Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
Ölkə
Oxunub: 0
29 sen 2026 | 11:21

Sentyabr ayında Bakıda Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının bir sıra konvensiyaları üzrə beynəlxalq təlim keçirilib.

Ədliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə 50 nəfər, o cümlədən Ədliyyə Nazirliyinin və nazirliyin Ədliyyə Akademiyasının əməkdaşları, hakimlər, vəkillər, notariuslar, həmçinin Qazaxıstan və Özbəkistandan olan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Təlimi Haaqa Konfransının Daimi Bürosunun birinci katibi, təcrübəli ekspert Melissa Ford aparıb.

Təlimin keçirilməsində əsas məqsəd Haaqa Konfransının 1970-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında” Konvensiyasının tətbiqi ilə bağlı yarana biləcək çətinliklərin qarşısının alınması, onun normalarının düzgün anlaşılması və tətbiqinin təmin edilməsi, həmçinin bu sahədə çalışan hüquqşünasların müvafiq biliklərinin artırılması olub.

Hazırda Azərbaycanın sözügedən Konvensiyaya qoşulması ilə bağlı müvafiq dövlətdaxili prosedurlar həyata keçirilməkdədir.

Eyni zamanda, təlim çərçivəsində nazirliyin müvafiq struktur qurumları ilə təşkilatın nümayəndəsi arasında işçi görüşlər keçirilib. Gələcək əməkdaşlıq, yeni konvensiyalara qoşulma, ədliyyə sahəsində xidmətlərin rəqamsallaşdırılması, o cümlədən elektron apostil kimi mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan bir sıra ölkələrlə, o cümlədən Avropa dövlətlərinin əksəriyyəti ilə mülki sahədə müqavilə bazası yaratmaq məqsədilə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransı çərçivəsində qəbul olunmuş 1965-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” və 2007-ci il tarixli “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanmasının digər formalarının beynəlxalq qaydası haqqında” konvensiyalara qoşulub.
Bu gün, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
Bu gün, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
Bu gün, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bu gün, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu gün, 11:22
DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bu gün, 11:21
Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
Bu gün, 11:19
Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub
Bu gün, 11:17
Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
Bu gün, 10:42
Azərbaycan nefti 122,49 dollara satılır
Bu gün, 10:41
Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bu gün, 10:28
Yağıntılı hava şəraiti müşahidə olunur
Bu gün, 10:25
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənə
Dünən, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Dünən, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Dünən, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Dünən, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Dünən, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Dünən, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Dünən, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Dünən, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Dünən, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Dünən, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Dünən, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Dünən, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930