilə tanış olublar. Cəmiyyətin peşəkar toxucusunun dəstəyi ilə həm yerli, həm də xarici ziyarətçilər toxunan xalçaya öz ilmələrini əlavə edərək bu prosesin bir hissəsinə çevrilib və bununla bağlı xüsusi sertifikat əldə ediblər. Bu təqdimat xalçaçılığın yalnız hazır məhsul deyil, böyük zəhmət, dəqiqlik və ustalıq tələb edən canlı sənət prosesi olduğunu nümayiş etdirib. Ziyarətçilər toxucunun iş prosesini izləməklə xalçanın hər bir ilməsində formalaşan sənətkarlığı daha yaxından kəşf etmək imkanı əldə ediblər.
Milli guşədə, həmçinin müxtəlif xalça nümunələri nümayiş etdirilib. Bu məkan qonaqlara Azərbaycan xalçaçılığının zəngin irsi ilə tanış olmaq, ənənəvi sənət nümunələrini yaxından görmək və onların müasir təqdimatını kəşf etmək imkanı yaradıb.
“Fun Zone”da isə “Azərxalça” ASC-də toxunulan xalçalar və müxtəlif xalça məmulatları, ipək məhsulları, eləcə də Azərbaycan kəlağayıları təqdim olunub. Ziyarətçilər məhsullarla tanış olmaqla yanaşı, onları əldə etmək imkanı da qazanıblar.
Tədbirin əsas təqdimatlarından biri isə məşhur niderlandlı yarışçı Maks Verstappenin portretinin yer aldığı və xüsusi olaraq onun şərəfinə toxunan xalça olub. Xalça Verstappenin 2025-ci il Formula 1 Azərbaycan Qran-Prisindəki qələbəsinə həsr olunub. İdmançının kuboku əlində tutduğu qalibiyyət anını əks etdirən portret kompozisiyanın əsas elementini təşkil edir. Bu obraz ənənəvi xalça motivləri ilə birləşdirilərək həm Azərbaycanın qədim xalçaçılıq sənətinə, həm də müasir idman dünyasına ehtiramı ifadə edir. “Azərxalça” ASC-nin Qubada yerləşən emalatxanasında yerli qadın xalçaçılar tərəfindən toxunan xalça yun və ipək qarışığından hazırlanıb. Əsərin kompozisiyası Azərbaycanın zəngin xalçaçılıq irsini Formula 1-in dinamik ruhu ilə birləşdirir. Xalçanın kompozisiyası Azərbaycanın seçilən ənənəvi xalça nümunələrindən biri olan klassik Qarabağ Çələbi xalçasından ilhamlanaraq müasir bədii yanaşma əsasında işlənib. Ənənəvi motiv və quruluş müasir elementlərlə zənginləşdirilərək klassik irs nümunəsinə yeni vizual dil və fərqli bədii ifadə qazandırılıb. Verstappenin kuboku əlində tutduğu qalibiyyət anının kompozisiyanın mərkəzində təqdim olunması nailiyyət, sürət və yarış həyəcanını simvolizə edir.
Beləliklə, ənənəvi sənətkarlıqla müasir hekayəçiliyin birləşməsi nəticəsində hazırlanan xalça Azərbaycan xalçaçılığının tarixi irsi ilə Formula 1-in dinamik dünyasını bir araya gətirən müasir sənət nümunəsinə çevrilib. Əsər həm milli sənət irsinin beynəlxalq auditoriyaya təqdim olunmasına, həm də Azərbaycan xalçaçılığının müasir bədii ifadə imkanlarının nümayişinə xidmət edib. Yarış başa çatdıqdan sonra xalça “Azərxalça” ASC-nin nümayəndələri tərəfindən idmançıya təqdim olunub.
Bu gün, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
Bu gün, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
Bu gün, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bu gün, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu gün, 11:22
DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bu gün, 11:21
Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
Bu gün, 11:19
Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub
Bu gün, 11:17
Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
Bu gün, 10:42
Azərbaycan nefti 122,49 dollara satılır
Bu gün, 10:41
Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bu gün, 10:28
Yağıntılı hava şəraiti müşahidə olunur
Bu gün, 10:25
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənə
Dünən, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Dünən, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Dünən, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Dünən, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Dünən, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Dünən, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Dünən, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Dünən, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Dünən, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Dünən, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Dünən, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Dünən, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır